Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3459/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X14 Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3459/2022 (Açar sözlər: işə bərpa, əmək haqqı) Bakı şəhəri 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X14 Cəmiyyətinin "xxxx" X1rşı işə bərpa, əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2112/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassas iya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərsu ASC Birləşmiş Sukanal MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 3(üç) ay müddətinə əmək müqaviləsi bağlanmışdır, işçi Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis qrup rəhbəri peşəsinə işə qəbul edilmişdir, aylıq əmək haqqı 895 manatdır.
2. Azərsu ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun çilingərləri Ü.Rəhimov, İ.Kərimov, N.Əhmədov, M.Məmmədov, N.Abbasov, S.Eyyubov, A.Cəlilov, H.İsmayılov, R.Mehdiyev ərizə yazaraq bildimişlər ki, havaların isti keçməsi ilə əlaqədar olaraq onlar hər gün verilən qrafikə əsasən əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə öhdələrinə düşən vəzifəni yerinə yetirmək və əhalinin narazı qalmaması üçün xidməti ərazilərindən çıxmırlar. X18 Kanal İdarəsinin istismarın təşkili və nəzarət qrup rəhbəri İddiaçı onlara israrla bildirir ki, onlar hər gün saat 9:00- da idarəyə gəlməlidirlər. Ancaq onlar Fazil müəllimə bildirmişlər ki, hər gün kənddən 30-35 km məsafəni gəlib-getmək çətinlik törədir və 0,5 ştatla aldıqları maaş yola sərf olunur. Onları işə götürərkən məlumatlandırılıblar ki, onlar həftənin 5 iş gününün sonuncu günündə idarəyə gəlib, gördükləri işlər barədə məlumat verməli, tabelə qol çəkməlidirlər. Bu şəxsin məqsədi işin normal təşkili deyil, öz şəxsi maraqlarının təmin edillməsidir. İddiaçı onlardan tələb edir ki: Ya siz gündəlik idarəyə gəlməli, ya da yola xərclənəcək pulu mənə verməlisiniz. Əhalinin su ilə təminatı məni maraqlandırmır. Mənim aylığım və gündəlik tələbatım sizlər tərəfindən ödənilməlidir.” Onlar da kənddə yaşadıqları üçün bildirmişlər ki, ona kənd payı gətirə bilərlər. İddiaçı bununla da razılaşmamış, bildirmişdir ki, əhalidən pul toplayıb ona gətirsinlər. Bu işi bacarmayan işçilər ona lazım deyil. Aldıqları məvacibin bir hissəsini rüşvət kimi onlardan tələb edir. Bu faktın sübutu kimi əllərində fotoşəkillər və videoyazılar var. Fazil müəllim açıq bəyan edir ki, şəhid və qazi ailələri onun üçün maraqlı deyil. Onun ailəsinin bütün tələbatını onlar təmin etməlidirlər. Fazil müəllim açıq-açığa bildirir ki, Ağdaş rayonunda işləyəndə maşının ın təkərini belə işçilərə aldırmışdır. İndi də onlardan tələb edir ki, otağındakı kondisionerin təmiri üçün 280 manat pula ehtiyac var. Onlar isə bildirmişlər ki, onların kondisioner təmir etməyə gücü çatmır. O isə yenə həmişəki kimi onlardan təkidlə pulun iyun ayının əmək haqqını aldıqdan sonra yığılıb onun otağındakı seyfə qoyulmasını tələb etmişdir. Onlar da topladıqları pulu apararaq syfə qoymuşlar. Qeyd edilənlər hamısı onlarda video və səsyazısı şəklində mövcuddur. Bu şəxs bir dəfə də olsun xidməti ərazilərdə olmayıb, kəndlərdə baş verən qəzalardan xəbərsizdir.
3. İş materiallarında olan direktor müavini Vəfa Qəyyumov tərəfindən təqdim olunmuş xidməti məlumatdan görünür ki, MMC-yə daxil olan xx.xx.2021-ci il tarixli, kol-130 saylı müraciətin, xx.xx.2021-ci il tarixli, 285 saylı, xx.x x.2021-ci il tarixli, 299 saylı xidməti yazıların araşdırılması məqsədilə 15-16 iyul tarixlərində energetik Adil Nəsibov, hüquq məsləhətçisi Ramidə Məhərrəmova ilə birlikdə Göyçay sukanal sahəsində ezamiyyətdə olaraq xidməti araşdırma aparmış, araşdırma zamanı təmirçi çilingərlər xx.xx.2021-ci il tarixli müraciətdə yazılan faktları F Əbdürəhimovun iştirakı ilə bir daha təsdiq ediblər və daha aqressiv fikir bildirərək bu hallara son qoyulmasını xahiş ediblər. İddiaçı onun barəsində səslənən faktlara aydınlıq gətirərək tabeçiliyində olan təmirçi çilingərlər tərəfindən 50 manat dəyərində bır ədəd tefal alındığını, 12 manat dəyərində istifadə üçün kağız alındığını və xidməti otağında olan kondinsonerin təmiri üçün miqdarını qeyd etmədiyi məbləğdə pulun yığıldığını lakin, işçilərdən idarəyə gəl mədikləri üçün pul almadığını bildirmişdir. Təmirçi çilingərlər isə bütün bu məqsədlər üçün İddiaçı tərəfindən hər ay maaşlarının yarısının tələb olunduğunu iddia etmiş, İddiaçı iştirakı ilə səs yazıları dinlənilmiş və video görüntülərə baxılmış, İddiaçı faktları təsdiq etmiş, lakin bütün bunların çilingərlər tərəfindən könüllü edildiyini bildirmişdir. xx.xx.2021-ci il tarixli, 285 saylı xidməti məlumatın araşdırılması ilə əlaqədar energetik A.Nəsibov şifahi izahat vermiş, İddiaçı isə faktı təsdiq etməmişdir. xx.xx.2021-ci il tarixli 299 saylı xidməti yazının araşdırılması ilə əlaqədar sahə rəisi İ.Kərimov 3 aydır yanacağın hesabatının verilməməsinə müxtəlif bəhanələr gətirərək əsaslı bir səbəb göstərə bilməmiş, bunun çox ciddi nöqsan olduğu sahə rəisi İ.Kərimovun diqqətinə çatdırılmış v ə 2 (iki) iş günü müddətində hesabatın verilməsi tələb olunmuşdur. Bunlardan əlavə, sahənin idarəçiliyində böyük problemlərin olduğunun şahidi olmuş, araşdırma zamanı işçilərin yanında sahə rəisi İ.Kərimov İddiaçı intizam qaydalarını kobud şəkildə pozaraq qeyri etik ifadələrdən istifadə etmişdir.
4. Azərbaycan Respublikası Su X2 X7 İttifaqı Komitəsinin sədri Cabir Rüstəmov tərəfindən Birləşmiş Sukanal MMC-nin direktoru Tural Abbasova ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən müəyyən olunur ki, Tural Abbasov tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli məktub X8 Komitəsinə daxil olmuş və araşdırılaraq rəyasət heyətinin müzakirəsinə çıxarılmışdır. Araşdırma zamanı məktuba əlavə olunmuş xidməti məlumatlarda göstərilən nöqsanlar öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq aidi yyatı üzrə işçi RHİK-ə dəvət olunmuş və bu məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı xidməti məlumatlarda göstərilən faktları təsdiqlənmişdir.
5. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X3 65 saylı protokola əsasən müəyyən olunur ki, Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə əsasən işdən azad edilməsi qərara alınmışdır.
6. Cavabdehin xx.xx.2021-ci il tarixli 136 K №li əmri ilə İddiaçı, Birləşmiş Sukanal MMC-nin Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri ilə bağlanmış ə mək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim gününün pul əvəzi ilə ödənilməsi barədə əmr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərsu ASC-nin "xxxx" MMC-yə qarşı işə bərpa, əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin baş direktorun un xx.xx.2021-ci il tarixli 136 K №li əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmaqla xx.xx.2019-cu il tarixli 962 saylı əmr əsasında Cəmiyyətin Göyçay Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə götürülmüşdür. Cavabdeh "Azərsu” ASC-nin "xxxx" MMC-nin baş direktorunun xx.xx.2021-ci il tarixli, 136 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş dir. İddiaçının işdən azad olunmasına səbəb kimi Göyçay rayon Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi-çilingərləri tərəfindən MMC-nin rəhbərinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin olduğu göstərilir. Həmin ərizənin məzmununa əsasən iddiaçı barəsində yazılanlar tam əsassızdır və həqiqəti əks etdirmir. Həmin ərizə tam əsassız olmaqla iddiaçıya münasibətdə rəhbərlik tərəfindən qərəzli olaraq təşkil olunmuşdur. İddiaçı çalışdığı müəssisənin rəhbəri tərəfindən onun işdən çıxarılması üçün Göyçay rayon Sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi-çilingərlərinə müxtəlif vədlər verərək, iş saatının azaldılması və s. kimi, onları aldadaraq iddiaçı barəsində həqiqətə uyğun olmayan, dezinformasiya xarakteri da şıyan ittihamlarla səciyyələnən ərizə yazdırılmışdır. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur, belə ki, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılan zaman ziyan və işin ahəngini pozan əlamətlər olmamışdır. İşdən çixarılma barədə əmr əsaslandırılmamış, işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpozuntusu olması öz əksini tapmamışdır. Hesab edir ki, bu əsasla İddiaçı işdən çıxarılması onun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır, tam qanunsuz və əsassızdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Əlavə olaraq bildirmişdir ki, əmr əsaslandırılma yıb, əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquq pozuntusu olması öz əksini tapmayıb.
9. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun rəhbəri olub və işlədiyi müddətdə öz tabeçiliyində olan işçilərdən müxtəlif bəhanələrlə pul tələb edib.Tabeçiliyində olan çilingərlər özləri ərizə yazıb Cavabdeh ASC-yə göndəriblər. Ərizə ordan onların idarəsinə daxil olmuşdur. X16 İdarəsinin yerində araşdırma aparılması üçün direktor onu və direktor müavinini Göyçaya ezam etmiş, onlar da Göyçaya getmişlər. Göyçayda işçilər ərizələrində yazdıqlarını yenə təsdiq etmiş, bununla bağlı çəkmiş olduqları videogörüntüləri, səsyazılarını onlara təqdim etmişlər. Hansı ki, həmin videogörüntülər və səs yazıları Fazil müəllimin işçilərdən pul tələb etdiyini və aldığını təsdiq edirdi. Sonra onlar Fazil müəllimi həmkarlar iclasına dəvət etmişlər və orda deyilənləri təsdiq etmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinə etirazılarının əsasları-iddiaçının özünün izahatı, işçilərin şikayət ərizəsi, yerində xidməti araşdırma və həmkarlar ittifaqının iclasında verilən suallara verdiyi cavablardır. Bu faktla bağlı Korrupsiyaya müraciət etmək istəməyiblər, çünki Fazil müəllim uzun müddət onların işçisi olub və münasibətləri yaxşı olub. İşdən çıxarılma barədə verilən əmr Əmək Məcəlləsinə uyğun tərtib edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən şahid X12 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çilingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, Fazil müəllimin öz otağı üçün onlara Tefal çaynik aldırdığını, kondisioneri düzətdirmək üçün də onlardan pul yığdığını, tez-tez onlardan pomidor xiyar, qoz gətirmələrini istədiyini, hər maaş aldıqlarında da 5-10 manat pul yığdığını, həftədə bir dəfə iş günü olduğunu, rəhbərliyin adından onlara hər gün gəlməli olduqlarını dediyini, istədiklərini almadıqda hər həftə işə gəlmələrini tələb etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ərizəni bir nəfər yazmış, o da tam mətnini oxuyaraq imzalamışdır. Kondisioner üçün pulu isə Fazil müəllimin şəxsən ondan istədiyini bildirmişdir.
11. Məhkəmə iclasında iştirak edən şahid X5 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çi lingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, Fazil müəllimin hər maaş aldıqlarında kağız almaq adına 10-15 manat pul yığdığını, dəfələrlə onlardan meyvə-tərəvəz istədiyni, bir dəfə onlara çaynik aldırdığını, dəfələrlə meyvə aldırdığını bildirmişdir. Qeyd etmişdir ki, o İlham müəllimdən uzaq yoldan gəldiyi üçün həftədə bir dəfə gəlməsini xahiş etmiş, Fazil müəllim isə həftədə 2-3 dəfə gəlməli olduğunu bildirmişdir. Əlavə olaraq kondisionerin təmiri üçün pulu iddiaçının özünün istədiyini, həmin vaxt məzuniyyətdə olduğunu, vatsap qrupunda iş yoldaşlarının Fazil müəllimim kondisoner üçün pul yığmağı tələb etməsi barədə səs atdıqlarını, onun da gedib pulu verdiyini, bütün olanlardan bezdikləri üçün iş yoldaşları ilə ərizə yazmaq barədə razılaşdıqlarını, ərizəni özünü yazdığını, hər kəsin də imzaladığını bildirmişdir.
12. Məhkəmə iclasında iştirak edən X9 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çilingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, onu çox incitdiyini, meyvə, tərəvəz, lobya tələb etdiyini, kağız üçün də pul yığdığını, ayda 130 manat maaş aldığını, bir dəfə Fazil müəllimin ondan 7-8 kq qoz istədiyini, 60 manat verib onun üçün 7 kilo qoz aldığını, onlardan hər həftə həftədə 2-3 dəfə işə gəlmələrini tələb etidiyini, İlham müəllimin işçiləri incitmə tapşırığından sonra onun arxasınca onu söydüyünu bildirmiş və bu səbəbdən də işçilərrin ondan qorxduğunu qeyd etmişdir.
13. Məhkəmə iclasında iştirak edən şahid X11 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çilingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, işə başladığı ilk iki həftə onlarla münasibətinin yaxşı olduğunu, sonradan hər birindən meyvə-nar, armud, xiyar pomidor, qoz, fındıq istədiyini, maaş aldıqları zaman iddiaçının kağız almaq üçün, tefal çaynik almaq üçün hər birindən hər dəfəsində 5-10-15 manat məbləğində pul yığdığını, hətta otağındakı kondisioneri düzəltdirmək üçün də onlardan pul yığdığını bildirmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.İ.Əyyubov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5674/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallar ını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab etmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı ilə cavabdeh Azərsu ASC-nin Birləşmiş Sukanal MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinin bağlanılması, lakin iddiaçı əmək müqaviləsinin, qanunvericiliyin tələblərini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materilları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70 maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 1-ci hiss əsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, qeyd olunan əsasla İddiaçı işdən çıxarılması onun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır, tam qanunsuz və əsasızdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Əlavə olaraq bildirmişdir ki, əmr əsaslandırılma yıb, əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpozuntusu olması öz əksini tapmayıb. Belə ki, İddiaçı çalışdığı müəssisənin rəhbəri tərəfindən onun işdən çıxardılması üçün Göyçay rayon Sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçiçilingərlərinə müxtəlif vədlər verərək, iş saatının azaldılması və s. kimi, onları aldadaraq iddiaçı barəsində həqiqətə uyğun olmayan, dezinformasiya xarakteri daşıyan ittihamlarla səciyyələnən ərizə yazdırılmışdır. Əmək müqaviləsinə xitam verilərkən, ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Onun əmək fəaliyyyəti nəticəsində işin və xidmətin normal ahəngi pozulmamış, işəgötürənə heç bir maddi zərər dəyməmiş, əmr əsaslandırılmamışdır. ƏM-nin 72-ci maddəsinin “e” bəndinin tələbləri də pozulmuşdur. Əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpozuntusu olmasının öz əksini tapmamasına hüquqi qiymət verilməmişdir. Qətnamə qəbul edilərkən MPM-nin 14, 76, 77, 82, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Bu məsələ ilə əlaqədar araşdırma aparılması üçün Prokurorluq orqanlarına müraciət olunmalı idi. Bunlar iddiaçıya qarşı qərəzli mövqedir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2112/2022 saylı mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi işçilərin iddiaçıya qarşı öyrədilməsi ilə bağlı dəlilini əsassı z hesab edərək, qeyd etmişdir ki, işəgötürən tərəfindən yerində araşdırma aparılarkən, eyni zamanda işçilər məhkəmədə şahid qismində dindirilərkən verdikləri ifadələrdən onların öyrədilməsi halları müəyyən olunmamışdır.
21. Kollegiya apellyatorun əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsaslandırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən azad edilməsi, əmrin verilməsinə əsas olmuş sənədlər qeyd olunmuşdur.
22. Kollegiya qeyd etmişdir ki, iddiaçının əmək vəzi fələrini kobud şəkildə pozması, vəzifə öhdəliyinə aid olmayan xoşagəlməz hallara yol verməklə, tabeliyində olan işçilərdən pul tələb etməsi işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən haldır.
23. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir.
24. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70 maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci maddəsinin “e”bəndi, 311, 186-cı madələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır. Əvvəla, apelyasiya instansiyası məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Belə ki, məhkəmənin araşdırması zamanı diqqətəlayiq olan aşağıdakı hallar nəzərə alınmamışdır: İddiaçı Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göy çay Sukanal sahəsinin İstismarının təşk və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis qrup rəhbəri kimi Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyça Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun çilingərlərindən işə gəlmələrini tələb etməsinin qanuna uyğunluğu; işçilərin iş rejiminin həftə sonunda 1 dəfə gəlib qol çəkməkdən ibarət olması barədə təlimatın mövcud olmamasını (Bildiyimiz kimi işçilərin iş vaxtının müddətini nəzarət altında saxlamaq üçün işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.), işdən çıxarılma barədə əmrin əsaslandırılmaması İddiaçı bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmaması və heç bir intizam tənbeh tədbiri almam asınəzərə alınmamşdır. Cavabdeh "Azərsu” ASC-nin "xxxx" MMC-nin baş direktorunun xx.xx.2021-ci il tarixli 136 K №-li əmrinin əsaslandırılmasına, əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpozuntusu olmasının öz əksini tapmaması ilə bağlı xüsusatlar tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan əmrin əsaslandırılması üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində s adalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
29. Maddə 71.2 bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
30. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli ola n başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
32. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
32. Maddə 186.2
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsi z yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəf indən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir.
44. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir.
45. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya vurğulayır ki, iddiaçı Cavabdeh ASC-nin Birləşmiş Sukanal M MC-nin Göyça Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun çilingərlərinin işə gəlmələrini tələb etməsinə görə deyil, işə gəlməmələri müqabilində ona müəyyən vəsaitin ödəniməsini tələb etməsinə, həmçinin işçiərdən müxtəlif səbəblərdən pul yığmasına və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə işdən azad edilmişdir. Həmçinin işdə çıxarılma barədə əmr Əmək Məcəlləsinin 83-cü və 84-cü maddəsinin tələlərinə uyğun tərtib edilmişdir.
46. Kassasiya şikayətinin intizam tənbehi verilərkən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması barədə dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviy yəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin iddiaçı özünün şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini xarakterizə edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı onun törətdiyi iddia olunan hərəkətlərin cinayət tərkibi yaratdığını və məhkəmə hökmü olmadan onun cinayətdə ittiham olunmasının təqsirsizlik prezumpsiyasına zidd olduğunu göstərmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərəkətləri barədə hüquq mühafizə orqanlarına məlumat verilməməsi onun həmin hərəkətlərə görə intizam məsuliyyətinə cəlb edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.
48. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2112/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.