Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3456/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı5 Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(104)945/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəy ə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”-a əsasən, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və 129.1 kv.m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır;
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarına əsasən, həmin qərarla ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh X2 qarşı “cehiz əşyaları ilə bir likdə evdən çıxarılma” barədə ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) X1 ilk İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və İddiaçı5 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3264/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X1 3 il müddətinə istifadə hüququnun saxlanması hissəsində dəyişdirilərək, X1 iddiaçıların mülkiyyətində olan evdən istifadə hüququ 2(iki) il müdətində saxlanılması qərara alınmışdır;
4. Doğum haqqında arayışlara əsasən, İddiaçı1 ilə X1 (bundan sonra mətndəcavabdeh) birgə nikahlarından 28 avqust 2013-cü ildə X5 və 21 dekabr 2014-cü ildə X6 adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçılar İddiaçı1, İddiaçı2, X7 və İddiaçı5 cavabdehə qarşı “azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və ona məxsus olan, 1 ədəd paltar şkafı, 1 ədəd qab üçün servand, 2 ədəd termo, 2 ədəd bar, 1 ədəd televizor altı, qoşa çarpayı üstündə 1 ədəd döşək, 1 ədəd uşaq çarpayısı, 1 ədəd divan kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd qabaq stol üstü klyonka, 12 ədəd stul, 1 ə dəd sadə paltar yuyan maşın, 1 ədəd divar saatı, 1 ədəd süni ağac, 1 ədəd pəncərə və 1 ədəd aynabənd pərdəsi, 1 ədəd lüstr, 1 ədəd stolaltı gəvə, 1 ədəd güzgü ilə birlikdə ünvan 3 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarış əsasında mülkiyyətlərinə verilmiş evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
6. İddia onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və özünə məxsus olan ev əşyaları ilə birlikdə ünvan 3 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarış əsasında mülkiyyətlərinə verilmiş evlərindən çıxarılması tələbi üzrə Şəmkir rayon Məhkəməsinin 2(076)-1322/2021 nömrəli, 24 may 2021-ci il ta rixli, qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3264/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş şikayətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarı ilə qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların birgə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X1 3 il müddətinə istifadə hüququnun saxlanması hissəsində dəyişdirilərək, X1 iddiaçıların, yəni onların mülkiyyətində olan evdən istifadə hüququ 2 il müddətinə saxlanmışdır. Həmin iki il müddət qurtarmışdır. Lakin, dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh onların mülkiyyətində olan evdən çı xmaqdan imtina edir. Ona görə də məlum iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar.
7. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən 2011-ci ildə iddiaçılardan İddiaçı1 ilə evlənmiş və iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan evə gəlin köçmüşdür. Cehiz əşyaları da həmin evə yığılmışdır. Mübahisəli evdə iddiaçılarla birlikdə birgə ailə şəraitində yaşamışlar, uşaqları da həmin evdə doğulmuşdur. Lakin, İddiaçı1lə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Məhkəmə qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onun istifadə hüququ 2 (iki) il müdətində saxlanılmışdır. Hazırda həmin müddət bitdiyindən, iddiaçılar onun azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılmasını tələb edirlər. Lakin, iddiaçılar onların mülkiyyətində olan evdə yerləşən ona məxsus cehiz əşyalarının çox hissəsini qeyd etməmişlər. Həmçinin, onun 2 il istifadə hüququ tanınsa da, iddiaçılar maneçilik törətdiyinə görə həmin hüquqdan istifadə edə bilməmişdir. Digər cehiz əşyalarını da tələb etdiyi üçün iddia ərizəsində göstərilmiş cehiz əşyalarını çıxarmaqdan imtina edir. Odur ki, iddianın rədd edilməsinixahiş etdi.
8. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(076)298/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim T.V.Musayev) ilə iddia tələbinin təmin edilməsi və cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və ona məxsus olan 1 ədəd paltar şkafı, 1 ədəd qab üçün servand, 2 ə dəd termo, 2 ədəd bar, 1 ədəd televizor altı, qoşa çarpayı üstündə 1 ədəd döşək, 1 ədəd uşaq çarpayısı, 1 ədəd divan kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd qabaq stol üstü klyonka, 12 ədəd stul, 1 ədəd sadə paltar yuyan maşın, 1 ədəd divar saatı, 1 ədəd süni ağac, 1 ədəd pəncərə və 1 ədəd aynabənd pərdəsi, 1 ədəd lüstr, 1 ədəd stolaltı gəvə, 1 ədəd güzgüdən ibarət cehiz əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 ümumi birgə mülkiyyətindəolan olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
9. Məhkəmə qeyd edib ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu da onu deməyə əsas verir ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçıların mülkiyyət hüququ vardır.
10. Odur ki, məhkəmə belə qənaətə gəlib ki, iddiaçıların mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ olduğundan onlar iddia qaldırmaqda subyektiv hüquqa malikdirlər.
11. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edib ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, cavabdehin iddiaçıya məxsus evdə yaşaması və ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.
12. Məhkəmə hesab edib ki, iddiaçıların mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır.
13. Məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçılara məxsus fərdi ya şayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçıların cavabdehə qarşı azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdeh azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə iddiaçılara məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Çünki cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır.
14. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)2737/2022 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış olsa da, artıq həmin müddət bitmişdir. Ona ba xmayaraq cavabdeh hazırda da iddiaçılara məxsus evdən istifadə etməklə bərabər, sahiblik edir.
15. İddiaçıların mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə və 29–cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci m addəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 213, 217.4, 218.1, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(076)-298/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin qətnaməsindən narazıdır və ləğv edilməsini istəyir. Belə ki, həqiqətən 2011-ci ildə iddiaçılardan İddiaçı1 ilə evlənmiş və iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan evə gəlin köçmüşdür. Cehiz əşyaları da, həmin evə yığılmışdır. Mübahisəli evdə iddiaçılarla birlikdə birgə ailə şəraitində yaşamış, uşaqları da həmin evdə doğulmuşdur. Lakin, İddiaçı1lə arasında baş vermiş narazılıqlara görə ayrılmışdır. Məhkəmə qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ 2 (iki) il müdətində saxlanılmışdır. Hazırda həmin müddət bitdiyindən, iddiaçılar onun azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılmağını tələb edirlər. Lakin, iddiaçılar onların mülkiyyətində olan evdə yerləşən ona məxsus cehiz əşyalarının çox hissəsini qeyd etməmişlər. Həmçinin, onun 2 il istifadə hüququ tanınsa da, iddiaçılar maneçilik törətdiyinə görə həmin hüquqdan istifadə edə bilməmişdir. Digər cehiz əşyalarını da tələb edir. Əgər o, həmin evdə 2 il müddətinə istifadə hüququ tanınsa belə orada yaşaya bilməmişsə necə olar ki, həmin müddət artıq bitmişdir. Lakin, məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Yuxarıda qeyd edilənlər əsasən qətnaməni tamamilə əsassız hesab etmişdir. Qətnamənin nəticə hissəsindən aydın görünür ki, bu hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçıların mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ onun tərəfindən pozulmamışdır. Əksinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2737/2022 saylı qərarı ilə iddiaçıların birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onun istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış olsa da, iddiaçılar ona həmin evdən istifadə etməyə imkan verməmişlər. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra o həmin evdə yaşaya bilməmişdir. İ stifadə edə bilmədiyi halda necə onun evdən istifadə hüququnun müddəti bitmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, o, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mübahisəli evdə yaşamasa da, məhkəmə onun azyaşlı uşaqları və cehiz əşyalarıla birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılmağım qənaətinə gəlmişdir. Həmçinin, ona məxsus əmlakların çox hissəsi iddiaçılar tərəfindən mənimsənilsə də, məhkəmə tərəfindən həmin hal nəzərə alınmamışdır. Əslində iddiaçılar ona məxsus əmlakları mənimsəməklə onun mülkiyyət hüquqlarını pozmuşlar. Göründüyü kimi, məhkəmə öz qətnaməsində AR Konstitusiyasının 13 və 29-cu maddələrinə istinad etsə də, həmin hüquq normaları düzgün tətbiq edilməmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellya siya instansiya məhkəməsi) 2(104)-945/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlərM.Ə.Mustafayev - sədrlik edən və məruzəçi, F.Ə.Mehdiyev, R.Ş.Muradov) birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək, hesab edib ki, cavabdehin istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış olsa da, artıq həmin müddət bitmişdir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüququ yoxdur. Cavabdehin iddiaçılara məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçıların cavabdehə qarşı azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə iddiaçılara məxsus fərdi yaşayış evindən çıxarılması qənaətinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası eyni zamanda qeyd edib ki, cavabdehin maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə alan məhkəmə onun iddiaçılara məxsus evdən 2 il müddətə istifadə hüququnu saxlamışdır. Cavabdeh həmin müddətdə evdən istifadə etmədiyinə əsaslanaraq evdən çıxarılması barədə iddianını təmin edilməməsini xahiş edir.
22. Kollegiya qeyd edib ki, qanunverici müəyyən müddətə evdən istifadə hüququnu saxlayarkən, keçmiş ailə üzvünün maddi vəz iyyətini və digər halları nəzərə almışdır. Göründüyü kimi burada məqsəd keçmiş ailə üzvünün maddi baxımdan özününü yaşayış sahəsi təmin edə bilməməsi ehtimalını nəzərə alaraq keçmiş ailə üzvününü gələcəkdə özünü mənzillə təmin etmək üçün müəyyən zaman tanınmasından ibarətdir. Həmin müddət ərzində isə keçmiş ailə üzvünün müəyyən müddətə hüququ saxlanılmış yaşayış sahəsindən istifadə etməməsi qanunvericilikdə yenidən istifadə hüququnun uzadılması üçün əsas kimi nəzərdə tutulmamışdır. Həmçinin cavabdeh 2 il istifadə hüququnu iddiaçılar maneçilik törətdiyinə görə istifadə edə bilmədiyini qeyd etsə də, bununla bağlı hər hansı şikayətinin və ya müraciətinin olmasını sübut edən sənədləri təqdim edə bilməmiş, iddiaçılar isə cavabdehin özünün mübahisəli mənzildə gəlib yaşamadığını bildirmişlər. Bun a baxmayaq, tərəflərin qarşılıqlı izahatları ilə müəyyən olunur ki, cavabdehin əmlakları həmin mənzildə qalmaqda davam etmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə məxsus əmlakların çox hissəsinin iddiaçılar tərəfindən mənimsənilsə də, məhkəmə tərəfindən həmin halın nəzərə alınmaması dəlili ilə bağlı qeyd edib ki, cavabdehin cehiz əşyası tələbinə dair iddiası olmamışdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi isə işə verilmiş iddia tələbi həcmində baxmışdır. İddiaçının cehiz əşyaları ilə bağlı ayrıca iddia qaldırmaq hüququ vardır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə, 29–cu maddəsinin İ hissəsinə və 129-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, 30.5, 30.6 və 30.7-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.2-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinə, İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 88, 217.3, 372, 384.0.1, 385.2, 392 və 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (onun vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-945/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin mövqeyi ilə razılaşmır və bildirib ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansi ya məhkəməsi kimi işə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olmasına baxmayaraq, bu səlahiyyətindən istifadə etməmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnamədə müəyyən etdiyi hallar işin faktiki halları ilə tamamilə ziddiyyət təşkil edir, eyni zamanda, iddiaçı məhkəmənin müəyyən etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkəmə qərarı ilə cavabdehin İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ 2 (iki) il müdətində saxlanılmışdır. Hazırda həmin müddət bitdiyindən, iddiaçılar onun azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılmasını tələb edirlər. Lakin, cavabdehin idddiaçıların mülkiyyətində olan evdən 2 il ist ifadə hüququ tanınsa da, iddiaçılar maneçilik törətdiyinə görə həmin hüquqdan istifadə edə bilməmişdir. İddiaçılar fərdi yaşayış evinin mülkiyyətçisi olaraq öz hüquqlarına əsaslanıb fərdi yaşayış evindən cavabdehin azyaşlı uşaqları və cehiz əşylaları ilə birlikdə çıxarılmasını tələb etsələr də, onların hüquqları ilə yanaşı cavabdehin mənafeyi də nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Belə ki, cavabdeh mübahisəli fərdi yaşayış evindən 2 il müddətinə istifadə hüququ tanındıqdan sonra həmin evdə yaşamağına iddiaçlar imkan verməmişdir. Lakin, məhkəmə tərəfindən qeyd olunan halların heç biri nəzərə alınmadan həmin müddətin artıq bitməsi qənaətinə gəlinmişdir. Halbuki, iddiaçıların təzyiqləri nəticəsində cavabdeh ümumiyyətlə həmin hüququndan istifadə edə bi lməmişdir. Beləliklə də, məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəfindən Mənzil Məcəlləsinin 30.4 və 30.5-ci maddəsinə istinad edilərək, burada məqsədin keçmiş ailə üzvünün maddi baxımdan özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi ehtimalını nəzərə alaraq keçmiş ailə üzvünün gələcəkdə özünü mənzillə təmin etmək üçün müəyyən zaman tanınmasından ibarət olduğunu, bu müddət ərzində isə keçmiş ailə üzvünün müəyyən müddətə hüququ saxlanılmış yaşayış sahəsindən istifadə etməməsinin qanunvericilikdə yenidən istifadə hüququnun uzadılması üçün əsas kimi nəzərdə tutulmadığı nəticəsinə gəlinmişdir. Lakin, məhkəmə tərəfindən cavabdehin mübahisəli fərdi yaşayış evindən müəyyən müddətə saxlanılmış istifadə hüququndan iddiaçıların təqsiri ucbatından is tifadə edə bilməməyi və buna görə də yaşayış sahəsindən istifadə müddətinin başa çatmadığı nəzərə alınmamışdır. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsindən istifadə edə bilmədiyinə görə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun müddət başa çatmamışdır. İşə baxan məhkəmə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. Məhkəmə cavabdehin məhkəmə qərarı ilə mübahisəli yaşayış evindən 2 il müddətinə istifadə hüququnun tanınmasını və həmin hüquqdan istifadə edə bilməməsini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamışdır. Məhkəmənin qətnamədə qeyd etdiyi arqumentlərindən görünür ki, məhkəmə cavabdehi n xeyrinə olan arqumentləri qətiyyən araşdırmamış, bu arqumentlərə obyektiv hüquqi qiymət verməmişdir. İddiaçılar isə iddia tələbinin əsaslı olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişlər. İşə baxmış apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
28. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 13.7, 77.1, 88, 188, 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə etiraz daxil o lmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 32.Maddə 157.4. Ə gər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. 36.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 37.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri: 38.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 40.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən ed ilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mübahisəli mənzildən istifadə etməsi üçün məhkəmə aktı ilə müəyyən edilmiş müddət artıq bitmişdir. Belə olan halda yeni bir hüquqi əsas olmadan cavabdehin həmin mənzildə qalması mülkiyyətçinin hüquqlarına qanunsuz müdaxilə təşkil edir. 42.Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bil ər. 43.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 44.O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyi ni yoxlayır. 45.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 46.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 47.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(104)945/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir v