Məhkəmə qərarları › İş №2(102)-3457/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3457/2019

08.05.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3457/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı “X1 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 28 yanvar 2019-cu il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Suraxanı rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.İmanova) iddiaçı “X1 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilmiş, özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) Suraxanı rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş,mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərar aklınmı şdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında birinci instansiya məhkəməsinin qətnaməsinin ona çatdırılmasına dair qəbz yoxdur. Bu hal, qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilmədiyini deməyə imkan verir. Lakin apellyasiya məhkəməsi qətnamənin verilmədiyinə dair sübutun məhz cavabdeh tərəfindən təqdim edilməli olması nəticəsinə gəlmişdir. Halbuki qətnaməni tərəflərə təqdim etmək vəzifəsi məhkəmənin üzərindədir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 yanvar 2019-cu il tarixli qərardadının ləğv olunması haqqında qərarın qəbulunu xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı "X1 Kompani S.A." şirkəti Cavabdeh qarşı özbaşına tikilinin sök ülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 39T 417449.00 m B 4475915.00 m C koordinatları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X1 birinci instansiya məhkəməsinin qətnaməsindən 3 yanvar 2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 28 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkü n hesab edilmiş və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X1nın ünvanına 24 avqut 2018-ci il tarixdə göndərilmiş, lakin cavabdehin qətnaməni rəsmi qaydada nə zaman əldə etməsi və apellyasiya şikayəti vermək üçün prosessual müddətin axımının hansı tarixdən hesablanmağa başlaması barədə sübut iş materiallarında müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayəti versə də, buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəmə sinin qərardadı ləğv olunmalı və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Suraxanı rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsinin cavabdeh X1ya rəsmi qaydada təqdim edilməsinə dair sənədin iş materiallarında olmadığı mübahisəsizdir. Halbuki MPM-in 134.1.5-ci maddəsinə görə, məhkəmə akları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Məhkəmə aklarının işdə iştirak edən şəxslərə rəsmi şəkildə verilməsi qaydası MPMin 135.1 və 135.2-ci maddələri ilə müəyyən edilir. Belə ki, həmin maddələrə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər (m. 135.1). Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (m. 135.2). Göründüyü kimi, məhkəmə qətnaməsinin cavabdeh X1ya rəsmi qaydada verilməsi sifarişli poçt vasitəsilə və ya məhkəmədə müvafiq qəbzə imza etdirilməklə həyata keçirilə bilərdi. İşdə bu barədə hər hansı sübut olmadığı halda, apell yasiya məhkəməsinin həmin qətnamənin cavabdehə rəsmi qaydada çatdırıldığı qənaətinə gəlməsi MPM-in sadalanan normalarına zidd olmuşdur. Bundan başqa, apellyasiya məhkəməsinin cavabdehin prosessual müddəti buraxmasına dair gəldiyi qənaət də əsaslı olmamaqla MPM-in 360-cı maddəsinə birbaşa ziddir. Çünki sözügedən maddəyə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə rəsmi qaydada təqdim edilmədiyindən apellyasiya şikayəti vermə müddətinin axımının başlanılması və cavabdehin bu müddəti ötürməsini iddia etmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmaldır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 28 yanvar 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar