Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3466/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, istifadə hüququna xitam verilməsi, bağ evindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və bağ evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3794/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1219 saylı bağ Hacıyeva Naibə tərəfindən (X10 vasitəsilə) İddiaçı 92.000.000 manata satılmışdır. Həmin bağ evi tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-570/2013 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X1 İddiaçı qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyinə görə əsassız hesab olunmuş və iddia rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-149/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi müqavilənin etibarsızlığı barədə əsaslar müəyyən edilmədiyinə görə əsassız hesab olunmuş və rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini alımışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-428/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə, X4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi idarəsinə, İddiaçı, 25 saylı notariat kontoruna, X6 və 3-cü şəxslər Elşən Rəsulova və Arif Qaraşova qarşı alqı-satqı müqaviləsini n etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə eyni predmetlə bağlı eyni şəxslər arasında mübahisəyə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıldığına görə icraata xitam verilmişdir.
5. Mərdəkan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Əsgərova X14 qəsəbəsi, 1219 saylı bağ ünvanında qeydiyyatdadırlar. Onların həmin ünvanda nə vaxtdan qeydiyyatda olmaları və hal-hazırda həmin ünvanda kimlərin yaşaması barədə heç bir məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə), Cavabdeh2 Xəzər rayonu, Mə rdəkan qəsəbəsi 1219 ünvanında yerləşən bağ sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin bağ sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən bağ evinin tam mülkiyyət hüququ ilə mülkiyyətçisidir. Qeyd olunan mənzil 2005-ci ilədək bibisi X7 məxsus olmuş və həmin evdə təkbaşına yaşamışdır. xx.xx.2005-ci ildə X11 mülkiyyətində olan bağ sahəsinin satılması üçün öz qardaşı – yəni onun atası olan X9 etibarnamə vermişdir. Bundan sonra xx.xx.2005-ci ildə onunla Hacıyeva Naibənin etibarnamə əsasında nümayəndəsi X12 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin bağ sahəsinin müqabilində tərəfindən köhnə valyuta ilə 92.000.000 manat ödəniş edilmişdir. Həmin müqavilə əsasında sözüg edən əmlak xx.xx.2006-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyesterində onun adına qeydiyyata alınmış və MH0004109 nömrəli müvafiq çıxarış əldə edilmişdir. Bağ sahəsinin mülkiyyət hüququ ona keçsə də, Hacıyeva Naibə tənha və kimsəsiz qadın olduğundan vəfat etdiyi günədək həmin mənzildə yaşamağa davam etmiş və buna onun tərəfindən heç bir maneə törədilməmişdir. Bu alqı-satqıdan bir müddət sonra digər bibisinin oğlu Rusiya Federasiyasında yaşayan Kərimov Tələt və arvadı Cavabdeh1 Azərbaycana geri döndükdən sonra Hacıyeva Naibəni öz evlərinə aparmış və onun qocalığından və xəstəliyindən istifadə edərək bu alqı-satqı müqaviləsini etibarsız etmək üçün ona müxtəlif təziqlər etmiş, qorxutmuş və hədə-qorxu gəlməyə başlamışdırlar. Bəzən bu təziqlər hətta yaşlı və köməksiz qadının döyülməsi ilə belə nə ticələnmişdir. X21 və arvadı Cavabdeh1 alqı-satqının etibarsızlığını onunla əsaslandırmışdırlar ki, sözügedən bağ sahəsi 2002-ci ildə Hacıyeva Naibə tərəfindən onlara vəsiyyət edilmiş, onlar isə bunun müqabilində hər ay X8 pul göndərmişdirlər. Halbuki, heç də iddia edildiyi kimi onlara bu bağ sahəsi deyil, ünvan 3 ünvanında yerləşən mənzil miras qalmışdır və göndərilmiş olan pulların onun mülkiyyətində olan və mübahisə predmetini təşkil edən bağ sahəsi ilə heç bir əlaqəsi yoxdur. Sözügedən vəsait hər ay atası Abbasov Arif tərəfindən bank vasitəsilə təhvil alınaraq Hacıyeva Naibəyə çatdırılmışdır. Lakin bu təhvil-təslim bacı-qardaş arasında baş tutduğundan, atası Abbasov Arif həmin təhvil-təslimi heç bir vasitə ilə rəsmiləşdirməmiş, ümumiyyətlə buna ehtiyac duymamışdır. Sözügedən pul vəsait lərinin Hacıyeva Naibəyə təhvil verildiyini təsdiq edən heç bir sənəd olmadığından X15 və Cavabdeh1 məhkəmə qaydasında həmin vəsaitin atasından tutularaq onlara ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsinə nail olmuşdurlar. Nəticə etibarilə atası Abbasov Arif vaxtilə tam həcmdə çatdırdığı pulları yenidən hissə-hissə ödəmək məcburiyyətində qalmışdır. Atası vəfat etdikdən sonra isə Kərimov Tələt və Cavabdeh1 2011-ci ildə Səbail Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X12 tərəfindən iddiaçıya bağışlanmış olan ünvan 4 ünvanında yerləşən mənzilin hərracda satılaraq 20.300 (iyirmi min üç yüz) manat məbləğində vəsaitin atasının adından onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(009)-1233/11 saylı qətna məsi ilə iddia rədd edilmişdir. Bütün bu müddət ərzində Kərimov Tələt və Cavabdeh1 artıq Mərdəkan qəsəbəsində yerləşən həmin bağ sahəsindən onun və yaxınlarının istifadəsini tamamilə məhdudlaşdırmış, həmin ərazini faktiki olaraq qanunsuz şəkildə zəbt etmiş, hətta yaxınlaşmaqlarına belə icazə verməmiş, bitişik ərazidə yerləşən qohumlarının evlərinə getdikləri vaxtlarda belə onları nalayiq ifadələrlə təhqir etməkdən, hədə qorxu gəlməkdən belə çəkinməmişdirlər. Hətta Cavabdeh1 dəfələrlə həmin vaxtlar həyatda olan mərhum anası X5 iş yerinə, onun evinə gələrək səs-küy salmış, yaşadıqları mənzilin qapı və pəncərələrinə zərər vurmuş, həyat yoldaşını ictimai yerlərdə nalayiq ifadələrlə təhqir etmiş, qonşular arasında nüfuzlarına zərər vermiş, anasına və uşaqlarına zərər verməklə hədə qorxu gəlmişd ir. Bu barədə dəfələrlə polis və prokurorluq orqanlarına şikayətlər etsələr də, heç bir faydası olmamış, Cavabdeh1 və X21in xuliqanlıq əməlləri cəzasız qalmışdır. Qeyd edilən faktı təsdiq edən müvafiq hüquq mühafizə orqanlarına yazılmış ərizələr, izahatlar, həmin orqanların qərarları da mövcuddur. Nəticə etibarilə, bu hədə-qorxudan qorxaraq Hacıyeva Naibə təziq altında qalaraq iddiaçı ilə baş tutan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 2012-ci ildə Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-(003)-570/2012 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bununla kifayətlənməyən Cavabdeh1 2014-cü ildə Xəzər Rayon Məhkəməsində özü iddiaçı qismində eyni məzmunlu iddia qaldırmışdır. Həmin id dia Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-1491/2014 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh1 onun qanuni mülkiyyətçi olduğunu, ona məxsus əmlakı qanunsuz olaraq sahibliyində saxladığını bildiyinə görə ardarda əsassız iddialar verməklə prosesi uzatmağa və onun daim müdafiə olunma mövqeyində saxlamağa cəhd göstərmiş və müəyyən mənada bu istəyinə nail olmuşdur. Belə ki, 2016-ci ildə Cavabdeh1 hələ də özü şəxsən və bibisi Hacıyeva Naibə vasitəsilə eyni məzmunlu iddialar qaldırmağa davam etmişdir. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışına əsasən, ona məlum olmuşdur ki, həmin bağda xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx. 2019-cu il təvəllüdlü azyaşlı X13 qeydiyyatdadır. Həmin şəxslər sözügedən mənzilə 2005-ci ildən sonra, yəni iddiaçının mülkiyyət hüququ əldə etməsindən sonra qeydiyyata alınmışdır. Lakin həmin şəxslərin qeydiyyata alınmasına onun tərəfindən heç bir notarial razılıq verilməmişdir. Adı çəkilən şəxslərin mənzilə hansı şəkildə qeydiyyata alınmaları ona məlum deyildir. Daha əvvəl baş verən məhkəmə mübahisələri əsnasında həmin şəxslərin qeydiyyata düşmək üçün X3 qalmış çıxarışı istifadə etməklə qanunsuz olaraq qeydiyyata alınmışdırlar. Cavabdeh1 və ailə üzvlərinin ona məxsus əmlakdan istifadəsinin heç bir hüquqi əsası yoxdur.
8. Məhkəmə iclasında Cavabdeh2 göstərmişdir ki, iddia tələbini qəbul edir. Sözügedən evə o, 2017-ci ildə pul verməklə qeydiyyata düşüb. 2024-cü ilin noyabrında isə həmin evdən qeydiyyatdan çıxıb və oğlunun evinə qeydiyyata alınıb. Həmin ünvanda heç vaxt yaşamayıb.
9. Məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, Şəhla onun qızıdır. Sözügedən bağ sahəsində o, 2005-ci ildən bu günədək yaşayır. Bu tikili 2 otaqdan ibarətdir. Orada faktiki olaraq özü, qızı Şəhla və Şəhlanın oğlu Ruslan yaşayır. Gülnarə əri Tələtin (2020-ci ildə vəfat etmişdir) dayısı qızıdır. Gülnarə həmin evdə heç vaxt yaşamayıb. Naibə əri Tələtin xalasıdır. 1987-ci ildən bəri onlar Naibəyə baxıblar.2005-ci ildə Naibə ilə birgə yaşayıblar. Gülnarə Naibənin bibisi qızıdır. Onlar 1987-ci ildən 2005-ci ilədək Murmanskda yaşayıblar. Oradan Naibəyə pul göndərirdilər. Lakin Naibə ayağını sındırdıqdan sonra onların göndərdiyi pulları bankdan almaq üçün qardaşı Arifə etibarnamə vermişdir. Arif etibarn amədən istifadə edərək evi qızı Gülnarəyə guya satmışdır. O, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 2010- 2012-ci illərdə məhkəməyə müraciət etmişdir. Naibə 2020-ci ilin mart ayında vəfat etmişdir
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 aprel 2025-ci il tarixli 2(003)-447/2025 nömrəli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılması qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərdən Cavabdeh2 mübahisəli bağ evində indiyə qədər yaşamamışdır. O, pul verərək həmin evə qeydiyyata düşmüşdür. Bu səbəbdən onun həmin evə istifadə hüququ yaranmayıb və itirilə bilməz. İddia tələbi Cavabd eh2 ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüququnun itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir.
12. Məhkəmədə həmçinin müəyyən etmişdir ki, cavabdehlərdən Cavabdeh2 həmin bağ evində heç vaxt yaşamayıb və yaşamır. Bu səbəbdən, o həmin evdən çıxarıla bilməz.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 mübahisəli bağ evindən çıxarılması hissəsində əsassız olduğundan rədd edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən bağ evində yaşayırlar. Lakin, onların həmin evdən istifadə hüququnun mövcud olması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşmaları yoxdur.
15. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh3 həmin evə dair istifadə hüquqları yaranmayıb və itirilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilməsi tələbi əsassızdır və təmin edilə bilməz.
16. Məhkəmə iddia tələbini qismən təmin edərkən mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli bağ evi tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən İddiaçı mülkiyyətindədir. Belə olan halda, İddiaçı cavabdehlərin özünə məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır.
17. Məhkəmə hesab etmişdir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) ünvan 2 ünvanında yerləşən bağ evindən çıxarılmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 152.5, 228.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216 -220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun həmin evdə 2005-ci ildən indiyə qədər 20 il ərzində yaşamağını nəzərə almamışdır. 2005-ci ildən mübahisəli evə dair hüquq münasibətinin yaranmasına baxmayaraq, məhkəmə həmin vaxtda qüvvədə olan Mülki Məcəllənin müddəalarını tətbiq etməmişdir. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi saxtadır, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli ev xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 mülkiyyətindədir. İddiaçının çıxarışında evin 1 otaqlı olması göstərilir. Halbuki, evə dair bütün sənədlərdə və faktiki olaraq ev 2 otaqdan ibarətdir. Bakı şəhəri 7 saylı Notariat Ofisinin 1 aprel 2025-ci il tarixli məktubundan görünür ki, N.Hacıyevadan miras qalan əmlaka dair vərəsəsi kimi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Ona görə də reyestr xidmətindən hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi xahiş olunmuşdur. Əgər mübahisəli ev İddiaçı adına qeydiyyata alınmışdırsa, notarius həmin evə dair hüququn mirasqoyan Nayibə Hacıyevaya məxsus olması barədə arayış verilməsi barədə məktubla DƏDRX-yə müraciət etməzdi. Nəzərə almaq lazımdır ki, N.Hacıyevə tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən həmin ev və digər əmlaklar ona vəsiyyət edilmişdir. İddiaçı isə saxta alqı-satqı müqaviləsi və saxta çıxarışla mə hkəmələri aldatmış və evin özünə məxsus olduğunu göstərmişdir. ünvan 5 ünvanlanmış 1 aprel 2025-ci il tarixli məktubdan görünür ki, mübahisəli evə dair hüququn miras qoyan Nayibə Hacıyevaya məxsus olmasına dair arayış verilməsi xahiş olunmuşdur. Bu o dəməkdir ki, ev hələ də mərhum Nayibə Hacıyevanın adındadır və o da mərhumun vəsiyyətnamə üzrə vərəsəsidir. İddiaçı ilə bağlanmış saxta alqı-satqı müqaviləsində evin 1 otağının satıldığı qeyd olunmuş, ona aid çıxarışda da evin 1 otağına mülkiyyət hüququnun qeydə alındığı göstərilmişdir. Halbuki, mərhuma məxsus sənədlərdə və faktiki vəziyyətdə evin iki otağı mövcuddur. Məhkəmə həmin halların heç birinə hüquqi qiymət verməmişdir. Əgər evin 1 otağı iddiaçının adına qeydiyyata alınıbsa, iddiaçının onu necə ikinci otaqdan çıxardığı kifayət qədər ət raflı araşdırılıb ona hüquqi qiymət verilməmiş, həmçinin onun evdə vərəsəlik hüquqularının və istifadə hüquqularının olub-olmadığına hər hansı hüquqi qiymət verilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3794/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Sabit Bəhrəmzadə və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-447/2025 nömrəli iş üzrə 23 aprel 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (Cavabdeh1 şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli bağ evi iddiaçının mülkiyyətindədir və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (azyaşlı övladı ilə birlikdə) həmin ünvanda yaşamaqda davam edirlər.
23. İddiaçı mübahisəli daşınmaz əşyanı 21 dekabr 2005-ci ildə alqı-satqı yolu ilə almışdır. Mülkiyyətçi kimi onun hüquqları 27 mart 2006-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
24. Bağ evinin əvvəlki müəliyyətçisi, həmçinin hazırkı iş üzrə apellyator tərəfindən alqı-satqı müqaviləsinin etibarsızlığına dair qaldırılmış iddialar məhkəmələr tərəfindən təmin edilməmişdir.
25. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Cavabdeh mübahis əli bağ evində 20 ildir yaşadığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
27. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28. “AzeMis” Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 xx.xx.2002ci ildə şəxsiyyət vəsiqəsi alarkən Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olmuşdur. xx.xx.2017-ci il tarixdə növbəti şəxsiyyət vəsiqəsini alarkən artıq mübahisəli ünvanda qeydiyyatda olmuşdur.
29. Göründüyü kimi bağ evi iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının ailə üzvü olmamışdır.
30. Cavabdehin mübahisəli bağ evinin əvvəlki mülkiyyətçisi Nayibə Hacıyeva ilə də yaşayış sahəsindən istifadə qaydasına dair notariat qaydasında təsdiq olunmuş yazıl ı razılaşması olmamışdır.
31. İşdə olan iddiaçı ilə mərhum Nayibə Hacıyeva arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, sonuncunun bağ evinə olan hüquqları xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh isə bildirir ki, 20 ildir həmin bağda yaşayır. Deməli, Cavabdeh1 2005-ci ildə bağa köçərkən və qeydiyyata alınarkən (özünün deməsinə görə) bağ evi artıq mərhum Nayibə Hacıyevanın mülkiyyətində idi və bağdan istifadə hüququnun yaranması üçün MM-nin 228-ci maddəsində nəzərdə tutulmuş yazılı razılaşma tələb olunurdu.
32. Beləliklə Cavabdeh1 nə mərhum Nayibə Hacıyeva, nə də iddiaçı ilə hər hansı yazılı razlışması olmamışdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına əsasən, xüsusi mülkiyyət də olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı xx.xx.2000-ci il tarixədək yaranmış münasibətlər Mənzil Məcəlləsinin 123-cü maddəsi, həmin tarixdən sonra isə Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar üzrə müəyyən edilməlidir.
34. Belə olan halda, hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir ki, həmin norma da yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan yazılı razılaşmanın olmasını tələb edir.
35. Yuxarıdakılara istinadən apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, çünki cavabdehin mübahisəli bağ evindən istifadə hüququ yaranma mışdır. Cavabdehə münasibətdə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması tələb olunur ki, hazırkı işdə də belə razılaşma yoxdur.
36. Göründüyü kimi cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Belə olduqda isə iddiaçı onun iradəsi ziddinə evində yaşayanları evdən çıxarmaqda haqlıdır.
37. Evin 2 otaqdan ibarət olması və onun yalnız 1 otağının iddiaçıya satılmasına münasibətdə kollegiya qeyd edir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan bağ evinin paylı mülkiyyətdə olması halı müəyyən edilmir.
38. Həmçinin xx.xx.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən bağ evinin hansısa hissədə satılması halı müəyyən edilmir.
39. Apellyasiya şikayətinin dəlilləri haz ırkı iş üzrə qətnamənin ləğv edilməsi əsaslı hesab edilə bilməz.
40. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü maddəsinin İ, 29-cu maddənin İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,152.3, 152.5, 228.1, 228.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 82.3, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 22 8-ci maddəsinin tətbiq edilməli olması ilə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Ona görə ki, mübahisəli bağ evinin ilkin hüquqi qeydiyyata alındığı xx.xx.2004-cü il tarixdə artıq iddiaçı həmin bağ evində yaşıyırdı və xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi bağlananda artıq iddiaçının köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən istifadə hüququ yaranmışdır. Həmçinin 14 dekabr 2005-ci il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin 228.5-ci maddəsi hələ Məcəlləyə əlavə edilməmişdi. Bundan başqa, İddiaçının çıxarışında evin 1 otaqlı olması göstərilir. Halbuki, evə dair bütün sənədlərdə və faktiki olaraq ev 2 otaqdan ibarətdir. Evin bir otağının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi, ilkin qeydiyyat sənədlərində 2 otaqlı olması və Cavabdeh1 da həmin qeydiyyatdan ke çməyən otaqda 20 ildən artıq yaşadığına apellyasiya məhkəməsi tərəfindən hər hansı hüquqi qiymət verilməmişdir. Daşınmaz əmlakın rəsmi reyestrində qeydə alınan evin ölçüləri onun faktiki ölçüləri ilə üst-üstə düşmür. Belə ki, cavabdeh faktiki olaraq rəsmi reyestrdə qeydə alınmayan hissədə yaşasa da məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək cavabdehin həmin hissədən də çıxarılması nəticəsinə gəlmişdir.
43. Apellyasiya məhkəməsinin qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarlımamışdır. Belə ki, mübahisəli hüquq münasibəti yaranan zaman Mülki Məcəllənin 228.5-ci maddəsi qüvvədə olmamış, Cavabdeh1 mübahisəli bağ evində yaşayanda bağ evi hələ ilkin hüquqi qeydiyyata alınmamışdı. Həmçinin Cavabdeh1 bağ evinin daşınmaz əm lakın dövlət reyestrində qeydiyyatdan keçməyən otağında yaşayıb-yaşamadığı araşdırılmamış və buna heç bir hüquqi qiymət verilməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olduğu halda apellyasiya məhkəməsi qətnaməsini kifayət qədər əsaslandırmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamışdır.
44. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3794/2025 s aylı, 5 avqust 2025-ci il tarixli qətnaməsini qüvvədə saxlayaraq, kasassiya şikayətinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
46. Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
47. Maddə
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
49. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
50. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
51. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərt lə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
52. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.
55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisəli bağ evində 20 ildir yaşadığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bağ evi iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının ailə üzvü olmamışdır. Cavabdehin mübahis əli bağ evinin əvvəlki mülkiyyətçisi Nayibə Hacıyeva ilə də yaşayış sahəsindən istifadə qaydasına dair notariat qaydasında təsdiq olunmuş yazılı razılaşması olmamışdır. İşdə olan iddiaçı ilə mərhum Nayibə Hacıyeva arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, sonuncunun bağ evinə olan hüquqları xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh isə bildirir ki, 20 ildir həmin bağda yaşayır. Deməli, Cavabdeh1 2005-ci ildə bağa köçərkən və qeydiyyata alınarkən (özünün deməsinə görə) bağ evi artıq mərhum Nayibə Hacıyevanın mülkiyyətində idi və bağdan istifadə hüququnun yaranması üçün MM-nin 228-ci maddəsində nəzərdə tutulmuş yazılı razılaşma tələb olunurdu. Beləliklə Cavabdeh1 nə mərhum Nayibə Hacıyeva, nə də iddiaçı ilə hər hansı yazılı razlışma sı olmamışdır. hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir ki, həmin norma da yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan yazılı razılaşmanın olmasını tələb edir. Cavabdehin mübahisəli bağ evindən istifadə hüququ yaranmamışdır. Cavabdehə münasibətdə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması tələb olunur ki, hazırkı işdə də belə razılaşma yoxdur. Belə olduqda isə iddiaçı onun iradəsi ziddinə evində yaşayanları evdən çıxarmaqda haqlıdır. Evin 2 otaqdan ibarət olması və onun yalnız 1 otağının iddiaçıya satılmasına münasibətdə kollegiya qeyd etmişdir ki, Hüquqları n Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan bağ evinin paylı mülkiyyətdə olması halı müəyyən edilmir. Həmçinin xx.xx.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən bağ evinin hansısa hissədə satılması halı müəyyən edilmir.
66. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də kassasiya kollegiyası əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür və apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandır ma ilə razılaşır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3794/2025 nö mrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.