Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-345/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi, sığorta obyekti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5208/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 yanvar 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evi İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətindədir.
2. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-də (bundan sonra “cavabdeh” və ya “Sığorta şirkəti”) sığorta olunmuşdur. Sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat, sığorta haqqı 50 manat müəyyən olunmuşdur.
3. Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2020-ci il tarixlərdə Bakı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatına əsasən, xx.xx.2020-ci il tarixdə Maştağa Hidrometeoroloji stansiyasında 8 ballıq çox möhkəm külək müşahidə olunmuşdur. K ülək nəticəsində iddiaçının bağ evinin darvazası yararsız vəziyyətə düşmüşdür.
4. Mübahisə sığorta ödənişi ilə bağlı yaranıb İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin artırılmasına dair ərizə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Sığorta şirkətindən 21000 (iyirmi bir min) manat məbləğində sığorta ödənişinin və 14.112 (on dörd min yüz on iki) manat dəbbə pulunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılıb ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali” DRES 1/4045 saylı bağ evi xx.xx.2018-ci il tarixli RX ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Bağ evi BB 239297 saylı xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsi əsa sında, daşınmaz əmlakın icbari sığortası qaydasında sığortalanmışdır. Sığorta müqaviləsinin müddəti 1 il təşkil edir və xx.xx.2021-ci il tarixdə qüvvədən düşür. 21 iyul 2020-ci il tarixdən 22-iyul 2020-ci il tarixə keçən gecə və səhərə yaxın əsən fırtına küləyi nəticəsində iddiaçıya məxsus bağ evinin darvazası (dür-alüminium materiallı) yararsız vəziyyətə düşmüşdür. İddiaçının sığorta hadisəsi barəsində müraciəti Sığorta şirkətində qeydiyyata alınmışdır. Şirkətin mütəxəssisi bağ evinə gələrək sığorta hadisəsini qeydə almış, müvafiq fotoşəkillər çəkilmiş, iddiaçının izahatı və ərizəsi alınmışdır. Daha sonra bağ evinə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan ekspert gəlmiş və müvafiq qiymətləndirmə aparmışdır.
7. Bir müddət keçdikdən sonra həmin ekspert, şirkətin Sahib adlı əməkdaşı ilə t əkrarən bağ evinə gəlmişdir. Sahib adlı əməkdaş ekspertin təqdim etdiyi rəylə razı olmadıqlarını bildirərək, özünün də darvazaya baxmaq istədiyini bildirmiş və darvazaya baxış keçirməyə başlamışdır. Bu zaman qapıya nə qədər ziyan dəydiyini soruşmuş, ekspert isə 11000 manata yaxın məbləğin müəyyən edildiyini bildirmişdir. Həmin halı sığorta şirkətinin Sahib adlı əməkdaşı da təsdiq etmiş və həmin məbləğlə razı olmadıqlarından təkrar baxışa gəldiyini bildirmişlər. Halbuki, iddiaçı bir neçə mağaza ilə maraqlanmış və hamısı darvazanın təmirə yaramadığı üçün yeni darvaza quraşdırılmalı olmasını demişlər. Yeni darvazanın dəyəri isə 17.000-21.000 manat arasında dəyişir.
8. Şirkətin əməkdaşı tərəfindən baxış keçirilərkən darvaza sökülərək yerə qoyulmuş və darvazanın deformasiya olub-olmamasının müə yyən edilməsi üçün lazer cihazdan istifadə olunmuşdur. Yoxlama zamanı darvazanın diaqonal üzrə deformasiyaya uğradığı müəyyən olunmuşdur. Sonradan darvaza yenidən əvvəlki vəziyyətinə qaytarılmışdır.
9. İddiaçı xx.xx.2020-ci il tarixdə şirkətə etdiyi müraciətdən 20 gün keçdikdən sonra iddiaçıya məxsus ***-***-**-** saylı mobil nömrəyə SMS gələrək darvazanın 2800 manat məbləğində qiymənləndirildiyi qeyd olunmuşdur. Xüsusi ilə nəzərə alınmalıdır ki, darvazanın materialı dür-alüminiumdur və bu cür darvazaların qiyməti yüksəkdir.
10. Ekspertin baxış zamanı darvazanın 11.000 manat civarında dəyərləndirdiyini bildirməsinə, şirkətin əməkdaşının həmin halı təsdiqləməsinə və məhz buna görə onun baxış keçirməsini bildirməsinə baxmayaraq hazırda şirkət sığorta məbləğinin 2800 manat olduğunu bildirir. İddiaçı bu məbləğə etiraz etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirmə fəaliyyətinin aparılması üçün müstəqil ekspertin cəlb edilməsini xahiş edərək, “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları”na 7 saylı əlavə edilmiş “sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin xx.xx.2020-ci il tarixinə olan reyestr məlumatları”-da qeydiyyatdan keçmiş "Əmlak Ekspert Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil ekspert kimi cəlb edilməsini təklif etmişdir. Şirkət razılaşmamış və bunu onunla əsaslandırmışdır ki, ekspertlə müqaviləsi yoxdur.
11. Sığorta şirkəti iddiaçıya 2800 manat məbləğində sığorta ödənişi təklif etməsinə baxmayaraq, sonradan bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş xx.xx.2020ci il tarixli məktuba əsasən, xx.xx.2020-ci il tarixdə sığorta obyektinə aid ərazidə fırtına küləyi olmadığından sığorta hadisəsi baş verməmişdir. Bununla da iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
12. İddiaçı etiraz edərək sığorta hadisəsinin xx.xx.2020-ci il tarixdə deyil, xx.xx.2020ci il tarixdə baş verdiyini, buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təkrar sorğu verilməli olmasını bildirmişdir. Çünki sorğu düzgün verilməmişdi. Sığorta şirkəti tərəfindən təkrar sorğu verilmiş və daxil olmuş məktubda sığorta predmetinə dair ərazidə fırtına küləyinin əsməsi bildirilmişdir.
13. İddia ərizəsinə əlavə edilən arayışa əsasən, iddiaçıya məxsus bağ evinin darvazası təmirə yaramadığından, yenisi ilə əvəz edilməlidir. Yeni qapının dəyəri isə 21.000 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişinin məbləği 25.000 manat müəyyən edilmiş, darvazanın dəyəri isə 21.000 manat təşkil etmişdir. Göründüyü kimi, hesablanmış məbləğ müəyyən edilmiş sığorta ödənişi məbləğini aşmır.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 135.4, 135.10, 883.1, 884.3, 886.1, 886.3, 888.1, 888.2, 897.1-ci, “İcbari Sığortalar haqqında” Qanunun 13, 13.2, 15.1, 15.2, 16.2, 18, 23.2.2, 35.1, 35.2, 36.1.8, 39.3.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinə istinad etmişdir.
15. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz vermiş və birinci instansiya məhkəməsində etirazını müdafiə edərək aşağıdakıları göstərmişdir: - iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/40-45 bağ evi ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin sığortalanması üçün RPA ********** saylı sığorta şəhadətnaməsi tərtib olunmuşdur. 23 iyul 2020-ci il tarixində iddiaçı müraciət edərək sığortalanmış əmlaka zərər dəydiyini bildirmişdir. Daxil olmuş müraciət üzrə əmlakın zərər dəymiş hissəsinə müvafiq sığorta şəhadətnaməsi ilə təminat verilmədiyindən ASC tərəfindən ödənişdən imtina edilmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus bağ evinin həyətyanı sahəsində yerləşən giriş darvazasına zərər dəymişdir. Lakin “İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Göründüyü kimi daşınmaz əmlakın icbari sığortası üzrə hansı hissələrə təminat verilməsi qanunvericiliklə tənzimlənir və sözügedən darvaza təminata daxil edilməmişdir; - Mülki Məcəllənin 22.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə is ə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; - iddiaçı öz ərizəsində müxtəlif qanunvericilik aktlarına istinad etməklə həyətyanı sahədə yerləşən giriş daravazasının əsas yaşayış evi ilə birlikdə vahid əmlak olduğunu iddia etməkdədir. Lakin sığorta münasibətləri üzrə münasibətlərin əsasını təşkil edən RPA ********** saylı sığorta şəhadətnaməsində əmlakın konkret olaraq 553.23 kv.m hissəsinə təminat verildiyini müəyyən etmişdir. Belə ki, sözügedən müqavilənin daşınmaz əmlaka dair məlumatların əks olunduğu 3-cü maddəsində əmlakın dövlət reyestrindən çıxarışı qeyd edilmişdir. Hazırda iddiaçının hüququ rəsmiləşdirilən çıxarış üzrə daşınmaz əmlakın ümumi sahəsi 553.23 kv.m olduğundan sığorta müqaviləsi üzrə əmlakın həmin sahəyə aid olan hissələrinə təminat verilməkdədi r; - Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatının İnkişaf və istismar birliyinin verdiyi “Əsas quruluşlar” sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/40-45 ünvanında yerləşən bağ evinin 553.23 kv.m hissəsinə yaşayış mənzili, yaşamalı otaqlar, mətbəx, balkonlar, yaşayış mənzillərinin yekunu və sairə hissələr aiddir. Həmin sənədə əsasən, dəmir darvaza (3.60x3.0) tikintiyə daxil olmayan sahədir; - baş vermiş hadisə Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir və Sığorta şirkətinin bu hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır.
16. Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini müəyyən edilməsi məqsədilə 09 dekabr 2021-ci il tarixli qərardadla iş üzrə ekspertiza təyin etmişdir.
17. Məhkə mə Ekspertizası Mərkəzi tərəfindən 28 aprel 2022-ci il tarixli 10/212-9/155 saylı ekspert rəyinə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evinin giriş-çıxış darvazasının istifadədə olması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti təxminən 15.000 manat təşkil edir.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-127/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 14.750 (on dörd min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi və 2.289 (iki min iki yüz səksən doqquz) manat dəbbə pulunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, ekspertiza xərci cavabdehdən tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Natavan Tağıyeva)
19. Birinci instansiya məh kəməsi işdəki sənədlərə, o cümlədən ekspert rəyinə əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı bağ evinin maddi zərər dəymiş giriş-çıxış darvazasının əsaslı təmiri və bərpası üçün çəkiləcək xərcin ümumi dəyəri 15.000 manat məbləğindədir.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, “Şimali” DRES 1/4045 saylı bağ evinin həyatyanı sahəsində quraşdırılmış darvazasının təbii fəlakət nəticəsində zədələnməsi sığorta hadisəsi sayılmalıdır və cavabdehin sığorta ödənişinin verilməsindən imtinası qanuna zidd və əsassızdır.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin 14.112 manat dəbbə pulu hissəsi ilə bağlı qeyd edib ki, iddia tələbi həmin hissədə də əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, “İcbari sığortalar haqq ında” Qanunun 18-ci maddəsinə əsasən, bu Qanunun 17.1ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 135.4, 135.10, 922.2, 926.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 13.1, 13.2, 18, 35.1, 36.1.8, 40.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1, 101.7, 107, 124 və 218.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəbbə pulunun tutulması hissəsində qismən ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilərək 14.112 manat məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - məhkəmə baxışı zamanı qanunvericiliyə dəyişiklik hazırlıq iclasının keçirilməsindən 2 ay 10 gün keçdikdən sonra qəbul edilib və 5 ay 01 gündən sonra qüvvəsini alıb, buna görə də iddia tələbinin həcminin artırılmasına dair ərizənin iddia ərizəsinə məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməsi iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olmayıb, məhkəmə isə bu halı əsaslı qəbul etməmişdir. Halbuki, qanunvericiliyə dəyişikliklər məhkəmə baxışı zamanı tətbiq edilmiş və qüvvəsini almışdır. Məhkəmənin hazırlıq iclası keçirilən zaman qeyd olunan dəyişiklik mövcud olmamış və belə bir dəyişikliyin ediləcəyini təxmin edə bilməzdi. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərkən MPM-in 53-cü maddəsi yeni redaksiyada qəbul edilməmiş, dərc edilməmiş və qüvvəsini almamışdır; - Mülki Məcəllənin 467-ci maddəsi hazırki mübahisənin predmetinə, yəni sığorta ödənişnin verilməməsinə görə hesablanan dəbbə pulunun azaldımasına şamil edilə bilməz.
25. Cavabdeh də apelly asiya şikayəti verərək, qətnamənin ləğv ediıməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - məhkəmə zədələnmiş əmlakın – həyətyanı sahədə quraşdırılmış darvazanın sığorta predmetini təşkil etməməsinə və sığorta təminatına daxil edilməməsinə, ümumiyyətlə, diqqət yetirməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə yaşayış evlərinin hansı hissələrinə təminat verilməsi birbaşa göstərilmişdir və yaşayış evinin həyətyanı sahəsində yerləşən darvaza bu təminata daxil edilmir. Məhkəmə isə sığorta təminatına daxil edilməyən darvazanın zədələnməsini sığorta hadisəsi hesab etmişdir; - Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digə r ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Yəni, həyətyanı sahədə yerləşən darvaza yaşayış evi anlayışı ilə əhatə olunmur və sığorta predmeti hesab olunmur; - eyni zamanda sığorta şəhadətnaməsi ilə konkret olaraq 553.23 kv/m sahəyə təminat verildiyi müəyyən edilmişdir; - Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin təqdim etdiyi sənədin “Əsas quruluşlar” bölməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/4045 ünvanında yerləşən evin 553.23 kv/m sahəsinə yaşamalı otaqlar, mətbəx kimi sahələr daxil edilmişdir. Darvaza (3,60x3,0) isə “Tikinti yekuna daxil olmayan sahə” bölməsində öz əksini tapmışdır, yəni 553.23 kv/m sahəyə daxil deyil.
27. İşin apelly asiya baxışı zamanı bağ evinə dair texniki pasportu, tərtib olunmadığı halda bağ sahəsinin texniki göstəriciləri, həmçinin darvazanın texniki göstəricilərə və evin tərkib hissəsinə daxil olub-olmaması barədə Daşınmaz əmlakın dövlət kadastr və reyestr X1 1 saylı Bakı Ərazı İdarəsinə sorğu verilmiş, lakin həmin orqan tədqiqat obyektinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından həmin məlumatları təqdim edə bilməmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5208/2022 nömrəli, mülki iş üzrə 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdəki sənədlərə əsasən iddiaçının Bakı şəhəri, Xəzər rayonu, “Şimali DRES”, 1/4045 saylı 553,23 kvm ümumi sahəsi olan bağ evi üzərində mülkiyyət hüququ və həmin evin yerləşdiyi 0,037079 ha torpaq sahəsi üzərində istifadə hüq uqu xx.xx.2018- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bu barədə ona müvafiq çıxarış verilmişdir. Həmin çıxarışa əsasən bağ evi iddiaçının, onun yerləşdiyi torpaq sahəsi isə dövlətin mülkiyyətdədir. İddiaçının sığorta predmetinə aid etdiyi darvaza istifadədə olan torpaq sahəsində yerləşir. Baxılan iş üzrə Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsində sığorta predmeti kimi Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/40-45 ünvanında yerləşən bağ evi göstərilmişdir. Sığorta şəhadətnaməsində sığorta predmetinə bağ evinin giriş-çıxış qapısına dəyən ziyanla bağlı risklərin sığortalandığı, ona dəyən ziyan və zərərlərə təminat verildiyi qeyd olunmamışdır. Sığorta şəhadətnaməsində konkret olaraq 553.23 kv.m sahəyə malik evə təminat verildiyi müəyyən edilm işdir. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin təqdim etdiyi sənədin “Əsas quruluşlar” bölməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsi, 1/4045 ünvanında yerləşən evin 553.23 kv/m sahəsinə yaşayış otaqları, mətbəx kimi sahələr daxil edilmişdir. Darvaza (3,60x3,0) isə “Tikinti yekuna daxil olmayan sahə” bölməsində öz əksini tapmışdır, yəni 553.23 kv/m sahəyə aid edilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi “İcbari sığortalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna istinadən hesab edib ki, bağ evinin giriş-çıxış qapısı (darvaza) sığorta obyektinə daxil deyil, yaşayış evinin həyətyanı sahəsində yerləşən darvaza sığorta təminatı ilə əhatə edilmir. Üstəlik, Mənzil Məcəlləsinin 13.2-ci maddəsinin tələblər i baxımından da həyətyanı sahədə yerləşən darvaza yaşayış evi anlayışı ilə əhatə olunmur və sığorta predmeti hesab edilmir.
32. Apellyasiya instansiyası məhkəməsi işin apellyasiya baxışı zamanı 1 saylı Bakı Ərazı İdarəsinə verilmiş sorğu ilə bağlı qeyd edib ki, işin müəyyən edilən halları və nəzərə alınarsa, sorğuya cavab verilməməsi iş üzrə yekun qərar qəbul etməyə mane olmur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün yetərlidir. Həm də mübahisələndirdiyi darvazanın sığorta predmetinə aid olmasını və sığorta şəhadətnaməsi ilə ona təminat verilməsini sübut etmək MPM-nin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçının vəzifəsidir. İddiaçı isə həmin darvazanın sığorta predmetinə aid olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim e də bilməmişdir. Cavabdeh isə məhz bu əsasla sığorta ödənişini verməkdən imtina etmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehin sığorta ödənişi ödəməkdən imtinası qanunidir və buna görə də iddia rədd olunmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 935.1-ci, “İcbari sığortalar haqqında” Qanununun 35.4-cü, Mənzil Məcəlləsinin 13.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti belə əsaslnadırlıb: - Bakı şəhəri, Xəzər rayonu, "Şimali" DRES 1/4045 saylı bağ evi tam olaraq iddiaçının mülkiyyətindədir. Bağ evinin darvazası həmin mülkiyyətin tərkib hissəsinə aiddir. Həmin darvazanın mövcudluğu bağ evinə aid texniki pasportda öz əksini tapmışdır; - iddiaçı ilə Sığorta şirkəti arasında bağlanmış sığorta müqaviləsi isə yaşayış sahəsinin icbari sığorta müqaviləsi deyil, daşınmaz əmlakın icbari sığorta müqaviləsidir. Sığorta şəhadətnaməsində bağ evinin ünvanı göstərilmişdir ki, sığorta predmetinə həmin ünvanda yerləşən bütün əmlak aiddir. Bağlanmış icbari sığorta müqaviləsi qanunvericiliyin tələblərinə cavab verir. Sığorta hadisəsinin baş verməsi isə, yəni fırtına küləyinin əsməsi nəticəsində iddiaçıya məxsus bağ evinin darvazasının yararsız vəziyyətə düşməsi işin mübahisəsiz halıdır: - qanunvericiliyin tələblərindən də göründüyü kimi, hazırkı mübahisə predmeti olan icbari sığorta cavabdehin israrla qeyd etdiyi yaşayış sahəsinin icbari sığortası deyil, daşınmaz əmlakın icbari sığortasıdır. Qanunvericilik tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, binanın, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s. sığorta predmeti olduğunu açıq-aşkar göstərir; - Mülki Məcəllənin 934.1-ci və “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddələrində nəzərdə tutulmuş müddət ərzində sığorta ödənişinin ödənilməməsi həm verilməli olan sığorta ödənişinin gecikdirilməsini, həm də həmin müddət ərzində yazılı imtina bildirişinin verilməməsini ehtiva edir. Belə ki, qanunda konkret olaraq “ödəmədikdə” sö zləri qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi təklif edilməsini nəzərə aldıqda, iddiaçıya, ümumiyyətlə, imtina cavabının verilməsi niyyətində olmadığı anlamına gəlir. Buna görə də, 7 iş günü müddətində yazılı imtina verilməmişdir. Əks halda, sığorta predmetinə baxış keçirildikdən sonra, hidrometerologiya xidmətinə sorğu vermədən imtina cavabı verilərdi ki, darvaza sığorta predmetinə aid deyil. Bu cavab ilk əvvəldən də verilə bilərdi. Cavabdeh sığorta obyektinin nə olduğunu bilirdi, buna baxmayaraq, sığorta ödənişinin verilməsindən imtina etməmiş, əksinə, iddiaçıya sığorta ödənişi təklif etmişdir; - 21 iyul 2020-ci il tarixdən 22 iyul 2020-ci il tarixə keçən gecə və səhərə yaxın əsən fırtına küləyi nəticəsində sığorta hadisəsi baş vermişdir. Hadisə barədə 22 iyul 2020 -ci il tarixdə şirkətə məlumat verdikdən 20 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə iddiaçıya cavabdeh tərəfindən SMS göndərilərək darvazanın 2800 manat məbləğində qiymənləndirildiyi bildirilmişdir. Buna baxmayaraq, sığorta ödənişindən imtina edilməsi barədə xx.xx.2020-ci il tarixdə müvafiq imtina məktubu verilmişdir. Göründüyü kimi cavabdeh imtina məktubunu 7 iş günündən gec olmayaraq verməli olduğu halda, iddiaçı tərəfindən sığorta hadisəsi barədə məlumat verildiyi gündən 1 ay 15 gün, qiymətləndirmənin bitdiyi və 2800 manat məbləğində pul vəsaiti təklif edildiyi gündən isə 26 gün sonra vermişdir. Nəticədə qeyd olunan qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür; - apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Az ərbaycan Respublikası Qanunun mübahisə yarandığı zaman qüvvədə olan maddələrinə istinad etməmişdir. Belə ki, məhkəmə 20 noyabr 2020-ci il tarixli 198-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən sonra qüvvədə olan maddi hüquq normalarına istinad etmişdir. Hazırkı mübahisə xx.xx.2020-ci il tarixdə yaranmış, BB 239297 saylı sığorta şəhadətnaməsi isə xx.xx.2020ci il tarixli tarixdə verilmişdir; - bundan başqa məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsaslanmaqla yaşayış sahələrinin anlayışına istinad etmişdir. Lakin nəzərə almaq lazımdır ki, BB 239297 saylı xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsi yaşayış sahəsinin icbari sığortasını deyil, daşınmaz əm lakın icbari sığortasını təmin edir. Məhkəmənin bu yanaşmasından irəli gəlinsə icbari sığorta yalnız yaşayış sahələrini əhatə edir. Bu yanaşma məhkəmənin qətnaməsində istinad etdiyi "İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsinin tələblərini belə istisna edir. Bu isə məhkəmə qətnaməsinin əsaslandırılması hissələrinin bir-birinə ziddiyyətli olmasını göstərir; - ümumiyyətlə hazırkı iş üzrə mübahisənin predmeti daşınmaz əmlakın icbari sığortası olduğu halda, Mənzil Məcəlləsinin tətbiq edilməsi uyğun deyil. Qeyd olunmalıdır ki, cavabdeh ilk öncə iddiaçıya sığorta ödənişi təklif etsə də, iddiaçı təklif edilən məbləğlə razı olmadığından müxtəlif bəhanələr gətirərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 886.3. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. Maddə 935.1. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. Mənzil Məcəlləsi Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. “İcbari sığortalar haqqında” Qanun Maddə 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların kon struktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkə n apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
39. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayətləri üzrə düzgün nəticəyə gəlib.
43. İddia tələbi sığorta ödənişi barədədir. İddiaçı özünə məxsus olan bağ evinin darvazasına güclü külək nəticəsində zərər dəyməsinə, bunun sığorta hadisəsi olmasına istinad etmişdir. Cavabdeh isə etirazının əsası kimi darvazanın sığorta təminatına aid olmamasına istinadən sığorta ödənişinin verilməsindən imtina etmişdir. Belə olan halda, bağ evinin darvazasının sığorta obyekti kimi sığorta təminatı ilə əhatə olunub-olunmaması iddianın həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
44. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə bağ evinin giriş-çıxış qapısı (darvaza) sığorta obyektinə daxil deyil, yaşayış evinin həyətyanı sahəsində yerləşən darvaza sığorta təminatı ilə əhatə edilmir, həmçinin darvazanın sığorta predmetinə aid olmasını və sığorta şəhadətnaməsi ilə ona təminat verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı qeyd edilən halı sübut edə bilməmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3034-cü bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlillərid ir.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnamə qəbul edərkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun mübahisə yarandığı zaman qüvvədə olan olan maddələrinə istinad etməməsi, məhkəmənin 20 noyabr 2020-ci il tarixli 198-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən sonra qüvvədə olan maddi hüquq normalarına istinad etməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci maddəsinin 20 noyabr 2020-ci il tarixli dəyişikliyə qədərki redaksiyasında yazılırdı: “Daşınmaz əmlak – yer təki sahələri, ayrıca su obyektləri, (sututarla r) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir”
48. Həmin Qanuna 20 noyabr 2020-ci il tarixli 198-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə görə isə 1.0.1-ci maddə artıq yeni redaksiyada idi: “Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir.
49. Göründüyü kimi, kassasiya şikayətində dəlil kimi istinad olunan Qanuna edilmiş dəyişiklik sırf texniki məna daşıyır və iddiaçının tələbinin əsası ilə, başqa sözlə, darvazının bağ evinə aid edilib-edilməməsi ilə hər hansı əlaqəsi yoxdur.
50. Mübahisənin predmeti daşınmaz əmlakın icbari sığortası olduğu halda, Mənzil Məcəlləsinin tətbiq edilməsinin düzgün olmaması barədə dəlil də əsassızdır. Çünki qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin yaşayış evinin anlayışını özündə əks etdirən 13.2-ci maddəsinə istinad etməklə, darvazanın yaşayış evinin tərkib hissəsi olub-olmamasına aydınlıq gətirmişdir.
51. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki halları ilə bağlıqdır, həmin dəlillərə işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5208/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən