Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3465/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə birgə nikaha daxil o lmuşlar. Bu nikahdan xx.xx.2010-cu ildə Rəsul Nemətov, xx.xx.2013-cü ildə Yusif Nemətov və xx.xx.2014-cü ildə Vadim Nemətov adlı uşaqları doğulmuşdur. İddiaçı uzun müddət ərzində Rusiya Federasiyasında işləmiş, oradan ailəsinə pul vəsaitləri göndərmişdir. Cavabdeh isə uşaqları və iddiaçının valideynləri ilə birlikdə Qusar rayonunda yaşamışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşaqların anası Cavabdeh yanında qalması və hər ay uşağa görə 140 manat, cəmi isə 420 manat İddiaçı tutulması qət edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin alimentin miqdarı azaldılaraq hər ay hər bir uşağa görə 100 (bir yüz) manat müəyyən edilmişdir.
2. İddiaçı bildirir ki, 2014-cü ildən 2018-ci ilə qədər ev və torpaq sahəsinin alınması üçün cavabdehə bank vasitəsilə müxtəlif vaxtlarda 1.197.000 rusiya rublu, 7.626,84 manat pul vəsaiti göndərmişdir. Buna baxmayaraq, cavabdeh həmin pulu təyinatı üzrə deyil, ondan xəbərsiz başqa məqsədlərə xərcləmiş, həmçinin valideynlərinə vermişdir.
3. Cavabdeh isə bildirir ki, iddiaçının RF-dən göndərdiyi bütün vəsaiti yalnız ailə tələbatının ödənilməsinə sərf etmişdir, iddiaçı ilə ümumiyyətlə ev və ya torpaq sahəsinin alınması barədə danışıqları olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh qızına göndərilmiş 1.197.000 (bir milyon yüz doxsan yeddi min) Rusiya rublu və 7.606,84 (yeddi min altı yüz altı manat səksən dörd qəpik) manat məbləğində pul vəsait i tərəflər arasında bərabər hissələrə bölünməklə həmin pul vəsaitlərinin 50 faiz hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınmasına və 598.500 (beş yüz doxsan səkkiz min beş yüz) Rusiya rublu və 3.803,42 (üç min səkkiz yüz üç manat qırx iki qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh qızından tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qusar Rayon Məhkəməsinin (hakim R.Kazımov) xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli pul vəsaitinin iddiaçı tərəfindən torpaq sahəsinin və fərdi yaşayış evinin alınması üçün cavabdehə göndərilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakim lər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və orada işləyir. O, 2014-cü ildən 2018-ci ilə qədər müxtə lif vaxtlarda ev və torpaq sahəsinin alınması üçün həmin vaxt arvadı olmuş Cavabdeh bank vasitəsilə 1.197.000 rusiya rublu, 7.626,84 manat pul vəsaiti göndərmişdir. Lakin Cavabdeh həmin pulu evin və ya torpağın alınmasına deyil, başqa məqsədlərə xərcləmiş, həmçinin valideynlərinə vermişdir. Həmin pulun xərclənməsinə isə iddiaçıdan razılıq almamış, ümumiyətlə bu hərəkətlərindən iddiaçının xəbəri olmamışdır. Cavabdeh onu aldadaraq həmin pula torpaq sahəsi aldığını bildirmiş, uşaqlar üçün gələcəkdə bir şərait yaradmaq məqsədi ilə onun tərəfindən göndərilən pulu yığdığını bildirmiş, sonuncu isə həyat yoldaşı olduğuna görə Laləyə inanmışdır. Lakin, Cavabdeh göndərilən pulları aralarında olan razılıq əsasında müəyyən olunan təyinatı üzrə xərcləməmişdir. İddiaçı aldatmışdır, pulu öz şəxsi ehtiyac larına və öz valideyinlərinə xərcləmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv olaraq kifayət qədər araşdırmadan, müəyyən edilmiş faktiki hallara tədbiq edilməli qanun normalarına uyğun qiymət verməyərək, tələsiklə qanunsuz qərar qəbul etmişdir. Belə olan halda mübahisəli qətnamənin ləğv olunmasına zəruri əsas vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cav abdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
13. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
14. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir.
15. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
16. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiy a baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birgə nikah dövründə tərəflərin əldə etdikləri gəlir onların birgə mülkiyyəti hesab olunduğu kimi həmin gəlirin xərclənməsi də onların iradəsi əsasında ailənin, ailə üzvlərinin ehtiyaclarına xərclənir (§12,16).
25. İşin tədqiq olunan faktiki hallarından və tərəflərin izahatlarından görünür ki, birgə nikah dövründə İddiaçı tərəfindən Cavabdeh qızına pul göndəri lmiş, cavabdeh tərəfindən də həmin məbləğ uşaqlara, ailənin şəxsi ehtiyaclarına xərclənmişdir. İddiaçı həmin məbləğin ev və sair daşınmaz əmlakın əldə edilməsi məqsədilə göndərildiyini bildirsə də məhkəmə kollegiyası hesab etmişdir ki, ailəvi xərclər içərisində öncüllüyü uşaqların saxlanması, ailənin həyati ehtiyaclarının ödənilməsi təşkil edir və bu təminatın saxlanması üçün cavabdeh alınan məbləği həmin istiqamətdə xərcləməklə ailənin birgə mülkiyyətində israfçılığa, hər hansı bir hüquq pozuntusuna yol veməmişdir. Belə olan halda iddiaçının qeyd olunan məbləği tələb etməsi barədə iddiasının da heç bir hüquqi əsası yoxdur.
26. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da bildirir ki, iddiaçı, tələbinin əsasında duran hallara dair sübutları məhkəmələrə təqd im etməmişdir. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§18-19).
27. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
28. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud ol mayan kimi rədd edə bilər.
29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli iş üzrə xx