Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3460/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5956/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları: İddiaçı “xxxx” QSC-nin Depolar üzrə iş Departamentinin 3 saylı cari təmir sexində təmir üzrə çilingər işləmiş, QSC-nin sədrinin 24 yanvar 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSCdə işlədiyi 7 il 7 ay müddətində əmək vəzifələrini yerinə yetirə bilməməsinə görə onun barəsində tədbir görülməməsini, şəhid övladı olmasını, lakin buna baxmayaraq qərəzli şəkildə onunla bağlanmış əmək müqaviləsinin pozulmasını əsas göstərməklə onun barəsində olan 24 yanvar 2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməklə əvvəlki işinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2576/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva) İddiaçı iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək işlədiyi müddət ərzində əmək vəzifələrinin öhdəsindən gəlməməsi barədə ona qarşı hər hansı bir iradın olmamasını, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi üçün əsasların olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul e dilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5956/2020 saylı, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və işin yeni apel lyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqavil əsi pozula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlill ərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı metropolitendə işləyərkən müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün cavabdehin 23 iyul 2019-cu il tarixli əmri ilə Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, buna baxmayaraq, 25 dekabr 2019-cu il tarixdə xxxxnin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən inzibati binada metropolitenin işçisi X1 nalayiq sözlərlə təhqir etmişdir. Bununla əlaqədar o, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2019cu il tarixli qərarı ilə törət diyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İddiaçının hərəkətinə metropoliten işçilərinin Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirə olunmuş və Komitə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. Bununla əlaqədar İddiaçıla bağlanmış əmək müqaviləsi 24 yanvar 2020-ci il tarixli əmrlə ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə görə iş vaxtı ərzind ə bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işdə olan sübutlar və qanunun tətbiq olunan norması iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün əsas verdiyindən iddianın rədd edilməsi əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5956/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi
Məhkəmə qərarları › İş №2(102)-3460/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3460/2021
09.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver