Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3467/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3467/2023 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2922/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından İddi açı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 18 saylı evdəki 52 saylı mənzilin ipoteka saxlayan tərəfindən hərracda satın alınmasına dair Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 59 №-li protokolun və ipoteka predmetinin Cavabdeh2 ASC tərəfindən alqı-satqı yolu ilə əldə olunması ba rədə həmin tarixli müqavilənin etibarsız hesab edilməsi, ipoteka saxlayana xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3959/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, qətnamədə dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən iddiaç ı kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2922/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
6. Kollegiya mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci və 416.2-ci maddələrinin, eləcə də Mülki Prosessual Məcəllənin 217.1-ci və 217.3-cü maddələrinin tələblərinin pozulduğu qeyd edilsə də, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, normaların pozuntusuna dair aydın şəkildə izah verilməmişdir. Halbuki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kif ayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçının nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməl idir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qərardadın ləğv edilib, iş üzrə verilmiş kassasiya şikayəti təmin etməklə iddia tələbinin təmin edilməsi barədə yenə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, geri qaytarılan kassasiya şikayətində aydın şəkildə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinə əsasən həmin məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla ke çirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan muqavilənin etibarsızlığına səbəb olur. İşə əlavə edilmiş sənədlərə əsasən iddiaçıya məxsus olan ipoteka yüklü edilmiş mənzilin iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən hərrac yolu ilə satışa çıxarılması barədə iddiaçıya bildiriş təqdim edilməmiş və iddiaçının cavabdeh "xxxx" ASC-yə ümumilikdə 60 324,99 ABŞ dolları məbləğində kredit borcu olmasına baxmayaraq cavabdehlər "iş birliyinə" girərək, hərracın keçirilməsini müxtəlif vaxtlara təxirə salmaqla 65 000 manat dəyərində olan mənzilin qiymətini əvvəlcə 15 %, sonra isə 25 % aşağı salmaqla, satışını 41437,50 manata təşkil edib qarşılıqlı surətdə faydalanmışlar. Buna görə də hesab edilir ki, Mülki Mə cəllənin 416.1 və 416.2-ci normalarının pozuntusu yuxarıda şərh olunanlardan ibarətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
10. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
11. Maddə 408.1.5. Kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən akt bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
17. Kassasiya şikayətində məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halalrın aydınlaşdırılmamasına istinad edilmiş və maddi və prossesual hüquq normalarının pozuntusunun nədən ibarət olması göstərilməmişdir.
18. Mülki prosessual qanunvericiliyə əsasən kassasiya şikayətinin maddi və prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində hər bir maddi və prosessual hüquq norması sıralanmaqla, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
19. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığında n kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2922/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.