Məhkəmə qərarları › İş №2(102)-3470/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3470/2021

21.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3470/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq mübahisəsi, ziddiyyətli rəy, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh1, onun vəkili X2, Cavabdeh2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-334/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməs indən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.271838 ha torpaq sahəsi Cavabdeh4 adına; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.10 ha torpaq sahəsi Cavabdeh1 adına; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.15 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan s onra – iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində cavabdehlərin inşa etdikləri qanunsuz tikililərin sökülməsi, zəbt etdikləri torpaq sahələrinin boşaldılması və cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzi olaraq ona 8000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05.11.2013-cü il tarixdə X4 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.3864 ha torpaq sahəsindən 0,15 ha torpaq sahəsini 5500 manata Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən almış, həmin əmlaka DƏDRX-dən çıxarış almışdır. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarə sinin 21.11.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü haqda çıxarışına əsasən ona məxsus torpaq sahəsinin yeri müəyyən edilmişdir. Ona məxsus torpaq sahəsinin 0.0205 ha hissəsi Cavabdeh1, 0.0166 ha-dan ibarət hissəsi isə Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir. Şifahi şəkildə cavabdehlərdən ona məxsus qanunsuz zəbt etdikləri torpaq sahəsini boşaltmağı xahiş etsə də, onlar tərəfindən əmlakın boşaldılması ilə bağlı heç bir hərəkət edilməmişdir. Torpağın qanunsuz zəbt edilməsi ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, 29.01.2019-cu il tarixli cinayət işinin rədd edilməsi barədə qərarda cavabdehlərin onun torpağını qanunsuz istifadə etdikləri müəyyən edilmişdir. Cavabdeh2 iddia tələbinə yazılı etiraz edərək, bildirmişdir ki, 18.04.2014-cü il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzində bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.272 ha torpaq sahəsi almış və onu DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinin 29.04.2014-cü il tarixli çıxarışına əsasən arvadı Cavabdeh4 adına sənədləşdirmişdir. Torpaq sahəsinin döngə nöqtələrinin GPS koordinatları X5 Komitəsinin (bundan sonra - DTXK) Abşeron Rayon Şöbəsi tərəfindən yerində müəyyən edilərək satıcı və qonşuların iştirakı ilə ölçülüb onlara təhvil verilmişdir və hazırda da torpaq onların xüsusi mülkiyyətindədir. Torpaq sahəsi şimal tərəfindən Cavabdeh1 hasarı və digər 3 tərəfdən yollarla əhatə olunur, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və orada heç bir tikinti işi aparılmamışdır. İddiaçı ilə onlar hasar qonşusu deyil, ərizəyə əlavə olunan xəri təyə əsasən onun yeri onlardan qərb tərəfdə, 6 m enindəki yolun o biri tayındadır və torpaq sahəsinin yeri xəndək qazılaraq işarələnmişdir. Mübahisəli əraziyə baxış keçirərkən, bir daha aydın olmuşdur ki, Əli öz torpağını 12 m enində iddiaçı tərəfə sürüşdürmüş, sonuncu da ona aid olan 0.15 ha torpaq sahəsini saxlamaq məqsədilə onlar tərəfə sürüşdürmək niyyətindədir. Halbuki, iddiaçı ilə aralarında yol var, aralarında torpaqla bağlı heç vaxt mübahisə olmamışdır. 1990-cı illərdə pay torpaqlarına dair Dövlət aktı tərtib edilərkən "Torpaq islahatı haqqında" Qanunun tələbləri pozularaq insan resurslarının çatışmamazlığı ucbatından ayrılan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müasir GPS cihazları ilə deyil, xəritədən istifadə edilməklə götürülmüşdür ki, bunun da nəticəsi ndə təxminən 10 m fərqlə xətalar yaranmışdır. Mübahisəli torpaq sahəsi zəbt edilməmişdir, ərazidə xeyli yaşayış və qeyriyaşayış tikintiləri aparılmışdır, əgər torpaq sahələri sürüşərsə onda zəncirvari hal kimi Mehdiabad qəsəbəsindəki bütün torpaqlar, tikililər, yollar, kommunikasiya xətləri də sürüşər, xüsusilə də qəsəbəyə giriş yolu bağlanar ki, bu da mülkiyyətçilər arasında narazılığa və yuxarı səviyyədə böyük söz-söhbətlərə səbəb olar. Cavabdeh iddianın rədd edilməsini və mübahisəli torpaq sahələri üzrə təyin edilmiş döngə nöqtələrinin koordinatlarının torpaq sahələrinin naturaya - faktiki yerləşməsinə uyğunlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 oxşar məzmunlu izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏMDK yanında Daşınmaz Əmlakın Kadast rı və Ünvan Reyestri Xidmətinin 06.09.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.15 ha və RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ndə yerləşən Cavabdeh1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.10 ha torpaq sahələrinə aid plan və ölçülər təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsin ə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin koordinatlarına uyğun yerləşmə yeri və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının araşdırılması mümkün olmamışdır. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.15 ha və RX seriyalı, ******* saylı torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.10 ha torpaq sahələrinə aid plan və ölçülər təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqla r (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin (çıxarış və torpaq sahəsin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənib-işlənməməsinin, Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazisinin pay torpaqlarının bölgü layihəsinə uyğun olub-olmamasının araşdırılması mümkün olmamışdır. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.01.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.15 ha və RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.271838 ha torpaq sahələrinə aid olan plan və ölçülə r təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXK tərəfindən Dövlət aktları və Dövlət aktları əsasında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK tərəfindən verilmiş Dövlət aktı köhnə koordinat sistemində olduğundan sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktik i istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin arazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. "xxxx" MMC-nin 12.11.2019-cu il tarixli, 106 saylı məktuba əlavə olunmuş rəyinə əsasən, İddiaçı 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənil məmişdir, 12 m cənub tərəfə sürüşdürülmüşdür. Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh2 faktiki istifadəsinə və Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh1 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh2 və arvadı Cavabdeh4 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişlər. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-85/2020 nömrəli iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia rədd olunmuşdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mütəxəssis rəyləri ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Dövlət aktları əsasında verilmiş, DƏDRX-də qeydiyyata alınmış çıxarışlara aid torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələrin) qeydə alınması, vətəndaşların həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozması, pay torpağı kimi verilmiş torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olması müəyyən olunmuş və bununla əlaqədar mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Lakin, cavabdehlər tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin 12.11.2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 və Cavabdeh4 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsini zəbt etməmələri müəyyən olunmuşdur. Əksinə müəyyən edilmişdir ki, İddiaçı məxsus 0.15 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmişdir və 12 m cənub tərəfə sürüşdürülməsi barədə rəy iddia tələbinin cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etmələri barədə hissəsini təkzib edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 68-ci, Azərbaycan Re spublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-334/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obye ktiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 164.1, 164.2-ci, Torpaq Məcəlləsinin 68, 84-cü, MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını po zmuş, işin həqiqi hallarını düzgün araşdırmamış, o cümlədən, iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmiş və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ekspertiza keçirilməsini təmin etməmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsası kimi mötəbər olmayan mütəxəssis rəyinə istinad etmiş, bununla da iddiaçının qanunla qorunan hüquq və mənafeyini pozmuşdur. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, MPM-in 63, 76.1, 76.2-ci maddələrinə əsasən, iş üzrə sübut qismində hər hansı məsuliyyət daşımayan mütəxəssis rəyi deyil, xüsusi biliyə malik olan və qanunvericiliklə müəyyən olunmuş məsuliyyət daşıyan ekspert rəyi qəbul oluna bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı ayrı-ayrılıqda verilmiş etiraz ərizə lərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kassasiya şikayətinə etirazlar iddiaya etirazların dəlillərinə uyğun əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gə lməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (madd ə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sü butlarla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhk əmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və iş ə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğunu iddia etdiyi hissəsinin geri qaytarılmasını, həmin hissədə inşa edilmiş özbaşına tikililərin sökülməsini və dəymiş ziyanın ödənilməsini tələb edir. İş üzrə cavabdehlər iddiaya etirazlarını, həmçinin onunla əsaslandırmışlar ki, 1990-cı illərdə pay torpaqlarına dair dövlət aktları tərtib edilərkən qanunvericiliyin tələbləri pozularaq torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müasir GPS cihazları ilə deyil, xəritədən istifadə edilməklə götürülmüşdür ki, bunun da nəticəsində təxminən 10 metr fərqlə xətalar yaranmışdır. Mübahisəli torpaq sahəsi zəbt edilməmişdir, ərazidə xeyli yaşayış və qeyri-yaşayış tikintiləri aparılmışdır, əgər torpaq sahələri sürüşərsə onda zəncirvari hal kimi Mehdiabad qəsəbəsindəki bütün torpaqlar, tikililər və kommunikasiyalar sürüşər. Göründüyü kimi cavabdehlər tərəflərin mülkiyyətində olan torpaq sahələrinin faktiki vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ilə qismən üst-üstə düşmədiyini, təxminən 10 metr fərqlə xətaların mövcud olduğunu etiraf etmişlər. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etirafı yazılı ərizədə ifa də olunursa, həmin ərizə işə tikilir. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin istinad olunan tələbini nəzərə almamışdır. İddiaya etirazın qeyd olunan dəlili cavabdehlərin kassasiya şikayətinə verdikləri etirazda da yazılı şəkildə ifadə edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin alınması üçün qərardad qəbul edilmişdir. Verilmiş rəylərlə mütəxəssis qarşısında qoyulan suallara birbaşa cavab verilməsə də, mütəxəssislər tərəfindən mübahisəli torpaq sahəsinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin k oordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Bu hal rəylərin əsaslandırıcı hissəsində də öz əksini tapmışdır. Məhkəmələrin sübut kimi istinad etdikləri "xxxx" MMC-nin 12.11.2019-cu il tarixli rəyində isə mütəxəssis öz mövqeyini tərəflərin mülkiyyətində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestri məlumatlarına deyil, pay torpaqlarının bölgü layihəsinə istinadla əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşı lmazlıqlar, zidiyyyətlər və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş rəylərin daxilində olan və bir-biri ilə yaranan ziddiyyətləri aradan qaldırmadan, prosessual qanunvericiliyin ona ve rdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hü ququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli və əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-334/2021 nömr əli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar