Məhkəmə qərarları › İş №2(102)-3452/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3452/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3452/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3452/2023 Açar sözlər: pul tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(107)- 520/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 25 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali M əhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh1 tərəfindən yazılmış 02 may tarixli borc qəbzinə əsasən cavabdeh iddiaçıdan 22000 manat məbləğində borc pul, habelə 1370 manat dəyərində isə müxtəlif geyim əşyaları almışdır (cəmi 23370 manat).

2. Cavabdeh1 tərəfindən yazılmış, lakin imza ilə təsdiqlənməmiş 06 yanvar 2022-ci il tarixli qəbzə əsasən, cavabdeh iddiaçıdan 12 adda müxtəlif geyim əşyaları almış və həmin qəbzin sonunda “cəmi Sehranəyə 520 manat borcum var” qeydi əks olunmuşdur.

3. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən beş ildir ki, həmkəndlisi Xəyalə adlı şəxsə təxminən iyrimi üç min manat dəyərində paltar və pul verməsinə baxma yaraq pulunu geri ala bilməsinə köməklik göstərməsinin xahiş etmişdir.

4. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı müraciəti ilə bağlı polis şöbəsində müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müraciətində qeyd olunan xüsusiyyətlərin mülki xarakterli olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 23070 manat məbləğində borcun və 160 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən cəmi 23370 manat pulun və 160 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ticarətlə məşğul olaraq müxtəlif geyim, məişət və digər əşyalar satır. Əvvəldən tanıdığı cavabdehlər onda pul olduğunu bilmiş, 2021-ci il may ayında müxtəlif vaxtlarda ondan cəmi 23370 manat (1370+22000=23070) məbləğində borc almış, lakin bu günədək ona olan borcunu qaytarmamışlar. Bu səbəbdən də, hal-hazırda cavabdehlərin ona olan 23370 manat məbləğində borcu bu günədək ödənilməmişdir. Cavabdehlərdən borcunu tələb etdikdə sonuncular evlərini satıb ona olan borcunu qaytaracaqlarını bildirsə də, lakin sonradan onlar vədlərinə əməl etmədilər və o, dəfələrlə ona olan borcunu qaytarılmasını cavabdehlərdən xahiş etsə də, onlar hər dəfə müxtəlif bəhanələrlə ona olan borclarını qaytarmaqdan yayı nmışdırlar. Cavabdehlərdən hazırda ona borclu olduğu 23370 manat borc məbləğini və 160 manat dövlət rüsumunu tələb etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 izahatında cavabdehlərdən Cavabdeh2 sözügedən məsələdən heç bir məlumatının və həmin borcun ona aidiyyatının olmadığını bildirmiş, digər Cavabdeh1 isə iddiaçıdan təxminən 700 manat dəyərində əşyalar götürərək sonradan dəyərini ödədiyini, iddiaçının təqdim etdiyi qəbzlərdə müvafiq tarixin olmadığını, Cavabdeh1 həmin qəbzi 2017-ci ildə yazdığını bildirərək, məhkəmədən iddia müddətinin tətbiq olunaraq sözügedən iddianın rədd olunmasını xahiş etmiş və bu barədə ərizə vermişdir.

8. İş materiallarında olan CD-R diskdə əks olunmuş WhatsApp Audio 2022-11-17 at 11.43.19mp3 adlı 18 saniyəlik, WhatsApp Audio 2022-11-17 at 11.43.20 (1)mp3 adlı 30 saniyəlik, WhatsApp Audio 2022-11-17 at 11.43.20(2)mp3 adlı 12 saniyəlik audio səs yazılarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı “Ay Sehranə mən sənə dedim ki, Cavidin adına olanı götür, onun işində problem yaranmasın, qalanını da özümüz danışarıq”, “Sən canın onun adında olanı, yol pulunu da 5 manat verecək, onun adında olan ərizəni götür, indi 750 manatı düzəldib sənə verə bilməyəcək, özün bilirsən ki, nə zülümlə onu işə qoymuşuq, problem yaranmasın da hər gün onu çağırırlar, nə oldu o ərizə götürülmürmü” və “özüm gəlim öz məsələmizi həll edərik, guya bizə getməklə nə olur ki, kimsə guya sənə pul verəcəkmi” bildirmişdir.

9. Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)-175/2023 saylı (sədrlik edən hakim K.Əliyev) qətnaməsi ilə iddia qismə n təmin edilmiş, Cavabdeh1 23370 (iyirmi üç min üç yüz yetmiş) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 (bir yüz altmış) manat İddiaçı xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehə 22000 manat məbləğində borc pul, habelə 1370 manat dəyərində isə müxtəlif geyim əşyaları vermiş, Cavabdeh1 23370 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, cavabdehin iddiaçıya 23370 manat borcu qalmışdır.

11. Cavabdeh2 münasibətdə məhkəmə qeyd etmişdir ki, nə iş materialları, nə də tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə tələb olunan əşyaların və pul məbləğlər inin Cavabdeh2 verilməsi öz təsdiqini tapmamışdır. Buna görə məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və təmin oluna bilməz.

12. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı vəsatət versə də, onun adından verilmiş qəbzin hansı ildə verildiyini və qəbzdə göstərilən borcun icrası müddətinə dair hər hansı sübütü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, bu səbəbdən həmin öhdəlik üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.

13. Mövcud sübutlarla təsdiq olunur ki, İddiaçı öhdəliyin icrasını xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nə müraciət etdiyi andan bilmiş, bunu təkzib edəcək sübutu isə cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 567, 777.1, 777.2, 778.1, 779.1, 782.1, 739, 377, 385.1, 442-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(107)-520/2023 nömrəli qətnaməsi ilə (hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(039)175/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

17. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda satmaq üçün məyyən əşyalar vermiş, cavabdeh isə həmin əşyaları sataraq pulun bir hissəsini iddiaçıya qaytarmış, Cavabdeh1 qalan 23370 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, cavabdehin iddiaçıya 23370 manat borcu qalmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür.

18. Kollegiyanın gənaətinə görə tərəflər arasında yaranmış mübahisə vaxtaşırı icra edilməli olan öhdəliklərlə bağlı olmuşdur.

19. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, məhkəmə isə iddia müddətinin tətbiqi barədə ərizəsində göstərilənlərin hazırki iddianın rədd edilməsi üçün əsas olmaması qənaətinə gəlmişdir.

20. Məhkəmə kollegi yası qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: “İddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir”. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilmə z, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonr a məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başl anğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

21. Bundan əlavə, cavabdeh tərəf işdə olan yazılı qəbzlərin onun tərəfindən yazılmadığını bildirmir, qəbzlərdə tarixlərin olmadığını bildirir. Bu da onu deməyə əsas verir ki, cavabdeh qeyd edilən məbləğdə pulu iddiaçıya borclu olmuşdur. Eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

22. İş materiallarında olan sənədlərə əsasən İddiaçı xx.xx.2022-ci il tarixində Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 5 ildir ki, həmkəndlisi Xəyalə adlı şəxs təxminən iyirmi üç min manat dəyərində paltar və pul verməsinə baxmayaraq pulunu geri ala bilməməsinə köməklik göstərilməsini xahiş etmişdir.

23. Beləliklə, iddiaçı ərizəsində qeyd etmişdir ki, təxminən 5 ildir ki, ona pul və paltar verib və həmin p ulu cavabdehdən ala bilmir. Kollegiyanın qənaətinə görə iddiaçının polis şöbəsinə yazmış olduğu ərizə yazılı sübut kimi qiymətləndirilməlidir. Əgər iddiaçı ərizədə 5 ildir ki, pulunu ala bilməməsini qeyd edirsə, borcun 2017-ci ildə olduğuna dair apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

24. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-ci maddəsinin təsiri altına düşür. Belə olduğu halda hazırkı iş üzrə iddiaçı ən azından 2021-ci il tarixdə məhkəməyə müraciət etməli olduğu halda müraciət etməmiş, 2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə də kollegiya hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür.

25. Bundan başqa kollegiya qeyd etməyi lazım bilmişdir ki, cavabdehin işdə olan qəbzi 2022 -ci il tarixdə yazması iddia müddətinin bərpası anlamına gəlmir. Kollegiyanın qənaətinə görə qəbzin sonradan yazılması iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin, 373.2, 373.3, 375.1, 375.2, 377, 385.1, 427.1, 442, 600.1, 739-cu və MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2021 və 2022-ci il tarixlərində müxtəlif vaxtlarda cavabdehlərdən Cavabdeh1 satması üçün məişət və digər əşyalar və Cavabdeh2 isə 22.000 (iyirmi iki min) manat borc pul vermişdir. Cavabdeh2 borc pulu almağı onunla əsaslandırmışdır ki, hərbi xidmətdən yeni gəlib, işə düzəlmək üçün ona pul vəsaiti lazımdır. Lakin, sonradan Cavabdeh2 pulu qaytarmadığı üçün iddiaçı Cavabdeh2 barəsində 102 qaynar xəttinə və Yevlax rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh2 Yevlax rayon Polis Şöbəsinin əməkdaşı işlədiyi üçün, anası dəfələrlə iddiaçıya müraciət edərək oğlu Cavidin işi ilə bağlı onun adına yazdığı şikayət ərizəsini geri götürməsini xahiş etmişdir.(bu hal tərəflər arasında olan mülki işə əlavə olunmuş CD-R diskdə Vatsap audio danışıqlarında əks olunmuşdiur) Lakin iddiaçı ərizəsini geri götürməmişdir. Bundan sonra Cavabdeh2 Polis şöbəsində işləməsi səlahiyyətindən istifadə edərək iddiaçının onun barəsində yazdığı şikayət ərizəsini qeyriqanuni iddiaçının məlumatı olmadan dəyişdirərək anası digər Cavabdeh1 adına yazdırmışdır. Ərizədə də güya iddiaçının cavabdehə təxmini 5 ildir ki, paltar və pul verdiyini lakin bu günədək ala bilmədiyi qeyd edilmişdir. İddiaçı həmin şikayət ərizəsinin surətini kassasiya şikayəti ərəfəsində Yevlax rayon Polis Şöbəsindən alınmış və məlum olmuşdur ki, ərizədəki imza və xətt iddiaçıya aid deyildir. Saxta ərizədə iddiaçının soyadı belə “Əliyev” yazılmışdır. Məhkəmə saxtalaşdırılmış ərizəyə istinad edərək iddianı rədd etmişdir. Həmçinin, Cavabdeh1 yazdığı 03 may tarixli əlyazmadan da aydın olur ki, iddiaçı cavabdehlərə 137 0 manat dəyərində mal və 22.000 (iyirmi iki min) manat nəğd pul vermişdir. Ancaq apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə 23370 (iyirmi üç min üçyüz yetmiş) manat dəyərində mal vermişdir. Məhkəmənin bu mövqeyi tamamilə əsassız və yanlışdır. İddia müddətinin ötürülməsinə münasibətdə, iddiaçı cavabdehlərə geyim əşyaları və pul vəsaitini 2021-ci il tarixdə vermişdir. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə öz mövqeyini əsaslandırma üçün düzgün hüquq normasına istinad etməmişdir. Yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. Bu isə məhkəmə qətnaməsinin əsaslı olmamasını təsdiq edən hallardır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətna məsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 600.1 Alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının ) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir.

35. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

36. Maddə

377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditor un öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3.)

37. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

38. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

39. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

40. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ə rizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının p olis şöbəsinə verdiyi şikayət ərizəsi və həmin ərizə üzrə toplanmış material birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək alınmış və iş materiallarına əlavə edilmişdir. İddiaçı birinci və apelyasiya instansiya məhkəmələrində bu ərizənin saxtalığı ilə bağlı heç nə deməmiş və onun mötəbərliyinin yoxlanması üçün vəsatət verməmişdir, baxmayaraq ki, cavabdehin apellyasiya şikayətində iddia müddətinin hesablanmasının başlanğıc vaxtı ilə bağlı məhz bu məqama istinad edilmişdir. Buna görə də, hazırda iddiaçının ərizəni yeni əldə etməsi barədə kassasiya şikayətinin dəlili həqiqəti əks etdirmir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verm əmişdir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(107)-520/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar