Məhkəmə qərarları › İş №2(102)-3453/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3453/2019

17.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3453/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı2 və vəkili Tağıyev Araz Adil oğlunun iştirakı ilə, İddiaçı1 prosessual hüquq varisi Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)13052/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Q.Sadıqov) 2(007)-2692/201 8 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 “Cavabdeh1 ünvan1 mənzilindən məcburi çıxarılması və mənzilin boşaldılaraq sahibliyinə, istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10.0 manat dövlət rüsumunun İddiaçı1 aid edilməsi, İddiaçı2 iddiasının təmin edilməsi, Bakı şəhəri Cavabdeh2 tərəfindən İddiaçı1 verilmiş ünvan1 mənzilə dair vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 verilmiş həmin mənzilə dair ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı2 X1 yeganə hüquqi varisi olması və ünvan 3-ə vərəsəlik hüququnun tanınması, iddia ərizəsi verilərkən ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı1 tutulara q İddiaçı2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) 2(103)-13052/2018 nömrəli, 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 prosessual hüquq varisi Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2692/2018 nömrəli, 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı1 Cavabdeh1 qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzili qanunsuz zəbt edən cavabdehin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq sahibliyinə və istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili qanu nsuz zəbt edən Cavabdeh1 həmin mənzildən məcburi çıxarılmaları və mənzilin boşaldılaraq sahibliyinə, istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdehlər İddiaçı1, Bakı şəhəri Cavabdeh2na və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 tərəfindən İddiaçı1 verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 85, 88 nömrəli mənzilə dair vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 verilmiş həmin mənzilə dair ******* nömrəli dövlət reyestrindən çıxarışın l əğv edilməsi, iddiaçının X1 yeganə hüquqi varisi olması və ünvan 3-ə vərəsəlik hüququnun tanınması, iddia ərizəsi verilərkən ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Q.Sadıqov) 2(007)-2692/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli qərardadı ilə qeyd olunan iddia tələbləri ilə bağlı 2(007)-2692/2018 və 2(007)-2934/2018 nömrəli mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş icraatda 2(007)2692/2018 nömrəsi saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 prosessual hüquq varisi Maraqlı şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13052/201 8 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, İddiaçı1 iddia tələbinin təmin edilməsi, İddiaçı2 iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı2 və vəkili Tağıyev Araz Adil oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı1 prosessual hüquq varisi Maraqlı şəxs vəkili X7 teleqram göndərərək üzrlü səbəbdən iştirak edə bilməcəyini bildirib işin baxılmasını təxirə salmasını xahiş etsə də, üzrlü səbəbi qeyd edib və həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-13052/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublika sı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hall arının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Apellyasiya instnasiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, ünvan1 mənzili 25 yanvar 1997-ci il tarixdə X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüq uqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH Seriyalı, xxxxxx nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X1 X3 ilə faktiki ailə münasibətlərindən xx xxxxxx 1977-ci il tarixdə X4 adlı oğlu doğulmuşdur. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən yoxlanılmış arxiv məlumatlarına əsasən 10 fevral 1990-cı il tarixdən 12 noyabr 2015-ci il tarixədək avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X1 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AZ-İ xxxxxxxxx nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 noyabr 2015-ci il tarixdə ölmüşdür. A.Zabolotskiyin oğlu İddiaçı2 törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 aprel 2011-ci il tarixdən 28 dekabr 2017-ci il tarixədək cəza çəkmişdir. X1 bacısı İddiaçı1 Bakı şəhəri Cavabdeh2na 07 aprel 2016-cı il tarixdə ərizə ilə müraciət edərək X1 miras əmlakının ünvan1 ünvanında yerləşən 88 nömrəli mənzildən ibarət olduğu, X7-nin ondan başqa vərəsəsi olmadığı barədə məlumat vermiş, həmin mənzilə dair onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh2 xüsusi notariusu X4 tərəfindən 22 iyul 2016-cı il tarixdə təsdiqlənərək reyestrdə 2V-117 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09 noyabr 2015-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı1 hesab olunmuş və onun miras əmlakdan 1/1 hissədə pay almalı olduğu qənaətinə gəlinmiş, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42,32 kv.m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa) ibarət əmlaka dair 22 iyul 2016-cı il tarixdə təsdiql ənərək reyestrdə 2V-117 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, onun mənzil üzərində mülkiyyət hüququ üzrə 28 iyul 2016-cı il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı1 birinci instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə ərizənin əsassız olduğu qənaətinə gəlmişdir. Apellyasiya intansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı1 iddia müddətinin tətbiqinə dair ərizəsinə göstərdiyi hüquqi münasibəti əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətl əri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya instnasiyası məhkəməsi hesab etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Odur ki, apellyasiya məhkəməsi sözügedən prinsiplərin önəmini nəzərə alaraq, hazırkı mülki iş üzrə İddiaçı2 tərəfindən mirasın faktiki qəbul etməsi ilə bağlı bildirmişdir ki, İddiaçı2 19 aprel 2011-ci il tarixdən həbsdə olmuş, onun həbsdə olduğu müdd ətdə, 12 noyabr 2015-ci il tarixdə atası vəfat etmiş, 28 dekabr 2017-ci il tarixdə İddiaçı2 həbsdən azad olunmuş, bundan sonrakı müddətdə o, mütəmadi olaraq atasından miras qalmış evə, keçmiş analığı Cavabdeh1 Andeyevnanın yanına gəlib-getmiş, mənzildə yaşamış, miras əmlak olan mənzildə analığının yaşamasına maneə yaratmamış, əmlakı faktiki idarə etməyə yönələn hərəkətlər etmişdir. Apellyasiya intsnasiyası məhkəməsi qeyd etmişdir ki, mirasın rəsmi surətdə qəbulu üçün qanunvericilikdə müddət müəyyən olunsa da, faktiki qəbulu üçün müddət müəyyən edilməmişdir. Mirasın faktiki qəbulu müddətlə məhdudlaşdırılmayaraq, konkret hərəkətlərdə ifadə olunur. Mirasın rəsmi qəbulu müddəti ilə iddia müddəti ayrı-ayrı anlayışlar olduğuna görə bunları eyniləşdirmək düzgün deyildir. Ümumiyyətlə, mirasın fa ktiki qəbuluna iddia müddəti şamil oluna bilməz. Apellyasiya intsnasiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı2 mərhum X1 yeganə hüquqi varisi, qanun üzrə birinci növbəli vərəsəsi olması işin mübahisəsiz halıdır, ona görə onun mərhumun miras əmlakı olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 85 ünvanında yerləşən 88 nömrəli mənzilə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tu tulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. İş materiallarından görünür ki, İddiaçı2 tələbində vərəsəlik hüququnun tanınması ilə yanaşı vərəsəlik şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışın ləğvini də qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri göstərilən tələbin əsas mahiy yətini və tərəfin həqiqi niyyətini müəyyən edərək heç bir prosessual pozuntuya yol vermədən göstərilən nəticəyə gəlmişlər. Apellyasiya intsnasiyası məhkəməsi onu da qeyd etmişdir ki, X1 bacısı İddiaçı1 Bakı şəhəri Cavabdeh2na 22 iyul 2016-cı il tarixdə ərizə ilə müraciət edərək mərhum qardaşı X1 yeganə hüquqi varisi İddiaçı2 barədə məlumatlı olsa da, bu barədə notariata məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələr sayılırlar. Göstərilən Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X6 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəm iyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrar olmaqla məhkəmə kollegiyası ona verilən qiymətlə razılaşır, ona görə də əsassız hesab edir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11062/2018 nömrəli iş üzrə 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 prosessual hüquq varisi Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13052/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar