Məhkəmə qərarları › İş №2(102)-3462/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3462/2025

27.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3462/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X18 cavabdehlər Cavabdeh6, X19, X11, Cavabdeh3, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, X58 xidmət Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, mirasın qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhlim an Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(107)588/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində 1956-cı ildə tikilmiş ümumi sahəsi 285,9 kv.m, yaşayış sahəsi 76,6 kv.m və köməkçi sahəsi 209,3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi X20 mülkiyyətində olmuşdur.

2. X36, İddiaçı, X41, X42, X21, X46, X22, X43 və X4 Oruc Ağalar oğlunun övladlarıdırlar.

3. X6 30 may 2010-cu il tarixdə ölmüşdür.

4. Qəbələ rayon notariat kontor u tərəfindən təsdiq olunmuş 23 iyul 2012-ci il tarixli vəsiyyətnamə ilə X45 ölənədək ona məxsus olan bütün əmlakını, o cümlədən Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 79-da yerləşən fərdi yaşayış evini, bütün tikililəri, həyətyanı və pay torpaq sahələrini qızı Cavabdeh3 və nəvəsi X11 vəsiyyət etmişdir.

5. X45 21 yanvar 2013-cü il tarixdə ölmüşdür.

6. Qəbələ rayon notariat kontoru tərəfindən verilmiş 20 sentyabr 2013-cü il tarixli 2V-315 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21 yanvar 2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində 1956-cı ildə tikilmiş ümumi sahəsi 285,9 kv.m, yaşayış sahəsi 76,6 kv.m və köməkçi sahəsi 209,3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşay ış evinin (reyestr nömrəsi: **********36-10301) 4/6 hissəsini əldə etmək hüququ qızı Cavabdeh3 və nəvəsi X11 verilmişdir.

7. Qəbələ rayon notariat kontoru tərəfindən verilmiş 20 sentyabr 2013-cü il tarixli 2V-317 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21 yanvar 2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində 1956-cı ildə tikilmiş ümumi sahəsi 285,9 kv.m, yaşayış sahəsi 76,6 kv.m və köməkçi sahəsi 209,3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin (reyestr nömrəsi: **********36-10301) 30 may 2010cu il tarixdə vəfat etmiş X27 çatan hissəsini əldə etmək hüququ sonuncunun arvadı X19, qızı X13 və oğlu X11 verilmişdir.

8. Qəbələ rayon notariat kontoru tərəfindən veril miş 20 sentyabr 2013-cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21 yanvar 2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərində 1956-cı ildə tikilmiş ümumi sahəsi 285,9 kv.m, yaşayış sahəsi 76,6 kv.m və köməkçi sahəsi 209,3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin (reyestr nömrəsi: **********36-10301) 18 may 2002-ci il tarixdə vəfat etmiş X23 çatan hissəsini əldə etmək hüququ sonuncunun anası X3 verilmişdir.

9. Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 285,9 kv.m, yaşayış sahəsi 76,6 kv.m və köməkçi sahəsi 209,3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi üzərində X1 (torpağın 12/42 hissəsi), X8 (torpağın 8/42 hissəsi), X14 (torpağın 8/42 hissəsi), X9 (torpağın 6/42 hissəsi), X10 (evin 2/6 hissəsi və torpağın 5/42 hissəsi) və Kərimova (Ağasiyeva) Solmaz Oruc qızının (evin 2/6 hissəsi və torpağın 3/42 hissəsi) mülkiyyət hüquqları 28 sentyabr 2013-cü il daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 10. 07 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X28, X37, X29, X30 və Kərimova (Ağasiyeva) Solmaz Oruc qızı ümumi paylı mülkiyyətlərində olan Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsini X31 8000,0 manata satmışlar.

11. Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 285,9 kv.m, yaşayış sahəsi 76,6 kv.m və köməkçi sahəsi 209,3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi üzərində X1 (torpağın 12/42 hissəsi), X8 (torpağın 8/42 hissəsi), X14 (torpağın 8/42 hissəsi), X9 (torpağın 6/42 hissəsi), X10 (evin 2/6 hissəsi və torpağın 5/42 hissəsi) və Kərimova (Ağasiyeva) Solmaz Oruc qızının (evin 2/6 hissəsi və torpağın 3/42 hissəsi) mülkiyyət hüquqları 30 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh6, X19, X11, Cavabdeh3, Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv.m, köməkçi sahəsi 76,6 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 4/6 hissəsinin vərəsəlik üzrə X30 və X2 barədə Qəbələ rayon NK tərəfindən verilmiş 20 sentyabr 2013-cü il tarixli 2V-315 və 20 sentyabr 2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

13. İddia onunla əsaslandırılmışdır ki, X45 21 yanvar 2013-cü il tarixdə vəfat etmiş, Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv.m, yaşayış sahəsi 76,6 kv.m və köməkçi sahəsi 209,3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Qəbələ rayon NK tərəfindən verilmiş 20 sentyabr 2013-cü il tarixli 2V-315 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 və X11 miras kütləsinin 4/6 hissəsi, 20 sentyabr 2013-cü il tarixli 2V-317 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X37, X28 və X11 miras kütləsinin 2010-cu il 30 may tarixdə vəfat etmiş X27 çatan hissəsi, 20 sentyabr 2013-cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X3 miras kütləsinin 18 may 2002-ci il tarixdə vəfat etm iş X23 çatan hissəsi verilmişdir. Halbuki, X20 qanun üzrə doqquz vərəsəsi olmuş, iddiaçı və digərlərinə mirasın bölüşdürülməsi barədə məlumat verilməmişdir. İddiaçı son iyirmi beş il müddətində daimi olaraq Türkiyə Respublikasında yaşamış, lakin tez-tez gəlib valideynlərinə baş çəkmiş və onları öz yanına apararaq müalicə olunmalarını təmin etmişdir. X45 vəfat edərkən iddiaçı Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmuş və bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməsə də, mirasdan imtina etməmişdir.

14. Qəbələ Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(025)-45/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 21 yanvar 2013-cü il tarixdə vəfat etmiş X20 qanun üzrə vərəsələri Fərzəliyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızı, İddiaçı, X41, X42, X21, X46, X22 və X43 (X36 və X44 mirasın açıldığı vaxt sağ olmadığından vərəsə deyil), vəsiyyət üzrə vərəsələri - X41 və X33r. Ondan miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi (0,02 ha) və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv.m, köməkçi sahəsi 76,6 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evindən Fərzəliyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızı, İddiaçı, X42, X21, X46, X22 və X34 qanun üzrə vərəsəlik zamanı hər birinə 1/16 hissədə (məcburi pay), X41 və X27 vəsiyyət üzrə vərəsəlik zamanı hər birinə 9/32 hissədə pay düşmüşdür. Qəbələ rayon NK tərəfindən verilmiş 20 sentyabr 2013-c ü il tarixli 2V-315 və 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə X30 və X24 hər birinin mirasdan 9/32 hissədə yox, 2/6 hissədə pay almaq hüququ tanınmaqla səhvə (Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızının özünə qanun üzrə vərəsə kimi mirasdan pay verilməmişdir) yol verilsə də, nisbətlər arasındakı cüzi fərq Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızının payı hesabına yarandığından və bölgü zamanı yerində olmayan digər vərəsələrin paylarına toxunulmadığından iddiaçının (o cümlədən digər qanun üzrə vərəsələrin) mirasdan 1/16 (2/32) hissədə pay almaq hüququ məhdudlaşmamışdır.

16. Məhkəmə hesab etmişdir ki, 21 yanvar 2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi (0,02 ha) və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv.m, köməkçi sahəsi 76,6 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 7/16 hissəsi, o cümlədən JN 486 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən plana 486 və 486 C saylı planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən cəmi 2,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/64 hissəsinin digər qanun üzrə vərəsələr arasında paylarına uyğun qaydada bölüşdürülərək, hər birinə düşən payın ayrılmasına heç bir maneçilik olmadığından iddiaçının Qəbələ rayon NK tərəfindən verilmiş 20 sentyabr 2013-cü il tarixli 2V-315 və 20 sentyabr 2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilib həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsini tələb etmək hüququ yoxdur. İddiaçının iddia tələbi X12 qalmış mirasın kütləsini və mirasdan ona düşən payın həcmini müəyyən edə bilməməsi ilə əlaqədardır və əsaslı deyildir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1166, 1170.1, 1193, 1194, 1195, 1196, 1243.2, 1255, 1301.1. 1301.2 və 1301.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(107)-588/2025 nömrəli qətnaməsi ilə (hakim T.Musayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və E.İsayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh6, X19, X11, Cavabdeh3, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə, X58 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı Qəbələ rayon notariat ofisində 20 sentyabr 2013-cü il tarixdə, 2V-315, 2V-3 16 və 2V-317 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmamış və hesab etmişdir ki, həmin məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia çının bu iddianı qaldırmaqda əsasən niyyəti mirasdan pay almağa yönəlmişdir. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixindən qüvvəyə minmiş MM-in müddəaları əsasında həll olunmalıdır.

22. Çünki, MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, miras qoyan X45 21 yanvar 2013-cü il tarixdə vəfatından sonra vəsiyyət üzrə vərəsələr Cavabdeh3 və X30, eləcə də 2002-ci il 18 may tarixində vəfat etmiş birinci növbə vərəsə X15 vərəsəsi X5 və 2010-cu il 30 may tarixdə vəfat etmiş X25 vərəsələri Cavabdeh5, X35 və Cavabdeh4 Qəbələ Rayon Notariat Ofisinə vərəsə tanınaraq vərəsəlik şəhadətnamələrinin verilməsi üçün müraciət etmişlər və notariat orqanı tərəfindən X12 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras qoyanın digər birinci növbə vərəsələri, eyni zamanda iddiaçı tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamışdır.

24. Belə olan təqdirdə apellyasiya kollegiyası hesab etmişdir ki, Qəbələ rayon notariat kontoru tərəfindən verilmiş 2013-cü il 29 sentyabr tarixli 2V-315, 2V-316 və 2V317 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin hazırkı iddiaçı tərəfindən subyektiv baxımından mübahisələndirilməs i istisna olunur.

25. Həmçinin, apellyasiya kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı atasının 21 yanvar 2013-cü il tarixdə ölümündən məlumatlı olmuşdur.

26. Məhkəmə qeyd etmişdir ki, əgər iddiaçı atasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı, bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcə də, miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı 25 ildən artıqdır ki, Türkiyə Respublikasında yaşayır. O, atası vəfat edərkən atasının yas mərasimində ümumiyyətlə iştirak etməmiş, atasının ölümündən sonrakı 6 ay müddətində Azərbaycana gəlməmiş, tə xminən 2019-cu ildən sonra Azərbaycana gəlmişdir.

27. Məhkəmə, apellyasiya şikayətinin cavabdehlər Cavabdeh3, X26, Cavabdeh5, X35 onlardan xəbərsiz vərəsələrin sayını gizlədərək Qəbələ Rayon Notariat Ofisinə müraciət edərək 20 sentyabr 2013-cü il tarixdə 2V-315, 2V-317 və 2V-316 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etməsi, notariat kontorunun da öz növbəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsi ilə bağlı dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı miras açılarkən Türkiyə Respublikasında yaşadığından, onun tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyriformal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik i başlamaqla) qəbul olunmamış, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

29. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(107)-588/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması, ya da ki, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Notariat haqqında” Qanunun 55, 57-59-cu, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı pozulmuşdur.

31. Belə ki, X45 21 yanvar 2013-cü il tarixində vəfat etmiş, iddiaçı isə mirası faktiki olaraq qəbul etmişdir. Dəfn xərclərini qarşılamış, qəbir daşını qoydurmuş, sonrakı dövrlərdə miras qalmış evdə təmir-bərpa işləri aparmış və əmlakı qorumuşdur. İddiaçı o dövrdə xəstə olduğu üçün ölkəyə gələ bilməmiş, lakin atasının dəfninə öz oğlunu göndərm iş, iki ay sonra isə özü gəlmişdir. Evin böyük hissəsi iddiaçının öz şəxsi əməyi ilə tikilmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının iştirakı və xəbəri olmadan bacısı Cavabdeh3 20 sentyabr 2013-cü il tarixində Qəbələ notariatına müraciət edərək vərəsəlik şəhadətnaməsi alınmasını xahiş etmiş və ərizəsində qəsdən yanlış məlumat verərək, yalnız iki vərəsənin olduğunu göstərmişdir. Qəbələ şəhər inzibati ərazi nümayəndəliyi də 17 iyul 2013-cü il tarixli saxta məzmunlu arayış vermiş və vərəsələrin tərkibini səhv göstərmişdir. X7 - iddiaçının oğlu vərəsə kimi göstərilmişdir. Notariat orqanı vərəsələr barədə araşdırma aparmadan, faktiki olaraq təqdim edilmiş saxta arayışlara əsaslanmaqla 20 sentyabr 2013-cü il tarixdə 2V-315, 2V-317 və 2V-316 nömrəli vərəsəlik şəhadətnamələri vermişdir. Bu şəh adətnamələr qanunsuz əldə edilməklə həm tərtib prinsiplərinə, həm də vərəsəlik hüququnun mahiyyətinə ziddir, çünki miras qoyanın 9 vərəsəsi olduğu halda yalnız 4 nəfərin adı göstərilmiş, iddiaçının isə vərəsə kimi rəyinə və iştirakına ünsiyyət qurulmamışdır. Bundan sonra, həmin şəhadətnamələr əsasında DƏDRX-in Qəbələ Ərazi İdarəsi tərəfindən miras qalmış daşınmaz əmlak cəmi 8 gün ərzində 28 sentyabr 2013-cü il tarixli ********** saylı qeydiyyatla dövlət reyestrində qeydə alınmışdır. Hərəkətlərin bu qədər qısa müddətə tələsik aparılması iddiaçının sonradan Azərbaycana qayıdıb, öz miras payını tələb etməsinin qarşısını almağa yönəldildiyini açıq göstərir. Bütün bu hallar faktiki mirasın qəbul olunması, iddiaçının əmlak üzərində uzun müddət sərəncam verməsi, saxta arayışlar, notariatın araşdı rma aparmaması, vərəsələrin qəsdən gizlədilməsi iddianın tam əsaslı olduğunu sübut edir. Lakin məhkəmələr həmin sübutları lazımi qiymətləndirmədən, formal yanaşma ilə iddianı rədd etmişdir. Mövcud vərəsələrin gizlədilməsi, miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi və iddiaçının mirasdan imtinaya dair heç bir razılığının olmaması işin mübahisəsiz tərəfidir. Məsələyə Konstitusiya Məhkəməsinin mövqeyindən yanaşılsa idi iddianın rəddi üçün əsasların olmadığı müəyyən edilərdi. Məhkəmə tərəfindən cavabdehlərin heç bir sübut təqdim etməməsi nəzərə alınmamışdır.

32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

33. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

34. A zərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bi lər.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüq uqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ö lənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

38. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Be lə ki, iddiaçı Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın birinci növbədə vərəsəsi olsa da, onun həmin Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddətdə üzrsüz səbəbdən mirası qəbul etməməsi apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi haldır.

41. İddiaçı hazırkı kassasiya şikayətinin dəlillərində bu halı təkzib etməyə yönələn dəlillər irəli sürsə də, işin faktiki hallarını araşıdran məhkəmələrə bununla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbr ahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. İddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına ist inadı da əsassızdır.

44. Belə ki, həqiqətən, Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

45. Bununla belə, Konstitusiya Məhkəməsi mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarı qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərar qəbul edilərkən məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil etmişdir.

46. İddiaçını n atası X45 21 yanvar 2013-cü il tarixdə ölməklə, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədiyindən, hazırkı iddia isə Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarından sonra – 24 oktyabr 2024-cü il tarixdə məhkəməyə verildiyindən, bu qərarda göstərilmiş hüquqi mövqeyi bu mübahisəyə tətbiq etmək mümkün deyildir.

47. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlillər i əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(107)588/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar