Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3465/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsızlığı və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, subyektiv hüquq, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)2013/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibat i binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 11 avqust 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında 07 aprel 2017-ci il t arixində müqavilə bağlanmışdır. 2. 28 oktyabr 2019-cu il tarixdə bağlanmış Əvəzləşdirmə müqaviləsi ilə İddiaçı MTK Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 45 kv.m olan 68 saylı mənzilin əvəzinə güzəştli şərtlərlə binanın C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56,6 kv.m və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 kv.m 2 otaqdan ibarət olan təmirsiz, kirayə haqqı ödənilmədən mənzilləri mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə onlara məxsus mənzili söküntü üçün MTK-ya təhvil verməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşlər. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış 02 fevral 2022-ci il tarixli məktubla tərəflər arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli müqavilə üzrə C bloku 9-cu mərtəbədə 30 sayl ı 1 otaqlı 56.6 kvadrat metr və D blokunda 8-ci mərtəbədə 26 saylı 88 kvadrat metr 2 otaqdan ibarət mənzillərin təmir üçün hazır vəziyyətdə olunması bildirilmişdir. 3. ünvan 1 ünvanında yerləşən 68 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin anası X2 adına qeydə alınmış, sonuncu 31 may 2018-ci il tarixli müqavilə ilə mənzili Cavabdeh bağışlamışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi iddiaçı Səfərov Rövşən Rafiq oğlunun (hazırki iş üzrə cavabdehin atası) iddiası təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair X3 ilə Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqav iləsinin və həmin müqavilə əsasında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış 05 iyun 2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılması qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Səfərov Rövşən Rafiq oğlu 31 oktyabr 2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus C blokunda 9-cu mərt əbəsində, 30 saylı 1 otaqlı 56,6 kv.m və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 kv.m 2 otaqdan ibarət təmirsiz, kirayə haqqı ödənilmədən mənzillərin əvəzinə ünvan 2 ünvanında iddiaçı tərəfindən inşa edilən yaşayış kompleksində mənzillərin sayının azalması səbəbində başqa sakinlərə verdiyi kimi, 77 kv.m. təmirli və ya 101 kv.m. təmirsiz bir mənzilin verilməsinin aylıq kirayə haqlarının hesablanması şərti ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia belə əsaslandırılmışdır ki, tərəflər arasında olan 28 oktyabr 2018-ci il tarixli müqavilənin icrası qeyri-mümkündür. Belə ki, iddiaçı tərəfindən inşa olun çoxmərtəbəli binanın layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İcra Hakimiyyəti tərəfindən dəyişikliklər aparıldığından, 16 mərtəbəli bina tikilmə si nəzərdə tutulsa da, 9-10 mərtəbəli bina tikilməsi üçün razılıq əldə olunmuşdur.
8. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56,6 kv.m və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 kv.m 2 otaqdan ibarət mənzillərə dair bağlanmış 28 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və əmlakların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Dəqiqləşdirilmiş iddia belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlanarkən cavabdehin müqavilə bağlanmasına hüququ olmamış və mənzillə bağlı məhkəmə mübahisəsinin olması MTK-dan gizlədilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(005 )-2648/2022 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı MTK ilə Cavabdeh arasından bağlanmış 28 oktyabr 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsasını ünvan 3 ünvanında yerləşən mənzilə dair cavabdehin hüquqlarının qanuni qüvvəsini almış məhkəmə aktı əsasında etibarsız sayılmasıdır. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız olması müəyyən olunmuşdur. Hazırki, iş üzrə mübahisə predmeti olan İddiaçı MTK ilə Cavabdeh arasında olan Əvə zləşdirmə müqaviləsi 28 oktyabr 2019-cu il tarixdə bağlanmışdır. Qeyd olunan müqavilənin cavabdeh tərəfindən bağlanmasına əsas olmuş bağışlanma müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında cavabdehin malik olduğu hüquqlar həmin tarixdən yəni 4Ə/116 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsi bağlandığı tarixdən etibarsız hesab edilir. Belə olan halda iddiaçının tələbinin mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslı olması müəyyən edilir.
12. Bundan başqa, iddia tələbinin ikinci “C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56,6 kv.m və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 kv.m 2 otaqdan ibarət mənzillərin geri qaytarılması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələbin birinci hissəsi üzrə məhkəmə araşdırması nəticəsində mübahisə predmeti olan müqavilənin etibarsız olması öz təsdiqini tapmışdır. Belə olan halda həmin müqavilənin predmeti olmuş, tərəflərin həmin predmeti üzrə razılaşdırılmış hüquq və öhdəliklərinə münasibətdə yaranmış zəruri vəzifələrinin əvvəlki vəziyyətə qaytarılması şərti aktualdır. Lakin hazırki halda tələbin ikinci hissəsi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, habelə məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə iclaslarında cavabdeh mübahisə predmeti olan mənzillərin təhvil verilməməsi bildirilmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 149.2, 157.5, 158.3, 337.1, 337.2, 337.3, 337.4 və 340.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 82.3, 217.4, 218.3-cü madd ələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(005)-2648/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-2013/2023 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(005)-2648/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə də iddia tələbi təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əvvəla, iddianın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesa b edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar yuxarıda müqavilənin etibarsızlığı ilə bağlı normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
18. Əqdin etibarsızlığının irəli sürülməsi halında mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçı MTK-nın 28 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsızlığını və mənzillərin geri qaytarılması tələbini irəli sürməsi üçün mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu. Belə ki, iddiaçının ilk tələbi ilə dəyişdirilmiş tələbi arasındakı fərq, yəni tələbin əsasını tam dəyişməsi onun hüquqdan pis niyyətlə sui-istifadə etdiyinə dəlalət edirdi. Çünki, iddiaçı birinci tələbin məzmununda sonradan etibarsızlığını tələb etdiyi müqaviləni etibarlı əqd kimi qəbul edir, yalnız fors-major hallara istinad edərək cavabdehə 2 m ənzil əvəzinə, təmirli və ya təmirsiz 1 mənzil verilməsinin təmin edilməsini məhkəmədən xahiş edirdi. Lakin sonradan, qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğunu öyrəndikdən sonra tələbinin əsasını dəyişib tərəflər arasında müqavilə bağlanarkən Cavabdeh subyektiv hüququnun olmadığını, yəni müqavilə imzalanarkən cavabdehlə atası arasında məhkəmə mübahisəsinin olmasını MTK-dan gizlətdiyini əsas gətirib hazırki iddianı irəli sürmüşdür.
19. Əlbəttə, ilk baxışdan elə təəssürat yarana bilərdi ki, iddiaçı özünün deyil, cavabdehin mərhum atasının digər vərəsələrin mənafeyi naminə bu iddiasını dəyişmişdir. Ancaq birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma aparılmasına hansısa şərait yaratması işdən görünmür. Məhz bu məqsədlə apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və anası olsa da, mənzilin əvvəlki mülkiyyətçisi Zemfira Vakilova və mərhum Rövşən Səfərovun arvadı X4 mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilmiş və onların da üçüncü şəxs kimi iddiaya münasibəti öyrənilmiş və onlar da iddianın əsassız olduğunu təsdiqlədilər. Çünki, mübahisələndirilən müqavilənin etibarsızlığı nəticəsində iddiaçının təhvil verməli olduğu 2 mənzil özündə qalmış olur, sökülmüş mənzilin bərpası isə praktiki olaraq mümkünsüz sayılır. Ona görə də, hazırki iş üzrə tərəflər arasında müqavilə bağlanarkən Cavabdeh subyektiv hüququnun olmadığı arqumenti açıq-aşkar əsassız idi. Ən azından cavabdeh həmin vaxt sökülən mənzilin mülkiyyətçisi olmuş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində hüququ qeydə alınmışdır. Sonradan həmin mənzilin anası tərəfindən ona bağ ışlanmasına dair müqavilənin etibarsız hesab edilməsinin nəticələri də hazırki iddianın təmin olunmasına qətiyyən əsas vermirdi. Çünki, bu günün özündə də, hətta nəzəri cəhətdən sökülən mənzil mərhum Rövşən Səfərovun mülkiyyətində qalmış olsaydı belə, yenə də cavabdeh mirasqoyanın dörd birinci dərəcə vərəsələrindən biri kimi MTK ilə bağladığı müqavilə etibarlı sayılmalıdır. Başqa sözlə, apellyasiya baxışı zamanı işə cəlb edilmiş şəxslərin izahatlarından və 05 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən bəlli olur ki, miras qoyanın 4, o cümlədən Cavabdeh da daxil olmaqla qanun üzrə birinci dərəcə vərəsəsi vardır. Demək ki, müqavilə imzalanarkən cavabdeh atası ilə arasında məhkəmə mübahisəsinin olmasını MTK-dan gizlətmiş olması belə nəinki iddiaçıya hazırki iddianı irəli sürməyə əsas vermirdi, hətta bu əsasla iddia qaldırmağa subyektiv hüquq da əldə etməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, hətta qəbul etsək ki, Cavabdeh MTK ilə 28 oktyabr 2019-cu il tarixli müqaviləni mərhum atası Rövşən Səfərovun razılığı olmadan bağlamışdır, bu vəziyyətdə də sonuncunun birinci dərəcə vərəsəsi olan Zərifə Tağıyevanın və mənzilin əvvəlki mülkiyyətçisi olan Zemfira Vakilovanın hazırki iddianın əsassız olduğunu bəyan etmələri faktiki olaraq mübahisələndirilən müqavilənin bağlanmasına razılığının ifadə etməsinə və bəyənməsinə dəlalət edir.
21. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətl əri qurarkən, yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən, yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis ni yyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 5.3, 337.1, 337.2, 337.5, 385.1, 386.1, 386.2, 390, 399.3, 399.4, 425.1, 425.2, 427.5, 430.1, 442 və 528-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-2013/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respu blikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 337, 340-cı, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi lazımi araşdırma aparmamış, işin faktiki hallarını və əvvəlki məhkəmə qətnamələri ilə müəyyən olunan halları düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı kassasiya şikayətində maddi və prosessual hüquq normalarını sadalanmaqla kifayətlənmiş, bu iddianın verilməs inə əsasın nədən ibarət olmasını göstərməmişdir. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırmas ı hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
34. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanan əvəzləşdirmə müqaviləsinin predmeti olan mənzi lin cavabdehin mülkiyyətinə keçməsinə əsas olmuş bağışlama müqaviləsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edilməsi iddiaçıya bu tələbi irəli sürməyə subyektiv hüququ vermir.
35. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yəni, iddiaçının mübahisələndirilən müqavilə ilə subyektiv hüququnun pozulması işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən olunmamışdır. 36. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkan ı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
37. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bağışlama müqaviləsi etibarsız hesab olunsa da, həmin təl əb üzrə iddiaçı olmuş Səfərov Rövşən Rafiq oğlu vəfat etmiş, sonuncunun vərəsələri isə bağlanılan müqaviləni bəyənmiş və mübahisələndirməmişlər. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının ilkin tələbini və sonradan tələbin əsasının dəyişməsini əsas götürərək düzgün olaraq hesab etmişdir ki, iddiaçı hazırki tələbi irəli sürməklə hüquqdan sui-istifadə etmək niyyətindədir.
38. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı maddi hüquq normalarının pozulması kimi Mülki Məcəllənin 337 və 340-cı maddələrini qeyd etsə də, bu mövqeyini əsaslandırmamış, müqavilənin etibarsızlığı üçün qanunvericilikdə olan konkret müddəalara istinad etməmişdir.
39. Həmçinin qeyd olunmalıdır ki, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı cavabdehlə atası arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə qəbul edilən məhkəmə qərarları hazırki iş üçün preyudisial əhəmiyyətə malik deyil və iddiaçıya bu tələbi irəli sürməyə hüquq vermir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
40. Bu səbəbdən məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-2013/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətid