Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3462/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Ərizəçi və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, son beş ildə Azərbaycan Respublika sı ərazisində yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sərlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Ərizəçi apelyasiya şikayəti təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ləğv edilməsi, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsi, Ərizəçi son beş ildə Azərbaycan Respublikası ərazisində yaşamağı və he ç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunması qət edilmişdir. Maraqlı şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, ərizəsinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2004-cü il tarixli 06/02-172-q nömrəli ərizəsinə əsasən o, Gürcüstan prezidentinin xx.xx.2005-ci il tarixli 320 nömrəli əmrinə əsasən Gürcüstan vətəndaşlığından çıxmışdır. Bununla da o özünü vətəndaşsızlıq halına salmış və heç bir ölkənin vətəndaşı hesab edilməməsi faktını özünə aid etmişdir. Halbuki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Az ərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin 4cü hissəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Bundan əlavə, Ərizəçi adı çəkilən Qanunun birinci hissəsinə istinad edərək ölkə ərazisində 5 il yox, 25 il fasiləsiz yaşadığını bildirsə də, Qanunun digər normalarını nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin normalarına düzgün istinad etməmişdir. Ərizəçi kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə aşağıdakıları halları müəyyən etmişdir. İş materiallarında olan, № B ******* saylı xx xxxxxxx 2004-cü il tarixli Gürcüstan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Gürcüstan Respublikası Rustavi şəhərində doğulmuşdur. Gürcüstan Respublikası Marnueli, c.Alqetskoevin.xoz adresində yaşayır. İşə əlavə edilmiş, NK № 267358 saylı Gürcüstan Respublikasının doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Gürcüstan Rustavi şəhərində doğu lmuşdur. X2, anası Tovuz Həsənovadır. Şəhadətnamə VRA-nin Marnueli xidməti tərəfindən xx.xx.2004-cü il tarixdə alınmışdır. İşdə olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx xxxxxx 2019-cu il tarixli arayışına əsasən xx xxxx 1979-cu il təvəllüdlü Ərizəçi 40218/m nömrəli, xx xxxxxx 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan, Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Ərizəçi 2004-cü il 26 noyabr tarixli X №-li ərizəsinə cavab olaraq bildirilmişdir ki, Gürcüstan prezidentinin 2005-ci il 07 may tarixli 320 № -li əmrə əsasən Ərizəçi Gürcüstan vətəndaşlığından çıxmışdır. İşə əlavə edilmiş, Gürcüstan Respublikasının Səfirliyinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdü, Gürcüstanda anadan olmuş Ərizəçi ondan ötrü ki, Gürcüstan Prezidentinin xx xxx 2005-ci il tarixinin 320 nömrəli sərəncamına əsasən onun Gürcüstan vətəndaşlığından çıxması barədə tələbi razı salınmışdır. Beləliklə, Ərizəçi ərizəsindən və digər iş materiallarından görünür ki, o, 25 il ərzində Azərbaycan Respublikasında yaşamasına istinad edərək Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Bununla əlaqədar son beş ildə Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş dir. İşə baxan apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 307.2.10-1-ci maddəsinə və Ərizəçi 1994-cü ildən Azərbaycanda yaşamasına istinad edərək ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Prossesual Məcəllənin 307.2.10-1-ci maddəsinə görə, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14- cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Baxılan işə əlavə edilmiş, Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Ərizəçi ünvanladığı xx.xx.2005-ci il tarixli məktubdan və Gürcüstanın Azərbaycandakı Səfirliyinin xx. xx.2019 tarixli arayışından görünür ki, Ərizəçi Gürcüstan vətəndaşlığından çıxması barədə tələbi təmin edilmiş və o, Gürcüstan Prezidentinin 2005-ci il 07 may tarixli 320 №-li əmrinə əsasən Gürcüstan vətəndaşlığından çıxmışdır. Kollegiya hesab edir ki, qeyd edilən faktiki halın iş materialları ilə təsdiqlənməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində müəyyən edilən qaydanı nəzərə almadan ərizəni təmin etməsi qanunvericiliyə uyğun olmamışdır. Belə olan halda, kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apel yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə
Məhkəmə qərarları › İş №2(102)-3462/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3462/2020
22.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver