Məhkəmə qərarları › İş №2(102)-3456/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3456/2023

25.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3456/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X3 hüquqi varisi Cavabdeh1 və Sabirabad “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı, 3-cü şəxs iş üzrə QƏRARİ İş № 2(102)-3456/23 (Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), X12 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Sabirabad “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras torpaq sahəsi üzərində vərəsəlik hüququnun bərpası” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-652/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X17 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunda vəfat etmişdir.

2. Sabirabad “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2016-cı (əslində ölüm tarixi xx.xx.2006, vərəsəlik şəhadətna məsində səhvən 2016-cı il göstərilmişdir) il tarixdə vəfat etmiş X6 xx.xx.2003-cü il tarixli vəsiyyətnaməyə əsasən, vəsiyyət üzrə vərəsəsi X18 idi, lakin onun xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras əmlakın (ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evi və 0,1999 ha torpaq sahəsi) ½ hissəsi üzərində onun arvadı İddiaçı vərəsəlik hüquqları tanınmışdır.

3. Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 əmlakının (ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evi və 0,1999 ha torpaq sahəsi) ½ hissəsinə X3 vərəsəlik hüquqları tan ınmışdır.

4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,1999 ha torpaq sahəsi və ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi X3 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, ½ hissəsi açıq saxlanılmışdır. 5. 11.09.2018-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X16 xx.xx.2018-ci il tarixdə Sabirabad rayonunda vəfat etmişdir.

6. Cavabdeh1 xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, ata qrafasında X16 göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər X7 və Sabirabad “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şi rvan Ərazi İdarəsinə) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ünvan 1ində yerləşən 0,1999 ha torpaq sahəsinin ½ hissəsinə X7 Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində verilmiş 28 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras torpaq sahəsinin tam olaraq vəsiyyətnamə üzrə vərəsə tərəfindən qəbul edilmiş hesab olunması, miras torpaq sahəsi üzərində vərəsəlik hüququnun bərpası və həmin mirasa dair tam olaraq onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad rayon “As an Xidmət” notariat kontorunun ona verdiyi 16 iyul 2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, 17 iyun 2006-cı il tarixdə vəfat etmiş (şəhadətnamədə ölüm tarixi səhvən 2016-cı il kimi göstərilmişdir) X19 vəsiyyətnamə üzrə vərəsəsi xx.xx.2015-ci ildə ölmüş əri X8 əvəzinə Quruzma kəndində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan ½ hissədə pay ayrılmışdır. Miras qoyan Safurə Rəsulovanın vəfatından sonra mübahisəli torpaq sahəsi mərhum əri vəsiyyətnamə üzrə vərəsə X18 tərəfindən qəbul edilmiş, o həmin torpaq sahəsindən istifadə etmiş və həmin mirasa sahiblik etmişdir. Miras qoyan mərhum X9 qanun üzrə vərəsələri olan övladları X16, X13, X1, X10 və X2 2006-cı ildə vəfat etmiş analarından qalmış mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə mür aciət etmədikləri və miras əmlaka sahiblik etmədikləri və ya əmlakı idarə etmədikləri üçün miras əmlakı bu günə qədər faktiki qəbul etməmişlər. Buna baxmayaraq “Asan Xidmət” notariat kontoru tərəfindən qanun üzrə vərəsə X7 da miras qalmış torpaq sahəsinin 1/2 hissəsinə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Hesab edir ki, vərəsəlik şəhadətnaməsi əsasında X7 mirasdan ½ payın verilməsi əsassız və qanunsuzdur. Ona görə də Əlif Rəsulovun adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, mübahisə edilən miras torpaq sahəsi üzərində tam mülkiyyət hüququna dair ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məhkəmə qətnamə qəbul etməlidir. Qeyd edir ki, vərəsələrdən Əlif Rəsulov anasının ölümündən 4 il sonra mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair Sabirabad ray on Məhkəməsinə müraciət etmşidir. Sabirabad rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(056)-543/2010 saylı qətnaməsi ilə 17 iyun 2006-cı il tarixdə vəfat etmiş X11 mirasının–Sabirabad rayonunun Quruzma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsə kimi X16 tərəifndən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Mərhum əri X8 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, ərizəçi X3 iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardadda ərizəçinin dediklərinə istinad edərək göstərilir ki, miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Vərəsə kimi vərəsəlik şəhadətnaməsi almaq üçün Sabirabad ra yon Dövlət notariat kontoruna müraciət etmiş, notariat kontorunda bildirilmişdir ki, mirasın qəbul edildiyi müddət buraxıldığından bu barədə məhkəməyə müraciət edilməlidir. Hüquqi savadsızlığı, kənddə yaşaması o və digər vərəsələr qanunları bilmədiklərindən anaları vəfat edəndən sonra 3 ay ərzində mirasın qəbulu üçün notariusa müraciət etməmişlər. Bundan başqa qərardadda mərhum Qismət Əliyevin və ərizəçi Əlif Rəsulovun izahatlarına istinadən göstərilir ki, “Qismət Əliyev izahatında mirası faktiki olaraq qəbul etdiyini və ona vəsiyyət olunan mübahisə olunan həyətyanı torpaq sahəsində istixanalar tikməklə kənd təsərrufatı bitkiləri əkib-becərdiyini göstərmişdir. Bu fakt, yəni torpaq sahəsində istixananın Əliyev Qismət tərəfindən tikilərək orada kənd təsərrüfatı məhsullarının əkib-becərməsi a pellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı verdiyi izahatında ərizəçi Əlif Rəsulov tərəfindən etiraf edilmişdir”. Qanunun imperativ normalarının məzmunundan da görünür ki, altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin birinci dəfə mirasın qəbulu müddətini buraxdığı üçün Sabirabad rayon notariat kontorundan rədd cavabı almış X20 ikinci dəfə Sabirabad “Asan Xidmət” notariat kontoruna müraciət edərək mübahisə predmeti olan X4 miras qalmış torpaq sahəisnə ½ pay hüququ ilə qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi almışdır. Ona görə də X7 verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir.

9. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh X16 vəfat etdiyindən Cavabdeh1 onun hüquqi varisi kimi tanınmışdır.

10. Sabirabad Rayo n Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı və Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun bərpa edilməsi, mülkiyyət hüququnun müdafiəsi və əmlaka vurulmuş ziyana görə kompensasiya ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.

11. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlakın nə Əlif Rəsulov, nə digər birinci növbəli vərəsələr tərəfindən qəbul edilməməsini iddia etsə də, bu hallar nə iş materialları ilə, nə də iddiaçının istinad etdiyi məhkəmə qərarları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən həmin məhkəmə qərarları ilə hər hansı preyudisial əhəmiyyətə malik olan hallar da məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, miras qoyan Safura Rəsulovanın birinci növbəli vərəsələri onun vəfat etdiyi vaxt mübahisəli miras əmlakda yaşamışlar. Eyni zamanda nəzərə alsaq ki, Əlif Rəsulov miras qoyanın övladı, hazırki iddia tələbi üzrə iddiaçı isə miras qoyanın qardaşı oğlu olan mərhum Qismət Əliyevin həyat yoldaşıdır, Əlif Rəsulov tərəfindən mirasın faktiki olaraq qəbul edilməməsi ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. İddiaçı, Əlif Rəsulovun adına verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin əsası kimi Ə.Rəsulovun miras əmlakı qəbul etmək üçün 6 aylıq müdd ətin ötürülməsini və mirası faktiki olaraq qəbul edilməməsini göstərmişdir. Qanunvericilik nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir və məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında uzun müddət miras əmlakla bağlı mübahisə olmuş və iddiaçıya xx.xx.2018-ci il tarixdə miras əmlakın ½ hissəsinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu hal öz ü-özlüyündə onu göstərir ki, iddiaçının miras əmlakın digər ½ hissəsinə Əlif Rəsulovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbəri və məlumatı olmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən Əlif Rəsulovun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia 2 il 9 ay keçdikdən sonra qaldırılmışdır. Məhkəmə hesab etmişdir ki, bu tələb 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 354.1, 354.2, 375.2, 383, 1145, 1147.1, 1159.1, 1243.1, 324, 354.1, 354.2-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat 1

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddianı əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir, lakin qətnamədə həmin əqdin məhz əhəmiyyətsiz əqd olmasını təsdiq edən heç bir əsaslandırma yoxdur. Hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi bir əqd olaraq mübahisə edilən əqddir. Əhəmiyyətsiz əqd deyil. Ona görə də kəsici müddətin tətbiq edilməsi yolverilməzdir. Digər tərəfdən iddia ərizəsində təkcə əqdin etibarsızlığı deyil, digər tələblər də var. Ona görə də məhkəmə təkcə əqdin etibarsızlığına deyil, digər iddia tələblərinə də hüquqi qiymət verərək iddia müddətinin kəsici müddət olub-olmamasına qiymət verməli idi. Digər tərəfdən məhkəmənin mövqeyinə görə, Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vaxtını bildiyi üçün müddətin axını məhz ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi andan başlamalı idi. Məhkəmə qeyd edilən halı yalnız Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamənin 2 il 9 ay öncədən verilməsi faktı ilə əsaslandırmağa cəhd edir, lakin bunu hansı əsasla bilməli olduğunu əsaslandırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, nümayəndəsinin torpaq sahəsinə baxış keçirilməsi barədə vəsatəti təmin olunsaydı, məlum olardı ki, oradakı tikili yaşamaq üçün yara rlı vəziyyətdə olmamışdır. Ona görə də həmin tikiliyə reyestrdən çıxarış verilə bilməzdi. Habelə məhkəmə baxışı zamanı nümayəndəsi əvvəllər tərəflər arasında olan və iş üçün xüsusi əhəmiyyət kəsb edən məhkəmə aktlarını tələb edərək iş materialına əlavə edilməsini xahiş etmişdir. Həmin məhkəmə aktlarında Əlif Rəsulov tərəfindən yazılmış ərizədə və digər sənədlərdə təsdiq edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi hazırda yaşadıqları evlə-torpaq sahəsi ilə bitişikdir. Həmin torpaq sahəsi tərəfimizdən qəbul edilmiş, Əlif Rəsulov və digər vərəsələr tərəfindən ümumiyyətlə qəbul edilməmişdir. Məhkəmə həmin vəsatəti də əsassız olaraq rədd etmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şirvan A pellyasiya Məhkəməsinin 2(106)-652/2023 saylı, 10 aprel 2023-cü il tarixli Qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 2(056)-283/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 aid hissədə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Sabirabad Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı “torpaq üzərində vərəsəlik hüququnun bərpası tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata Cavabdeh1 aid hissdə xitam verilmiş, İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı iddiasına mahiyyəti üzrə baxılması davam etdirilməsi qərara alınmışdır.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Z.M.Allahyarov sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimov və P.T.Əhmədov) 2(10 6)-652/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi adlanan Vİ fəslinin 99-cu bəndinin 4-cü yarımbəndinə əsasən, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər.

18. Qeyd olun an təlimatdan göründüyü kimi, Əlif Rəsulovun yaşayış sahəsində qeydiyyatda olması ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsasdır. Bundan əlavə, iş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(102)-01/15 nömrəli qərarına əsasən, 2012-ci ildə notariat kontoru iddiaçının mərhum həyat yoldaşına da eyni əsasla, yəni mirasın qəbul edilməsi üçün müddətin buraxılması əsası ilə şəhadətnamə verilməsindən imtina etmişdir. Kollegiya göstərmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə onun miras əmlakdan ½ hissədə pay alması qeyd olunmuşdur. Kollegiya, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı miras əmlakın digər ½ hissəsinə Cavabdeh3 qanun üz rə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən məlumatlı olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi nəzərindən və mahiyyəti üzrə düzgün həll olunduğundan, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən və apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşıdığından apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, hazırki mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.5, Mülki Məcəllənin 324.1, 324.2, 337.1, 337.2, 337.3, 337.4, 3541133.1, 1133.2, 1134.1, 1151.1, 1257.1, 1272, Mülki Məcəlləsinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1212/2 023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassator kassasiya şikayətini apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

26. Maddə 1256. Vərəsə vərə səliyə çağrıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan cox olmayaraq uzada bilər. Mirasın qıbulundan notariatda orqanında rəsmiləşdirilməlidir.

27. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qısmən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

28. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətlərində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tə rəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının mərhum əri Qismət Əliyev, həm də Əlif Rəsulovun mirasın qəbulu ilə bağlı məhkəmələrə müraciət etmiş, lakin hər iki iş nəticəsiz qalmışdır. Nəhayət 2018-ci ildə həm iddiaçıya, həm də Cavabdeh3 notariat orqanı tərəfindən vərəsəlik şəhadətnamələri verilmiş, miras əmlak iki vərəsə arasında bölüşdürülmüşdür. İddiaçının xx.xx.2018-ci il tarixli Cavabdeh3 verilən şəhadətnamədən məlumatlı olmadığını qəbul etsək belə, o, özünə verilmiş xx.xx.2018-ci il tarixli şəhadətnam ədə mirasın ½ hissəsinin ona çatdığından məlumatlı olmuş, lakin keçən müddət ərzində notariusun hərəkətlərini mübahisələndirməmişdir. Bu isə o deməkdir ki, o özündən başqa vərəsənin də olduğunu bilmişdir.

40. Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

41. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.(Konstitusiya Məhkəməsi Plenumunun 16.03.22-ci il tarixli Qərarı)

42. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istif adə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddət buraxılmışdır.

44. MPM-nin 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçınnı şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-652/2 023 xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar