Məhkəmə qərarları › İş №2(102)-3455/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3455/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3455/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc üzrə pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 iyun 2024-cü il tarixli, 2(103)-2380/2024 nömrəli qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən yazılmış kağızda qeyd olunmuşdur ki, o hissə-hissə olmaqla İddiaçı (bundan sonra – iddiaçı) borc pul götürmüşdür.

2. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, onun ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterlidir və şikayəti ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 32.000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qohumu olan cavabdehə 44000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borc pulu hazırda qeydiyyatda olduğu mənzilin söküləcəyi və ona verilən kompensasiya ilə qaytaracağı vədini versə də, vədinə sadiq çıxmamışdır. Nəticədə cavabdeh borc iddiaçıya birdəfəlik qaydada qaytarmamışdır. Cavabdeh bu günədək borcundan hissə-hissə, yəni aylıq ödənişlər etsə də, artıq geri qalan məbləği, yəni 32000 manatı ödəməkdən yayınmaqdadır. İddiaçı cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Yasamal rayonu 26-cı polis Bölməsinə şikayət vermişdir. Şikayətin əsasında cavabdeh dəvət edilmiş və izahatı alınmışdır. Verdiyi izahatda da cavabdeh borcunun olmasını etiraf etmişdir. Həmçinin cavabdeh tərəfindən əlyazmalar mövcuddur. Həm borcu alm ası, nə qədər ödəməsi və nə qədər qalmasını cavabdeh özü təsdiq etmişdir. Cavabdeh axırıncı dəfə 2023-cü ilin may ayında ödəniş etmişdir.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 443.1, 448.1, 448.2 və 449-cu maddələrinə istinad etmişdir.

6. Məhkəmə baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş dəftərdə borcların qaytarılmasına dair olan qeydlərlə razıdır, dəftərdə qeyd olunan məbləğlərdə pul cavabdeh tərəfindən qaytarılmışdır. 2022-ci ildə cəmi 3 dəfə, hər dəfə 150 manat olmaqla cavabdehin qonşusu Şahid pul götürmüşdür. Hazırda cavabdeh götürdüyü məbləğin qalanını qaytmaqdan yayınır.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıdan hissə-hissə borc pul götürmüş və həmin pulları da hər ay faizi ilə birlikdə geri qaytarmışdır. Borc pul götürməsinə dair məhkəməyə təqdim olunmuş qəbzdəki əl yazısı ona məxsusdur. Borcu qaytarmasını hər ay dəftərdə özü qeyd etmiş, 2022-ci ildə təxminən 7-8 ay pulu qonşusu Şahid vasitəsilə qaytarmışdır. 2023-cü il ərzində isə borcu iddiaçının əri Böyükağa Əliyevin kart hesabına köçürmüşdür. Buna dair qəbzləri məhkəməyə təqdim etmişdir. Hazırda iddiaçıya olan borcunu tam şəkildə bağlamışdır, iddiaçının ondan tələb etdiyi faizdir.

8. Birinci instansiya məhkəməsində Şahid bildirmişdir ki, 2022-ci ilin mart ayından sentyabr ayına kimi qonşusu Cavabdeh ona pul vermişdir ki, İddiaçı həmin pulu ondan götürsün. İki dəfə 150 manat, qalan vaxtlarda isə 200 manat pul vermişdir.

9. Məhkəmə iclasında tədqiq olunmuş cavabdeh tərəfindən yazılmış kağızda onun hi ssə-hissə olmaqla, iddiaçıdan cəmi 44800 manat məbləğində borc pul götürdüyü qeyd olunmuşdur. Həmçinin onun tərəfindən yazılmış dəftərdəki qeydlərdən müəyyən olunmuşdur ki, həmin borcdan 2018-ci il üzrə 4250 manat, 2019-cu il üzrə 2100 manat, 2020-ci il üzrə 1800 manat, 2021-ci il üzrə 1500 manat və 2022-ci il üzrə 450 manat məbləğində ödəniş etmişdir.

10. Cavabdeh tərəfindən X1 hesabına ödənilmiş 10.12.22-ci il tarixli 27772 nömrəli, 10.01.23-cü il tarixli 27578 nömrəli, 14.02.23-cü il tarixli 31935 nömrəli, 09.03.23-cü il tarixli 11985 nömrəli, 10.04.23-cü il tarixli 184122 nömrəli, 10.05.23-cü il tarixli 220464 nömrəli qəbzlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının əri X1 hesabına hər dəfə 150 manat olmaqla, cəmi 900 manat məbləğində ödəniş edilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)3688/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 21000 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Ayşən Sultanova-Məmmədova)

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan borc pul götürməklə, götürdüyü pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi lazımi qaydada icra etməyərək, borcdan cəmi 11.000 manat qaytarmış, qalan məbləği isə geri qaytarmamışdır. Şahid qismində ifadə verən Şahid 2022-ci ilin mart ayından sentyabr ayına kimi cavabdehin ona iki dəfə 150 manat, qalan vaxtlarda isə 200 manat olmaqla pul vəsaiti ni iddiaçıya çatdırması üçün verdiyini qeyd etsə də, iddiaçı Şahid hər dəfə 150 manat olmaqla, 3 dəfə cəmi 450 manat məbləğində pul götürdüyünü təsdiq etmişdir. Cavabdeh isə 2022-ci ilin mart ayından sentyabr ayınadək hər ay qonşusu vasitəsilə pulu qaytarmasını bildirsə də, dəftərində bunun qeydiyyatını niyə aparmamasını əsaslandıra bilməmişdir. Qeyd olunan dəftərdən müəyyən olunmuşdur ki, 2022-ci il üzrə 3 dəfə 150 manat olmaqla, cəmi 450 manat məbləğində pul qaytarılması qeyd olunmuşdur.

13. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya tələb olunan 32000 manat pul vəsaitinin 11000 manat hissəsinin ödənilməsini müəyyən etdiyi üçün, iddianı 21000 manat hissədə təmin edilməli olması qənaətinə gəlmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 386.1, 739.1 və 740.1, 740.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın təmin edilən hissədə də rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariusdan keçməmiş, naməlum şəraitdə yalnız bir nəfər tərəfindən tərtib olunmuş və ikinci şəxs tərəfindən təsdiq olunmamış kağız parçaları məhkəmələr tərəfindən sübut kimi qəbul olunmur. Mülki Məcəllənin 740.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qətnamədən görünür ki, o, həqiqəti əks etdirmir, yalnız iddiaçının sözləri əsasında qəbul edilib, cavabdehin sübutları, şahid ifa dələri isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, cavabdeh iddiaçıdan 15000 manat (iddiaçı faizləri də istədiyi kimi birtərəfli qaydada çoxaldıb) borc alaraq, ona 18000 manat qaytarmışdır. İddiaçı isə özbaşına həmin məbləği başqa cür göstərərək məhkəməyə müraciət etmişdir. Hətta rəsmi sənədlərdə olan sözlərin əksinə olaraq, başqa şeylər demişdir. Şahid ifadəsi məhkəmə qətnaməsində təhrif olunmuşdur. Belə ki, o, 2022-ci ilin 11 ayı ərzində ondan götürdüyü pulu iddiaçıya verdiyini bildirsə də, (özü də 2 dəfə 150 manat, qalan vaxtı isə hər dəfə 200 manat olmaqla), yenə də məhkəmə öz qətnaməsində başqa cür, – iddiaçıya sərf edən formada göstərmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2380/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qeyd olunan pul məbləğinin verilməsi həm onun özünün mübahisələndirdiyi kağızdakı qeydlərlə, həm də birinci instansiya məhkəməsində verdiyi izahatlarla öz təsdiqini tapır. Belə olan halda, tərəflər arasında yazılı müqavilə formasında müqavilənin imzalanmaması pul məbləğinin cavabdehə verildiyi faktını təkzib edə bilməz. Cavabdehin iddiaçının aldığı pul məbləğini geri qaytarmaq öhdəliyi hər bir halda yaranmışdır və o da bu öhdəliyi qismən icra etmişdir.

19. Apelly asiya instansiyası məhkəməsi cavabdehin pul məbləğini tam şəkildə qaytarması barədə növbəti dəlilinə münasibətdə qeyd etmişdir ki, işin hallarına görə borcdan cəmi 11000 manat qaytarılmışdır. Bu, cavabdeh tərəfindən tərtib olunmuş dəftər və ödəniş qəbzləri ilə təsdiq olunur.

20. Həmçinin cavabdeh şahidin ifadəsinin də məhkəmə qətnaməsində təhrif olunduğunu bildirsə də, müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsində əksini tapan şahid ifadəsi məhkəmə iclas protokolunda olan ifadə ilə eynilik təşkil edir. Sadəcə olaraq birinci instansiya məhkəməsi haqlı olaraq şahidin verdiyi ifadəyə tənqidi yanaşmaqla cavabdeh tərəfindən təqdim olunan dəftərdə qeyd olunduğu kimi 2022-ci il üzrə 3 dəfə 150 manat olmaqla, cəmi 450 manat məbləğində pulun qaytarılmasını mötəbər hesab etmişdir. Bu, ona görə daha inandırıcı hesab olunmuşdur ki, cavabdehin özü tərəfindən tərtib edilmiş və əvvəldən bütün ödənişlər onun özü tərəfindən dəftərdə əks olunmuşdur. Belə olan halda, digər ödənişlərin niyə qeyd olunmadığını cavabdeh özü də əsaslandıra bilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pulların alınması ilə bağlı aparılmış qeydlərin cavabdehə məxsus olması mübahisələndirilməmiş, cavabdehin etirazının əsasını borc məbləğinin onun tərəfindən qaytarılması təşkil etdiyindən bu hissədə sübutetmə yükü cavabdehin üzərində olmuşdur, lakin cavabdeh tərəfindən qətnamədə qeyd olunan məbləğdən artıq pul vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

22. Cavabdeh (Vəkil ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmamışdır. Belə ki, iş üzrə ekspertiza təyin olunsa idi, borc məbləğinin həqiqiliyi müəyyən olunar, hansı məbləğdə borcun olması ekspert tərəfindən aşkar olunar və ekspert rəyi iş üçün mühüm sübut növü ola bilərdi.

24. Həmçinin məhkəmə mübahisələndirilən borc məbləğinin cavabdeh tərəfindən qəbul olunmasının iddiaçı tərəfindən sübuta yetirilə bilm əməsini, iddiaçının ümumiyyətlə bu məbləğdə borc vermək iqtidarında olmamasını sübuta yetirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (əvvəlki redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adland ırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (əvvəlki redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. M addə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

31. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə öz arasındakı yazılı qeydlərə istinad etmişdir. Cavabdeh etirazının əsası kimi götürdüyü pulları tam şəkildə qaytarmasını bildirsə də, istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiyası instansiyası məhkəməsində sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Nəzərə alınsa ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində cavabdeh etirazının əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Hazırda kassasiya şikayətinin həmin hallarla bağlı dəlilləri də əsassızdır.

33. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək düzgün olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması yazılı sənədlərlə təsdiq edildiyi halda, həmin pulun qaytarılması və ya cavabdehə qəbzdə göstərilən məbləğdən fərqli vəsaitin verilməsi sübut edilməmişdir.

34. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. Şahidin ifadəsinin təhrif edilməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, cavabdeh bununla bağlı məhkəmə iclas protokoluna hər hansı qeyd verməyib. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə görə cavabdehin məhkəmə iclas protokolunda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokola yazılı qeydlər təqdim etmək hüququ olmuşdur.

36. Naməlum şəraitdə yalnız bir nəfər tərəfindən tərtib olunmuş və ikinci şəxs tərəfindən təsdiq olunmamış kağız parçalarının sübut kimi qəbul edilmə sinin yolverilməzliyi barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, cavabdeh özü birinci instansiya məhkəməsində təqdim edilmiş həmin əlyazmaların ona məxsus olmasını bildirmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2380/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar