Məhkəmə qərarları › İş №2(102)-3460/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3460/2019

08.05.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3460/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-4036/2018, hakim İ.R.Burcayev) İddiaçı cavabdeh lər Cavabdeh və Azərbaycan Respublikası Əmlka Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin Bakı şəhər Ərazi İdarəsinə qarşı “özəlləşmənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1703/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanllmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi ün vanında yerləşən 901 saylı bağ sahəsi 1621 saylı, 13 may 1991-ci il tarixli icarə müqaviləsi əsasında X1 icarəsinə verilmiş, 28 aprel 1995-ci il tarixdə sonuncunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı DNK-da təsdiq edilmiş 4Ə/1-21 reyestr saylı 21 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən bağ evi X2 tərəfindən Cavabdeh satılmış və 19 noyabr 2004-cü il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 16 avqust 2009-cu il tarixdə X2 vəfat etmişdir. Cavabdeh müraciəti ilə 21.07.2017-ci il tarixdə qeyd edilən bağ evi və yerləşdiyi torpaq sahəsi üzərində vahid əmlak kimi onun mülkiyyət hüquqları qeydə alınmışdır. 17 aprel 2018-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına 21 iyul 2017-ci il tarixdə verilmiş ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə aid özəlləşmənin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh adına 21 iyul 2017-ci il tarixdə verilmiş ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə aid özəlləşmənin etibarsız hesab edilməsi, sahəsi 14,17 kv.m olan 901 saylı bağ evinə dair bağlanmış 21 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparı lmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, onun və ruhi xəstə oğlunun heç bir yaşayış yerinin olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aş ağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını alqı-satqı müqaviləsinin və özəlləşmənin etibarsız hesab edilməsi təşkil etməklə, tələb həmin müqavilənin aldatma yolu ilə bağlanması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınn 06 mart 2013-cü il tarixli qəra rından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh qarşı bağa dair sənədlərin təqdim edilməsi, bağ sahəsinin özəlləşdiirlməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2012-ci il tarixli qərarı ilə iddia rədd edilmiş və həmin qərardan İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş, kassasiya instansiya məhkəməsi də apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmi n işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən etibarlılığı mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan vaxt qüvvədə olan, etibarsız əqdlər üzrə iddia müddətlərini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi 21 sentyabr 2004-cü il tarixdə bağlanılmış, iddiaçı isə həmin müqavilənin etib arsız hesab edilməsi barədə 17 aprel 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətinin tətbiqinin əsaslarını müəyyən edən 375-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək mübahisə üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar