Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3467/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3467/21 (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-469/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cav abdeh4 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birin ci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hərrac vasitəsilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Quba Ərazi İdarəsi tərəfindən 05.04.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyat aparılmış, həmçinin RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. 03.06.2019-cu il tarixli “Elektron notariat” X1 əldə olunan Çıxarışa əsasən İddiaçı-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində halhazırda iş üzrə cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar və onların mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlar ının icrasına məhdudiyyətlər yaradır. Həmin əmlakın qanuni özgəninkiləşdirilməsi cavabdehlərin iradəsindən asılı edilməkdədir. Belə ki, iddiaçı ilə cavabdehlər arasında hər hansı razılaşma yoxdur. Hazırki iş üzrə cavabdehlərin sözügedən mənzilə heç bir hüquqları olmadığından Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qediyyatda olmaları və orada yaşamalı qeyri-qanunidir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 dekabr 2019cu il tarixli 2(027)-2374/2019 nömrəli qətnaməsi ilə (hakim Xəqani Tağıyev) iddia tələbi təmin edilərək, İddiaçı-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və onun ailə üzvləri X2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabd eh1 və onun ailə üzvləri X4, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzil boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işə əlavə edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli Çıxarışından görünür ki, E saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı-nin adına rəsmiləşdirilmişdir. Ona görə də iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 2(105)-1175/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin 2(027)2374/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Cavabdeh1 bundan başqa yaşayış yerinin olmamasını, maddi və ailə vəziyyətinin ağır olduğu barədə gətirdiyi dəlili qəbul etmir, bu dəlil iddianın rədd olunması üçün əsas oluna bilməz. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün qənaətə gəlmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İlqar Xələfov) 2(102)-5030/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə birgə kasasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1175/2020 saylı, 04 iy un 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilərkən düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual pozuntuya yol verilmiş, apelyasiya instansiyası məhkəməsi bu pozuntuya əhəmiyyət verməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı bank hazırkı tələbində cavabdehlər Cavabdeh1, Ruhəngiz Qasımov və Cavabdeh3 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsini və cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılmasını xahiş etmişdir. İddia tələbini tam təmin etmiş birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Quba Rayon Məhkəməsində iddiaçı bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə baxılan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin boşaldılması və onların həmin evdən çıxarılması barədə tələbə baxılmış və məhkəmə tərəfindən iddia təmin edilmişdir. Hazırda bank tərəfindən həmin cavabdehlərə qarşı yenidən eyni tələblə, eyni predmet barəsində yenidən iddia irəli sürülmüş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi bu halı diqqətdən qaçıraraq prosessual pozuntuya yol vermiş, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Bund an başqa işdən görünür ki, iddiaçı bank məhkəməyə müraciət edərkən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh kimi göstərmiş, iddia tələbini həmin şəxslərə qarşı yönəltmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində yetkinlik yaşına çatmamış şəxs olan Cavabdeh4 münasibətdə də iddia tələbini təmin edərək prosessual pozuntuya yol vermişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-469/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(027)-2374/2019 saylı qətnaməsinin Cavabdeh1 və X3 dair hissədə lə ğv edilməsi, İddiaçı-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 və X3 dair hissədə xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-469/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(027)-2374/2019 saylı qətnaməsinin cavabdehlər Cavabdeh1 və X3 dair hissədə ləğv olunmaqla, həmin hissədə işin icraatına xitam verilməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadının nəzərə alınması, qətnamənin iddiaçının mülkiyyətin də olan Quba şəhəri, Vaqif küçəsində yerləşən 43 saylı fərdi yaşayış evindən Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaqla həmin yaşayış sahəsinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 21 fevral 2018-ci il tarixli hərracın yekunlarına əsasən ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 27412,50 manata İddiaçı-yə satılmışdır və hazırda da onun mülkiyyətindədir. İddiaçı həmin əmlaka dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona əsaslanaraq hesab edir ki, cavabdehlərin bu evdə yaşamaları və oradan istifadə etmələri onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İşin tədqiq olunan faktiki hallarından məlum olduğu kimi mübahisəli yaşayış evi ipoteka predmeti kimi hərraca çıxarılaraq satılmış və iddiaçı bankın mülkiyyətinə keçmişdir. Həmin ev 2011ci ildə ipoteka ilə yüklü edilərkən cavabdeh valideyinlər evin sakinləri kimi ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Həmin dövrdə Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşlarına çatmadıqları üçün belə bir öhdəlik götürmək iqtidarında olmamışlar. Daha öncə istinad olunan maddi hüquq normasında müəyyən edilmiş şərtlər, yəni evin boşaldılması barədə notarial öhdəlik götürülməsi ipoteka qoyanla birlikdə yaşayan yetkinli k yaşına çatmış ailə üzvlərinə şamil olunurdu. Başqa sözlə, həmin vaxt yetkinlik yaşına çatmamış Cavabdeh3 və Cavabdeh4 ipoteka saxlayan qarşısında öhdəlik götürməsələr də, onların həmin dövrdə azyaşlı olması səbəbindən qanuni nümayəndələri valideynləri hesab edilirdilər və onların bu barədə götürdükləri öhdəlik uşaqlarına da şamil olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı-yə məxsus mübahisəli yaşayış sahəsinin qeyri-qanuni özgənin sahibliyində saxlanılması yolverilməzdir və iddianı Cavabdeh3 və Cavabdeh4 dair hissədə də təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun, düzgün hüquqi nəticəyə gəlmişdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddianın tamamilə rədd olunması barədə apelyasiya şikayətinin əsaslarına dair dəlillə rini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, o cümlədən iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 (vəkilləri ahmudov Müfiq Ziyaddin oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Onlar, həmçinin azyaşlı qardaşları X6 ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə qəyyumluq orqanının müvafiq razılığını təsdiq edən sənədin olub-olmaması məlum deyildir. Bu isə müqavilə bağlanarkən hüquqlarının pozulmasıdır. Hazırda onların yaşayış yeri yoxdur, faktiki olaraq evsiz qalmışlar. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, onların vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin sə bəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tər əfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmə diyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti forma mülahizələrlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdehlər apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə istinad edə bilməmiş, kasasiya şikayətini yalnız özünün başqa yaşayış yerlərinin olmaması, qəyyumluq orqanının onlar azyaşlı olduqları zaman razılığının olubolmamasının məlum olmadığı ilə əsaslandırmağa çalışmışdır ki, bu hallar da kasasiya şikayətinin əsaslı dəlili hesab edilə bilməz. Belə ki, hazırki iddia tələbi mülkiyyət hüququnun qorunması, bərpası ilə əlaqədar olan iddia tələbidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edil ə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-469/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.