Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3454/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X X3 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanmış müavinətin və müavinətin verilməsinin gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, cavabdeh X nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8181/2020 n ömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı X tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi baş müəllim işlədiyi dövrdə 16.11.2016-24.11.2016-cı ilə kimi 9 gün, 16.02.2017-27.02.2017-ci ilə kimi 12 gün, 24.02.2017-06.03.2017-ci ilə kimi 12 gün əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar stasionar müalicədə, 07.03.2017-06.05.2017-ci ilə kimi 2 ay ərzində ambulator müalicədə olmuşdur.
2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçıya əmək qabiliyyətini müvəqqəti i tirməsi ilə əlaqədar 1887,75 manat müavinət hesablanmışdır.
3. Eyni zamanda iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv olunmuş Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş İdarəsi tərəfindən İddiaçı (SSN **********413) "xxxx" ASC-nin Yasamal filialındakı ******************** nömrəli hesabına 20.06.2017-ci il tarixdə 07.03.2017- 15.04.2017-ci il dövrləri əhatə edən SN 00005 532601 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə ********************0264 saylı haqq-hesab cədvəli üzrə 1143,10 manat, həmin tarixdə eyni bankın ******************** saylı hesabına 16.04.2017-05.05.2017-ci il dövrləri əhatə edən SN 00005 532659 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə görə ******************* *5853 saylı haqq-hesab cədvəli üzrə 809,72 manat müavinət ödənilmişdir. Haqq-hesab cədvəli üzrə hesablanmış 809,72 manat müavinət hesab nömrəsində texniki səhvə yol verilməklə X müəllimi X hesabına ödənilib, lakin X vəfat etdiyinə görə həmin məbləği onun hesabından geri almaq mümkün olmamışdır. Bu səbəbdən X tərəfindən iddiaçının "xxxx" ASC-nin Yasamal filialında olan hesabına nağd şəkildə 25.04.2019-cu il tarixdə 745 manat və 01.09.2020- ci il tarixdə isə 65 manat olmaqla, cəmi 810 manat vəsait iddiaçıya tamamilə ödənilmişdir. Bu məbləğin ödənilməsini cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin Yasamal filialı tərəfindən verilmiş 25.04.2019-cu və 01.09.2020-ci il tarixli mədaxil qəbzləri təsdiq edir. X iddiaçıya hər hansı borcu yoxdur.. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər X X3 və X qarşı “xəstəlik vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanmış müavinətin və müavinətin verilməsinin gecikdirilməsinə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 08.06.2020ci il tarixdə məhkəməyə müraciət edərək, xəstəlik vərəqələri əsasında əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar İddiaçı cavabdeh inzibati orqanlar olan X və X X5 tərəfindən ödənilməli müavinətlə əlaqədar Əmək Məcəllənin 197ci maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq ünvanlanmış müraciətlərin bu günə qədər cavablandırılmaması və ödənilməli olan məbləğin iddiaçıya ödənilməməsi nəzərə alınaraq hesablanmış 1.551,72 manat əsas borc, 15.360 manat faiz borcunun vurulmuş maddi ziy anın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; öz vəzifə borclarına səhlənkar yanaşmış cavabdeh inzibati orqanların vəzifəli şəxslərinin məsuliyyətinin müəyyən edilməsi, cəzalandırılmaları ilə bağlı aidiyyəti üzrə təqdimatın göndərilməsi, ödənilmiş dövlət rüsumu, kargüzarlıq işlərinin məsrəfləri və digər məhkəmə xərclərinin hər iki cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16.12.1980-ci ildən 12.05.2017ci ilə kimi X müxətəlif vəzifələrə qüsursuz xidmət etmiş və 12.05.2017-ci il tarixdə 1/156 nömrəli əmlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X tədris hissəsinin müdiri vəzifəsində və 0.5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi baş müəllim işlədiyi zaman 16.11.2016-24.11.2016-cı ilə kimi 9 gün, 16.02.2017-27.02.2017-ci ilə kimi 12 gün, 24.02.2017-06.03.2017-ci ilə kimi 12 gün əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar stasionar müalicədə, 07.03.2017-06.05.2017ci ilə kimi 2 ay ərzində ambulator müalicədə olmuşdur. 24.02.2017-ci il tarixdə işə çıxmış, təzyiqi qaldığına görə MKX-nın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Ümumilikdə 30 gün stasionar, 2 ay isə ambulator müalicədə olmuşdur. X ona 14 günlük müavinəti ödəməyib, müalicədə olduğu müddət üçün əmək haqqı ödəyib, əslində sığorta ödənişi etməli idi. Çünki, əmək qabiliyvətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilməlidir. Əmək qabiliyyətin i müvəqqəti itirməsi vərəqələrini kadrlar şöbəsinə təqdim etmişdir. O, 12.05.2017-ci il tarixdə işdən azad edilsə də, 809,72 manat müavinət ödənilməyib. Əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı ona 1887,75 manat ödənilməli olduğu halda, X ona 1143 manat ödəyib, 809,72 manatı isə başqa şəxsin hesabına keçirib. Sonradan onun bank hesabına 25.04.2019-cu il tarixdə 745 manat və 01.09.2020ci il tarixdə isə 65 manat pul ödənilib. O, həmin məbləğlərin kim tərəfindən ödənilməsini "xxxx" ASC-nin Yasamal filialından öyrənməyə çalışsa da, bu barədə ona məlumat verilməmişdir. Hesab edir ki, hesablanmış 1.551,72 manat əsas borc, 15.360 manat faiz borcunun vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(004)3252/2020 saylı qətnaməsi ilə (hakim V.Hacıyev) İddiaçı cavabdehlər X X3 və X qarşı “xəstəlik vərəqələri əsasında əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar İddiaçı cavabdeh inzibati orqanlar olan X və X X5 tərəfindən ödənilməli müavinətlə əlaqədar Əmək Məcəllənin 197-ci maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq ünvanlanmış müraciətlərin bu günə qədər cavablandırılmaması və ödənilməli olan məbləğin iddiaçıya ödənilməməsi nəzərə alınaraq hesablanmış 1.551,72 manat əsas borc, 15.360 manat faiz borcunun vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, öz vəzifə borclarına səhlənkar yanaşmış cavabdeh inzibati orqanların vəzifəli şəxslərinin məsuliyyətinin müəyyən edilməsi, cəzalandırılmaları i lə bağlı aidiyyəti üzrə təqdimatın göndərilməsi, ödənilmiş dövlət rüsumunun, kargüzarlıq işlərinin məsrəflərinin və digər məhkəmə xərclərinin hər iki cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edlilmiş 1 illik tələb etmə müddətini də ötürmüşdür
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4, 296.4-cü, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnam ə”nin 6-cı, Mülki Prossesual Məcəllənin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8181/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və E.Nağıyeva) apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar cavabdehlərin iddiaçıya müavinət borcu yoxdur. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Re spublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.09.1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 2-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iiddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
14. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh X kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
17. Cavabdeh X nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh Bakı Dövlət Universiteti hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq cavabdeh Bakı Dövlət Universitetinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci m addəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
23. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.. (maddə 172.4)
24. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. (maddə 296.4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”
25. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya q ismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödə nilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. (6-cı bənd) Mülki Prossesual Məcəllə
26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri i lə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8181/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.