Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3468/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Daşınmaz əmlakın qanunsuz sahiblikdən qaytarılması, vicdanlı sahibin hüquqları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququndan istifadənin bərpası, cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadədə maneələrin aradan qaldırılması tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-987/2025 nömrəli, 4 sentyabr 2025 -ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi ********** saylı xx.xx.2017-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir.
2. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,08 ha hissəsində cavabdehin vəsaiti hesabına 2010-cu ildə inşa edilmiş, tikintialtı sahəsi 126 kv.m, ümumi sahəsi 184,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi yerləşir və cavabdeh 2011-ci ildən ailə üzvləri ilə həmin evdə yaşayır.
3. Həmin fərdi yaşayış evi torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl, əvvəlki mü lkiyyətçi X9 (iddiaçının 2014-cü ildə vəfat etmiş anası) sağlığında inşa edilmişdir.
4. Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2 (049)-498/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh, X16 və X7 qarşı mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsinə dair iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan və Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0.14 ha torpaq sahəsindən çıxarılması, onun həmin torpaq sahəsindən istifadə etmək hüququnun bərpasına, eyni zamanda mülkiyyətində olan həmin torpaq sahəsindən istifadədə ona yaradılan maneələrin aradan qaldırılmasına dair q ətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun atası Bağırov Süleyman Yunus oğlu 1975-ci ildə rəhmətə getmişdir. Onun istifadəsindəki (61-invertar nömrəli sovet texniki pasportdakı) Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən torpaq sahəsindən 14 ha-nı anası X17 öz adına, 0,14 ha-nı qardaşı X2 adına keçirmüşdür. X22 1985-ci ildə evlənmişdir. Qardaşı öz torpağından istifadə etməklə, anasının ona verdiyi 2 otaqlı evlərinin (onun torpağı tərəfindəki) 1 otağında yaşamışdır. Onlar anasının təsərrüfatından (torpağından) istifadə etməklə, o mətbəxdə, anası və 4 subay bacısı isə o biri otaqda yaşamışlar. Anasına məxsus torpaqda ev tikmək qərarına gəlmiş və buna görə də tikintini qardaşına həvalə etmişdir. Tikinti 2006-2010-cu illər ərzində tam başa çatmışdır. 2011-ci ildə qardaşı arvadı və uşaqları gözlənilmədən kəndə qayıtmışlar. 2014-cü ildə anası rəhmətə getmişdir. 2016-cı ilin avqustunda qardaşı, arvadı Səidə Tagıyevanı boşamışdır. Cavabdeh boşanmış bir qadın kimi ərinə qarşı heç bir mülki iddia qaldırmamışdır. Ağsaqqallarının məsləhəti ilə, qardaşının mülkü vərəsəlik əsasında övladlarına çatacaq deyə, anasının mülkünü ələ keçirməyi planlaşdırmış və onun mülkünü qəsb etmişdir. Anasının həyatda olmamasından, orada qeydiyyatda olmamağından və evinin sənədsiz olmasından istifadə edərək, hay-haray salmışdır ki, guya anası öz mülkünü onlara vermişdir, evi də onlar tikib deyə onu həyətə buraxmamışlar. Halbuki, oradakı evin tikintisinə o təşəbbüs göstərərək xərc çəkmiş, lakin bunu qardaşına həvalə etmişdir. Lənkəran Rayon Məhkəməsinin q əbul etdiyi xx.xx.2017- ci il tarixli 2(049)-257/2017 saylı qətnaməsi sayəsində DƏDRX-nin 10-saylı Lənkəran ərazi idarəsinin mütəxəssisləri, ata ocağındakı anasına və qardaşına məxsus torpaqlarda müayinə aparmağa nail ola bilmişlər. Müayinədən sonra (yazılı vəsiyyətnamə əsasında) anasının yeganə vərəsəsi olduğu üçün, həmin idarədə anasının mülkünü adına dövlət qeydiyyatına alaraq, ona xx.xx.2017-ci il (22170025 88 qeydiyyat) RX- seriyalı ******* №-li çıxarış və xx.xx.2017-ci il, 784 inventar nömrəli **********23-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Üç ayrıayrı yerlərdə ev tikdiyini iddia edən Cavabdeh bir ev belə tikməmişdir. Tikdiyi yalnız bir tövlə olmuşdur. Bütün mülklər isə onun öz hesabına tikilmişdir. Hal-hazırda qardaşı öz torpağından istifadə edərək öz evində, onun sabiq arvadı isə iddiaçının torpağından istifadə edərək əlindən aldığı evdə yaşayır. O, isə didərgin düşmüş kimi öz ata ocağına ayaq basa bilmir. Onun öz mülkündən istifadə etmə hüququ cavabdeh tərəfindən qanunsuz şəkildə məhdudlaşdırılmışdır.
7. Məhkəmənin qərardadı ilə X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, həyat yoldaşı X2 mülkiyyətində olan torpaq sahəsində 20 ildir ki, özlərinə yaşayış evi tikərək, oğlu Raqib və onun ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Evi tikərkən və sonradan həmin torpaq sahəsindən istifadə edilməsi ilə əlaqədar İddiaçı heç bir icazə almamışdır və onunla aralarında bu barədə heç bir razılaşma olmamışdır. Onların yaşadıqları evin və həyətyanı torpaq sahəsinin iddiaçının mü lkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, iddiaçının torpaq sahəsini zəbt etməmişlər. Məhkəmə qərarı əsasında həmin yaşayış evinin onlara məxsus olması təsdiq edilmişdir.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasında izahatında bildirdi ki, o, və anası Cavabdeh sözügedən mübahisəli torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin torpaq sahəsi nənəsi, yəni atasının anası Əminə Əhmədovun mülkiyyətində olmuşdur və nənəsinin vəfatından sonra ½ hissəsi atası Əhmədəli Bağırovun adına keçmişdir. İddiaçı həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. X32 Məhkəməsinin qərarı ilə də təsdiqlənmişir. Onun atası Əhmədəliyə məxsus digər tərəfdə də torpaq sahəsi vardır. Yaşadıqları evin torpaq sahəsinə dair sənədləşd irmə işləri aparılarkən torpaq sahələrinin qeydiyyatı səhv aparılmışdır. Hazırda İddiaçı onlara yaşadıqları evin torpaq sahəsi ilə atasına məxsus olan torpaq sahəsinin notarial qaydada dəyişdirilməsini təklif etmişdir, onlar isə bu təklifi qəbul etməmişlər.
10. Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(049)-7/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” təyina tlı torpaq sahəsindən çıxarılması və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququ bərpa edilməklə həmin torpaq sahəsindən istifadəyə dair iddiaçıya cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. (hakim Anar Pənahov)
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 10 yanvar 2025-ci il tarixli, 10/8523 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin tikintialtı sahəsinin 126 kv.m təşkil etməsi müəyyən olunmuşdur. Cavabdeh və X10 faktiki istifadə etdikləri 0,15 ha torpaq sahəsinin (yaşadıqları ev də daxil olmaqla) 0,12 ha hissəsinin İddiaçı mülkiyyətlərində olan torpaq sahəsi ilə, qalan 0,03 ha hissəsinin isə **********2310301 reyestr nömrəli T exniki Pasporta əsasən İddiaçı istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin bələdiyyə mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin yolla (küçə ilə) həmsərhəd olması müəyyən olunmuşdur.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan sözügedən mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evinin inşa edilməsi və bu səbəbdən həmin tikilinin iddiaçının adına qeydiyyata alına bilməməsi cavabdehə həmin torpaq sahəsi üzərində istifadə ilə bağlı hüquq vermir və bu halın həmin daşınmaz əmlakın mülkiyyətçisinin qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırması yolverilməzdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, A zərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 157.4, 170.2, 255.1, 255.2, 256.1, 256.2, 263.1, 264-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Lənkəran rayon məhkəməsinin 2(049)7/2025 saylı, 03 aprel 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim işə baxarkən tərəflərdən mülkiyyətçinin torpaq sahəsini zəbt etməməyini, təyin edilmiş ekspertizanın nəticəsi barədə verilmiş ekspert rəyində də onun iddiaçının torpaq sahəsinin zəbti ilə bağlı heç bir halın aşkar edilməməsini qətnamədə əsasl andırmamışdır. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan sübutlara istinad etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, Lənkəran rayon məhkəməsinin 2(049)-498/2021 nömrəli. 29 aprel 2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(106)-2870/2021 saylı, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda göstərilən qətnamələr üzrə qanuni qüvvəsini almış qərarların olmasına və həmin qətnamələrlə məhkəmə tərəfindən müəyyən edilmiş halların mövcudluğuna baxmayaraq yenidən araşdırma aparmış cavabdeh olaraq onun mübahisəli torpaq sahəsindən çıxarılmağını qət etsə də əvvəlki məhkəmə qərarlarını nəzərə almamış, eyni zamanda iddiaçıya tərəfindən hansı maneənin yaradılmasını müəyyən etmədən on un üzərinə vəzifə qoymuşdur.
16. Apellyasiya baxışında X11 iş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmişdir. Apellyasiya baxışında X11 bildirmişdir ki, mübahisəli ev 2006-2010-cu illərdə qardaşı İlhamın vəsaiti hesabına onun tərəfindən inşa edilmişdir. Belə ki, İlham Moskvada işləyərək ona pul göndərmiş, o da həmin evi inşa etdirmişdir. Həmin evdə anası vəfat edəndə cəmi 40 gün yaşamışdır. O, həmişə anasına məxsus olan köhnə evdə yaşamış, hazırda da orada yaşayır. O, özü də Moskvada yaşayıb işləsə də yaşadığı müddətdə özünə heç bir ev inşa etdirməmiş, buna imkanı olmamışdır. Qardaşı İlham 1988-ci ildən evdən çıxaraq Sumqayıta getmiş və orada yaşamışdır. Həmçinin o, Moskvada da işləmişdir. O, özü Moskvada İlhamın yanında işləmişdir. Mübahisənin həlli ilə bağlı heç nə deyə bilmir. Torpaq sahəsi İlhamın olduğundan onu o özü bilər neçə həll edilməlidir. O, həmişə anasına məxsus evdə yaşayıb, özünə hər hansı ev inşa etməyib. Çünki imkanı olmayıb. 4 uşağı olub, qazancı həmin uşaqları və ailəsini saxlamağa həmin yetmişdir. Mübahisəli evi 2006-2010-cu illərdə tikdirmişdir. Həmin vaxt həmin evin yerləşdiyi torpaq sahəsi anasının adında olmuşdur. Həmin yerdə ev inşa etməyə anası tərəfindən heç bir narazılıq edilməmişdir. Anası 2014-cü ildə vəfat etmişdir. O, özü isə 2016-cı ildə Səidə ilə boşanmışdır. 2017-ci ildə isə mübahisəli evin yerləşdiyi torpaq sahəsi vərəsəlik qaydasında qardaşı İlhamın adına keçmişdir. Hazırda mübahisəli evin altındakı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İlhamın adındadır.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 06)-987/2025 nömrəli mülki iş üzrə 9 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və İlham Əsədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2025ci il tarixli, 2(049)-7/2025 saylı qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia “Cavabdeh ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən ekspert rəyi ilə müəyyən olunan mübahisəli evin yerləşdiyi 0,08 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsindən çıxarılması” hissəsində təmin edilmə miş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin əsas dəlili məhkəmənin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, Lənkəran rayon məhkəməsinin 2(049)-498/2021 nömrəli. 29 aprel 2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(106)-2870/2021 saylı, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda göstərilən qətnamələr üzrə qanuni qüvvəsini almış qərarların olmasına və həmin qətnamələrlə məhkəmə tərəfindən müəyyən edilmiş halların mövcudluğuna baxmayaraq yenidən araşdırma aparmış cavabdeh olaraq onun mübahisəli torpaq sahəsindən çıxarılmağını qət etsə də, əvvəlki məhkəmə qərarlarını nəzərə almamış, eyni zamanda iddiaçıya tərəfind ən hansı maneənin yaradılmasını müəyyən etmədən onun üzərinə vəzifə qoyması ilə bağlıdır.
19. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk olaraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-581/2018 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı mülkiyyətində olan 0,14 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 184,7 kv.m. və 3 otaqdan ibarət fərdi yaşayış evinin İddiaçı adına dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilmiş, qərar xx.xx.2019- cu il tarixdə qanuni qüvvəyə minmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-581/2018 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Lənkəran rayon XDS-nin İK-nin 5 avqust 1988-ci il tarixli 12 saylı iclas qərarı ilə X1 evini söküb, yeni ev tikilməsinə icazə verilmişdir. Həmin vaxt mübahisə olunan torpaq sahəsinin mülkiyyətçisi olmuş X17 həmin torpaq sahəsində sayca ikinci evin tikintisinin aparılmasına heç bir etiraz etməmişdir. Mübahisə olunan evin tikintisinə 2007-ci ildə bağlanmış və tikinti işi 2010-cu ildə başa çatmışdır. İddiaçı (İddiaçı) mübahisə olunan evin onun tərəfindən tikildiyini əsas gətirməklə həmin yaşayış evinə DƏDRX-i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sahəsi 184,7 kv.metr və 3 otaqdan ibarət yaşayış evi İddiaçı tərəfindən və on un vəsaiti hesabına tikilməmiş, 2011-ci ildən hazırkı vaxtadək mübahisə olunan evdə X12, X10, X4, X5 və X6 yaşadıqları müəyyən edilmişdir.
21. Lənkəran Rayon Məhkəməsinin 2(049)-498/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh Ağasan qızı, X16 və X8 qarşı “mülkiyyətində olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən sayca ikinci, ümumi sahəsi 184,7 kv.m. olan, iki mərtəbəli və üç otaqdan ibarət fərdi yaşayış evinin, eyni zamanda yanında tikilmiş tövlənin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamələrlə müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış evinin tikildiyi vaxt yerləşdiyi 0.35 ha torpaq sahəsi və orada yerləşən evin ½ hissəsi mərhum X9, evin ½ hissəsi isə hazırkı Cavabdeh əri olmuş X2 mülkiyyətində olmuşdur. X17 30 oktyabr 2014-cü ildə vəfat etmiş, sonuncunun sağlığında mübahisə predmeti olan yaşayış evinin tikintisi başa çatdırılmış və həmin vaxtdan orada Cavabdeh və ailə üzvləri yaşamışlar və onların yaşamasına X17 tərəfindən hər hansı bir etiraz daxil olmamışdır. Beləliklə də müəyyən olunmüşdür ki, üçüncü şəxs Əhmədəli Bağırov torpaq sahəsinə dair vərəsəlik payından imtina etməsi nəticəsində mübahisə predmeti olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2017-ci ildə İddiaçı mülkiyyətinə keçmiş və o, bundan sonra iddia ilə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi qaynana Əminə Əhmədovanın və keçmiş ər Əhmədəli Bağırovun mülkiyyətində olduğu zaman Cavabdeh tərəfindən orada ikinci bir evin inşasına razılıq verilmişdir. Bununla da 2006-2010-cı illər ərzində cavabdeh tərəfindən mübahisə olunan Lənkəran rayonun Lüvəsər kəndində olan 0,14 ha torpaq sahəsində sayca ikinci, tikintialtı sahəsi 126.3 kv.metr, iki mərtəbəli, ümumi sahəsi 184,7 kv.metr və 3 otaqdan ibarət fərdi yaşayış evi inşa edilmişdir. Hazırda mübahisəli 0.14 ha torpaq sahəsində birinci (köhnə) və ikinci (yeni) olmaqla iki ev mövcuddur. RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, 0.14 ha torpaq sahəsi tam, köhnə fərdi yaşayış evi ½ hissədə İddiaçı, həmin fərdi yaşayış evinin ½ hissəsi isə X2 xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-126A, Kod: 80212028 saylı şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə X3 və onun ailə üzvləri olan -Cavabdeh, X19, X18, X13 və X14 Lənkəran rayonu, Lüvəsər kəndində ümumi sahəsi 0,14 ha olan torpaq sahəsi ayrılmışdır. Həmçinin işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-069A, Kod: 80212028 saylı şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə X15 Lənkəran rayonu, Lüvəsər kəndində ümumi sahəsi 0,14 ha olan torpaq sahəsi ayrılmışdır.
23. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya verilmiş 0.14 ha, həmçinin cavabdeh və onun ailəsinə ayrılmış 0.14 ha torpaq sahələri ayrı-ayrı yerlərdə yerləşir. Cavabdeh və onun ailəsinə ayrılmış torpaq sahəsi üzərində hər hansı fərdi yaşayış evi və ya tikili mövcud deyildir. Lakin çıxa rışla iddiaçıya məxsus 0.14 ha torpaq sahəsinin üzərində iki ev vardır. Həmin evlərdən birincisi reyestrdə qeydiyyata alınmış, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi isə reyestrdə qeydiyyata alınmamışdır. Cavabdeh tərəfindən RX seriyalı, ******* saylı Çıxarışla iddiaçının mülkiyyətində 0.14 ha torpaq sahəsinin 0.08 ha hissəsində cavabdeh tərəfindən ümumi sahəsi 184,7 kv.metr və 3 otaqdan ibarət fərdi yaşayış evi inşa edilmiş və cavabdeh həmin 0.08 ha torpaq sahəsindən istifadə edir.
24. Kollegiya həmçinin qeyd etmişdir ki, ekspertiza nəticəsində cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.12 ha hissəsindən istifadə etməsi müəyyən edilsə də həmin istifadə edilən torpaq sahəsinin 0.04 ha hissəsi iddiaçının **********96 saylı çıxarış üzrə qeydiyyata alınmış başqa bir 0.075 ha torpaq sahəsinin bir hissəsidir. Həmin torpaq sahəsindən cavabdehin çıxarılması və s. tələbi ilə bağlı isə iddiaçının hər hansı iddiası yoxdur.
25. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi mübahisəli fərdi yaşayış evi məhz iddiaçıya məxsus olan xx.xx.2017-ci il tarixli **********23-10301 saylı reyestrli çıxarış üzrə 0.14 ha torpaq sahəsinin 0.08 ha hissəsinin üzərində yerləşir və cavabdeh də məhz iddiaçının mülkiyyətində olan mübahisəli evin yerləşdiyi 0.08 ha torpaq sahəsində istifadə edir.
26. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin bundan əvvəlki məhkəmə qətnamələri ilə məhz cavabdeh tərəfindən inşa edilməsinə, cavabdehin ailə üzvləri ilə həmin evdə 2011-ci ildən yaşamasına, həmçinin mübahisəli yaşayış ev inin sökülməsi ilə bağlı iddiaçının qaldırmış olduğu iddianın bundan əvvəlki qanuni qüvvəyə minmiş qətnamələrilə rədd edilməsinə əhəmiyyət verməmiş, iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilib-ödənilməməsi məsələsini müzakirə etmədən cavabdehin inşa etmiş olduğu fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsindən də çıxarılmasını əsassız olaraq qət etmişdir.
27. Kollegiya qeyd etmişdir ki, cavabdehin iddiaçıya məxsus 0.08 ha torpaq sahəsindən çıxarılmasının təmin edilməməsi, iddiaçının həmin 0.08 ha torpaq sahəsi üzərində istifadə hüququ bərpa edilməklə həmin torpaq sahəsindən istifadəyə dair iddiaçıya cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması anlamına da gəlməməlidir. Belə ki, iddiaçı iddianın cavabdehin 0.08 ha torpaq sahəsindən çıxarılmasının təmin edilməyən hiss əsinin mülkiyyətçisidir və iddiaçının həmin 0.08 ha torpaq sahəsi üzərində istifadə hüququ var və bu istifadə cavabdeh tərəfindən iddiaçıya qadağan edilə və ya maneə yarada bilməz. Yəni, qətnamə -“iddiaçının həmin 0.08 ha torpaq sahəsi üzərində istifadə hüququ bərpa edilməklə həmin torpaq sahəsindən istifadəyə dair iddiaçıya cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” hissəsində ləğv edilməmişdir.
28. Kollegiya hesab etmişdir ki, cavabdehin həmin evdən çıxarılması ilə bağlı kompensasiya məsələsi müzakirə edilmədən iddianın tam təmin edilməsi yolverilməzdir və belə bir iddia təmin edilə bilməz. Bu baxımdan iddiaçının gələcəkdə cavabdehə qarşı “kompensasiya ödənilməklə mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdır ılmır. İddiaçı belə bir hüquqa malikdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29, 60-cı maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli 2 (106)-987/2025 saylı qətnaməsini ləğv edərək baxılması üçün yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinin pozulduğu qeyd edilmiş və belə əsaslandırılmışdır ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İşin mübahisəsiz halıdır ki, Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm əti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” çıxarışa əsasən kassatorun mülkiyyətindədir. Həmin torpaqdan qanunsuz olaraq 0,8 ha ölçüdə sahəni Cavabdeh istifadə edir və bununla da kassatorun mülkiyyət hüququnu məhdudlaşdırır. Torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi onun konstitusion hüququdur. Hakim ən ali və beynəlxalq qanunla da qorunan insan hüquq və azadlığına məhdudlaşdırma qoyur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 13. ( hissə 1) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Az ərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
35. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
36. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşd ırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissə də yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
48. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
49. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha torpaq sahəsinin mülkiyyətçisi, cavabdeh isə həmin torpağın 0.08 ha hissəsində yerləşən ümumi sahəsi 184,7 kv.metr və 3 otaqdan ibarət fərdi yaşayış evinə qanuni sahiblik edən şəxsdir. Qeyd edilən fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına, əvvəlki mülkiyyətçinin (iddiaçının anasının) razılığı ilə 2006-2010-cu illərdə inşa edildiyi və cavabdehin ailəsi ilə həmin vaxtdan qeyd edilən evdə yaşadığı tərəflər arasındakı digər məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən hazırkı işin mübahisələndirilməsi yolverilməz olan halı kimi qəbul edilməlidir.
50. Kassasiya şikayətində mübahisələndirilən qətnamə ilə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinin və mülkiyyət hüququnun pozulduğu qeyd olunmuşdur. Kollegiya bu dəlili əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının cavabdehlərin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ və MM-nin 157.2ci maddəsinə əsasən mülkiyyətində olan əmlakın qanunsuz sahiblikdən geri qaytarılmasını tələb etmək hüququ olduğu müəyyən edilsə də, əmlaka əvvəlki mülkiyyətçinin razılığı ilə sahiblik etmiş cavabdehin (vicdanlı sahibin) inşa etdiyi fərdi yaşayış evi torpaq sahəsinin əmtəə dəyərini artırdığından, vicdanlı sahibin yaxşılaşdırma xərcləri ödənilmədən çıxarılmasına dair tələbin təmin edilməsi mülki hüququn təməl prinsiplərindən biri olan vicdanlı davranış prinsipinin pozulması və hüquqdan sui-istifadə olduğu üçün iddia təmin edilməmiş, iddiaçıya gələcəkdə cavabdehə qarşı kompensasiya ödənilməklə mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi tələbi ilə yenidən iddia qaldırmaq hüququ izah edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mülki qanunvericiliyin tələb lərinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-987/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min