Məhkəmə qərarları › İş №2(102)-3455/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3455/2023

11.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3455/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-531/23 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş seriya MA ******* nömrəli Çıxarışa əsasən Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 2 otaqlı, 33,1 kv.metr ümumi sahədən ibarət olan 7 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 14 yanvar 2010-cu il tarixdə qeydə alınmışdır.

2. İddiaçı ilə Cavabdeh 18 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə həyatı qurduqdan sonra Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilinə gəlin köçmüşdür.

3. Tərəflərin birgə nikahlarından 16 iyun 2014-cü il tarixdə X2 və 05 fevral 2016-cı il tarixdə X3 adlı iki övlad ları doğulmuşdur.

4. Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında Yevlax rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 18 sentyabr 2013-cü il tarixli nikah qeydi pozulmuş, onların birgə nikahdan olan iki övladı Cavabdeh himayəsində saxlanılmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 60 nömrəli binanın 6 saylı mənzili üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmi ş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilindən (bundan sonra mübahisəli mənzil) çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil cavabdehlə onun birgə nikah müddətində əldə etdikləri əmlak olmamış və onun ayrıca mülkiyyətindədir. Hazırda cavabdehlə rəsmi olaraq ayrıldığından, ailə bağlılığı olmadığından artıq eyni ünvanda yaşamaları mümkünsüz olmuşdur. Odur ki, cavabdeh qeyd-şərtsiz olaraq mənzildən çıxarı lmalıdır.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir..

9. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(2(039)-726/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia təmin edilmiş, cavabdehin Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilindən çıxarılması, qətnamənin 01 oktyabr 2022-ci il tarixdən sonra icra olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən onun mübahisəli mənzildən istifadə hüququ da saxlanmır.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehin maddi vəziyyəti, adına başqa yaşayış yerinin mövcud olmasına, onun hazırda öz ünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmasına dair sübutların olmaması, eləcə də, yay aylarının olması nəzərə alınmalı, onun həmin mənzildən istifadə hüququ 01 oktyabr 2022-ci il tarixədək saxlanılmalı, həmin tarixdən sonra o, həmin mənzildən çıxarılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehi mənzildən çıxararkən maddi hüquq normalarını pozmuşdur. Cavabdehin himayəsində 2 azyaşlı uşağı var. Həmin mülkiyyət cavabdehin keçmiş həyat yoldaşının, yəni iki azyaşlı uşaqlarının atasının əmlakıdır. Cavabdehi evdən çıxarması qanuni və ədalətli deyildir. Tərəflər 2013cü il tarixindən hal-hazıradək mübahisəli evdə yaşayırlar. Yevlax Rayon Məhkəməsinin 2(039)-2018/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçılə cavabdehin arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 18 sentyabr 2013cü il tarixli nikah qeydi pozulmuş və birgə nigahdan olan iki övladları cavabdehin himayəsində saxlanılmışdır. Məhkəmə bu qərarı qəbul edərək, cavabdehi mənzildən çıxararkən onların mənzilə olan istifadə hüququnu nəzərə almamışdır. Məhkəmə bununla da Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin tələblərini pozmuşdur. Uşaqları həmin evdə doğulmuşlar. Onların hazırki tələblə bağlı mövqeləri Mülki Məcəllənin 228.5-ci maddəsi ilə nizamlanmalıdır. Onlar həmin evə köçərkən və yaşayarkən mülkiyyətçinin razılığı ilə yaşamışlar. Aralarında notarial qaydada yazılı razılaşma olmasa da, mübahisələri Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq həll edilməli idi.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-905/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ələddin Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul olu naraq, cavabdehin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən 54B nömrəli evin, 7 nömrəli mənzilində istifadə hüququnun 3 il müddətində saxlanılması qət edilmişdir

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü olmuşlar. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2013-cü ilin sentyabr ayında, yəni cavabdehin iddiaçının evinə gəlin köçdüyü vaxtdan yaranmışdır. Qanunvericiliyə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaş ayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsi bunu nəzərə almadan iddia tələbini təmin etmişdir. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ 3 il müddətə saxlanılmalıdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti ol an yaşayış mənzilində 3 il müddətində istifadə hüququnun saxlanılması mülkiyyətçi olaraq iddiaçının istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozmuşdur. Mübahisə predmeti olan yaşayış mənzili iddiaçının xüsusi mülkiyyətinə daxildir və mülkiyyət hüququ cavabdehlə nikahdan öncə qazanılmışdır. Qeyd edilən əmlakla bağlı cavabdehin hər hansı bir hüququ olmamışdır. Cavabdehlə birgə nikah müddətində mübahisə predmeti olan mənzilin yaxşılaşdırılması ilə bağlı heç bir işlər görülməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddia tələbindən kənara çıxılaraq cavabdehə mübahisə predmeti olan mənzildə 3 il müddətində istifadə hüququ saxlanılması qət edilmişdir. Halbuki, cavabdeh ona daimi və ya müvəqqəti olaraq istifadə hüququ verilməsi ilə bağlı məhkəməyə iddia tələbi verməmişd ir. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinə gəldikdə isə, məhkəmə iddia tələbimi təmin etmiş, lakin qətnamənin icrasını qısa müddət üçün təxirə salmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 17 may 2022-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh Yevlax şəhəri, Heydər Əliyev prospekti, 60 nömrəli binanın 6 saylı mənzili üzərində tam mülkiyyət hüququ qazanmışdır. Bununla bağlı məlumat əldə edən kimi vəkil sorğusu verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 17 saylı Yevlax Ərazi İdarəsindən 26 sentyabr 2022-ci il tarixdə arayış əldə olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edən zaman cavabdehin hər han sı bir yaşayış sahəsinə malik olub – olmaması ilə bağlı sorğular edilsə də, cavabdehin mülkiyyətində yaşayış sahəsi olmaması ilə bağlı məlumatlar əldə edilmişdir. Məhz buna görə də iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən qismən narazı qalsa da, həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Çünki, övladların azyaşlı olmasını və onların yeni mənzilə köçmələri və uyğunlaşmaları üçün vaxtın lazım olmasını nəzərə almışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən cavabdehin mülkiyyət hüququ üzrə yeni mənzil əldə etməsindən tam məlumatsız idi. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsindən sonra iddiaçı yeni məlumatlar əldə etmiş və cavabdehin mülkiyyətində yaşayış mənzili olması aşkarlanmışdır. Cavabdehin tam mülkiyyət h üququ üzrə yaşayış mənzilinə malik olmasını nəzərə alaraq, onun qeyd şərtsiz olaraq iddiaçıya məxsus mübahisəli mənzildən çıxarılması barədə qərar qəbul edilməsi mübahisənin qanuni və ədalətli həlli olardı. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildən çıxarılmasını qət etsə də, qətnamənin 01 oktyabr 2022-ci il tarixdən sonra icra olunmasını qət etmişdir. Artıq 01 oktyabr 2022-ci il tarixi gəlib çatmış və cavabdeh yeni yaşayış mənzilinə malik olmuş və cavabdehin iddiaçıya məxsus mənzildə yaşamasına, istifadəsinə olan ehtiyacları aradan qalxmışdır.

20. Kassasiya şikayəti Ailə Məcəlləsinin 34.1, Mülki Məcəllənin 152.1, 152.5, MPM-in 218.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-251/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.B.Babayev (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və A.Q.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının p ozulmasına yol verilməsi müəyyən edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində, cavabdehin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən iddiaçının mülkiyyətində olan mənzilində istifadə hüququnun 3 il müddətində saxlanılmasını qət etsə də, iddianın həlli ilə bağlı hər hansı nəticəyə gəlməmiş, məhkəmənin iddiaya münasibəti anlaşılmaz qalmışdır.

24. Qeyd olunmalıdır ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi əks olunmalıdır. 25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 6.8-ci bəndində qeyd olunmuşdur ki, q ətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

26. Həmin qərarın 6.9-cu bəndində isə göstərilmişdir ki, məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır.

27. Həmin qərarın 9.1-cu bəndində isə göstərilmişdir ki, iddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

28. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında m əhkəmənin hansı nəticəyə gəldiyi əks olunmadığından MPM-in 220.5-ci maddəsinin tələbi pozulmuşdur.

29. Həmçinin hazırki işə sədrlik edən Mahir Əsədli, hakimlər Vəzirxan Məlikov və Ələddin Məcidovdan ibarət məhkəmə tərkibində baxılaraq xx.xx.2022-ci il tarixli yekun qərar qəbul edilsə də, həmin tarixli məhkəmə iclas protokolunda sədrlik edən kimi hakim X4, hakimlər Vəzirxan Məlikov və Ələddin Məcidovdan ibarət məhkəmə tərkibində işə baxıldığı qeyd olunmuşdur.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən cavabdehin həmi n mənzildə istifadə hüququnun saxlanmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Lakin istinad olunan normanın davamında isə göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

31. Məhkəmə kollegiyası bununla bərabər hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin mənzildən istifadə hüququnun 3 il müddətə saxlanılmalı olm ası qənaətinə gələrkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsini nəzərə aldığını göstərsə də, həmin mövqe yanlışdır. Belə ki, hazırda mənzildən istifadə hüququnun məhz 3 il müddətə deyil, 2 il müddətə saxlanılması barədə məhkəmə təcrübəsi formalaşmışdır.

32. Baxılan iş üzrə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən normanın göstərilən hissəsi üzrə hər hansı araşdırmanın aparılması müəyyən edilmir. Belə ki, iddianın təmin olunması zamanı məhkəmə ilkin olaraq cavabdehin mübahisə edilən mənzildə yaşamaqda davam etdiyini nəzərə almalı, onun başqa yaşayış yerinə (mülkiyyət hüquq və ya hər hansı digər əsasla) malik olmasını, özünü yaşayış yeri ilə təmin etmək imkanına malik olmasını araşdırmalı və bundan sonra isə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmalı olub-olmamasını müzakirə etdikdən sonra nəticəyə gəlməli idi.

33. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, tam və hərtərəfli araşdırma aparılmamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət verməmişdir, bu baxımdan iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

34. Kassasiya instansiyası məhkəməsi həmçinin kassasiya şikayətinin cavabdehin yeni yaşayış mənzilinə malik olması və onun iddiaçıya məxsus mənzildə yaşamasına, istifadəsinə olan ehtiyaclarının aradan qalxması barədə dəlili və şikayətə bununla bağlı əlavə etdiyi sübutla əl aqədar qeyd etmişdir ki, kassasiya məhkəməsi sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olmadığından, kassasiya şikayətinin işin faktiki halları ilə əlaqədardır olan həmin dəlili kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-531/2023 nömrəli iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və R.R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

36. Apelyasiya instansiyası məhkəməsi qeyd еtmişdir ki, mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən xx.xx.2009-cu il tarixədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

37. İş üzrə tərəflər arasında olan hüquq münasibətləri mübahisəli mənzilə münasibətdə onların nikahının pozulması nəzərə alınaraq xx.xx.2009-cu ildən sonrakı dövrdə yaran dığından Məhkəmə hesab edir ki, bu mübahisəyə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir.

38. Həmin Məcəllənin 30.1 və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsini n mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

39. Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətç iyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

40. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildə yaşasa da onun mülkiyyətçi olan iddiaçı ilə ailə münasibətlərinə artıq xitam verilmişdir. Cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququ barədə notariat qaydasında təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yazılı razılaşması isə mövcud deyildir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına Yevlax şəhəri, Heydər Əliyev prospekti 60 nömrəli binanın 6 saylı mənzili qeydə alınmışdır. Cavabdeh həmin mənzilin faktiki qardaşına məxsus olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sübut u məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılmasıi üçün hüquqi əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflərin birgə azyaşlı övladlarının da mübahisəli mənzilə istifadə hüququ saxlanılmır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərin yaşayış yeri sayılır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Ayla və xx.xx.2016-cı il təvəllüdlü Ayxan cavabdehin yanında saxlanıldığından və hazırda da onlar cavabdeh ilə birlikdə yaşadıqları üçün onların yaşayış yeri cavabdehin yaşadığı yer sayılır. Cavabdehin isə artıq yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzildə istifadə hüququnun saxlanılıması və mənzildə yaşamasının hüquqi əsası yoxdur. Bu baxımdan, hesab edilməlidir ki, iddia əsaslıdır.

42. Kollegiya qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia tam əsaslıdır, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin də lilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı kassasiya şikayəti verərək Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-531/2023saylı qətnaməsi ləğv edilsin, işin yeni apellyasiya baxışına göndərilməsinə dair yeni məhkəmə qərarı qəbul edilsin.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəllənin 30.1, 30.4, Mülki Məcəllənin 228.5, MPM-nin 77.1, 88 və 217.4-cü maddələri pozulmuşdur. Məhkəmə onu mənzildən çıxararkən maddi hüquq normalarını pozmuşdur. Himayəsində 2 azyaşlı uşağı var. Həmin mülkiyyət iddiaçınındır. Yəni, keçmiş həyat yoldaşınındır, iki azyaşlı uşaqlarının atasının əmlakıdır. Onları evdən çıxarması qanuni və ədalətli deyildir. Yaşadıqları ev xüsusi mülkiyyətdə olmaqla xx.xx.2010 cu il tarixdə dövlət reyestrindən qeydiyyatdan keçmişdir. 18 sentyabr tarixində rəsmi nikah qeydiyyatından keçmişlər. 2013-cü il tarixindən hal-hazıradək bu mübahisəli evdə yaşayırlar. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestir xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestirinin Seriya MA 0028231№-li çıxarışına əsasən Yevlax şəhəri, H.Əliyev prospekti, 54B nömrəli evin, 7 nömrəli mənzili 14 yanvar 2010-cu il tarixdə ********** № ilə tam olaraq İddiaçı adına qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(03 9)-20180/2021 №-li 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçılə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 18 sentyabr 2013cü il tarixli nikah qeydi pozulmuş və birgə nikahdan olan iki övladları Cavabdeh himayəsində saxlanılmışdır. Başa düşə bilmir ki, məhkəmə bu qərarı qəbul edərkən, onları mənzildən çıxararkən hansı səbəbdən mənzilə olan istifadə hüquqlarını nəzərə almamışdır. Məhkəmə bununla da Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddəsinin tələblərini pozmuşdur.Mənzildə yaşamaq hüquqları qanunla qorunur.

46. Adına olan mənzil qardaşınındır. Həmin mənzil yaşayış vəziyyətində deyil. Üzərində yüklülük var. Ona aid ev deyildir. Xahiş edir ki, bu epizod nəzərə alınsın.

47. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən onların mövqeyi tam və hərtəfli araşdırılmamışdır. Nəticədə prosessual hüquq normaları onara münasibətdə pozulmuşdur. Öz mövqelərini ortaya qoymağa çalışsalar da hazırki ədalətsizliklə qarşılaşmalı olublar.

48. Məhkəmə onun və uşaqlarının həmin mənzildə 9 il yaşamaqlarını, o cümlədən iki uşağıyla orada yaşamalarını, uşaqlarının mülkiyyətçinin ailə üzvləri olduğunu həmin mülkiyyətin keçmiş həyat yoldaşı olmasını nəzərə almamışdır. Nəticədə prosessual hüquq normalarım açıq şəkildə pozulmuşdur. Halbuki hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Yaşayış hüquqları var. Hakim tərəfindən əlindən alınmışdır. 2 uşaqla harada qalsın. Uşaqların atası olsun, evi atalarının olsun ancaq bu evdə yaşaya bilməsinlər. Bu qətnaməni ədalətsiz hesab edirəm.

49. O və iki uşaql arı mülkiyyətçinin yaxın qohumlarıdır. Onlar, xüsusən uşaqları həmin evdə doğulmuşlar. Hazırki tələblə bağlı mövqeləri Mülki Məcəllənin 228.5-ci maddəsi ilə nizamlanmalıdır. Həmin evə köçərkən və yaşayarkən mülkiyyətçinin razılığı ilə yaşayıblar.

50. Aralarında notarial qaydada yazılı razılaşma olmasa da AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq mübahisələri həll edilməli idi.

51. İşdən göründüyü kimi iki azyaşlı uşaq əri olmuş mülkiyyətçinin ailə üzvüdür. Onun və uşaqlarımın başka yaşayış yeri yoxdur. Bu səbəbdən də onların qeyd olunan münasibətlərə baxışı prizmasından baxsaq Ailə Məcəlləsinin15-ci fəsilinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30. 2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, Ailə qanunvericilinin müvafiq normaları ilə tənzimləndiyindən bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcələsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınması tələb olunmur.

52. Onun bir insan, bir vətəndaş olaraq hüquqlarım tamamilə pozulmuş, barəsində əsassız qərar qəbul edilmişdir. Bu qanunsuzluqla bağlı o, mümkün ola biləcək bütün vasitələrdən istifadə edərək öz dəlillərini ortaya qoysa da məhkəmə tərəfindən mübahisəsinə bərabər qaydada baxılmamışdır.

53. Məhkəmə yeni sübutları tədqiq erərkən işin nəticəsinə təsir edən digər faktiki halları müəyyən etməmiş, işdə əhəmiyyət kəsb edən heç bir sübutun olmadığını görsə də əleyhlərinə qətnamə qəbul etmişdir. Bütün bunlar aparılmamış məhkəmə araşdırmasının bariz nümunəsidir.

54. Bütün bunları qəbul etməyərək tam ədalətli araşdırmanı gözləyərək pozulmuş maddi və prosessual hüquq normalarına qiymət verilməsini istəyirlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi

56. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsi

57. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərin ə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

58. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

59. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü ara sında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014- cü il tarixli Qərarı

61. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və on un daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. MPM

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflər arasında olan hüquq münasibətləri mübahisəli mənzilə münasibətdə, onların nikahının pozulması nəzərə alınaraq xx.xx.2009-cu ildən sonrakı dövrdə yarandığından, bu mübahisəyə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir.

74. Həmçinin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildə yaşasa da onun mülkiyyətçi olan iddiaçı ilə ailə münasibətlərinə artıq xitam verilmişdir. Cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququ barədə notariat qaydasında təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yazılı razılaşması isə mövcud deyildir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına Yevlax şəhəri, Heydər Əliyev prospekti 60 nömrəli binanın 6 saylı mənzili qeydə alınmışdır. Cavabdeh həmin mənzilin faktiki qardaşına məxsus olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılması üçün hüquqi əsas yoxdur.

75. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflərin birgə azyaşlı övladlarının da mübahisəli mənzilə istifadə hüququ saxlanılmır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərin yaşayış yeri sayılır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Ayla və xx.xx.2016-cı il təvəllüdlü Ayxan cavabdehin yanında saxlanıldığından və hazırda da onlar cavabdeh ilə birlikdə yaşadıqları üçün onların yaşayış yeri cavabdehin yaşadığı yer sayılır. Cavabdehin isə artıq yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzildə istifadə hüququnun saxlanılıması və mənzildə yaşamasının hüquqi əsası yoxdur. Bu baxımdan, hesab edilməlidir ki, iddia əsaslıdır.

76. Kassasiya kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayət ində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

78. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2023-cü il tarixli 2(107)531/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar