Məhkəmə qərarları › İş №2(102)-3467/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3467/2024

25.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3467/2024 25.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi üzrə vəkalət alanın hərəkətləri, ekspert rəyinə qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-451/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçılar və cavabdehin kassasiya şikayətl ərinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi (bundan sonra 1-ci mübahisəli torpaq sahəsi) tam mülkiyyət hüququ üzrə İddiaçı2 mülkiyyətində olmuşdur. 2. “Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq (bundan sonra 2-ci mübahisəli torpaq sahəsi ) sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 (bundan sonra iddiaçı) mülkiyyətində olmuşdur.

3. İddia çılar ər-arvaddır.

4. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə və “Elektron notariat” X1 çıxarışına əsasən İddiaçı1 tərəfindən 2-ci mübahisəli bağ sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s., Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təms il etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh (bundan sonra “cavabdeh”) etibarnamə verilmişdir.

5. İddiaçı2 notarial qaydada yazılmış xx.xx.2020-ci il tarixli ərizə ilə arvadı İddiaçı1 məxsus olan 2-ci mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

6. İş üzrə satıcı İddiaçı1 (etibarnaməyə əsasən Cavabdeh imza etmiş) və alıcı X18 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən onlar İddiaçı1 məxsus olan 2-ci mübahisəli torpaq sahəsinin 36.500 manata satılması barədə razılığa gəlmişlər.

7. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə və “Elektron notariat” X1 çıxarışına əsasən İddiaçı2 tərəfindən 1-ci mübahisələ torpaq sahəsinə aid sənədləşmə işlərini aparması, tikinti işləri aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməsi, Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Asan Xidmət Mərkəzində, Bank və digər kredit təşkilatları və s., Dövlət Arxivdə təmsil etməsi, arxiv arayışını alması, forma 1, forma 2 haqqında arayışı alması, torpaq sahəsi üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, ipoteka qoyması, icarəyə verməsi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olması, Bank orqanlarında onu təmsil etməsi, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün xx.xx.2020-ci il tarixədək cavabdehə etibarnamə verilmişdir.

8. İddiaçı1 notarial qaydada yazılmış xx.xx.2020-ci il tarixli ərizə ilə əri İddiaçı2 məxsus olan 1-ci mübahisəli torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

9. İş üzrə satıcı İddiaçı2 (etibarnamə üzrə Cavabdeh imza etmiş) və alıcı X18 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə onlar İddiaçı2 məxsus olan 1-ci mübahisəli torpaq sahəsinin 33.000 manata satılması barədə razılığa gəlmişlər.

10. Hər iki mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə X14 adına qeydə alınmışdır.

11. Bakı şəhəri 9 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən X18 mülkiyyətində olan 1-ci müb ahisəli bağ sahəsini 60.000 manata, 2-ci mübahisəli bağ sahəsi isə 70.000 manata X2.

12. Bakı şəhəri 9 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən X15 mülkiyyətində olan 2-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,335 ha torpaq sahəsinin 0,087 ha torpaq sahəsini X5 34.000 manata satmışdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-692/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh, X18, X15, X8 və X11 qarşı "alğı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”nə dair iddia tələbi müddətin keçməsi əsası ilə təmin edilməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5177/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-692/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə Sabail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 məxsus olan 1-ci mübahisəli bağ sahəsinin xx.xx.2020-ci il tarixli, 4Ə-103 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunan 36.500 manat və tapşırığı vicdanla icra etməyərək dəyən zərər qismində 96.700 manatın, ümumilikdə 133.200 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 verilməsi, İddiaçı1 məxsus olan 2-ci mübahisəli bağ sah əsinin xx.xx.2020-ci il tarixli, 4Ə-104 nömrəli alğısatqısının icrası nəticəsində əldə olunan 33.000 manat və tapşırığı vicdanlı icra etməyərək dəyən zərər qismində 112.100 manatın, ümumilikdə 145.100 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Maraqlı şəxs iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

17. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçılar hər ikisi X20 və onun arvadı Maraqlı şəxs məxsus olan 1-ci mübahisəli bağ evində yaşayaraq bağın saxlanmasına, qulluq edilməsi işinə baxmış və bu işin görülməsi üçün xidmət haqqı almışlar. Hazırki mübahisəli bağ sahəsi Maraqlı şəxs atası və həyat yoldaşının sahibliyində və istifadəsində olmaqla, sonradan onun istifadəsinə keçmişdir. Bağ sahəsinin yaş ayış yeri olan hissəsi Maraqlı şəxs tərəfindən qohumunun adına özgəninkiləşdirilmişdir. Həmin qohum diplomatik sahədə çalışdığına görə xeyli müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayır və ona görə də ümumi bağ sahəsi bir müddət nəzarətsiz qalmışdır. Belə ki, XXXXXlar ailəsinin yaşayış yeri olan sahəsindən başqa, uzun müddət onların sahibliyi və istifadəsində olan hər iki mübahisəli bağ sahəsi də olmuşdur. X20 hər iki mübahisəli sahəni həyat yoldaşı Maraqlı şəxs adına dövlət qeydiyyatına aldırmaq istədikdə, həmin vaxt Maraqlı şəxs Azərbaycan Respublikasından kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına alınaraq, əmlak kimi XXXXXlar ailəsinə verilməsi üçün saxlanmışdır. Belə ki, X16 əmək fəaliyyəti və faktiki olaraq yaşayış yeri Moskva şəhərində olduğu üçün onun həyat yoldaşı Maraqlı şəxs vaxtının çox hissəsini Azərbaycan Respublikasından kənarda Rusiya Federasiyasında və ya qızının təhsil aldığı İsveçrədə keçirmişdir. xx.xx.2019-cu il tarixdə X7 şəhərində vəfat etmişdir.

18. X16 vəfatından sonra xx.xx.2020-ci il tarixdə yaranmış vəziyyətdən sui-istifadə edən mərhum XXun qardaşı oğlu olan cavabdeh iddiaçılara yaxınlaşaraq mübahisəli bağ sahələrinin Maraqlı şəxs istəyi və razılığı ilə satmaq zərurətini, alğı-satqının təcili aparılmalı olduğunu və heç nədən narahat olmamaqlarını bildirmişdir. Bütün bu hallar əldə edilmiş materiallar, səs yazısı və izahatlar əsasında müəyyən edilmişdir.

19. Bundan sonra cavabdeh iddiaçılardan öz adına etibarna mələr almış və həmin torpaq sahələrini digər şəxslərə sataraq, alğı-satqıdan əldə etdiyi pulları mənimsəmiş və bununla da iddiaçılara külli miqdarda zərər vurmuşdur. Maraqlı şəxs 2021-ci ilin may ayında Mərdəkan qəsəbəsində qonşuluqda yaşayan xalası qızı XXXa ilə söhbət zamanı sonuncu ona mübahisəli bağ sahəsində ev inşa edildiyini demişdir. Maraqlı şəxs ona bu barədə heç bir məlumatının olmadığını və hansı halda, kimlərin orada ev tikdirdiklərini aydınlaşdıracağını bildirmiş, sonra işlərində ona kömək edən X9 və X21 bu məsələnin araşdırılmasını və ona məlumat verilməsini tapşırmışdır. Onlar xx.xx.2021-ci il tarixdə birlikdə olarkən zəng edərək cavabdehdə və İddiaçı2 torpaqlarla bağlı məsələni soruşmuşlar.

20. X20 xx.xx.2019-cu ildə Moskva şəhərində vəfat etdiyi halda, cavabdeh yalan dan ışmaqla bağ sahəsinin XX muəllim tərəfindən satıldığını, kimə satıldığını bilmədiyini söyləmişdir. İddiaçı2 isə zəng zamanı bildirmişdir ki, “xəbəri var, X o vaxt gəldi-getdi, kiminlə razılaşdırdırmışdır ki? Sualına bilmirəm, Vallah, 7-8 ay olar da X gəlmişdi, dedi Sevinc xanım bilir, … hamısı bilir…” cavabı vermişdir.

21. Telefon danışıqlarından sonra aydın olmuşdur ki, cavabdeh xx.xx.2020-ci ildə mübahisəli torpaqları özgəninkiləşdirdiyi halda yalan danışaraq, guya torpaqları 2019-cu ildə vəfat etmiş mərhum əmisi XX tərəfindən özgəninkiləşdirdiyini deməklə, onları da aldatmağa cəhd etmişdir. Bu zəngə aid olan danışıqlar X9 məxsus olan “Samsung Galaxy J6” markalı mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramı əsasında yazılmış və qeydə alınan danışıqlar məzmunu tədqiq edil məsi üçün “X13” MMC-nə təqdim edilmişdir. “X13” MMC-nin 594 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə fonoskopik ekspertizasının rəyində səsin və şifahi nitqin tədqiqinə dair danışıqların mətnləri qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, cavabdeh iddiaçlara guya Maraqlı şəxs mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan sui istifadə etməklə özgəsinə məxsus olan əmlakı digər şəxslərə satmışdır. Maraqlı şəxs faktiki olaraq sahibliyində və istifadəsində və ümumi hasar daxilində olan, 0,245 ha bağ torpaq sahəsi də, qanunsuz olaraq X15 tərəfindən zəbt edilmiş və özəlləşdirilmişdir.

22. İddiaçılar cavabdehin Maraqlı şəxs ilə qohum olmasına, eləcə də əvvəllər də bu torpaq sa hələrinin sənədləşdirməsi və sair işlərdə mərhum XXa köməklik etməsindən dolayı onun sözünə inanmaqla, cavabdehə etibarnamələr vermiş və bu etibarnamələri Maraqlı şəxs maraq və mənafelərinin təmin edilməsi üçün təqdim etdiklərini düşünmüşlər. Onlar cavabdeh tərəfindən aldadılaraq etibarnamə verdiklərinə dair işin mühüm halını yalnız xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən məsələ soruşulduqdan sonra anlamışlar. İşin bu halı əvvəlki iş üzrə məhkəmədə iddiaçıların izahatı, şahidlərin ifadəsi və sair sübutlarla tam təsdiq olunduğu halda, məhkəmə, ümumiyyətlə, aldadılma təsiri ilə əqd bağlanması məsələsini araşdırıb maddi hüquq normasını tətbiq etməli olduğu halda, aldatma faktına heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işdə maraqlı şəxs olan Maraqlı şəxs bu tor paqlara dair hüququnun olması ehtimal olunsa da, sonda iddiaçıların hüquqların pozulması ilə bağlı müdafiə müddətinin artıq xx.xx.2021-ci il tarixdə, yəni 1 ildən sonra keçdiyi qənaətinə gələrək iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə işdə maraqlı şəxs olan Maraqlı şəxs bu torpaqlara dair subyektiv hüququnun olmadığı qənaətinə gəlməklə aldatma faktını araşdırmaqdan belə imtina etməklə, əqdin həqiqiliyini tanımışdır. Baxmayaraq ki, işin çox mühüm faktiki hallarından, yəni onların izahatı, şahidlərin ifadəsi, telefon danışıqları və ekspert rəylərinə əsasən cavabdeh iddiaçılara torpaq sahəsinin əsl sahibi olan Maraqlı şəxs satmaq istəməsinə dair yalan məlumat verməklə iddiaçıları aldadıb, xx.xx.2020-ci il tarixdə etibarnamələrin alınmasına nail olmuşdur. Həmin va xt iddiaçıların artıq Maraqlı şəxs aid bağa qulluq etməməyi, başqa yerdə yaşadıqları, Maraqlı şəxs aid telefon nömrəsinin onlarda olmamağı (Maraqlı şəxs çox vaxt Azərbaycandan kənarda yaşaması faktı onlara məlum idi və mülki iş materiallarına əlavə edilmiş ümumvətəndaş (xarici) pasportda olan Azərbaycan Respublikası sərhəd hüdudlarına giriş-çıxış qeydləri ilə təsdiq edilir), XXXXXlar ailəsinin başçısı XXun vəfat etməsi səbəblərdən bunu dəqiqləşdirmək imkanları olmamışdır.

23. Digər tərəfdən Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində 2020-ci ilin mart ayından başlayaraq sərt karantin rejimi tətbiq edilmiş, zərurət olmadığı halda yaşayış yerindən çıxmaq vətəndaşlara qadağan edilmişdir. Belə bir vəziyyətdə onlar bir-biri ilə ünsiyyətdə olmaq imkanına malik olmadıql arı halda hüquqlarının pozulduğunu bilməmiş, bilə də bilməzdilər. Həmçinin iddiaçılar etibarnamə verərkən aldadılmamışdırlarsa, onda nə üçün mülkiyyətlərində olan torpaq sahələrinə görə cavabdehə etibarnamə verməli, nə üçün torpaq sahələri satıldıqdan sonra onlar əldə olunan pul vəsaitini cavabdehdən tələb etməmiş, cavabdeh bu pul vəsaitini onlara verməmiş (pulun verilməsinə dair heç bir təsdiqedici sənəd yoxdur), nə üçün torpaq teztələsik dəyərindən aşağı qiymətə satılmışdır. İşin həqiqi və mühüm hallarına aid olan bu məsələlər əvvəlki iş üzrə məhkəmə tərəfindən aparılsa da, düzgün hüquqi qiymətini almamışdır. Məhkəmənin bu mövqeyindən sonra artıq iddiaçılar işin digər hüquqi hallarını nəzərə alaraq, cavabdehin etibarnamə almaqla tapşırıq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyin yerinə yetirilməməyi əsası ilə hazırkı iddia tələbini vermək məcburiyyətində qalmışlar.

24. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 777.1, 777.2, 778.1, 779.1, 781, 782.1 və 782.2-ci maddələrinə istinad etmişlər.

25. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahələri cavabdehə məxsus olub. Belə ki, hazırki işdə üçüncü şəxs qismində keçən Maraqlı şəxs həyat yoldaşı mərhum XX cavabdehin əmisi olmuş, XX özünə məxsus torpaq sahəsi yaxınlığında torpaq əldə etməsini cavabdehə tövsiyə etmiş, bu məqsədlə cavabdeh 3 müxtəlif sahəli torpaq sahəsi əldə etmişdir. Cavabdeh özü Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olduğu üçün sahəsi 0,245 ha olan 541 saylı bağ sahəsini qardaşı XXXXun adına, sahəsi 0,09 ha olan 543a saylı bağ sahəsi ni iddiaçılardan İddiaçı2, sahəsi 0,10 ha olan 543 saylı bağ sahəsini isə İddiaçı1 adına rəsmiləşdirmişdir. Hər üç bağ sahəsi bir hasarın daxilində olmuşdur, iddiaçılar da iddia ərizəsində bunu qeyd etmişlər. Bağ sahələrinin iddiaçıların adına rəsmiləşdirilməsini əmisi XX cavabdehə məsləhət görmüş, həmin şəxslərin onun bağ sahəsinə qulluq etməsini və etibarlı olmalarını bildirmişdir. Bağ sahələrinin cavabdehə məxsus olması hələ 2006-cı ildən iddiaçılar tərəfindən cavabdehin adına daşınmaz əmlakla əlaqədar bütün hüquqların həyata keçirilməsinə dair verilmiş etibarnamələr, vahid hasar daxilində olan 541 saylı bağ sahəsinin qardaşı XXXXın adına olması, eyni zamanda iddiaçılar tərəfindən təkrar 2016 və 2021-ci illərdə cavabdehin adına təkrar verilmiş etibarnamələr təsdiq edir. İddiaçıların idd ia etdiyi kimi torpaq sahələri faktiki Maraqlı şəxs məxsus olardısa, cavabdeh həmin əmlakı da onun faktiki sahibinə qaytarardı. Belə ki, cavabdeh bir neçə restoran, daşınmaz əmlak, “Bentli” markalı bahalı avtomobili əmisi XXa məxsus olduğu üçün əmisinin ailəsinə qaytarmışdır. Cavabdeh özünə məxsus olan torpaq sahəsini satdığı üçün satışdan əldə edilən pul vəsaitini də özü götürmüş, onu heç kimə verməli də deyildi. Yalnız körpünün altında uzun müddət bağ sahəsinə baxdığı və əziyyət çəkdiyi üçün cavabdeh İddiaçı2 5000 manat pul vermişdir. İddiaçılar torpağın real bazar qiymətindən aşağı satılmasını da bilmişlər. Cavabdeh tərəfindən torpaq sahələri satılarkən həmin sahələr baxımsız vəziyyətdə olmuş, bağlara gedən yol mövcud olmamış, torpaq sahələri real bazar qiymətinə satılmış, satış qiyməti reallığı əks etdirməsə idi, notariat orqanı alğısatqını rəsmiləşdirməzdi. İddiaçı2 də məhkəmə iclasında torpağın onlara məxsus olmamasını bildirmişdir, torpağın faktiki sahibi cavabdehdir.

26. Maraqlı şəxs sifarişi ilə tərtib edilmiş “X13” MMC-nin 24 noyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 2-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,3350 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485.800 manat, 0,01 ha torpaq sahəsinin qiyməti 14.501 manat müəyyən edilmişdir.

27. Maraqlı şəxs sifarişi ilə tərtib edilmiş “X13” MMC-nin 24 noyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, 1-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133.200 manat müəyyən edilmişdir. Yəni 0,01 ha torpaq sahəsinin qiyməti 14800 manat müəyyən edilmişdir.

28. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(009)752/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən İddiaçı2 xeyrinə sonuncuya məxsus olmuş Bakı şəhəri, ünvan 1a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunmuş 36.500 manat məbləğində pulun və İddiaçı1 xeyrinə sonuncuya məxsus olmuş Bakı şəhəri, ünvan 1 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdi r. (hakim Şahin Abdullayev)

29. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətində, Bakı şəhəri, ünvan 1 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. İddiaçılar xx.xx.2020-ci il tarixdə etibarnamə verməklə mülkiyyətlərində olan torpaq sahələrinə dair bütün hüquqi hərəkətləri etməsi, o cümlədən torpaq sahələri üzərində sərəncam verməsi, satması, bağışlaması, dəyişməsi, müqavilələr bağlaması, adlarından imza etməsi, digər hərəkətlər etməsi üçün səlahiyyətləri cavabdehə etibar etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqavilələrinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, ünvan 1a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpa q sahəsi 33.000 manata və İddiaçı1 məxsus Bakı şəhəri, ünvan 1 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi 36.500 manata X4, alqı-satqı müqavilələri bağlanılarkən satıcıların (iddiaçıların) adlarından etibarnamə əsasında cavabdeh çıxış etmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında X18 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsini 60.000 manata və ünvan 2 ünvanında yerləşən 0,1 ha torpaq sahəsini isə 70.000 manata X3, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Səbinə Zeynalova ünvan 2 ünvanında yerləşən 0,335 ha olan torpaq sahəsinin 0,087 ha hissəsini X6 34.000 manata satmışdır. İddiaçılar mülkiyyətlərində olduğu daşınmaz əmlakların etibar etdikləri şəxs tərəfindən özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələri nin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaları təmin olunmamışdır.

30. Birinci instansiya məhkəməsi ilk növbədə cavabdehin nümayəndəsinin və vəkilinin alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələrinin cavabdehə məxsus olması və bu səbəbdən onun satışından əldə olunan pul vəsaitinin formal mülkiyyət hüququ rəsmiləşdirilmiş iddiaçılara verilməli olmaması barədə dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, mübahisəli torpaq sahələri üzərində cavabdehin hər hansı əmlak (əşya) hüququ mövcud olmadığından, həmin əmlaklar üzərində mülkiyyət hüququ olan iddiaçılar tərəfindən verilmiş tapşırıq əsasında daşınmaz əmlakların özgəninikiləşdirilməsi ilə bağlı əldə olunan pul vəsaitinin həmin mülkiyyətçilərə verilməli o lmaması barədə cavabdehin nümayəndəsinin gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz.

31. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədən kənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.

32. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair onların adından çıxış etməyə səlahiyyət verən etibarnamə əldə edərək həmin əmlakların alqı-satqısını həyata keçirmiş, bununla da mülkiyyətçilər tərəfindən ona tapşırılan vəzifəni icra etmişdir. Tərəflər arasında bununla bağlı yazılı müqavilə bağlanmamış, tapşırıq şi fahi qaydada verilmişdir.

33. Birinci instansiya məhkəməsi tapşırıqla bağlı Mülki Məcəllənin normalarına istinadən bildirmişdir ki, tapşırıq müqaviləsinə əsasən tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Yəni bu müqavilə bir şəxsin digər şəxs tərəfindən təmsil edilməsi haqqında iki tərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Bu müqavilənin spesifik xüsusiyyəti ondadır ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Hər bir müqavilə kimi tapşırıq müqaviləsinin də məzmununu tərəflərin hüquq və vəz ifələri təşkil edir. Tapşırıq müqaviləsindən tapşırığın məzmunu, onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirmə səlahiyyətləri göstərilməlidir. Müqavilədə tapşırığın məzmunu bir başa nəzərdə tutulmadığından, o, bağlanan əqdləri və ya göstərilən xidmətlərin xarakterinə əsasən müəyyən edilir. Belə halda üçüncü şəxslər haqqında nümayəndəyə aid olan müddəalar qüvvədə olur.

34. Tapşırığın icrasının nəticələri tapşırığı vermiş şəxsə mənsubdur. Buna görə də vəkalət alan tapşırığın icrası nəticəsində əldə etdiklərinin hamısını vəkalət verənə verməyə borcludur.

35. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh iddiaçılar tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icr ası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən, bu hal cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə iclasında etiraf olunduğundan və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbi alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

36. Birinci instansiya məhkəməsi iddia tələbinin tapşırığın vicdanla yerinə yetirilmədiyinə görə dəymiş zərərin ödənilməsi hissələri üzrə qeyd etmişdir ki, həmin hissələrdə tələblər əsassızdır. Belə ki, iddiaçılar cavabdeh tərəfindən mülkiyyətlərində olan daşınmaz əmlakların bazar dəyərindən kifayət qədər aşağı həddə satılma səbəbindən onlara maddi ziyan vurulmasını əsas gətirərək real satış qiyməti ilə real bazar qiyməti ar asında olan fərqi də cavabdehdən tutulmasını məhkəmədən xahiş edirlər. Qanunvericiliyin tələbinə görə vəkalət alan tapşırığı vicdanla həyata keçirməlidir. Öhdəliyin vicdanla həyata keçirməsi dedikdə, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öhdəliyin şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq surətdə əməl edilməklə icrası anlaşılır. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə dəymiş zərər üçün o, məsuliyyət daşıyır.

37. Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Şəxsə zərər vurulması bir qayda olaraq hüquq pozuntus u (delikt) nəticəsində baş verir. Hüquqazidd hərəkətlərə yol vermiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Şəxsin hüquqazidd hərəkətlər onun üçün öhdəliklər yaradır.

38. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılarla cavabdeh arasında onlara məxsus əmlakın özgəninkiləşdirilməsinə dair verilən tapşırıq müqaviləsi şifahi bağlanılmış və iddiaçılar tərəfindən belə müqavilə bağlanarkən əmlakın konkret hansı məbləğdə satılması barədə göstəriş verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Yəni onlar tərəfindən belə bir tapşırıq verilərkən əmlakın real bazar dəyərindən aşağı qiymətə satılmalı olmamasına dair göstərişin verilməsi də öz təsdiqini məhkəmə iclasında tapmamışdır. Belə bir halın gələcəkdə mövcudluğunun istisna edilməsi yalnız o halda imperativ ola bilə rdi ki, tərəflər arasında bağlanılmış tapşırıq müqaviləsi yazılı formada tərtib edilsin və qeyd edilən hal şərt kimi həmin müqavilədə göstərilsin.

39. Birinci instansiya məhkəməsi onu da göstərmişdir ki, tapşırıq müqaviləsi üzrə tapşırıq verən şəxs həmin müqavilənin şərtlərinə və qanunun tələblərinə müvafiq olaraq icra edilməsində maraqlı olmalıdırlar. Beləliklə, vəkalət verənlər tərəfindən vəkalət alana daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dəyəri ilə bağlı konkret tapşırığın verilməsi öz təsdiqini tapmadığından, iddia tələbi satış qiyməti ilə real bazar qiyməti arasında yaranmış fərqin cavabdehdən tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.

40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.1, 16.1, 139, 140, 166.3, 359.1, 362.1, 385.1, 425.1, 442, 443.1, 443.5, 777.1, 772.2, 778.1, 779.1, 781, 782.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 16.6-cı, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

41. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissədə ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

42. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır.

43. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli tor paq sahələrinin mülkiyyət hüquqları əsasında iddiaçıların adında qeydiyyata alınması hər hansı bir mübahisə yaratmamış və bu hal iş materiallarında olan sənədlərlə tam təsdiqini tapmışdır. Lakin bununla belə istər iş materiallarında olan digər sənədlər, istərsə də iddiaçılar tərəfdən verilən iddia ərizəsindən, məhkəmədə vermiş olduqları izahatlarından, bu iş ilə bağlı əvvəlki məhkəmə qətnamələrindən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahələri iddiaçıların adına dövlət qeydiyyatına alınsa da, faktiki olaraq onlara məxsus deyil və bu hal işin təkzibolunmaz hallarındandır ki, subut olunmasına zərurət yaratmır. Belə olan halda, verilmiş etibarnamələrin icrası əsasında pul tələbinə dair öhdəliyin yaranması məsələsi həll olunarkən, işə baxan məhkəmə iki əsas məqamı məyyən etməli və bundan sonra pul tələbinə dair öhdəliklərin yaranıb-yaranmaması məsələsini həll etməli idi. Birinci hal - hüquqların dövlət qeydiyyatına alınmasına baxmayaraq torpaq sahələrinin faktiki olaraq iddiaçılara məxsus olub-olmaması, ikinci hal əgər torpaq sahəsi iddiaçılara məxsus deyilsə, onda kimə məxsus olması. Yalnız ikinci hal məyyən olunduqdan sonra pul tələbinə dair öhdəliyin yaranması məsələsi özunun qanuni və ədalətli həllini tapa bilərdi. İddiaçılar özlərinin iddia ərizələrində mübahisəli torpaq sahəsinin onlara məxsus olmamasını israrla qeyd etməklə yanaşı, qeyd olunan sahələrin faktiki olaraq X12 istifadə və sahibliyində olması, ona məxsus olması, sadəcə sənədləşmə işləri apararkən Maraqlı şəxs Azərbaycan Respublikasında olmaması səbəbindən məcburiyyət qarşısında qalıb onların, yəni iddiaçı ların adına sənədləşdirilməsini qeyd etmişlər. İddianın birinci hissəsi ilə razılaşsa da, ikinci hissə, yəni torpaq sahəsinin faktiki Maraqlı şəxs məxsus olması (istifadə və sahibliyində olması) faktına istinad etsələr də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişlər. Bununla əlaqədar qeyd edilməlidir ki, həqiqətən, cavabdeh əmisi XXla çox yaxın münasibətlərdə olmuş və əmisinə yaxın, qonşuluqda olması ücün XXa və həyat yoldaşı Maraqlı şəxs məxsus 539 saylı bağ evinə (özlərinə məxsus yaşadıqları bağ sahəsinə) bitişik olan, eyni zamanda, həmin ərəfədə “zibillik” kimi istifadə olunan 541, 543 və 543a saylı bağ sahələrini əmisinin tövsiyəsinə əsasən almışdır. Həmin ərəfədə cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti İdarəsinin zabiti olduğundan məlum məsələlər səbəbində n (əlavə sualların yaranmaması məqsədi ilə) yenə də əmisinin tövsiyyəsinə əsasən ailəyə yaxın olan İddiaçı2 (543a saylı ), onun həyat yoldaşı İddiaçı1 (543 saylı) və qardaşı XXXXun (541 saylı) adına formal sənədləşmə işləri aparmışdır. Torpaqların alınması ilə əlaqədar bütün sənədləşmə işləri cavabdeh tərəfindən aparılmış, alınan gündən satılan günə qədər cavabdehin istifadə və sahibliyində olmuşdur.

45. Apellyasiya instansiyası məhkəməsi hər iki torpaq sahəsinin 04 mart 2020-ci il tarixinə olan bazar dəyərini müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmiş, ekspertizanı Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

46. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10112- 10/9987 saylı rəyinə əsasən Bakı şəhəri, ünvan 1a nömrəli 0,09 hektar bağ sahəsinin xx.xx.2020-ci i l tarixi üzrə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 78.300 manat, Bakı şəhəri, ünvan 1 nömrəli 0,10 hektar bağ sahəsinin isə xx.xx.2020-ci il tarixi üzrə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 87.000 manatdır.

47. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-451/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, cavabdehdən İddiaçı2 məxsus olmuş 1-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alğı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində, həmçinin tapş ırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 27.000 (iyirmi yeddi min) manat (60.000 – 33.000 = 27.000) məbləğində olmaqla, cəmi 60.000 (altmış min) manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi, cavabdehdən İddiaçı1 məxsus olmuş 2-ci mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alğısatqısının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 33.500 (otuz üç min beş yüz) manat məbləğində olmaqla, cəmi 70.000 (yetmiş min) manat məbləğində pulun tutularaq İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova)

48. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçıların mülkiyyətlərində olan və adları çəkilən əmlaklar üzərində olan hüquqları qanun qarşısında tam olaraq tanınmışdır və onların həmin mülkiyyətdən irəli gələn hüquqlarının müdafiəsi ilə bağlı tam şəkildə səlahiyyətləri vardır.

49. Apellyasiya instansiyası məhkəməsi əqdin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyünü qəbul edərərk, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqdin təmsilçi vasitəsilə də bağlana bilməsini, eyni zamanda təmsilçiliklə bağlanılan əqdlər üçün ən vacib şərtlərdən birinin də məhz etibar edənin mənafelərinin əks olunması və etibar edilənin səlahiyyətlərindən vicdanla istifadə etməsinin nəzərə alınmalı olmasını bildirmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi göstə rmişdir ki, iş materiallarına əsasən iddiaçılar cavabdehə xx.xx.2020-ci il tarixində etibarnamə versə və bunun üçün notariat ofisinə yaxınlaşsalar da, həmin etibarnamənin verilməsindən cəmi 1 gün sonra cavabdeh məhz həmin etibarnamə ilə iddiaçılara məxsus olan əmlakın alqı-satqısını həyata keçirmiş və bu hal istər məhkəmə üçün, istərsə də əmlakı alacaq digər şəxslər üçün şübhə doğura bilən bir məqamdır. İddiaçıların hələ 1 gün öncə notariusa yaxınlaşaraq etibarnamə verməsi ilə onlara məxsus əmlakın iştirakları olmadan dəyərindən qat-qat aşağı qiymətə satması, o cümlədən həmin pulu mənimsəməyə cavabdehə icazə vermələri ilə bağlı tapşırıqlarının olması işin heç bir halı ilə öz təsdiqini tapmamış və həmin əqdlərin iddiaçıların tapşırığına uyğun formada bağlanmasını şübhə altına salmağa əsas y aratmışdır.

51. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. İşin mübahisəsiz halıdır ki, iddiaçılar özlərinə məxsus əmlakların özgəninkiləşdirməsinin nəticəsi olaraq əldə edilmiş pul vəsaitinin cavabdeh tərəfindən mənimsənilməsini tapşıra bilməzdilər və bu cür mənimsənilmə qanunvericiliyin normalarına görə əsassız olacaqdı. Bu isə o deməkdir ki, cavabdehə etibarnamə verilməsi ilə bağlı iddiaçıların tapşırığı həmin pul vəsaitlərinin onların özünə qaytarılması olmuş, bu tapşırıqdan kənaraçıxmaya icazə verilməsi barədə isə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

52. Cavabdeh həmin pulun iddiaçılara verilmədiyini məhkəmə proseslərinin heç birində danmamış, əksinə, verilməməsi ilə bağlı hüquqauyğun addım atması qənaətində olmuşdur. Vəkalət alan olan cavabdeh vəkalət verən olan iddiaçıların göstərişlərindən yalnız o halda kənara çıxa bilərdi ki, işin hallarına görə buna müvafiq icazə ala bilmədiyini və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsasları olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edərdi.

53. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçılar tərəfindən ona verilmiş səlahiyyət əsasında şifahi tapşır ıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə vermədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan, iddia tələbinin alqı-satqı müqavilələri əsasında əldə olunan pul vəsaitlərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

54. Apellyasiya instansiyası məhkəməsi onuda göstərmişdir ki, birinci instansiya məhkəməsi tələblərin müvafiq olaraq aid olduqları iddiaçıların müəyyənləşdirilməsində yanlışlığa yol verərək “Cavabdeh İddiaçı2 xeyrinə İddiaçı2 məxsus olmuş Bakı şəhəri, ünvan 1a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-103 nömrəli alqısatqısının icrası nəticəsində əldə ol unmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pul tutulsun” və “Cavabdeh İddiaçı1 xeyrinə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, ünvan 1 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alqı-satqısının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində pul tutulsun” olaraq qeyd etmişdir. Halbuki İddiaçı2 məxsus olmuş əmlak 33.000 manata, İddiaçı1 məxsus olmuş əmlak isə 36.500 manata satılmışdır və nəticə etibarilə həmin pul vəsaitlərinin müvafiq olaraq qeyd olunan şəxslərə verilməsi qət edilməli idi.

55. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv olunmalı, cavabdehən İddiaçı2 xeyrinə alqı-satqının icrası nəticəsində əldə olunmuş 33.000 (otuz üç min) manat məbləğində və cavabdeh dən İddiaçı1 xeyrinə alqı-satqının icrası nəticəsində əldə olunmuş 36.500 (otuz altı min beş yüz) manat məbləğində pulun tutulması qət edilməlidir.

56. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların tapşırığının düzgün yerinə yetirilməməsinə görə dəymiş zərərin cavabdehdən tutulmasına dair şikayətinin dəlillərinə münasibətdə isə göstərmişdir ki, Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

57. Hazırki iş üzrə birinci instansiya öz qətnaməsi ni əsaslandırarkən iddiaçılarla cavabdeh arasında onlara məxsus əmlakın özgəninkiləşdirilməsinə dair verilən tapşırıq müqaviləsinin şifahi bağlanmasını və iddiaçıların belə müqavilə bağlanarkən əmlakın konkret hansı məbləğdə satılması barədə göstəriş verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilməməsinə istinad etmişdir.

58. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, yazılı müqavilənin olmaması və orada konkret məbləğin göstərilməməsi həmin tapşırığın vəkalət alanın mülahizəsinə uyğun və vəkalət verənin mənafeyinə zidd istənilən formada həyata keçirilməsi demək deyildir və qeyd edilən məbləğin əmlakların dəyərindən həqiqətən də qat-qat aşağı olduğu da iş materialları və müəyyən olunur.

59. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçılara məxsus əmlaklar xx.xx.2020-ci il tarixdə müvafiq olaraq 33.000 və 36.500 manata satılmış və həmin alqı-satqıdan 1 il müddət belə keçmədən sonradan müvafiq olaraq 60.000 və 70.000 manata başqa şəxslərə satılmışdır. Göründüyü kimi, belə qısa müddət aralığında mübahisəli əmlakların təxminən iki qat fərqlə başqa şəxslərə satılması onlar üçün ilkin olaraq müəyyən edilmiş qiymətin olduqca aşağı olması və iddiaçıların mənafelərinə uyğun olmamasını deməyə əsas verir.

60. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/101xx-xx/9987 saylı rəyinə istinadən bildirmişdir ki, 543a nömrəli 0,09 hektar bağ sahəsinin xx.xx.2020-ci il tarixinə orta bazar dəyərinin təqribən 78.300 manat, 543 nömrəli 0,10 hektar bağ sahəsinin isə xx.xx.2020-ci il tarixinə orta bazar dəyərinin təqribən 87.000 manat müəyyən edilməsi də təsdiq edir ki, mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehin digər şəxslə bağladıqları müqavilə ilə müəyyənləşdirdikləri qiymət arasında kifayət qədər böyük fərq mövcuddur və həqiqətən, iddiaçıların adından bu əqdin bağlanması ilə onlar üçün son dərəcə əlverişsiz nəticələr yaranmışdır.

61. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlaklar X10 2021-ci ildə müvafiq olaraq 60.000 və 70.000 manata satıldığından, həmin vaxt müqavilə tərəflərinin tələb və təklifləri məhz həmin qiymətlərdən ibarət olduğundan və faktiki olaraq alqı-satqı sırf həmin məbləğlərlə baş tutduğundan cavabdeh tərəfindən tapşırığın düzgün icra edilməməsi nəticəsində iddiaçılara dəymiş zərəri he sablayarkən məhz həmin rəqəmlərlə əmlakların ilkin satış qiymətləri arasındakı fərq tutularaq iddiaçılara ödənilməlidir.

62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 178.1, 359.1, 360.1, 362.1, 425.1, 777.1, 778.1, 778.2, 778.3, 779.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

63. İddiaçılar (vəkili Vəkil3 ) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

64. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə aktına əsasən məhkəmə s ubutları düzgün qiymətləndirməyərək vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsini təmin etməmişdir. Halbuki iş materiallarında olan, elə məhkəmənin özü tərəfindən təyin edilmiş ekspert rəylərinə əsasən vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməmişdir. Ekspert rəyindən də göründüyü kimi mübahisəli əmlakın ümumi bazar qiyməti ilə cavabdehin digər şəxslə bağladıqları müqavilədəki qiymət arasında kifayət qədər böyük fərq vardır. Həqiqətən iddiaçıların adından bu əqdin bağlanması olar üçün son dərəcə əlverişsiz nəticələr yaratmaqla onlara böyük məbləğdə ziyan vurmuşdur. Lakin məhkəmə nədənsə işin faktiki hallarını, işdə olan mütəxəsis və ekspert rəylərini nəzərə almaq istəməyərək, mülkiyyətçilərin hüquqlarını qorunmasını, onlara dəymiş ziyanın tam həcmdə ödənilməsini təmin etməmişdir. Məhkə mə iş üzrə bir çox məsələdə düzgün qərara gəlsə də, yalnız hesablama mexanizmində səhv etməklə vurulmuş zərərin nəinki tam həcmdə ödənilməsini, həm də sonuncu ekspert rəyinə uyğun olaraq hesablanmasını həyata keçirməmişdir. Belə ki, vurulmuş zərərlə bağlı hesablanma ən azı sonuncu məhkəməəmtəəşünaslıq ekspert rəyinə uyğun həyata keçirilməli olduğu halda bu da edilməmişdir. Zərərin hesablanması ekspert rəyinə uyğun həyata keçirilsəydi, onda məhkəmə ədaləti qismən təmin etmiş olardı.

65. Cavabdeh (vəkili Vəkil2) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddiaçıların apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayətinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılmasına üçün apellyasiya instansiyası məhkəməsinə göndəril məsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

66. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

67. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini b ilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Kassasiya şikayətində iddiaçılar qətnaməni iddia tələbini təmin edilməyən hissəsində, cavabdeh isə təmin olunan hissəsində mübahisələndiriblər. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

70. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. İlk olaraq iddiaçıların kassasiya şikayəti üzrə məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır.

72. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi zərərin məbləği ilə bağlı iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli əmlaklar X10 2021-ci ildə müvafiq olaraq 60.000 və 70.000 manata satıldığından, həmin vaxt müqavilə tərəflərinin tələb və təklifləri məhz həmin qiymətlərdən ibarət olduğundan və faktiki olaraq alqı-satqı sırf həmin məbləğlərlə baş tutduğundan cavabdeh tərəfindən tapşırığın düzgün icra edilməməsi nəticəsində iddiaçılara dəymiş zərəri hesablayarkən məhz həmin rəqəmlərlə əmlakların ilkin satış qiymətləri arasındakı fərq tutularaq iddiaçılara ödənilməlidir.

73. Halbuki apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən torpaq sahələrinin 04 mart 2020-ci il tarixinə olan bazar dəyərinin müəyyən edilməsi məqsədilə e kspertiza təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1011210/9987 saylı rəyinə əsasən həmin əmlakların xx.xx.2020-ci il tarixinə orta bazar qiymətləri bir sotu 8700 manat olmaqla, müvafiq olaraq 78.300 manat və 87.000 manatdır.

74. Eyni zamanda iddiaçılar da müstəqil qiymətləndiricinin rəyini təqdim etmiş və həmin rəylərdə də mübahisədə adı keçən torpaq sahələrinin bir sotunun qiymətləndirmə tarixinə olan bazar dəyərinin 14.501 manat və 14800 manat olması qeyd edilib.

75. Mülki Prosessual Məcəlləyə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün q abaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. (MPM, 103.1, 206.1)

76. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən torpaq sahələrinin 04 mart 2020-ci il tarixinə (satış gününə) olan bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edib rəy alsa da, həmin rəyi zərərin məbləğinin müəyyən edilməsi baxımından prosessual qanunverciliyə uyğun qiymətləndirməmiş, eləcə də rəylə nəyə görə razılaşmamasını qətnamədə əsaslandırmamışdır. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən torpaq sahələrinin 04 mart 2020-ci il tarixində müvafiq olaraq 33000 və 36500 manata satılmasının real bazar dəyərindən aşağı olmasının elə həmin ekspert rəyi ilə təsdiq edilməsini də göstərmişdir. (bax: 60-cı bənd)

77. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən ekspert rəyini mübahisədə adı keçən torpaq sahələrinin satış tarixinə real bazar dəyərindən aşağı satılmasını təsdiq etdiyini göstərmiş, digər tərəfdən də həmin rəyi nəyə görə nəzərə almamasını qətnamədə əsaslandırmamışdır.

77. Mülki Məcəllənin 21.1-ci, eləcə də 779.1-ci maddələri vəkalət alanın vəkalət verənə vurduğu zərərin əvəzinin tam ödəməsini istisna etmir.

78. Bu baxımdan, məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, zərər məbləğinin təmin edilməyən hissəsi ilə yuxarıda göstərilənlərə əsasən razılaşmır.

79. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin nəticə hissəsində “Cavabdeh İddiaçı1 məxsus olmuş Bakı şəhəri, ünvan 1 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 4Ə-104 nömrəli alğısatqısının icrası nəticəsində əldə olunmuş 36.500 manat məbləğində pul, həmçinin tapşırığı vicdanla icra etməməsi səbəbindən dəymiş zərər qismində 33.500 manat məbləğində pul, cəmi 70.000 manat məbləğində pul tutularaq İddiaçı2 xeyrinə ödənilsin” qeyd edilmişdir. Halbuki İddiaçı1 məxsus torpaq sahəsinə görə pulun İddiaçı1 xeyrinə tutulması qeyd edilməli idi.

80. Qeyd edilən hal yanlışlıq olmaqla, apellyasiya instansiyası məhkəməsi bunu Mülki Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən öz təşəbbüsü ilə aradan qaldıra bilərdi.

81. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi özü də iddiaçıların xeyrinə tutulan pul məbləğləri ilə bağlı birinci instansiya məhkəməsinin yanlışlığa yol verməsini müəyyən edərək, həmin hissədə qətnaməni ləğv etmişdir. (bax: 54-55-ci bəndlər)

82. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni əsaslı saymır.

83. Cavabdehin kassasiya şikayətinə gəldikdə, iddiaçıların kassasiya şikayəti üzrə yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

83. Məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 48-53, 56 və 58-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

84. Həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh in iddianın təmin olunan hissəsi ilə bağlı apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermiş, həmin hissədə işin hallarını işdəki sübutlara prosessual qanunvercilyin tələblərinə uyğun qiymət verməklə müəyyən etmişdir.

85. Cavabdehin iddiaçıların tapşırığı üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək tapşırığın icrası nəticəsində əldə etdiklərini vəkalət verənlərə verməməsi, onun tapşırığı kifayət qədər vicdanla icra etməməsi işin halı kimi müəyyən edilib. Belə olan halda, iddianın təmin edilən hissəsində gəlinən nəticə qanuni və əsaslı olmuşdur.

86. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş və yuxarıda göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verməklə onla rı əsassız saymışdır. Bu baxımdan, həmin dəlillərə təkrarən qiymət verilməsinə məhkəmə kollegiyası lüzum görmür.

87. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıların kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissələrində ləğv edilməli, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən hallarla bağlı qiymətləndirmə aparmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, cavabdehin kassasiya şikayəti tə min edilməməli, qətnamə cavabdehin mübahisələndirdiyi hissədə (iddianın təmin edilən hissəsində) dəyişdirilmədən saxlanmalıdır.

62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçılar İddiaçı2, İddiaçı1 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-451/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən hissələrində ləğv edilsin. İş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qətnamə Cavabdeh mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar