Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3451/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1332/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC (bundan sonra – cavabdeh və ya MMC) ilə İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 387/K saylı əmrlə və 16 sentyabr 2019cu il tarixdə imzalanmış əmək müqaviləsinə əlavəyə əsasən iddiaçı MMC-nin Satış Departamentinə xx.xx.2019-cu il tarixdən Satış üzrə nümayəndə vəzifəsində işə qəbul edilmişdir. 2. xx.xx.2020-ci il tarixli, 430/K saylı əmrlə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 70-ci maddəsinin “ç” bəndinə əsasən 08 sentyabr 2020-ci il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MMC tərəfindən barəsində verilmiş 08 sentyabr 2020-ci il tarixli, 403/K nömrəli əmrin ləğv edilməsini, onun həmin MMC-yə satış üzrə nümayəndə vəzifəsinə işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir əsas olmadan onu işdən çıxarmışdır. Belə ki, 08 sentyabr 2020-ci il tarixli, 430/K nömrəli əmrdə göstərilmişdir ki, “iddiaçı Cəmiyyətin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsində çalışan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 72-ci maddənin “ç” bəndinə əsasən, 08 sentyabr 2020-ci il tarixindən xitam verilsin. İstifadə etmədiyi 2 gün əsas məzuniyyəti pul əvəzi ödənilsin. Əsas- xx.x x.2020-ci il tarixli xəbərdarlıq bildirişi”. Göründüyü kimi, əmr qanunsuz və əsassızdır. Belə ki, əmrdə iddiaçının hansı əsasla işdən çıxarılmağı göstərilməmişdir. Əmrdən belə başa düşülür ki, xx.xx.2020-ci il tarixli xəbərdarlıq onun işdən çıxarılması üçün əsasdır. Halbuki, əmək qanunvericiliyində işdən çıxarılmağın əsası kimi “xəbərdarlıq” nəzərdə tutulmamışdır. Əmrdə istinad edilən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilir ki, özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud surətdə pozulması hesab olunur. Habelə, əmrdə istinad edilən 70-ci maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yeti rmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Halbuki, işçi işəgötürənin təşəbbüsü ilə işdən çıxarılarkən hansı səbəbdən işdən çıxarılması dəqiq göstərilməlidir. Beləliklə, əmrdə əsaslandırma olmadığı təqdirdə onun işdən çıxarılması mümkün deyildir. İşə getməməsinə səbəb isə koronavirus xəstəliyinə tutulması olmuşdur. Belə ki, işdə özünü pis hiss etdiyindən kadrlar şöbəsindən ona evə getməsi, bir müddət sonra özlərinin onu çağıracaqları deyilmiş, o qısa müddət evdə olsa da sonradan səhhəti pisləşdiyindən xəstəxanaya müraciət etmiş, xəstəxana şəraitində müalicə olunmuşdur. Bu müddət ərzində işdən onunla heç kim maraqlanmamışdır. Buna görə də, həmin əmr ləğv edilməli, o, həmin vəzifəyə işə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqı cavabdeh tərəfindən hesablanaraq ona ödənilməlidir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X1 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərmişdir ki, iddiaçı kadrlar şöbəsinin əməkdaşları tərəfindən onun evə göndərilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı onlara məlumat vermədən işə gəlməmiş, buna görə ona xəbərdarlıq bildirişi göndərilmiş, işə gəlməmə səbəbi barədə məlumat verməsi tələb olunsa da, iddiaçı buna cavab verməmişdir. Pandemiya dövründə şirkət ixtisarlaşdırma prosesi həyata keçirməmiş, əksinə gücləndirilmiş iş rejiminə keçmişdir. Yəni, faktiki olaraq işçi işə gəlmədiyindən və bu barədə vaxtında məlumat vermədiyindən işdən çıxarılmışdır. İşdən çıxa rma əmri və əmək kitabçasının götürülməsi ilə bağlı məktub da iddiaçıya çatmamışdır.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Mustafayev) 9 fevral 2021-ci il tarixli, 2(001)-1076/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə, 84-cü maddəsinin 1-ci hissəsinə və 300-cü maddəsinin 1-ci hissəsinə əsaslanaraq mövqeyi ondan ibarət olmuşdur ki, işçiyə lazımi qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz, eyni zamanda, yuxarıda göstərilən əsaslar iddiaçının səbəbsiz yerə işburaxması halını inkar edir. Buna görə də, MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 430/K saylı əmr ləğv edilməli, iddiaçı MMC-nin Satış Depart amentində Satış üzrə nümayəndə vəzifəsinə işə bərpa olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmə iddianı təmin etmək üçün öz qətnaməsində ilk olaraq qeyd etmişdir ki, guya iddiaçıya lazımi qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz. Bu arqument tamamilə əsassızdır. Əvvəla, iddiaçı məlumat vermədən işə gəlmədiyindən, cavabdeh tərəfindən ona rəsmi qeydiyyatda olduğu "Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Bulqan kəndi” ünvanına xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin “AlixExpress” poçt xidmətinin xx.xx.2020-ci il tarixli, 97 nömrəli Aktına əsasən tərəflərindən iddiaçıya ünvanlanan xəbərdarlıq məktubu şəxsin həmin ünvanda yaşamaması səbəbindən ona çatdırılmamışdır. Aktdan da göründüyü kimi, tərəflərindən iddiaçının məlumatlandırılması üçün bütün zəruri tədbirlər görülmüş, lakin iddiaçının rəsmi ünvanında yaşamaması, habelə faktiki yaşayış yeri barədə işəgötürənə məlumat verməməsi səbəbindən məktubun şəxsə çatdırması mümkün olmamışdır. İş materiallarından da aydın olduğu kimi, xəbərdarlıq məktubu iddiaçıya onun rəsmi qeydə alındığı yaşayış yerinə göndərilib. Buna görə də, məktubun iddiaçıya onun təqsiri ucbatından çatmaması iddianın təmin olunması üçün mötəbər arqument hesab edilə bilməz. İddiaçı ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayaraq ofisə dəvət etsələr də, o, ofisə gəlməmiş, işə çıxmama səbəbləri barədə işəgötürənə heç bir məlumat verməmiş və sənəd təqdim etməmişdir. Belə olan halda, məhkəmənin iddianı təmin etmək üçün bu arqumentə istinad etməsi, qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi öz qətnaməsində belə bir arqument irəli sürmüşdür: iddiaçı ona göndərilmiş, lakin çatmamış bildirişin tərtib olunduğu 23 iyul 2020-ci il tarixindən 4 gün sonra, yəni 27 iyul 2020-ci il tarixində “koronavirus” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, 10 avqust 2020-ci il tarixində xəstəxanadan evə, 14 günlük ev şəraitində karantinə göndərilmiş, 24 avqust 2020-ci il tarixinədək evdən çıxmamağı xəs təxana qarşısında öhdəsinə götürərək bu barədə iltizam imza etmişdir. Yuxarıda göstərilən əsaslar iddiaçının səbəbsiz yerə iş buraxması halını inkar edir ". Qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixində xəstəxanaya yerləşdirilsə də, o, hələ xx.xx.2020-ci il tarixindən etibarən işə çıxmırdı. Yəni iddiaçı xəstəxanaya yerləşdirilənədək artıq 25 gün idi ki, işə gəlmirdi və xx.xx.2020-ci ildə ona xəbərdarlıq məktubunun göndərilməsinin səbəbi də məhz onun bu müddət ərzində işə gəlməməsi idi. İddiaçı isə hələ xəstəxanaya yerləşdirildiyi günədək ötən 25 gün ərzində işə çıxmamasının səbələri barədə nəyinki özü heç bir məlumat verməmiş, hətta bu məqsədlə ona telefon vasitəsi ilə etdikləri zənglərə də cavab verməkdən yayınmışdır. Məhkəmənin məntiqindən belə çıxır ki, əgər işçi xəstələnibsə, işə gö türəni bu barədə məlumatlandırmaq vəzifəsi daşımır və xəstəliyi bəhanə edərək, işə çıxmaya bilər. Əgər işçi hər hansı bir üzürlü səbəbdən dolayı işə çıxmırsa (bütün iş günü işə gəlmirsə) birmənalı şəkildə bu haqda işəgötürəni rəsmi şəkildə məlumatlandırmalıdır. Məhkəmə bu arqumentə Qətnamədə istinad etdiyi, lakin məlum olunmayan SN serialı, 00006 nömrəli "Əmək qabiliyyətinin olmaması vərəqəsinə” və İltizamnaməyə əsasən gəlib. Halbuki bu sənədlərin heç biri iddiaçı tərəfindən bizə təqdim edilməmişdir. Həmin sənədlər yalnız iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi və ya iddiaçı xəstəliyi ilə əlaqədar stasionar müalicədə olması barədə cavabdehə rəsmi qaydada məlumat verdiyi zaman məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilərdi. Əks halda sənədlər rəsmi sübut növü kimi qəbul ed ilməməli və əhəmiyyətsiz hesab edilməli idi. Əgər bu sənədləri iddiaçının üzürlü səbəbdən dolayı işə çıxmamasının mötəbər sübutu kimi qəbul etsək belə, nəzərə almaq lazımdır ki, iddiaçı həm xəstəxanaya yerləşdirilənədək keçən 25 gün ərzində, həm də müalicəsini bitirdikdən (xx.xx.2020) və 14 günlük ev şəraitində karantində qaldıqdan sonra iki həftəyə yaxın müddətdə işə çıxmamasının səbəblərinin üzürlü olması barədə işəgötürənə məlumat verməmiş, bunu təsdiq edən sənədləri təqdim etməmiş, eyni zamanda iş yerinə qayıdaraq əmək funksiyalarını icra etməyə cəhd etməmişdir. Məhkəmə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmadığı görüntüsü yaratmaq üçün öz qətnaməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, guya MMC tərəfindən “işçiyə lazımı qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz, habelə yuxarıda göstərilən əsaslar iddiaçının səbəbsiz yerə işburaxması halını inkar edir”. Məhkəmə bu maddəyə o zaman istinad edə bilər ki, işəgötürən tərəfindən işçinin hüquqları həqiqətən pozulmuş olsun və işçi əsassız yerə işdən azad olunsun. Lakin bunların heç biri məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Buna görə də məhkəmənin həmin maddəyə istinad etməsi əsassızdır. Bundan başqa, məhkəmənin Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası” adlı 83-cü maddəsinin 1-ci bəndinə və “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” adlı 84-cü maddəsinə istinad etməsi əsassızdır. Məhkəmə həmin maddələrə istinad ets ə də bu maddələrin tətbiq edilməsinin zəruriliyini qətnamədə əsaslandırmamışdır. Halbuki, MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvini xx.xx.2020-ci il tarixli 430/K saylı əsaslandırılmış əmri ilə rəsmiləşdirmişdir. MMC-nin xx.xx.2020-ci il tarixli 430/K saylı Əmrində ƏM-nin 84-cü maddəsində qeyd olunan əmrin məzmununa dair bütün zəruri tələblərə riayət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.A.Məmmədova sədrlik edən və məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) 6 may 2021-ci il tarixli, 2(103)4316/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ra zılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “a” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işdə olan sübu tlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.A.Abbasov sədrlik edən və məruzəçi, V.T.Həsənov və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 may 2021-ci il tarixli, 2(103)-4316/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
16. Kasasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11, 70, 71 və 72-ci maddələrinə istinadən mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçının xəstəxanaya yerləşdirilənədək 25 gün, habelə tibbi müşahi dənin bitdiyi 24 avqust 2020-ci il tarixdən sonra ötən 14 gün, cəmi 39 gün müddət ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməməsinin səbəblərini araşdırmadan, onun bu müddət ərzində əmək intizamına və əmək qanunvericiliyinin tələblərinə əməl etməklə bağlı vəzifələrini yerinə yetirmədiyini və nəticədə vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək intizamının normal ahənginin pozulduğunu nəzərə almadan və beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində və 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasların olubolmadığını yoxlamadan, yalnız cavabdehin iddiaçıya ünvanladığı xəbərdarlıq bildirişinin ona çatdırılmadığını və həmin bildirişin əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilmədiy inə istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, işəgötürən əmrdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuni əsası kimi sözügedən xəbərdarlıq bildirişinə deyil, Əmək Məcəlləsinin qeyd olunan normalarına istinad etmişdir.
17. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununu tənzimləyən Əmək Məcəlləsinin 84-cü maddəsinin, habelə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyən həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə əsaslandırmağa çalışsa da, işəgötürənin sözügedən əmrinin məzmununda hansı məlumatları göstərmədiyini və əmək müqaviləsinin ləğv edilməsinin han sı qaydalarına işəgötürənin əməl etmədiyini qətnamədə kifayət qədər əsaslandırmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər N.Cəfərov sədrlik edən və məruzəçi, İ.Kərimli və E.Kazımov ) 21 yanvar 2022-ci il tarixli, 2(103)-1332/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə, 84-cü maddəsinin 1-ci hissəsinə və 300-cü maddəsinin 1-ci hissəsinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
20. Məhkəmə qeyd etmiş dir ki, hazırkı əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməyib. Yəni işçinin hansı tarixdə işə gəlmədiyi, bunun səbəbinin araşdırılması üçün işəgötürənin hansı tədbir görməsi və səbəbin üzrlü və ya üzrsüz olması əmrin məzmunundan aydın deyil. Əmrin verilməsinə əsas olan rəsmi sənəd kimi xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna istinad olunsa da, həmin məktub iddiaçıya çatmayıb. Məktubun tarixindən 3 gün sonra - xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək iddiaçı koronovirus diaqnozu ilə stasionar şəraitdə müalicə alıb. O cümlədən xəbərdarlıq məktubunun məzmununda iddiaçı ilə telefon əlaqəsinin saxlanıldığı qeyd olunsa da, iddiaçı onunla telefon əlaqəsi saxlanılmadığını bildirib, cavabdeh isə telefon əlaqəsinin saxlanıldığını təsdiq edən sübut təqdim etməyib. Əmr əsaslandırılmadığına görə hesab olunur ki, əmək müqaviləsi əsassız ləğv olunub. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianı rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə birtərəfli qaydada baxmış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “a” bəndi, 84-cü maddəsinin 1-ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsinə istinad edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin düzgün nəticə yə gəldiyini və qətnamənin ləğv edilməsi üçün əsasın olmadığını göstərmişdir. Halbuki, qeyd olunan maddələrə istinadən gəlinən nəticənin tamamilə əsassız olduğu Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində apellyasiya şikayətinin arqumentlərinə heç bir hüquqi qiymət verməmiş, iddiaçının işdən azad edilməsi ilə bağlı olan əmrin qanunvericiliyin tələblərinə uyğun verildiyi halda, yalnız xəbərdarlıq məktubunun iddiaçıya çatdırılmadığını əsas göstərərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğu qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 43.1 Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
25. Maddə 68.2 “a” bəndi. Tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
26. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
27. Maddə 71-ci maddəsinin 2-ci hissəsi Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcu nu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
28. Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
29. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də t ərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
30. Maddə 84.1 Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:. - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;. - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;. - əmək müqaviləsinin ləğv edilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəll ənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsi ləğv edilən gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı iş üzrə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsini aktı tam mübahisələndirildiyindən qətnamənin qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Belə ki, hazırkı əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. Yəni işçinin hansı tarixdə işə gəlmədiyi, bunun səbəbinin araşdırılması üçün işəgötürənin hansı tədbir görməsi və səbəbin üzrlü və ya üzrsuz olması əmrin məzmunundan aydın deyil. Əmrin verilməsinə əsas olan rəsmi sənəd kimi xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna istinad olunsa da, həmin məkt ub iddiaçıya çatdırılmamışdır. Məktubun tarixindən 3 gün sonra - xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək iddiaçı koronovirus diaqnozu ilə stasionar şəraitdə müalicə almışdır. O cümlədən xəbərdarlıq məktubunun məzmununda iddiaçı ilə telefon əlaqəsinin saxlanıldığı qeyd olunsa da, iddiaçı onunla telefon əlaqəsi saxlanılmadığını bildirib, cavabdeh isə məhkəməyə telefon əlaqəsinin saxlanıldığını təsdiq edən sübut təqdim edə bilməmişdir.
41. İşçiyə lazımi qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz, eyni zamanda, yuxarıda göstərilən əsaslar İddiaçı səbəbsiz yerə işburaxması halını inkar edir. Buna görə də, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 430/K saylı əmr qanuni hesab edilə bilməz.
42. Məhkəmə k ollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1332/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.