Məhkəmə qərarları › İş №2(102)-3464/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3464/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3464/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2(məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2510/2023 nömrəli, 2 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh q arşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 142 500 manat pulun və 433 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, İddiaçı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində X1 onun 90 400 manat pulunu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərdiklərini təsdiq edərək 2017- 2018-ci illər ərzində Cavabdeh hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla 90.400 manat borc pul verdiyini, Cavabdeh faiz borcundan cəmi 12 000 manat pul ödədiyini, sonrakı müddətdə heç bir ödəniş etmədiyi üçün borcun artdığ ını, hazırda faizlər də nəzərə alınaraq onun iddiaçıya 167 000 manat pul ödəməli olduğunu bildirmişdir. Araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmişdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 142 500 manat pulun və 433 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xey rinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh onun qonşusu olmuşdur. Cavabdeh aralarında olan münasibətdən istifadə edərək, ondan 2016-cı ildən başlayaraq müəyyən tarixlərdə borca pul almışdır. Ümumi borc 167.000 manat təşkil edir. Cavabdehin bu günə olan borcu 142 500 manatdır. Cavabdeh ondan götürdüyü borcun müəyyən qismini, yəni 24500 manatını dəfələrlə edilmiş xəbərdarlıqlardan sonra 2021-ci il ərzində ödəmişdir. Lakin qalan borcu ödəməkdən yayınır. Nəticədə o cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada müstəntiq tərəfindən aparılmış araşdırmanın nəti cəsi olaraq Cavabdeh ona borclu olmasını etiraf etmiş, bu barədə izahat vermiş və qısa müddətdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 4 otaqlı mənzilini sataraq 142 500 manat borcu qaytarmasına dair söz vermişdir. Lakin bu günədək cavabdeh ona olan borcunu ödəmir. Lakin cavabdehin borcu ödəmək üçün imkanı var. Əmlakı olmasından əlavə, o, “Sumqayıt Futbol Klubu”nda öz fəaliyyətini davam etdirir. Cavabdeh borcu ödəməsinə dair öhdəlik götürdüyündən, həmin öhdəliyi bu günədək yerinə yetirmədiyindən ona qarşı iddia qaldırmaq zərurəti yaranmışdır.

5. Birinci instansiya məhkəməsindəki icraatda cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, etirazında göstərmişdir ki, cavabdeh iddianı etiraf etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə gör ə borc müqaviləsinin predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının cavabdehə verdiyini iddia etdiyi borcun məbləği 3000 manatdan çoxdur və ona görə tərəflər arasında borc münasibətləri yazılı formada borc müqaviləsinin bağlaması ilə rəsmiləşdirilməli idi. İşin qeyd olunan bu halı, yəni borcun verilməsi yalnız bir sübutetmə vasitəsi ilə - yazılı borc müqaviləsi ilə təsdiq oluna bilər. Lakin tərəflər arasında belə bir müqavilə bağlanmayıb və cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı cavabdehin ona 142 500 manat borcunun olduğunu təsdiq edən və qanunla mümkün sayılan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. 6.Eyni zamanda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə 2016-cı ildən başlayaraq müəyyən tarixlərdə 167 000 manat borc verdiyini göstərir, lakin bu iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tamamilə əsassızdır. İddia əsaslı olsa idi belə, bu kateqoriya tələblər üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. İddiaçının 2016-cı ildə cavabdehə verdiyini iddia etdiyi borcun qaytarılması üçün iddia müddəti 2019-cu ildə bitib və iddiaçı 2022-ci ilin avqustunda, yəni iddia müddəti bitdikdən 3 il sonra iddia qaldırıb. Odur ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsini və həmin müddətin keçməsi ilə əlaqədar iddianın təmin o lunmamasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi haqqında ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh 2021-ci ilin iyul ayında borcdan ödəniş etmişdir.

8. Cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsinin etirazına etiraz edərək cavabdeh tərəfindən sonuncu ödənişlərin iddia müddəti keçdikdən sonra edildiyini, iddia müddəti ərzində ödənilmədiyini, iddia müddəti bitdikdən sonra ödənişlərin edilməsinin isə iddia müddətini bərpa etmədiyini bildirmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) 17 yanvar 2023-cü il tarixli, 2(004)-175/2023 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, iş material larından göründüyü kimi, 2016-cı ildə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən 2016-2018-ci illərdə cavabdehə hissə-hissə hər ay 5 faiz (illik 60 faiz) ödənilmək şərti ilə borc verilmişdir. İddiaçı həl-hazırda cavabdehin ona 142500 manat məbləğində borcunun qaldığını bildirsə də bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, İddiaçı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində X1 onun 90 400 manat pulunu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərdiklərini təsdiq edərək 2017- 2018-ci illər ərzində Cavabdeh hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla 90.400 manat borc pul verdiyini, Cavabdeh faiz borcundan cəmi 12 000 manat pul ödədiyini, sonrakı müddətdə heç bir ödəniş etmədiyi üçün borcun artdığını, hazırda faizlər də nəzərə alınaraq onun iddiaçıya 167 000 manat pul ödəməli olduğunu bildirmişdir.

12. Araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmişdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir.

13. Göründüyü kimi, Baş Mütəşəkki l Cinayətkarlıqla Mübarizə İdarəsində cavabdeh iddiaçıya 25000 ABŞ dolları (42500 manat) məbləğində borcu qaldığını bildirmiş, həmin borcdan araşdırma zamanı 18000 manat ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəmə verdiyi izahatında cavabdeh tərəfindən iddiaçının özünün də iddia ərizəsində göstərdiyi kimi qalan 24500 manat məbləğində borcu da ödədiyini bildirmişdir. Cavabdeh tərəfindən bunu təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

14. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona borcu qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir

15. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubundan görünür ki, iddiaçı tərəfindən onun göstərdiyinə görə 2016-2018-ci illərdə cavabdehə ayda 5 faiz ödə mək şərti ilə cəmi 90400 manat məbləğində borc verilmişdir. Yenə də iddiaçının həmin idarədə verdiyi izahata əsasən cavabdeh tərəfindən yalnız faiz borcundan 12000 manat pul ödənilmiş, sonrakı müddətdə heç bir ödəniş edilməmişdir. Beləliklə iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasını 2019-cu ilin əvvəllərində bilmiş, lakin hüquqlarının həmin tarixdən pozulduğunu bildiyi halda həmin tarixdən üç il müddətində məhkəməyə müraciət etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 3 il ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür.

16. Beləliklə hətta iddiaçı tərəfindən cavabdehin ona borcunun olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edildiyi halda belə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 739.1, 740.1, 740.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), A.V.Tanrıverdiyev və E.C.Kazımov) 2(103)-2510/2023 nömrəli iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin ed ilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(004)175/2023 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hal-hazırda cavabdehin ona 142500 manat məbləğində borcunun qaldığını bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən cavabdehin ona borcu qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Həmçinin iddiaçı tərəfindən cavabdehin ona borcunun olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edildiyi halda belə, iddiaçı tə rəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsinin bu qənaəti ziddiyyətli olmuşdur. Belə ki, rayon məhkəməsi bir tərəfdən iddiaçının cavabdehə ərizəsində göstərdiyi məbləğdə borc verdiyini sübut edə bilmədiyini müəyyən etmiş, digər tərəfdən isə iddia müddətinin keçməsini bildirərək, cavabdehin ərizəsinə əsasən iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir.

23. Əvvəla, rayon məhkəməsi nəzərə almamışdır ki, iddia müddəti yalnız əsaslı, yəni keçərli olan tələblərə tətbiq oluna bilər. Əsassız olan tələblər yalnız əsassız olmasına görə rədd edilməlidir. Başqa sözlə, əsassız olan tələbə iddia (və ya hər hansı digər müddət) müddəti tətbiq edilə bilməz.

24. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkə məsi hazırkı iş üzrə faktiki hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

25. İddia tələbi ilə bağlı rayon məhkəməsinin qeyd etdiyi kimi iddiaçı hal-hazırda cavabdehin ona 142500 manat məbləğində borcunun qaldığını bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin bu mövqeyini əsaslı hesab edir və onunla razılaşır.

26. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirmişdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir.

28. Göründüyü kimi yuxarıda qeyd edilən hazırkı iş üzrə sübuti əhəmiyyət kəsb edən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda cavabdeh iddiaçıya 25.000 ABŞ dolları borcu olduğunu qəbul etmişdir. Elə həmin araşdırma zamanı 18.000 manat vəsaitin iddiaçıya ödənilməsi göstərilmişdir. Həmçinin i ddia ərizəsi və apellyasiya şikayətində 2021-ci ildə ona borcun 24500 manat hissəsinin qaytarıldığı etiraf edilmişdir.

29. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022ci il tarixli məktubu və iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti ilə iddiaçıya cavabdehin verdiyi təsdiq olunan ümumilikdə 42500 (18000+24500=42500) manat pul vəsaiti hazırkı iddia tələbinin sübut olunan 25.000 ABŞ dolları (25000x1,7=42500) hissəsini əhatə edir.

30. İddiaçı cavabdehin ona həmin məbləğdən artıq borcu olması barədə əsaslı, biridigərini tamamlayan, təkzibedilməzliklə bağlı, eləcə də şübhədənkənar sübutlar təqdim edə bilməmişdir.

31. Bununla belə, yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsi hazırkı işə iddia müddətini tətbiq etməkdə səhvə yol vermişdir.

32. Bel ə ki, Mülki Məcəllədə iddia müddəti ilə bağlı fəslində iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin müəyyənləşdirilməsi, iddia müddətinin tətbiqi, iddia müddətinin başlanması, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi, iddia müddətinin bərpası, iddia müddətinin tətbiq edilmədiyi tələblər və sair məsələlər tənzimlənir.

33. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

34. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

35. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

36. Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır, fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Çünki həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi mümkünsüzdür.

38. Bundan sonra isə qanunla (və ya tərəflərin razılaşdığı) müddət daxilində müddətin axımının dayandırılması və ya onun axımının kəsilməsinin baş verib-vermədiyi müəyyən olunmalıdır. Yalnız qeyd edilən tələblərə əməl olunmaqla müdətin ötürüldüyü müəyyən edildikdə, bu əsasla iddiadan imti na barəsində qərar çıxarıla bilər və bu da yalnız əsaslı olan iddiaya münasibətdə tətbiq oluna bilər.

39. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsindən bəlli olur ki, rayon məhkəməsi müddətin axımının əvvəlinin iddiaçının hüquqlarının pozulmasını bildiyi 2019-cu ilin əvvəllərində başladığını, lakin hüquqlarının həmin tarixdən pozulduğunu bildiyi halda, həmin tarixdən 3 il ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyini və bununla da iddia müddətini ötürdüyünü qeyd etmişdir.

40. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddia müddətini tətbiq etmək üçün ilkin olaraq onun axımının başlanması günü, eləcə də müddətin dayandırılması və ya kəsilməsi halının olub olmamasını müəyyən etmək lazımdır. Birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının pozulmasını 2019-cu il in əvvəllərində bildiyindən, iddia müddətinin axımını həmin vaxtdan hesablamaqla üç illik iddia müddətin ötürüldüyü qənaətinə gəlmişdir.

41. Halbuki iddia ərizəsində iddiaçı cavabdehin ona 2021-ci ilin əvvəlində borcdan 24.500 manat ödədiyini qeyd etmiş, cavabdeh də bu faktı təsdiq etmişdir.

42. Bundan başqa, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, araşdırma zamanı Cavabdeh barəsində verilmiş şikayəti təkzib edərək izahatında İddiaçı hər ay 5 faiz qazanc vermək şərti ilə hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb vaxtı-vaxtında ödənişlər həyata keçirdiyini, heç bir məbləğdə pul ələ keçirmədiyini, hazırda İddiaçı 25 000 ABŞ dolları məbləğində pul ödəməli olduğunu bildirm işdir. Həmçinin araşdırılma zamanı Cavabdeh tərəfindən İddiaçı 18 000 manat məbləğində pulun ödənilməsi təmin edilmişdir.

43. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.Belə olan halda, yəni hazırkı tələb üzrə iddia müddətinin axımı 2021-ci ilin əvvəlindən başlamaqla hesablandıqda və iddiaçının da hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə aldıqda, müəyyən olunur ki, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir. Demək ki, rayon məhkəməsi tərəfindən hazırkı iddia tələbi rədd edilərkən, həm də iddia müddətinin otürülməsinə istinad edilməsi əsassız olmuşdur. Bununla həm də rayon məhkəməsinin qət naməsi ziddiyyətli olmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, xüsusən də əsassız hesab etdiyi tələbə münasibətdə həm də iddia müddətinin tətbiq etməklə aşkar səhvə yol verilmiş, biri-digərini təkzib edən iki fərqli əsasa istinad edilməklə ziddiyyətli qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

45. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 380, 380.1, 739, 740.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2510/2023 nömrəli qətnaməsini ləğv edib, işin yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, iddia yalnız əsassız olduğuna görə rədd edilməli və iddia müddətinin ötürülməsinə görə rədd edilməsi ziddiyətlik təşkil edir. Halbuki, iddia tələbi əsaslı olmuş, həmçinin iddia müddəti də ötürülməmişdir. Buna görə də hesab edirik ki, iddianın əsassızlığına görə rədd edilməsi tam qanunsuzdur. Eyni zamanda digər tərəfdən iddia müddətinin tətbiq edilməsi ilə bağlı da iddia rədd edilə bilməz. Belə ki, iddiaçının cavabdehdən pulu tələbetmə hüququ 2019cu il tarixdə yaranmışdır. Cavabdeh 2019-cu il tarixədək tam borcunu qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq borcu qaytarmaqdan yayınmağa davam etmiş və beləliklə də iddiaçının ona qarşı hüquq mühafizə orqanlarına şikayət etməsinə vadar etmişdir. İddiaçının cavabdehə qarşı şikayəti isə 2021-ci il tarixdə olmuşdur. Ümumilikdə həm iddiaçı, həm də cavabdeh tərəf cavabdehin 2021-ci il ərzində iddiaçıya borc qaytardığını təsdiq etmişdir. Belə olan halda iddia müddətinin axımı da 2021-ci ildən başlanmış hesab olunmalı idi. Həmçinin iş materiallarında mövcud olan - tərəfimizdən təqdim edilmiş mesajlardan (Cavabdeh özü sms göndərib) görünür ki, 2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya müəyyən məbləğlərdə pul qaytarılmışdır. Bu da o deməkdir k i, iddiaçının iddia vermək hüququ hələ 2021-ci ildə başlanmış hesab olunur. Beləliklə, məhkəmə Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sorğuya cavab məktubunu, iddiaçının və həmçinin cavabdehin təsdiq etdikləri faktları təhrif etməklə qətnamə qəbul etmişdir. Bu isə iddiaçının maddi olaraq mütənasibsiz pis vəziyyətə salınmasına səbəb olmuşdur. Göründüyü kimi məhkəmə faktiki məsələlərə diqqət yetirməyərək iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin heç bir fakt olmadan təqdim etdiyi xüsusatları və öz fərziyyəsini əsas kimi qəbul etmiş, iddiaçının göstərdiyi xüsusatları isə rədd edərək əsaslandırılmamış qətnamə qəbul etmişdir

48. Məhkəmə kollegiyasının nəzərəninə çatdırmaq istəyirəm ki, İddiaçı C avabdeh 2016-cı ildən başlayaraq hissə-hissə olmaqla 167000 manat borca pul vermişdir. Cavabdeh ümumilikdə həmin borc məbləğindən hissə-hissə 24500 manatını geri qaytarmış və 142500 manat borcu qalmışdır. Cavabdehin aldığı borc pula dair imzası ilə təsdiq edilmiş sadə yazılı sənədi həm birinci instansiya məhkəməsinə, həm də apelyasiya instansiyası məhkəməsinə təqdim etmişik. Buna baxmayaraq məhkəmələr təqdim etdiyimiz sübutu araşdırmamış və nəzərə almamışdır. Halbuki, həmin sadə yazılı sübutla cavabdehin borclu olduğu təsdiq olunur. Məhz həmin sadə yazılı sənədə əsasən cavabdeh pulu götürmüşdür. Götürdüyü vəsaitin qarşısında tarix və imzası vardır. Lakin buna baxmayaraq cavabdeh 25000 ABŞ dolları pul aldığını göstərmiş, bu barədə AR DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur. Eyni zamanda məktubda qeyd olunur ki, cavabdeh həmin borc məbləğindən 18000 manatını geri qaytarmışdır. Məhz apelyasiya instansiyasıməhkəməsi iddiaçının apelyasiya şikayətini təmin etməməsinə əsas kimi həmin məktuba əsaslanmış və cavabdehin aldığı 25000 ABŞ dolları borcun tamamilə ödənildiyi qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, 18000 manat borc məktubda qeyd olunduğu kimi araşdırma zamanı ödənilmiş, 24500 manat vəsaitin ödənilməsi isə iddia ərizəsi ilə etiraf olunur. Bu da, yəni 18000+24500 manat cəm şəklində qüvvədə olan məzənnəyə görə 25000 ABŞ dolları təşkil edir. Hesablamaları nəzərə aldıqda 18000+24500 manat vəsait 25000 ABŞ dollarına bərabərdir.

49. Lakin burada əsas məqam riyazi hesablama deyil, əsas məqam odur ki, 18000 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməyib. Həmin məktubun məzmunundan belə məlum olur ki, araşdırma zamanı Cavabdeh 25000 ABŞ dolları borclu olmasına dair izahat vermiş və borclu olduğunu təsdiq etmişdir. Eyni zamanda cavabdeh sonradan, yəni məhkəmə prosesi zamanı da həmin bu halı mübahisələndirməmiş və cəmi 25000 ABŞ dolları borclu olduğunu və həmin pulun tamamilə ödənildiyini bildirmişdir. Lakin məktubda qeyd olunan, guya ödənildiyi nəzərdə tutulan 18000 manat pul vəsaitinin ödənildiyini cavabdeh sübut edə bilməmişdir. Çünki məktubda həmin 18000 manat vəsaitin ödənildiyi qeyd olunsa da bunu təsdiq edən sənəd mövcud deyildir. Məhz Apelyasiya instansiyası məhkəməsi işin bu halını hərtərəfli araşdırmamış və 18000 manat pulun ödənilmə sini təsdiq edən (araşdırma materialı üzrə verilmiş izahatları, pulun ödənişinin qəbul edilməsi ilə bağlı qəbzi) sənədlərin məhkəməyə təqdim olunmasını AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tələb etməmişdir. Cavabdeh iddiaçıya cəmi 24500 manat pul ödəmiş, ödədiyi həmin puldan başqa, yəni 18000 manat pulun hansı tarixdə və kim tərəfindən iddiaçıya ödənilməsi barədə sübut yoxdur. Rəsmi qrum AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məktub verilsə də və həmin məktubda 18000 manat pulun ödənilməsi qeyd olunsa da ödəməni təsdiq edən sənəd olmalıdır. Məktubda 18000 manat pulun ödənildiyinin qeyd olunması pulun iddiaçıya ödənilməsi anlamına gələ bilməz. Bunu təsdiq edən sənəd olmalıdır, o da yoxdur. Baxmayaraq ki, cavabdeh iddiaçıdan 25000 ABŞ do lları borca pul aldığını etiraf etmiş, lakin ümumiyətlə cavabdehin iddiaçıya 142500 manat borcu qalmış və həmin borc 2016-cı ildən başlayaraq 2016-2017-ci illəri əhatə edir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, iddia tələbi tam əsaslı olmuş, iddia müddəti ötürülməmiş, lakin məhkəmə iş üçün əhəmiyyətli olan halları tam və hərtərəfli araşdırmadan qanunsuz nəticəyə gəlməklə iddianın əsassız olması qənaətinə gələrək iddianı rədd etmişdir

50. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə iclasında tərəflərindən Cavabdeh İddiaçı pulu götürməsini təsdiq edən, yəni Cavabdeh şəxsən imza etməklə pulu götürdüyünü təsdiq edən əlyazma sənədin surətini məhkəməyə təqdim etsək də məhkəmə həmin sənədə mün asibət bildirməmişdir. Halbuki, cavabdehin imzası olan sadə yazılı sənəd, hansı ki, cavabdehin AR DİN-nin BMCMİ-də verdiyi izahatındakı etirafını əhatə edən 25000 ABŞ dolları məbləğindəki vəsait də həmin sadə yazılı sənəddə göstərilən vəsaitin bir hissəsidir. Həmin 25000 ABŞ dollarıməbləğində pulun mənbəyi məhz iddiaçıda olan cavabdeh tərəfindən imzaları ilə təsdiq olunan sadə yazılı sənəddən qaynaqlanır. Buna görə də hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan sadə yazılı formalı sənəd hazırki iş üzrə mötəbər sübut olduğundan və mübahisənin obyektiv araşdırılmasına nail olmaqdan ötrü, eyni zamanda qanuni və ədalətli qərarın qəbul edilməsi üçün həmin sənədə məhkəmə tərəfindən hüquqi qiymət verilməli idi.

51. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehin yalan məlumatlarına əsaslanmaqla nəticəyə gəlmişdir.

52. Məhkəmə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmuşdur.

53. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir.

54. Məhkəmə yalnız cavabdehin göstərd iyi hallara istinad edərək, həmin halları araşdırmadan, iddiaçının dəlillərini nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

57. Maddə 740.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya ). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

58. Maddə 740.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

59. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

60. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

61. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edi lməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

62. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

63. Maddə 377.2.-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

64. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

65. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə iclasında tərəflərindən Cavabdeh İddiaçı pulu götürməsini təsdiq edən, yəni Cavabdeh şəxsən imza etməklə pulu götürdüyünü təsdiq edən əlyazma sənədin surətini məhkəməyə təqdim etsələr də məhkəmənin həmin sənədə münasibət bildirməməsi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları ilə təsdiq edilir ki, iddiaçının göstərdiyi sənəd 17 yanvar 2023-cü il tarixində, yəni birinci instansiya məhkəməsində iş üzrə axırıncı məhkəmə baxışı iclasında təqdim edilmiş, iddiaçının nümayəndəsi cavabdehin əlyazma qəbzinin məhkəməyə təqdim e dilməsi barədə vəsatət vermiş, lakin vəsatət bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi, və ya işdə iştirak edən şəxsin işin məhkəmə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığına görə məhkəmə tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 184.3-cü maddəsinə əsasən hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.İş materialları ilə təsdiq olunur ki, birinci instansiya məhkəməsində 2 dəfə məhkəmə hazırlıq iclası, 4 dəfə isə məhkəmə baxışı iclası (axırıncısı 17 yanvar 2023-cü il tarixdə olmaqla) keçirilmişdir.

76. Eləcə də, iş materialları ilə iddiaçının apellyasiya instansiyası məhkəməsində həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırması təsdiq olunmur. Halbuki Azərbaycan Respublikasının MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

77. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Lakin iddiaçının kassasiya şikayətində qeyd etdiyi yazılı qəbzin iddia ərizəsində sübutlar siyahısında göstərməsi və ya həmin qəbzi iddia ilə birgə təqdim edə bilmədiyini iddia ərizəsində göstərməsi iddiaçının məhkəməyə verdiyi iddia ərizəsi ilə təsdiqlənmir.

78. Belə olan təqdirdə məhkəmələr tərəfindən kassasiya şikayətində qeyd edilən yazılı qəbz nəzərə alınmazkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

79. Kollegiya bildirir ki, sübutları araşdırm aq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Ona görə də kassasiy a şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2023-cü il tarixli 2(103)2510/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar