Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3450/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və iddiaçının vəkili Əfrasiyabova Dilarə Paşa qızının iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı 1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8440/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətn aməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ailəsi ilə birlikdə xxx qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ceyhun Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən, məruzəçi), Z.Məmmədov və S.Qafari, 2(105)514/2020 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8440/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - Cavabdeh ailə üzvlərinin XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi Cavabdeh ailə üzvl ərinin XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində təmin edilməmiş, qətnamənin Cavabdeh XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası Məhkəməsi qətnaməni cavabdehin ailə üzvlərinin çıxarılması hissəsində ona görə ləğv etmişdir ki, məhkəmə hesab etmişdir ki, idia mücərrəd olmaqla konkret deyil və ailə üzvləri konkret olaraq işə cavabdeh kimi cəlb edildikdən sonra onlara qarşı iddia təmin oluna bilər. İşin halları: İddiaçı 1 Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsi 214 nömrəli yataqxana, mənzil 9 ünv anından ailəsi ilə birlikdə köçürülməsi və yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının balansında olan XXX qapalı hərbi-şəhərciyi, Gənclik küçəsi 213 və 214 saylı yataqxanalar və “Tağıyev-2V” (Kərim Kərimov küçəsi) yerləşən xidməti mənzillər taxta (konstruksiyalı) materiallarından inşa olunmuşdur. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qaçqın və məcburi köçkün gələn ailələr həmin xidməti mənzillərdə məskunlaşmışdırlar. Cənab Prezidentin müvafiq sərəncamı ilə qaçqın və məcburi köçkün ailələlərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni mənzillərə köçürüldükdən sonra, iddia ərizəsində qeyd olunan ünvanlarda (XXX, Gənclik küçəsi 213 və 214 saylı yataqxanalar və “Tağıyev2V” barak t ipli xidməti mənzillər) bəzi çətinliklər yaranmışdır. Göstərilən ünvanlarda xidməti mənzillərdə qaçqın və məcburi köçkünlərdən başqa, Müdafiə Nazirliyi ilə əlaqəsi olmayan ailələr qeydiyyatsız olaraq uzun müddətdir ki, xidməti kirayə haqqı və kommunal xidmət xərclərini ödəmədən yaşayırlar. Onlarla dəfələrlə söhbətləşmələr zamanı yaşadıqları xidməti mənzilləri təhvil verilməsi barədə edilmiş xəbərdarlıqlara məhəl qoymurlar və hal-hazırda da orada yaşayırlar. Binaların istismar müddəti başa çatmış və uzun müddətli istismar nəticəsində qəzalı vəziyyətə düşmüşdür. İstismar müddəti bitmiş taxta konstruksiyalı binaların bu günki vəziyyəti sakinlər üçün daimi təhlükə mənbəyidir. Bu təhlükəni nəzərə alaraq bəzi dövlət qurumlarına müraciətlər olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassator apellyasiya icraatının qətnaməsini ailə üzvlərinin çıxarılmalarının ləğv olunması hissədə mübahisələndirir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, XXXnin balansında olan XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsi 214 nömrəli yataqxananın 9 nömrəli mənzil xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsidir. XXX balanssaxlayıcı kimi öhdəliyində olan daşınmaz əmlaka görə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1098-ci maddəsinə (Zərər vurulmasımın qarşısının alınması) əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Məhkəmə qətnaməsində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş XXXnin H.Zeynalabdin qəsəbəsi XXX hərbi şəhərciyi ərazisində yerləşən 145, 146, 213 və 214 nömrəli yataqxana binalarının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli rəyi əsasında göstərilən binalar yaşayış üçün tam yararsız və istismarı texniki cəhətdən yolverilməz vəziyyətdədir və bununla əlaqədar binada gücləndirmə və bərpa işlərinin aparılması texniki cəhətdən məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliy inin Tikintidə X1 Agentliyinin rəyi barədə məlumat birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində geniş yer almasına baxmayaraq, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Nəzərinizə çatdırıram ki, cavabdehin ailə üzvləri ilə birlikdə zəbt etdikləri mənzildən çıxarılması zərurəti ilk növbədə cavabdehə və onun ailə üzvlərinin zərər vurulmasının qarşısının alınması üçün yaranmışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 və iddiaçının vəkili Əfrasiyabova Dilarə Paşa qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məh kəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kim i qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İş materiallarında olan XXXnin 991 saylı, xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, XXX qapalı hərbi şəhərciyi, Gəncli küçəsində yerləşən 214 nömrəli yataqxana həqiqətən XXXnin balansındadır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” xxxinin Hacı Zeynalabdin qəsəbəsi XXX hərbi şəhərciyi ərazisində yerləşən 145, 146, 2 13 və 214 nömrəli yataqxana binalarının texniki vəziyyəti haqqında xx xxxxxx 2018-ci il tarixli rəyinin surətindən görünür ki, 214 nömrəli “Mobil tipli” yataqxana binası yaşayış üçün tam yararsız hesab edilir, bina texniki cəhətdən yolverilməz vəziyyətdədir, binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə binada müvafiq layihə əsasında gücləndirmə və bərpa işlərinin aparılması texniki cəhətdən məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünl ərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövl ət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, xxx qapalı hərbi şəhərciyi, XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana iddiaçının balansındadır. Mübahisəli mənzil dövlət mənzil fonduna aiddir, cavabdehə xidməti yaşayış sahəsinin verilməsinə dair tərəflər arasında müqavilə mövcud deyildir. Cavabdeh özü də bu halı mübahisələndirmir və ona yeni yaşayış sahəsi və ya kompensasiya veriləcəyi halda mübahisəli yaşayış sahəsini tərk edəcəyini bildirir. “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın təsdiq edilməsi haqqı nda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2010-cu il tarixli, 86 saylı qərarın 1.5-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələ seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssilərində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Cavabdeh XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrə li yataqxana mənzil 9 ünvanından çıxarılması barədə gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin cavabdehin ailəsi ilə birlikdə XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsinə qiymət verən apel lyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddia ərizəsindən göründüyü kimi cavabdehin ailə üzvlərinin adlarını, soyadlarını, ata adlarını və s. göstərmədən iddiaçı cavabdehlə birgə onların da mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə iddia tələbi qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməli dir. Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8440/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini qismən Cavabdeh ailə üzvlərinin XXXqapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində ləğv etməklə, həmin hissədə yeni qətnamə qəbul etməklə, iddia tələbini Cavabdeh ailə üzvlərinin XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində təmin etməməklə, qətnamənin Cavabde h XXX qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi XXXnin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3450/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3450/2020
28.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver