Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3451/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkilləri X8, X5 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və C avabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabd eh2 qarşı evdən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə; ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov, iş № 2(067)-3399/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma barədə ilk iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 iki yetkinlik yaşına çatmamış və bir azyaşlı uşağı ilə birlikdə mülkiyyət hüququ üzrə İddiaçı məxsus Xaçmaz rayonu, Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılmaları və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov, iş № 2(105)117/2020) ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-3399/2018 saylı qətnaməsi qismən qarşılıqlı iddia tələbi hissəsində ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsi üzərində görülmüş abadlıq və təmir işlərinə görə pul tələbi barədə qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı 7852 (yeddi min səkkiz yüz əlli iki) manat maddi ziya məbləğinin tutularaq Cavabdeh1 və Cavabdeh2 verilməsi qət edilmiş, qətnamə - «Cavabdeh1 və Cavabdeh2 iki yetkinlik yaşına çatmamış və bir azyaşlı uşağı ilə birlikdə mülkiyyət hüququ üzrə İddiaçı məxsus Xaçmaz rayonu, Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılsın» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası m əhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilləri X14 və X10 izahatlarında göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştira kı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiy a instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz rayonu Yalama kəndində yerləşən 2 mərtəbədən, 2 yaşayış otağından, ümumi sahəsi 61,8 kv.metrdən, yaşayış sahəsi 30,9 kv.metrdən ibarət olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 16 №-li, xx xxxxxx 1988-ci il tarixli qərarı əsasında X2 adına xx.xx.1990-cı ildə, 10-625 №-li reyestr kitabında q eydə alınmış və Xaçmaz rayon X4 xx xxxxxx 1998-ci il tarixli, 14 saylı qərarına əsasən X1 mülkiyyətinə Xaçmaz rayonunun Yalama kəndi ərazisində 0,07 ha torpaq sahəsi verilmişdir. Cavabdeh1 2000-ci ildə X11 ilə evlənib, mübahisəli yaşayış sahəsi olan Xaçmaz rayonu, Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə köçmüş, həmin ünvanda 2 nəfər xx xxxxxx 2002-ci il təvəllüdlü Taleh və xx xxxxxx 2007-ci il təvəllüdlü Müşviq adlı uşaqları doğulmuşdur. Cavabdeh1 2000-ci ildə mübahisəli evə ərinin nənəsi X1 öz razılığı ilə köçmüş, 2003-cü ilə kimi bir yerdə yaşayıb, ümumi təsərrüfat aparmaqla yaşayış evindən birgə sahiblik və istifadə hüququndan istifadə etmişlər. X6 xx xxx 1997-ci ildə, X3 xx xxxxxxx 2003-cü ildə vəfat etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 V.V.Mehdiyev ilə həmin evdə 2012-ci ilə kimi ər-arvad kimi yaşayıb, ümumi təsərrüfat aparmış və yaşayış sahəsindən birgə istifadə etmişlər. V.V.Mehdiyev və Cavabdeh1 arasında mövcud olan nikah qeydi 2012-ci ildə pozulmuş, sonuncu himayəsində olan uşaqları ilə birlikdə yaşayış evində yaşamağa davam etmiş, əri V.V.Mehdiyev isə Rusiya Federasiyasına gedərək orada başqa qadın ilə evlənib ailə həyatı qurmuş, həmin vaxtdan sonra isə heç bir əlaqəsi olmamışdır, Cavabdeh1 2000-ci ildən yaşadığı evdə təmir-tikinti işləri, abadlıq işləri aparmış və yaşayış sahəsində əsaslı dəyişiklər aparmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-2238/2017 saylı qətnaməsi ilə İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququ tanınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfi ndən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52.9 kv metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci ildə qeydə alınıb, müvafiq çıxarış verilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 2000-ci ildə X11 ilə evlənib, mübahisəli yaşayış sahəsi olan Xaçmaz rayonu, Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinə köçüb, orada yaşamış və hal-hazırda da həmin ünvanda yaşamaqdadır. Bundan əlavə yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində mişar daşından çəkilmiş hasarın və həyətdə olan digər tikililərin məhz Cavabdeh1 tərəfindən inşa edilməsi də işin mübahisəsiz hallarındandır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hazırda mübahisəli yaşayış evində, ilk iddia üzrə iddiaçı, qarşılıqı iddia üzrə cavabdeh İddiaçı isə başqa ünvanda yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 20527 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə görə, Xaçmaz rayonu, Yalama kənində yerləşən İddiaçı mülkiyyətində olan yaşaış evinin 2-ci mərtəbəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən 2017-ci ilin sonunda aparılmış təmir-tikinti və abadlıq işlərinə, elektrik naqillərinin yenidən çəkilməsinə, su quyusunun qazılmasına həyətdə çardaq tikilməsinə, dam örtüyünün yenidən dəyişdirilməsinə, 30 metr uzunluğunda mişar daşından hörülmüş tövlə tikintisinə və ümumi torpaq sahəsinin və hi ssəsinin daş hasara hörülməsi üçün aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinin uyğun olaraq ümumi dəyəri təqribən 7852 manat məbləğində müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 152.8, 1091, 1092-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. İddiaçı kasaasiya şikayətində olan dəlilləri aşağıdakılardan ibarətdir «…cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətimdə olan həmin yaşayış evində aparılmış olan abadlıq işlərini həddindən artıq şişirdilmiş formada qeyd etmişlər və görmədikləri işləri belə öz adlarına çıxmışlar. Təssüflər olsun ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi də, birbaşa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maraqlarına xidmət etmiş və olmayan işlər olmuş kimi göstərilmişdir. Belə ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, mülkiyyətində olan Xaçmaz rayon Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin guya dam örtüyü də tamamilə dəyişdirilmişdir. Hansı ki, sözügedən yaşayış evinin dam örtüyündə ümumiyyətlə heç bir yenidənqurma işləri aparılmamışdır (bunu təsdiq edən fotoşəkillər kassasiya şikayətinə əlavə edilir). Bundan əlavə ekspert rəyində qeyd edilmişdir ki, guya cavabdehlər tərəfindən həmin yaşayış evinə elektrik naqill əri çəkilmiş, su quyusu qazılmış, həyətdə çardaq və tövlə tikilmişdir. Bütün bu qeyd edilənlərin də heç biri cavabdehlər tərəfindən həyata keçirilməmişdir. Yuxarıda da qeyd etdiyim kimi mənə məxsus olan Xaçmaz rayonu Yalama kəndində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin dam örtüyü hal-hazırda da əvvəlcədən necə var idisə elədə qalmaqdadır, həmçinin həmin həyətyanı sahədə əvvəlcədən su quyusu, tövlə, çardaq və qaz xətti mövcud olmuşdur. Yəni, bu tikililərin cavabdehlər X9 və Cavabdeh2 heç bir aidiyyatı yoxdur və həmin tikililərin cavabdehlər tərəfindən tikilməsi sadəcə absurdur. Cavabdehlər həyətdə yalnız hasar çəkmişlər ki, bunun da xərci ekspert rəyində göstərildiyi kimi 7852 manat edə bilməz. Əvvəlcədən də mövcud olmuş bütün bu tikililərin cavabdehlərin adına çıxılma sı və guya onlar tərəfindən həyat keçirilib kimi qeyd edilməsindən aydın olur ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi qərəzlidir, birtərəflidir və birbaşa cavabdehlərin maraqlarına xidmət edir.» Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi pul tələbinə dair qarşılıqlı iddianı qismən təmin edərkən yalnız qarşılıqlı iddia ərizəsinə və həmin məhkəmə tərəfindən alınmış ekspertiza rəyinə istinad etmiş və mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli yaşayış sahəsini uzun müddət qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 sahiblik və istifadəsində olduğu üçün onlar tərəfindən görülmüş yaxşılaşdırma işlərinin əvəzinin ilk iddia üzrə iddiaçı L.M.Rəfixanovdan tələb etmək hüquqları vardır və bu məbləğ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx x 2020-ci il tarixli, 20527 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə 7852 manat məbləğində müəyyən olunur. Lakin kassasiya şikayətinin dəlillərindən görünür ki, mübahisəli ünvanda yerləşən hasar tikilisi istisna olmaqla iddia olunan digər işlər qarşılıqlı iddiaçılar tərəfindən həyata keçirilməmişdir. İddiaçının bu dəlilinin əsaslı olub-olmaması üçün müvafiq araşdırmanın aparılması zəruri olmuş olsa da müvafiq apelyasiya instansiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır. Göstərildiyi kimi istinad edilən sübutlar yalnız qarşılıqlı iddiaçıların izahatları və alınmış ekspert rəyindən ibarədir. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə ekspert rəyi yaxılaşdırmaların kimin tərəfindən aparılmasını müəyyən edə bilməz. Bunun üçün tikililərin və yaxılaşdırmanın müvafiq z aman dövrünə uyğun aparılması müəyyən olunmalı və məhkəmənin gəldiyi nəticələri işdə olan digər sübutlarla dəstəklənməli (şahid ifadələri, işin həlli üçün əhəmiyyəti olan biləcək digər sübutlar) idi ki, belə sübutların olması isə müəyyən edilməmiş qalır. Belə araşdırmanın aparılmaması isə iddiaçı tərəfin kassasiya şikayətinin dəlillərinin (müvafiq yaxılaşdırma işlərinin aparılmaması, qarşılıqlı iddiaçıların əsaslı vəsait qoyulmaması ) əsaslılığı və inandırıcılığını artırır. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzm unu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş ə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə apelyasiya şikayətinin dəlillə rinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki K ollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi – qarşılıqlı iddia tələbinin təmin olunan hissəsinə münasibətdə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3451/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3451/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver