Məhkəmə qərarları › İş №2(102)-3466/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3466/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3466/2023 02.08.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD (Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə) Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3302/2023 saylı iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdehl "xxxx" MTK-ya, qarşı “öhdəliklərin icrası tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3302/2023 saylı iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK kassasiya şikayəti vermişdir. Məh kəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümükün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinin məzmununu müəyyən edən 407.3-cü maddəsinin tələblərinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırkı kassasiya şikayəti cavabdeh "xxxx" MTK-nın adından xx.xx.2023-cü il tarixli etibarnamə əsasında Vəkil tərəfindən imzalansa da, qeyd edilən etibarnamədə Vəkil məhkəmə aktından şikayət vermək səlahiyyəti verilməmişdir. Belə olan halda kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya və zifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və işlə birlikdə müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh "xxxx" MTK-nın Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3302/2023 saylı iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar