Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-347/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülməklə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2951/2019 saylı qətnaməsindən Cavabdeh, vəkili Vəkil, İddiaçı və vəkili X5 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şi kayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 X5 nömrəli otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onun yaşadığı X5 saylı otağına gəlin köçmüşdür. Həmin mənzildə yaşadıqları müddətdə xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşaqları doğulmuşdur. 2018-ci ilin avqust ayında döyüldüyü üçün, polisə şikayət etmişdir. Polisə şikayət etdiyi üçün yaşadığı mənzildən qovulmuşdur. Körpə uşaqla yaşamağa yeri yoxdur. Bu səbəbdən də gəlin köçdüyü mənzilə köçüb yaşamaq istəyir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciə t edərək, onun azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə X5 nömrəli otağa köçürülməklə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) xx xxxx 2019-cu il tarixli, 2(060)-499/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə X5otağına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Elman Rəhimov) xx xxxxxx 2019-cu il tarixli 2(105)2951/2019 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfi ndən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-499/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı və vəkili X5 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili X5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası MPM-nin bu barədə o lan 14.2-ci maddəsinin tələbini pozmuş, faktlara deyil, formal mülahizələrə əsaslanaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iddia tələbini qismən təmin edərək hüquq müəyyən edici sənəd olmadığını əsas gətirərək iddiaçının mənzilə istifadə hüququnu tanımamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, otaq dövlət mülkiyyətində olmaqla cavabdeh həmin mənzildə rəsmi qeydiyyatdadır. Hüquq müəyyənedici sənəd olmadan cavabdehin mənzilə istifadə hüququ tanındığı halda iddiaçının mənzilə istifadə hüququnun tanınmasından imtina edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən prosessual pozuntu etməklə iddiaçını köçürdüyü mənzilin kimə məxsus olmasını müəyyən etmədən qətnamə qəbul etmişdir. Həmin qətnamə üzrə məhkəmə başq a şəxsin mülkiyyət hüququnu pozmuşdur. Mübahisəli mənzil orderlə X2 məxsus olub. Həmin mənzil ümumiyyətlə cavabdehin ailəsinə məxsus olmayıb. X5 həmin mənzili 2019-cu ilin sentyabrında alıb. Bugünə qədər reyestr məlumatları yoxlansa görünər ki, həmin ev X2 məxsus olub. Məhkəmə başqa şəxsə aid olan evə ailəyə aidiyyəti olmayan şəxsi köçürmüşdür. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Di gər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki: Cavabdeh və X5 xx xxxx 2016-cı il tarixdə “Sumqayıt ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaq la ailə qurmuşlar və bu nikah 1626 saylı akt qeyd ilə rəsmiləşdirilmiş, arvada soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı X5 qeydiyyatsız yaşayır. Cavabdeh xx.xx.2014-cü il tarixdən X5 ünvanda yaşayır. Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-165/2019 saylı qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuş və xx.xx.2018-ci il təvəllüdlü X4 iddiaçının himayəsində saxlanılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavinin xx.xx.2019-cu il tarixli, 1629 saylı etiraz məktubundan müəyyən olur ki, X5 saylı yataqxana “Domna Təmir” TTQİ-nin balansında olmuş, İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİİB-nin balansına verilmişdir. İddiaçı və Cavabdeh adlarına qeyd olunan yataqxana otağına dair hər hansı hüquqmüəyyənedici sənəd (order, protokol, sərəncam və s.) mövcud deyildir. Bu səbəbdən də, iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişlər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə X5 saylı yataqxananın, 195-197 saylı otağına köçürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Lakin heç bir hüquqmüəyyənedici sənədi olmayan yaşayış evinə istifadə hüququ verilə bilməz. Bu səbəbdən də, İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə X5 saylı yataqxananın, 195-197 saylı otağına, yəni heç bir hüquqmüəyyənedici sənədi olmayan yaşayış sahəsinə istifadə hüququ tanınması barədə tələbi əsassız olub, qanuna ziddir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə kassasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işin birinci instansiya və apellyasiya məhkəmələrində cavabdeh tərəfindən mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə xx.xx.2016-cı ildə ailə quraraq, cavabdehin ailə üzvü kimi onun faktiki yaşadığı, dövlət balansında olan X5 saylı yataqxananın, 195-197 saylı otağına köçərək, xx.xx.2018-ci il tarixədək orada cavabdehin ailə üzvü kimi yaşamış, xx.xx.2018-ci il tarixdə isə ailə münaqişəsi zəminində həmin evdən çıxmışdır. Cavabdeh birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi izahatlarda həmin yaşayış sahəsinin 5 il əvvəl alındığını, hazırda dövlətin balansında olduğunu, mənzildə 5 nəfər digər ailə üzvü ilə yaşadığını, iddiaçı ilə yaşamanın qeyri-mümkün olduğunu bil dirmiş, apellyasiya şikayətində iddiaçı ilə boşandığından iddiaçının onun mənzilinə heç bir hüququnun olmadığını göstərmişdir. Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli mübahisəli yaşayış sahəsinin hüquqi rejimi və kimə məxsus olması barədə sorğusuna Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinin xx.xx.2019-cu il tarixli, 1629 saylı etiraz məktubunda da, X5 saylı yataqxana “Domna Təmir” TTQİ-nin balansında olduğu, İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİİB-nin balansına verildiyi, İddiaçı və Cavabdeh adlarına qeyd olunan yataqxana otağına dair hər hansı hüquqmüəyyənedici sənədin (order, protokol, sərəncam və s.) mövcud olmadığı qeyd edilmiş, lakin bu yaşayış sahəsinin kimə məxsus olması barədə heç bir məlumat verilməmişdir. Sumqayıt Şə hər İcra Hakimiyyəti MKTİB-nin 22 saylı MKS-in verdiyi arayışlarda isə hər iki tərəfin qeyd edilən ünvanda faktiki yaşadıqları qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yalnız birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikd ir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsi öz mülahizəsi ilə hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanılması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarı) Göründüyü kimi, iddiaçı cavabdehin faktiki yaşadığı və məhkəmə iclaslarında ona məxsus olduğunu bildirdiyi mənzilə xx.xx.2016-cı ildə gəlin köçərkən həmin mənzil dövlət mənzil fonduna aid olmuşdur. Həmin dövrdə hazırkı mübahisəyə tətbiq edilə biləcək xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi (53 və 54-cü maddələr) qüvvədən düşdüyündən və xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə sosial kirayə müqaviləsindən irəli gələn münasibətlərə uyğun olduğundan bu mübahisəyə də xx.xx.2009-cu ildən qüvvədə olan sosial kirayə müqaviləsinə aid normalar tətbiq edilməsi mümkündür. Buna görə də, mənzil cavabdehə sosial kirayə müqaviləsi əsasında verilməsə də, mənzil dövlət balansında olduğundna analoji münasibətləri tənzimləyən xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə məhkəmə tərəfindən istinad edilməsi düzgün olmuşdur. Həmin maddəyə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə cavabdehin ailə üzvü kimi köçdüyündən onun həmin mənzildə digərləri ilə birlikdə yaşamaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsaəsn on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-ci maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə o yaşayış yerini itirmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər h üquqları var. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən yaşayış sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən məhkəmə haqlı olaraq iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun tanınması hissəsində iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin mübahisəli mənzilin orderlə X2 məxsus olması və başqa şəxsin mənzilinə iddiaçının köçürüldüyünü, hal-hazırda isə həmin mən zilin anası X1 mülkiyyətində olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən faktiki hallar yenidir və cavabdehin əvvəlki məhkəmə iclasında bildirdiyi faktiki hallardan fərqlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Həmin mənzilin bu gün cavabdehin anası X1 mülkiyyətində olması da onu deməyə əsas verir ki, həqiqətən də həmin mənzil faktiki olaraq cavabdehi və onun ailəsinə məxsus olub və hazırki məhkəmə mübahisəsi gedən müddətdə isə özəlləşdirilərək, cavabdehin anasının adına alqı-satqı edil mişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmişdir, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2951/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-347/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-347/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver