Məhkəmə qərarları › İş №2(102)-3460/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3460/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3460/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənzilin təhvil verilməsi ) Kateqoriya - Mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2629/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış Birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndinə görə müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri- yaşayış sahələrinin satışını eyni qiymətlə aparacaq, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz satışı adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanlar qarşısında özü məsuliyyət daşıyacaqddır.

2. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009cu il tarixli müqaviləyə əsasən MMC ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv metr təşkil edən bir otaqlı 1358 saylı mənzili (bundan sonra mübahisəli mənzil ) payçıya verməyi öhdəsinə götürmüşdür.

3. Mübahisəli mənzilin dəyəri 44640 manat təşkil etmişdir.

4. İşdə olan tarixsiz, nömrəsiz maliyyə arayışına əsasən mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi və MM C-yə borcu olmadığı qeyd edilmişdir.

5. Yasamal rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yasamal rayonu, Talıblı küçəsi küçəsində yerləşən torpaq sahəsi Bakı şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv metr təşkil edən bir otaqlı 1358 saylı mənzilin iddiaçının sahibliyinə verilməsi, həmin mənzildə təmir- tamamlama işlərinin aparılmasına şərait yaradılması, həmin mənzilə sərbəst şəkildə daxıl olmaq, mənzildə təmir işləri aparılmasına mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, müqavilə bağlandıqdan sonrakı dövrdə uzun müddət binada tikinti işləri aparılmamış, sonradan tikinti davam etmiş və hazırda başa çatdırılmışdır. Lakin cavabdeh MMC tərəfindən mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı 2023-cü ilin sentyabr ayında mənzil yerləşən binaya gəldikdə ona bildirmişlər ki, binanın idarəçiliyini iş adamı kimi tanınan Şərurlu İsfəndiyara məxsus tikinti şirkəti həyata keçirir. Bundan sonra iddiaçı, Yasamal rayon İcra Hakimiyyətinə müvafiq müraciət e tmişdir. İddiaçının həmin müraciətinə Yasamal rayon İcra Hakimiyyətindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Yasamal rayonu, Talıblı küçəsində yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

8. Daha sonra iddiaçı ərizə təqdim edərək, əsl olmayan cavabdehin əvəz edilməsini yəni, cavabdeh "xxxx" MMC-nin Cavabdeh2 MTK ilə əvəz edilməsini xahiş etmişdir (işdə olan sənədlərə əsasən, Cavabdeh2 MTK dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir).

9. Cavabdeh2 MTK iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş müqavilədən də göründüyü kimi müqavilə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Beləliklə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi yalnız müqavilə üzrə digər tərəf olan Cavabdeh1 MMC-dən tələb edilə bilər. Lakin iddia ərizəsində əsassız olaraq müqavilə tərəfi olmayan Cavabdeh2 MTK-da ("xxxx" MMC-nin hüquqi varisi”) cavabdeh qismində qoyulmuşdur. İddia ərizəsinə əsasən MTK- nın digər cavabdeh kimi işə cəlb edilməsinin yeganə əsası isə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən torpaq sahəsinin 2004-cü il tarixdə yaşayış binasının layihələndirilməsi üçün Cavabdeh2 MTK-nın ("xxxx" MMC-nin hüquqi varisi”) istifadəsinə verildiyi qeydi olmuşdur. Bu isə tərəflər arasında öhdəliyin yaranması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.2-ci maddəsinə əsasən birgə öhdəli k müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Tərəflər arasında bağlanmış müqavilənin formasından göründüyü kimi müqavilə podrat müqaviləsi olmuşdur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə yalnız podratçı Cavabdeh1 MMC-dən öhdəliyin icrasını tələb edə bilərdi. İkincisi iddia ərizəsindən və ona əlavə edilmiş müqavilə və maliyyə arayışdan göründüyü kimi iddiaçı müqavilə bağlanan gün, yəni xx.xx.2009-cu il tarixdə mənzilin tam dəyərini (44640 azn) vəsaiti ödəyərək maliyyə arayışı almışdır. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi qaçılmazdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən iddia ərizəsinə dair etirazın qəbul edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-327/2024 nömrəli iş üzrə 2 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli xüsusi qərardadı ilə Cavabdeh1 MMC-nin (həmin dövrdə direktoru olmuş X4) hərəkətlərində cinayət əməllərinin olub-olmamasının yoxlanılmasına dair qərar qəbul edilmiş dir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 MTK-nın hüquqi varisi olduğu "xxxx" MMC ilə "xxxx" MMC arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində öz vəsaiti hesabına yaşayış binasının tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqaviləyə əsasən yaşayış və qeyriyaşayış sahələrinin satışını “Qlobal-Azəri" MMC adından rəsmiləşdirəcəkdir. Müqaviləyə əsasən "xxxx" MMC-nin öz adından müqavilə bağlamaq səlahiyyəti olmasa da, "xxxx" MMC həmin şərtə əməl etməyərək öz adından iddiaçı ilə müqavilə bağlamış və mənzil satışını həyata keçirmişdir.

13. Məhkəmə ilkin olaraq iddianın Cavabdeh2 MTK ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllədə tərəflər arasında mülki hüquq münasibətlərinin, həmçinin öhdəliyin yaranmasının əsasları aydın şəkildə qeyd edilmişdir. Tərəflər arasında müqavilə bağlanması, həmçinin öhdəliyin yaranmasına əsas ola biləcək heç bir hal müəyyən edilməmişdir. İddiaçı Cavabdeh1 MMC ilə aralarında bağlanmış müqaviləyə istinad etsə də həmin müqavilə üzrə "xxxx" MTK-nın hansı öhdəliklərinin yaranması ilə bağlı sübut təqdim etməmişdir.

14. Məhkəmə işin hallarına görə müəyyən etmişdir Cavabdeh2 MTK müqavilə üzrə tərəf olmamış, razılaşdırılmış iradə ifadəsi göstərməmiş və və ya hər hansı öhdəlik götürməmişdir. Həmçinin iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilməsinə əsaslanaraq Cavabdeh2 MTK-ya qarşı iddia qaldırmışdır ki, bu da tərəflə r arasında öhdəliyin yaranması üçün hüquqi əsas kimi çıxış edə bilməzdi.

15. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC-yə aid hissəsinə münasibətdə qeyd etmişdir ki, artıq iş materialları ilə müəyyən edildiyi kimi Cavabdeh1 MMC "xxxx" MTK ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq, mənzilin satışını həyata keçirməyə subyektiv hüququ olmadan mənzili iddiaçıya satmışdır.

16. Məhkəmə qanunvericiliyin normalarını əsas tutaraq qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 4 ünvanda inşa edilən binada mənzilləri öz adından satmağa səlahiyyəti olmadığından, iddiaçı ilə xx.xx.2009-cu il tarixdə bağlamış olduğu müqavilə əhəmiyyətsiz əqddir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləs i bağlamaq "xxxx" MMC-yə məxsus olduğundan, tikintiyə mülkiyyət hüququ olmayan Cavabdeh1 MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur. Belə olan halda tərflər arasında bağlanmış müqavilənin hüquqi qüvvəsi olmadığından həmin müqavilə üzrə tərəflər arasında heç bir hüquqi nəticə yaratmamışdır. Bu səbəbdən də həmin müqavilə üzə Cavabdeh1 MMC-nin öhdəliklərinin yerinə yetirməsi barədə iddia tələbi də əsassız hesab edilməlidir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarını əsas götürərək, məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" MMC -yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması iddiaçıya izah edilməlidir.

18. Cavabdeh2 MTK-nin iddia müddətinin tədbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək məhkəmə qeyd etmi şdir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğu üçün rədd edildiyindən, məhkəmə iddia müddətinin tədbiq edilməsi məsələsinin müzakirəsinə zərurət görmür.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 337.1, 337.3 və 337.4-cü maddələrinə,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, dəfələrlə bildirmələrinə baxmayaraq birinci instansiya məhkəmə si 17 aprel 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə “Qlobal-Azəri“ MMC arasında bağlanmış müqaviləni əldə etməmiş, bu səbəbdən də müqavilənin şərtləri ilə tanış ola bilməmişdir. İddiaçı hesab etmişdir ki, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 MMC öz vəsaitini hesabına inşa etdiyi binadan müəyyən mənzilləri satmaq hüququna malik olmuşdur. Lakin, hazırkı apellyasiya baxışı zamanı həmin müqavilə əldə olunmuş və onun şərtlərində həqiqətən Cavabdeh1 MMC-yə “Qlobal-Azəri“ MMC-nin adından mənzillərin satışını həyata keçirmək kimi müvafiq səlahiyyət verilmişdir.

22. Cavabdeh2 MTK apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz və izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, 17 aprel 2007-ci il tarixdə Cavabdeh1 MMC ilə “Qlobal-Azəri“ M MC (hazırda Cavabdeh2 MTK) arasında podraq müqaviləsinin bağlandığı, həmin müqavilə üzrə podratçının binanı tikib sifarişçiyə təhvil verməli olduğunu, lakin müqavilənin icrasının gecikdiyini, vaxtında tikinti işlərini aparılmamasını, tikintinin yarımçıq vəziyyətdə təhvil alınaraq Cavabdeh2 MTK tərəfindən davam etdirilərək tamamlandığını, qeyd olunan podrat müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öz adından mənzil satmaq səlahiyyətinin olmamasını, lakin buna baxmayaraq iddiaçı ilə etibarsız müqavilə bağlanmasını, bu hala görə Cavabdeh2 MTK-nın məsuliyyət daşımamasını, məhkəmə təcrübəsində Cavabdeh1 MMC-nin eyni binaya dair başqa şəxslərlə bağladığı digər müqavilələrin etibarsız sayılmasını, həmin iddiaların rədd olunmasını, bu barədə işdə məhkəmə qərarlarının olmasını və s. göstərmişdir.

23. Azər baycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya dair Mübarizə Baş İdarəsi tərəfindən bəzi sənədlər (izahatlar, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin surəti, cinayət işinin başlanmasının rədd olunması barədə qərar) göndərilmişdir.

24. Təqdim olunmuş cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh1 MMC-nin direktoru X1 miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı, yəni Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi müəyyən edilmiş, eyni zamanda onun oğlu Novruz Qurbanov araşdırma dövründə təqdim etdiyi ərizəsində atasının ölməsi nəzərə alınmaqla onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. Bu səbəbdən də, Cavabdeh1 MMC-nin sabiq direktoru X3 münasibətdə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh2 MTK-nın vəzifəli şəxslərinin əməllərinə münasibətdə isə cinayət tərkibinin əlamətləri müəyyən olunmamışdır.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2629/2024 nömrəli iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeti ilə razılaşan apellyasiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh təşkilat Cavabdeh1 MMC ilə bağlanılan 6 yanvar 2009-cu il tarixli «Mənzil tikintisi haqqında» müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsızdır.

27. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-nin (hazırda hüquqi varisi Cavabdeh2 MTK) Cavabdeh1 MMC ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsinə əsasən mübahisə predmeti olan məznilin də yerləşdiyi binanın tikilməsinə dair Cavabdeh1 MMC podratçı olmuş, onun öz adından mənzil satmaq səlahiyyəti olmamışdır ki, bu da həmin vaxt onun tərəfindən bağlanmış müqavilələrin etibarsızlığına səbəb olmuşdur.

28. Bu zaman o da nəzərə alınmalıdır ki, qeyd olunan etibarsızlığın əsası (səlahiyyətsiz şəxs tərəfindən bağlanılma) düzələ bilən etibarsızlıq hallarına aid olmaqla sonradan səlahiyyətli şəxs tərəfindən bəyənildiyi təqdirdə əqdin etibarlı hala gəlməsinə səbəb olur. Lakin hazırkı işin halları baxımından bu şərt də ödənilmir.

29. İddiaçının apellyasiya şikayətinin əsas dəlili xx.xx.2007-ci il tarixli podrat müqaviləsi əsasında mübahisəli mənzilin satışında Cavabdeh1 MMC-nin səlahiyyətli olması, həmin müqavilənin rayon məhkəməsi tərəfindən əldə olunaraq ona baxış keçirilməməsi ilə bağlı olmuşdur. İşdə olan, qanuni qüvvəsini almış məhkəmə qərarlarından qeyd olunan müqavilənin mövcudluğu, habelə onun şərtləri müəyyən olunsa da apellyasiya şikayətinin dəlillərinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi üçün apellyasiya icraatı zamanı "xxxx" MMC ilə Cavabd eh1 MMC ilə arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsinin surəti əldə olunmuşdur. 30. 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür.

31. Müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəs miləşdiriləcək, əgər "xxxx" MMC satışı öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanlar qarşısında özü məsuliyyət daşıyacaqdır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 MMC arasında mübahisəli mənzillə bağlı alqı-satqısına dair müqavilə bağlansa da, sonuncunun öz adından bu cür müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Həmçinin, iddiaçı sonradan nə "xxxx" MMC-nin, nə də onun hüquqi varisi olan Cavabdeh2 MTK tərəfindən həmin əqdin bəyənilərək ona razılıq verilməsinə dair də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir (eyni zamanda əqd Cavabdeh2 MTK tərəifndən də bəyənilməmişdir).

32. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə bağladığı etibarsız müqaviləyə əsasən hazırkı vəziyyətdə "xxxx" MTK-nın öhdəliyinin yaranması sübut olunmamışdır. Bunun əksini t əsdiq edəcək sübut məhkəməyə təqdim olunmamışdır.

33. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli xüsusi qərardad qəbul edərək, Cavabdeh1 MMC-nin (həmin dövrdə direktoru olmuş X4) hərəkətlərində cinayət əməllərinin olub-olmamasının yoxlanılmasını qərara almışdır. Həmin qərarın icra vəziyyəti ilə bağlı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya dair Mübarizə Baş İdarəsi tərəfindən bəzi sənədlər (izahatlar, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin surəti, cinayət işinin başlanmasının rədd olunması barədə qərar) göndərilmişdir. Təqdim olunmuş, cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024- cü il tarixli qərardan gö rünür ki, Cavabdeh1 MMC-nin sabiq direktoru X3 münasibətdə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh2 MTK-nın vəzifəli şəxslərinin əməllərinə münasibətdə isə cinayət tərkibinin əlamətləri müəyyən olunmamışdır.

34. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2009cu il tarixli müqavilə etibarsızdır və əqdin etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla tərəflər üçün heç bir hüquqi nəticə (haqq və öhdəlik) yaratmamışdır.

35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 337.1, 337.3 və 337.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh arasında (Cavabdeh1 MMC və "xxxx" MMC) həmin binadakı mənzillərin tikintisi və satışı ilə bağlı hüquq və vəzifələrin, səlahiyyətlərin müəyyənləşdirilməsinə dair 17 aprel 2007-ci il tarixli «Birgə təsərrüfat fəaliyyəti haqqında» müqavilə bağlanılmışdır. Həmin «Birgə təsərrüfat fəaliyyəti haqqında» müqavilənin 2.2.1. və 2.2.5-ci yarımbəndlərinə əsasən Cavabdeh1 MMC "xxxx" MMC-dən torpaq sahəsini qəbul etmiş və həmin sahədə iki 18, iki 19, bir 20 mərtəbəli, ümumilikdə 5 bloklu yaşayış binasını öz şəxsi vəsaiti və öz payına düşən mənzillərin satışından əldə o lunan vəsait hesabına inşa edərək, yaşayış binasının tikintisini 2009-cu ilin oktyabr ayınadək tam başa çatdırıb təhvil verir. Göründüyü kimi, cavabdehlər arasında həmin binanın tikintisi, pay bölgüsü və satışı ilə bağlı bir razılaşma, müqavilə olmuş və Cavabdeh1 MMC həmin müqavilə əsasında fəaliyyət göstərmişdir. Həmin müqavilənin qeyd olunan bəndində göstərildiyi kimi Cavabdeh1 MMC həmin mənzilləri satmaq, satış pulu ilə binanın tikintisini başa çatdırmaq səlahiyyətinə malik olmuşdur. Bu halda Cavabdeh1 MMC-nin iddiaçı ilə müqavilə bağlaması tam qanuni və əsaslıdır. Çünki həmin binadakı mənzillərə dair satışı həyata keçirmək «Birgə təsərrüfat fəaliyyəti haqqında» 17 aprel 2007-ci il tarixli müqavilə ilə Cavabdeh1 MMC-yə verilmişdir. Lakin bu zaman bir şərt qoyulmuşdur ki, həmin müqaviləl ər formal olaraq "xxxx" MMC-nin adına rəsmiləşdirilməlidir.

38. Müqavilənin məzmunundan açıq-aydın qeyd edilmişdir ki, Cavabdeh1 MMC həmin binanın tikintisinə sərmayə qoyur və bu sərmayəyə uyğun olaraq da binada payı vardır. Hətta həmin müqavilədə göstərilmişdir ki, «tərəf gördüyü işin ümumi dəyərinin 50%-i həcmində tərəfin möhürü və imzası ilə satış apara bilər». Lakin işə baxan məhkəmə cavabdehlər arasında bağlanılan birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin bu bəndlərini nəzərə almamış, araşdırmamış, müqavilənin bu şərtinə, həmin bəndlə etiraf olunan işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

39. Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 MMC binanın tikintisini vaxtında başa çatdırmadığı üçün yaşayış binası ondan geri təhvil alınmı ş və sonrakı tamamlama işləri Cavabdeh2 MTK tərəfindən görülmüşdür. Bununla bağlı qeyd edilmişdir ki, tikilmiş yaşayış binasını qəbul edən Cavabdeh2 MTK həmin binadakı satılmış mənzillərlə bağlı öhdəliyi də qəbul etmişdir.

40. Binanı "xxxx" MMC-dən geri alan Cavabdeh2 MTK həmin binadan iddiaçıya satılan mənzil həddində iddiaçı qarşısında məsuliyyət daşımışdır. Çünki əvvəla, binanın tikintisini həyata keçirmək, tikinti üçün vasait əldə etməkdən ötrü mənzil satmaq səlahiyyətləri Cavabdeh1 MMC-yə məhz Cavabdeh2 MTK tərəfindən verilmişdir (17 aprel 2007-ci il tarixli müqavilə). İkincisi, həmin binanın tikintisinə iddiaçı tərəfindən vəsait qoyulmuş, binanın ən azı bir mənzili iddiaçının vəsaiti ilə inşa edilmişdir. İddiaçının vəsaiti Cavabdeh1 MMC-də deyil, həmin binada mənzil tikintisinə sərf edilmişdir və bu mənada həmin vəsait hesabına inşa edilən yaşayış sahəsi Cavabdeh2 MTK-dadır.

41. Cavabdeh «Şərur” MTK Cavabdeh1 MMC-nin həmin binadan mənzil satmaq hüququnun olmadığını, yalnız podratçı olduğunu, sifarişçinin isə Cavabdeh2 MTK olduğunu dəfələrlə bildirərək, iddiaçı ilə bağlanılan müqaviləyə görə məsuliyyət daşımadığını qeyd etmişdir. Halbuki həmin binada tikinti işləri aparılarkən satış ofisi də fəaliyyət göstərmiş, mənzillərin həmin ofisdə satışı rəsmiləşdirilmişdir. İddiaçı həmin ofisə yaxınlaşaraq mənzil almaq istədiyini bildirmiş və qarşılıqlı razılıq əldə edidikdən sonra həmin mənzil Cavabdeh1 MMC tərəfindən ona satılmışdır.

42. İddiaçı həmçinin onu qeyd etmişdir ki, Cavabdeh1 MMC təkcə iddiaçıya deyil, həmin vaxt və ondan əvvəl başqa şəxslərə də mənzillər satmışdır. İddiaçı həmin vaxt binanın sifarişçisinin hansı şirkət olduğunu müəyyən edə bilməzdi. İddiaçı binanın tikildiyini görmüş, tikintinin qanuni şəkildə aparılıdığına inanmış və tikinti işlərini aparmaqla yanaşı, açıq və nümayişkaranə şəkildə satışı da həyata keçirən "xxxx" MMCyə etimad göstərmişdir. Cavabdeh2 MTK Cavabdeh1 MMC-nin satış həyata keçirmək hüququnun olmadığına istinad etsə də, birgə təsərrüfat müqaviləsinin 2.1.5-ci bəndinə əsasən Cavabdeh1 MMC-yə satış hüququ verdiyini, hətta satışın onunla eyni qiymət üzrə aparılmalı olduğunu da qeyd etmişdir.

43. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2 və 526-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 324.1. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir..

46. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

47. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

49. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hall ara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin h ədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

64. İddiaçı kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plen umunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verə rək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara madd i hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2629/2024 nömrəli iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar