Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3450/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(103)-3444/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclası nda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən təqdim olunmuş 1105/23 saylı materiala görə Cavabdeh Oktay qızının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə yanaşı hər hansı başqa cinayətin tərkib əlamətləri olmadığı müəyyən edilmiş, onun barəsində İdarənin İstintaq şöbəsinin müstəntiqinin 29 aprel 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
2. Cinayət işinin başlanmasının rədd olunmasına dair materiallarındakı hazırkı iş üzrə cavabdeh olan Cavabdeh Oktay qızının 21 aprel 2023-cü il tarixli izahatında göstərilmişdir ki, Sehranə onun saç ustası olmuş, 6 ildir aralarında yaxşı münasibət yaranmışdır. Bir-birilərinə bəzən borc pul vermişlər. Sehranə ona sələmə 1000 manat ver miş, 1500 manat qaytarmış, 2000 manat vermiş, 2800 manat qaytarmış, 500 manat vermiş, 700 manat qaytarmışdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və fərdi yaşayış evinə aid Texniki pasporta əsasən Ucar rayonu, Qarabörk kəndində olan 57 kv metr fərdi yaşayış evi və 0,063 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun illərdir tanıyır. Cavabdeh 2021-ci ilin yay ayından 17 fevral 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə ondan 25000 manat pulu borc olaraq götürmüş, lakin hazır kı vaxtadək qaytarmamışdır. Cavabdehi uzun illərdir tanıdığına görə və aralarında inam, etibar olduğuna görə pulları ona verən zaman onunla heç bir yazılı müqavilə bağlamamış, aralarında olan borc münasibətləri yalnız şifahi olmuşdur.
6. İddiaçı tərəfindən təqdim edilən və iş materiallarında olan “whatsapp” yazışmalarında - səs yazılarında Cavabdeh iddiaçıdan borca pul alması barədə etiraf edici səs yazıları olsa da, lakin hansı məbləğdə (məbləğlərdə) pulun alınması barədə söhbət aparılmamışdır.
7. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək rədd olunmasını xahiş etmiş, izahatında göstərmişdir ki, Sehranəni 6 ildir ki, tanıyır. Sehranə ilk dəfə 2019-cu ildə ona 7000 manat məbləğində sələmə pul vermiş və o, 3 ay ərzində hər ay 700 manat pul ödəmiş, 3 ayın tamamında, 2020-ci ildə pul u tam qaytarmışdır. 2022-ci ilin dekabr ayında 2000 almış, 2800 manat qaytarmış, sonra 1000 manat almış, 1500 manat qaytarmışdır. Həmçinin 500 manat almış, 700 manat qaytarmışdır. Aralarında pul alışvermçlçri ilə bağlı vatsap yazışmaları olmuşdur. Sehranənin bir nəfər şəxslə münasibətləri olmuş və bu münasibətlərə görə həmin şəxs onu şantaj etmişdir, buna görə Sehranə ondan kömək istəmişdir. Ona görə də Sehranəyə rayonda evi olduğunu və ev satıldıqdan sonra ona pul verə biləcəyini bildirmişdir. O, iş yoldaşları ilə lotareya oynamışdır və 8800 manat da lotareya pulu olmuş, Sehranə ona 8800 manat məbləğində pul verməmişdir. Səs yazılarında olan Sehranədən “nə qədər pul götürməsi və qaytarma vaxtının deməsi barədə danışıqlar Sehranədən 1000 manat məbləğində və qonşusundan alıb ona verdiyi 500 manat məbləğində pul ilə bağlı olmuşdur. Səs yazılarında olan: “həmin adam ayın axırına deyib pulu onu gözləyir” kimi danışıqlar Sehranədən aldığı 2000 manat məbləğində pul ilə bağlı olmuşdur. İş üzrə şahidlərin bildirdikləri ilə razı deyil. Belə ki, Sehranə pulu daimi ona salonun qarşısında vermiş, hətta ona pul verəndə bildirmişdir ki, salonda işləyənlər bu barədə bilməsin. Salonda Sehranə tərəfindən ona 5000 manat məbləğində pul verilməmişdir. Götürdüyü pul məbləğlərinin iddiaçıya qaytarılması barədə sübutları yoxdur.
8. Məhkəmə iclasında dindirilmiş şahid X3 göstərmişdir ki, Aysel əvvəl onun müştərisi olmuşdur. Sehranə tərəfindən pul verildiyini görməmişdir. Lakin onun iş yerində Sehranə ilə pul alması, qaytaracağı barədə söhbətləri eşitmişdir. Həmçinin rayonda olan torpaq sahəsinin satıldıqdan sonra qaytaracağını eşitmiş, torpaq sahəsinə dair sənədləri görmüşdür. Borca verilmiş pul məbləğinin 18000 manat olduğunu, daha sonra isə çoxaldığını bilir. Sehranə Məryəm adlı şəxsdən pul alıb Ayselə vermiş, qaytarmadığına görə Sehranə bankdan pul götürüb borcunu qaytarmışdır.
9. Məhkəmə iclasında dindirilmiş şahid X1 göstərmişdir ki, Sehranə ilə birlikdə işləyir, Ayseli isə müştəri kimi tanıyır. Sehranə bankdan 10000 manat pul götürmüş, 5000 manatını onun yanında salonda Ayselə vermiş, 5000 manatını isə Məryəmə verərək ondan aldığı borcunu qaytarmışdır. Sehranə Məryəmdən 5000 manat alıb Ayselə vermişdir. Bu barədə Sehranədən soruşduqda Sehranə ona Ayselə əvvəllər 3000, 4000, 7000 manat məbləğlərində pul verdiyini, ona Ucar rayonunda işini tamamlamaq üçün əlavə 5000 manat pul lazım olduğunu bildirdiyini, həmin pulu ona verdiyini verdikyi pulları cəm şəkildə Ayseldən alacağını bildirmişdir. Həmçinin Sehranə ona demişdir ki, Ayselə cəmi 25000 manat məbləğində pul vermişdir. Sehranənin Ayselə verdiyi 5000 manat pulu Məryəmdən alması barədə Ayselin məlumatı olmuşdur. Digər məbləğlərdə Sehranə tərəfindən Ayselə pulun verdiyini görməmişdir. 2023-cü ildə Sehranə Aidə ilə bankdan pul alıb 5000 manat məbləğində pulu Ayselə vermişdir. Bankdan gələndə Sehranənin əlində 10000 manat pul olmuş və onun yanında 5000 manatı Ayselə vermişdir. 5000 manat hissəsini isə Məryəmə verdiyini görmüşdür. Sehranə Ayselə pulu salonda vermişdir. Ayseldən Sehranəyə 25000 manat borclu olduğunu isə eşitməmiş, həmin məbləğdə pulun borclu olmasını Sehranədən eşitmişdir. 5000 manatın Sehranə tər əfindən sayılıb Ayselə verildiyini görmüşdür.
10. Xəzər Rayon Məhkəməsinin 2(003)-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10500 manat alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qəğ edilmişdir. (hakim İlham Cəfərzadə)
11. Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflər arasında pulun borca verilməsi ilə bağlı münasibətlər olmuş, aralarında olan razılaşmalar şifahi qaydada aparılmış və yazılı qaydada borc müqaviləsi mövcud deyildir. İddiaçı cavabdehə hissə-hissə olmaqla ümumilikdə 25000 manat məbləğində pulun borca verdiyini bildirsə də, məhz həmin məbləğdə pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq iş üzrə cavabdeh iddiaçıdan ilk dəfə 2019-cu ildə 7 000 manat, 2022-ci ilin dekabr ayında 2000 manat, sonra 1000 manat, həmçinin 500 manat aldığını və qaytardığını bildirmişdir. Belə olan halda iddiaçı tərəfindən ümumilikdə 10500 manat məbləğində pulun cavabdehə borca verilməsi halı işin mübahisəsiz və məhkəmə tərəfindən müəyyən edilmiş halı kimi qəbul edilməklə iddiaçının bu məbləğdə pulun verilməsi ilə bağlı sübutetmə yükündən azad etmişdir. Həmin məbləğdə pulun iddiaçıya qaytarılması ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
12. Beləliklə, iddiaçı cavabdehə ümumilikdə 25000 manat məbləğində borca pul verdiyini iddia etsə də, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş və işin məhkəmə iclasında araşdırılmış halları ilə də müəyyən edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə hissə-hissə olm aqla ümumilikdə 10500 manat məbləğində pulun borca verilməsi öz təsdiqini tapmış və həmin məbləğdə pulun qaytarılması öz təsdiqini tapmadığından 10500 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.4, 739.1, 739.2,739.3, 1092.1 və 1092.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianı tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkilinin israrlı vəsatə tləri ilə Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilmiş, ona ətraflı və hərtərəfli suallar ünvanlanmışdır. Verilən suallar qarşısınıda əlacsız qalan Cavabdeh bu dəfə də ilk dəfə 2019-cu ildə 7000 manat, 2022-ci ilin dekabr ayında 2000 manat, sonra 1000 manat, həmçinin 500 manat aldığını və guya qaytardığını bildirmişdir. Belə olan halda ümumilikdə 10500 manat məbləğində pulun cavabdehə borca verilməsi halı işin mübahisəsiz və məhkəmə tərəfindən müəyyən edilmiş halı kimi qəbul edilmişdir. Həmçinin, vəkili tərəfindən cavabdehlə aralarında olan səs yazılarının tədqiq edilməsi məhkəmədən xahiş edilmiş, məhkəmə vəsatəti təmin etmiş və səs yazıları tədqiq etmiş, həmin səs yazılarında bir çox maraqlı xüsusatlar vardır ki, cavabdeh pul aldığına dair etirafyönümlü fikirlər səsləndirir. Vəkili t ərəfindən təqdim edilmiş yaddaş kartında olan 30-cu səs yazısının xüsusilə dinlənilməsi xahiş edilmiş və iclas zalında həmin səs yazısı dinlənilmişdir. Həmin yazıda cavabdeh “8800-ü bilmirəm nə vaxt qaytaracaq, deyir faizini verirəm də, əgər onda problem olarsa, qaytarmasını tələb etmək olar” məzmunlu cümlə işlətmişdir. Vəkilinin cavabdehə ondan 8800 manatla bağlı olan sualına cavabdeh 8800 manatı Sehranədən alıb vermiş, o da qaytarmışdır” cavabını vermişdir. Ona təkrarən sual verilmişdir ki, dəqiq alıb verilmiş pul qaytarılmışdır, o da bəli cavabını vermiş, təkrarən məhkəmənin eyni sualı verməsindən sanki oyanmış və daha sonra dediklərini qeyrisəmimi şəkildə təkzib etməyə başlamışdır. Halbuki, sullara verdiyi ilkin cavablarında 8000 manat məbləğini də etiraf etmişdir və bütün bu hallar mə hkəmə iclas zalının video yazılarında qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan məhkəmə iclasında müəyyən edilmiş hala qiymət vermədən qətnamədə cavabdehin izahatını “o iş yoldaşları ilə lotereya oynamış və 8800 manat da lotareya pulu olmuş, Sehranə ona 8800 manat məbləğində pul verməmişdir” məzmununda qeyd etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd oluna halı və şahid ifadələri və səs yazıları ilə müəyyən edilən digər halları müəyyən etməmiş, nəticədən mülki prosessual qanunverciliyin tələblərini pozmuşdur.
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi iddia tələbinin tam olaraq rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh qətnamədən apellyasi ya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq 10500 manat məbləğində pulu qaytarmasına dair cavabdehin, məhkəmənin yekun baхış iclasında borcun 7000 manat hissəsinin cavabdeh tərəfindən ona qaytarılması hissəsində və 2019-cu ildə aldığı borcu vaхtında qaytarmayan cavabdehə təkrar, özü də böyük məbəğlərdə borc verməsinə əsas olmuş halı izah edə bilməyən iddiaçının izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Eyni zamanda məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara (iddiaçı tərəfindən cavabdehə sələmə ilk dəfə 2019-cu ildə 7000 manat, 2022-ci ilin dekabr ayında 2000 manat, sonra 1000 manat verməsinə, cavabdehin də həmin pul vəsaitlərini qaytarmasına), tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Məhkəmə həmçinin qanunvericiliyin tələbinə görə 3000 manatdan yuxarı olan borc müqaviləsi notarial qaydada bağlanmalı olmasını da diqqətdən qaçırmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2024cü il tarixli 2(103)-3444/2024 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-168/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət olunmuşdur. (hakilmər-Şirinov İkram (sədrilik edən və məruzəçi),Kazımov Elşən və Cəfərov Namiq)
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsa s dəlilləri tərəflər arasında borc münasibətlərinin olduğu dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə 3000 manatdan yuxarı olan borc müqaviləsi notarial qaydada bağlanmalı olması və belə bir müqavilənin olmaması, eləcə də iddiaçıdan götürdüyü 10500 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmasının təsdiq olunması ilə bağlıdır.
21. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayəti dəlilləri ilə bağlı göstərmişdir rayon məhkəməsinin sübut kimi istinad etdiyi “whatsapp” səs yazısının həqiqiliyi nəinki mübahisələndirilmir, əksinə cavabdehin özü də həmin yazının mövcudluğunu təsdiq etmişdir. Həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində sübut əhəmiyyəti kəsb edir.
22. İddiaçının tələb etdiyi 25000 manata dair borc müqavi ləsinin yazılı formada bağlanmalı olmasına dair qanunun tələbinə əməl olunmaması ilə əlaqəlar apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 740.2-ci maddəsinln borc məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanması barədə göstərişi müqavilənin etibarlılığı məsələsinə təsir etmir, daha çox sübuti əhəmiyyət daşıyır, qanunda 3000 manatadək məbləğdə borca dair müqavilənin şifahi bağlana bilməsinin müəyyən olunması da bu qənaətin təsdiqidir. Əks halda necə ola bilər ki, 3000 manat məbləğində borc müqaviləsi şifahi bağlanır və etibarlı olur, 3001 manat məbləğində borc müqaviləsi isə yazılı olmadıqca etibarsız sayılır. Belə bir yanaşma dayanıqlı və məntiqli də görünmür.
23. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh şikayətində tərəflər arasında borc m ünasibətlərinin olmasını, eləcə də borcun məbləğini (10500 manat) mübahisləndirmir. Belə olan halda həmin müqavilənin yazılı olması barədə tələbin güddüyü əsas məqsədin (sübut etmə) təmin olunduğu müəyyən olunur.
24. Cavabdehin şikayətin digər dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 10500 manat məbləğində borc pul vəsaitini aldığını, lakin həmin borcunu qaytardığını, rayon məhkəməsinin isə bu halı düzgün qiymətləndirmədiyini bildirirsə də, buna dair, yəni borcun qaytarması ilə bağlı rayon məhkəməsinə sübut verməmiş, apellyasiya şikayətinə də hər hansı sübut (qəbz) əlavə etməmişdir, halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etməsi qaçılmaz idi, demək cavabdehin belə bir sübutu olmamışdır, ona görə də apellyasiya şikayətinin bu dəlili də ə sassız sayılmalıdır.
25. İddiaçı isə apellyasiya şikayətində cavabdehə 25000 manat məbləğində borca pul verməsini rayon məhkəməsi baxışı zamanı şahid ifadələri, həmçinin tərəflər arasında olan “whatsapp” səs yazıları ilə təsdiq edildiyini bildirmişdir.
26. Apellyasiya məhkəməsi iddiaçının şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində Sehranə tərəfindən 25000 manat məbləğində pul verildiyini eşitməsini bildirmiş, eyni zamanda digər şahid X1 göstərmişdir ki, “Sehranə ona bildirmişdir ki, Ayselə cəmi 25000 manat məbləğində pul vermişdir”. Lakin, qeyd olunan şahidlər ifadələrində iddiaçı tərəfindən cavabdehə 25000 manat borc pul verilməsini iddiaçıdan eşitdikərini bildirmişlər, həmin vəsaiti n bilavasitə onların iştirakı ilə verilməsi barədə məlumat verməmişlər.
27. Bundan başqa, birinci instansiya məhkəməsi baxışı zamanı X3 da ifadəsində bildirmişdir ki, “borca verilmiş pul məbləğinin 18000 manat olduğunu, daha sonra isə çoxaldığını bilir”, həmin şahid də borcun məhz 18000 manat olmasını və daha sonra çoxalmasını məhz bilavasitə onun iştirakı ilə və ya hansısa bir formada onun şahidliyi ilə verilməsini göstərməmiş, bu halların şahidi olmamışdır.
28. Belə olan halda məhkəmə qeyd olunan şahid ifadələrinin iddiaçının cavabdehdən tələb etdiyi 25000 manat pulun verilməsini təsdiq edən sübut kimi qiymətləndirilməsinin yolverilməz olması barədə rayon məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin şahidlərin ifadələri iş üzrə hər hansı yanak ı sübutlarla da öz təsdiqini tapmamışdır.
29. Bundan başqa, iddiaçının şikayətində istinad etdiyi səs yazılarında isə cavabdehin konkret olaraq iddiaçıdan 25000 manat məbləğində pul vəsaitini alması müəyyən edilməmişdir. İddiaçı bu barədə məhkəməyə digər mötəbər sübutlarını təqdim etməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.1, 324.4, 529.1-529.8, 739.1-739.3, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci və MPM-nin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
31. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətin dəlliləri apellyasi ya şikayətin dəlliləri ilə eynilik təşkil etmişdir.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
36. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunması hissədə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini məhkəmə aktının həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırı lmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
39. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
40. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
41. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
42. Maddə 529.3.İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
43. Maddə 529.4.Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir.
44. Maddə 529.5.Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.
45. Maddə 529.6.Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
46. Maddə 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı v ə yeri haqqında məlumatlar göstərilməlidir.
47. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər.
48. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
49. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından b iri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
50. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
51. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi ə sas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
52. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
53. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
54. Maddə 1092.2 Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
63. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsin in vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3444/2024 nömrəli iş üzrə 11 iyun 2024-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.