Məhkəmə qərarları › İş №2(102)-3452/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3452/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3452/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiaları üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsızlığı, yaşayış sahəsinə istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili xxxnun, İddiaçı2, Cavabdeh5, Cavabdeh3 vəkili X2 iştira kları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)750/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri xxx tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 verilmiş MH seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, bunun ə sasında Cavabdeh3 verilmiş **********04-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, ünvan 2, 12 saylı evə dair alqı-satqı müqaviləsinin onunla Cavabdeh2 arasında bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 bütün ailə üzvləri ilə birlikdə ünvan 1, 12 saylı evdən çı xarılmaları və onların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə iddialar bir icraata birləşdirilmiş və həmin Məhkəmənin xx xxx 2017-ci il tarixli, 2(012)-543/2017 nömrəli qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilm iş MH seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********0410301 reyestr nömrəli çıxarışın dublikatının ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 verilmiş RX seriyalı, ******* saylı, **********04-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx xxx 2016-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh4 verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh5 verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, iddia tələbinin q alan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh5 qarşı cavabdehin evdən çıxarılması və iddiaçıların evə köçürülmə tələbinə dair iddiasının qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 12 saylı evə köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3154/2017 nömrəli qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov – sədrlik edən və məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) cavabdehlər Cavabdeh5 və Cavabdeh3 apelyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(012)-543/2017 nömrəli qətnaməsi iddia tələblərinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 və İddiaçı2 iddia tələbləri alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və onların ünvan 2 ünvanında yerləşən 12 saylı evə köçürülmələri hissəsində təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-1451/2018 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov – sədrlik edən və məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) İddiaçı1 kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(105)3154/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli, 13(102)-2/18 nömrəli qərarı ilə İddiaçı1 əlavə kasasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-1451/2018 nömrəli qərarı qismən, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1ə köçürülməsinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması və bununla əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(105)3154/2017 nömrəli qətnaməsinin Abşeron Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(012)543/2017 nömrəli qətnaməsinin İddiaçı1 və İddiaçı2 ünvan 1, 12 saylı evə köçürülməsinin ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi his səsində ləğv edilərək, işə həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi, məhkəmə qərarlarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(105)-3323/2018 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari – sədrlik edən və məruzəçi, E.G.Rəhimov və L.M.Məmmədova) iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 12 saylı evə köçürülmələri hissəsində Abşeron Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin hissənin ləğvi hissəsində apelyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-1397/2019 nömrəli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov – sədrlik edən və məruzəçi, Ə.A.Əhmədov və İ.K.Dəmirov) Cavabdeh5 kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(105)3323/2018 nömrəli qətnaməsi həmin kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı1 Cavabdeh5 və qeyrilərinə qarşı mənzilə dair alqı-satqı müqavilələrinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışların ləğv edilməsi tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli, 13(102)-9(k)-2019 nömrəli qərarı ilə İddiaçı1 Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə dair alqı-satqı müqavilələrinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışların ləğv edilməsi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102) 1397/2019 nömrəli qərarı, onunla əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(105)-3323/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-750/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyev sədrlik edən və məruzəçi, hakimlər Z.İ.Məmmədovdan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh5 və Cavabdeh3 verdikləri apelyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(012)-543/2017 nömrəli qətnaməsi qismən – “iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1, 12 saylı evə köçürülməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. İddiaçıla r İddiaçı2 və İddiaçı1, habelə vəkilləri xxx kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)750/2020 nömrəli qətnaməsininləğv edilərək, işin həmin məhkəməyə yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçıların kasasiya şikayəti işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, mübahisələndirilən evin ünvan 2 olduğu halda, məhkəmələrin qətnamə və qərarlarında iddiaçıların köçürülməsi xahiş etdikləri mənzilin 1-ci döngədə yerləşən 12 saylı mənzil göstərilmişdir. Məhkəmə iclasında İddiaçı1 və vəkili xxx kasasiya şikayəti nin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh3 vəkili X5 kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı2 və Cavabdeh5 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onların izahatları alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər, habelə vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılması nı mümkün hesab etmişdir. Cavabdeh5 kasasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçılar şikayətlərində qanunsuz olaraq onun mülkiyyət hüququnun pozulmasına yönəldilmiş tələbləri irəli sürmüş, tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilən şikayət əsasında həmin Məhkəmə tərəfindən hüquqlarının pozulması müəyyən edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbləri ilkin olaraq mübahisələndirilən daşınmaz əmlaka dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və iddiaçıların həmin yaşayış sahəsinə köçürülməsindən ibarət olaraq, Sumqayıt Ap elyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3154/2017 nömrəli qətnaməsi ilə tam olaraq rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli, 13(102)-2/18 nömrəli qərarı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1, 12 saylı evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilərək, işə həmin hissədə yenidən apelyasiya baxışına göndərmiş və sonrakı məhkəmə baxışları yalnız qeyd olunan hissədə olmuşdur. Odur ki, hazırki kasasiya baxışının predmetini iddiaçıların ünvan 1, 12 saylı evə köçürülməsindən ibarət tələbi üzrə apelyasiya məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, “xxxx” ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 7-ci küçə, döngə 1-də yerləşən 12 saylı fərdi yaşayış evini Cavabdeh1 satmış və həmin ev “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh1 öz adından bütün əmlakına dair səlahiyyətlərin həyata keçirilməsi üçün İddiaçı1 5 il müddətinə etibarnamə vermiş, eyni zamanda İddiaçı1 və İddiaçı2 həmin fərdi yaşayış evinə pasport qeydiyyatına alınmasına razılıq vermişdir. Daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan həmin evi xx xxxx 2014-cü il tarixdə Cavabdeh3, sonuncu xx xxx 2016-cı il tarixdə Cavabdeh4, Cavabdeh4 isə xx xxxx 2016-cı il tar ixdə Cavabdeh5 satmışlar və ev hazırda Cavabdeh5 mülkiyyətindədir. Nəhayət müəyyən olunmuşdur ki, mübahisələndirilən fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətində olduğu zaman sonuncunun iddiası əsasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 ünvan 2, ev 12 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən çıxarılmaları qət edilmiş, lakin Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin evdən çıxarılma tələbinə dair iddia ərizəsi təmin e dilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin icrası qaydasında iddiaçılar mübahisələndirilən evdən çıxarılmışlar. İddia tələbinə hüquqi qiymət verən apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Cavabdeh4 və Cavabdeh5 arasında mübahisəli evə dair xx xxxx 2016-cı il tarixli alqı- satqı müqaviləsi bağlanmış və sonuncu xx xxxx 2016-cı il tarixində yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış almışdır. İşə baxan məhkəmələr tərəfindən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi t əmin edilməməklə, Cavabdeh5 vicdanlı alıcı hesab edilmiş və onun xeyrinə reyestrdəki qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası tanınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların Cavabdeh5 mülkiyyətində olan evə köçürülmələri tələbini təmin edərkən, onların fərdi yaşayış evindən istifadə hüquqlarının olmasının qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyinə əsaslanmış və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini tətbiq etmişdir. Lakin birinci instansiya məhkəməsi Cavabdeh5 iştirak etmədiyi iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin ona münasibətdə preyudisial əhəmiyyətə malik olduğu qənaətinə gəlməklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini düzgün təfsir etməmiş və bununla bağlı Kons titusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamış, nəticədə mülkiyyətçinin razılığı olmadan kənar şəxslərin onun evinə köçürülməsi tələbini təmin edərək cavabdehin mülkiyyət hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə tam razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən olunmamış, məhkəmənin mövqeyi hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin irəli sürdüyü hüquqi mövqeyə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası ey ni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxs lərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Belə tələb həmçinin Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquqi varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 20 16-cı il 23 fevral tarixli Qərar). Bu səbəbdən məhkəmə kollegiyası izah edir ki, Cavabdeh3 iddiası üzrə olan işdə Cavabdeh5 tərəf olmadığından, həmin iddia üzrə qəbul edilmiş məhkəmə aktları onun üçün preyudisial əhəmiyyətə malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə xx xxxx 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Konstitu siya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qey ri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəy yən edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 mübahisələndirilən fərdi yaşayış evinin vicdanlı alıcı olaraq, onun xeyrinə reyestrdəki qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası tanındığından və onun mülkiyyət hüququnun iddiaçılar tərəfindən yüklü edilməsi üçün əsaslar mövcud olmadığından apelyasiya instansiyası məhkəməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1, 12 saylı evə köçürülməsindən ibarət tələblərinin rədd edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçıların kasasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları əsassız hesab edir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, iddiaçılar apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən evin ünvanının düzgün müəyyən olunmamasına istinad etsə də, iş materiallarından görünür ki, onlar ünv an 1, 12 saylı evdən Cavabdeh5 çıxarılması, özlərinin isə köçürülməsini tələb etmişlər. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçılar hazırki dəlili nə birinci instansiya məhkəməsində, nə də ki, əvvəlki apelyasiya və kasasiya araşdırmalarında irəli sürməmişlər. Apelyasiya instansiyası məhkəməsində araşdırılmamış dəlilə isə kasasiya şikayətində istinad edilməsi prosessual qanunvericiliyə əsasən yolverilməzdir. Nəhayət qeyd olunmalıdır ki, iddiaçıların həmin dəlillər işin faktiki hallarının tam araşdırılmamasına əsaslanmışdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiya yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, habelə vəkil xxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-750/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşad Şamayev Hakimlər: Elşanə Vəliyeva İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar