Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3472/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı, X5, X6 və X2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, iş üzrə düzgün olayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual pozuntuya yol verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili X9 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-307/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Abşeron rayon Torpaq şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 05 iyun 1998-ci il tarixdə təsdiq edilmiş Torpağa mülkiyyət hüququna dair JN-1874 nömrəli (kod ********) Dövlət Aktına əsasən İddiaçı, X14, X5 və X3 mülkiyyətlərinə Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 may tarixli 16 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,49 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrə li çıxarışa əsasən Abşeron rayonu, qəsəbəsində yerləşən 0,343728 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ümumi birgə payda 13 iyul 2016-cı il tarixdə İddiaçı, X5, X15 və X1 adlarına qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, qəsəbəsində yerləşən 0,10 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda 20 iyun 2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı, X5, X6 və X7 Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışlar ki, Abşer on rayonu, qəsəbəsində xüsusi mülkiyyət hüququ əsasında 0,34 ha torpaq sahəsinə malikdirlər və mülkiyyət hüququ Dövlət reyestrindən verilmiş çıxarışla təsdiq edilmişdir. Eyni zamanda Torpağa mülkiyyət hüququna dair JN-1874 saylı Dövlət Aktı da mövcuddur. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətlərindədir. Lakin cavabdeh və digər şəxslər həmin torpaq sahəsini zəbt ediblər və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Bu səbəbdən onlar özlərinə məxsus torpaq sahəsindən istifadə edə bilmirlər, torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının 21 yanvar 2020-ci il tarixli 1083 nömrəli rəyinə görə ekspertizanın keçirilməsi üçün 13.07.2016-cı il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, qəsəbəsində yerləşən 0,343728 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarışa və 20.06.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı ç ıxarışa əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur. Ləğv edilmiş DTXK tərəfindən verilmiş Dövlət Aktlarına əsasən vətəndaşların bir qisminə ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, kəndi “” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmə lər) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər inşa edərək torpaqların hüquq rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində yaşayış evləri və digər tikililərin inşa olunması ilə torpaq sahələrinin naturada (yer üzərində) sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Məhkəmə iclasına dəvət olunmuş mütəxəssis, “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi X10 göstərmişdir ki, iş üzrə ekspertiza rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyini tərəflərin iştirakı ilə apardıqları çöl-ölçmə işləri nəticəsində vermişlər. Prezidentin sərəncamına əsasən 2015-ci ildən elektron kadastr uçotu aparılır. İddiaçıların sənədini dəqiqləşdirmək mümkün olmadığından, həmin ərazidə tikililərin olması səbəbindən tərəflərin torpaq sahələrinin koordinatlarının yerində (naturada) üstüstə düşüb-düşmədiyini təyin etmək mümkün olmamışdır. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 01 iyun 2020-ci il tarixli, 2(012)-126/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri iddiaçılara aid edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. İddiaçılar onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu əsası ilə iddia qaldırsalar da, buna dair müvafiq sübutlarını təqdim etməmişlər. Məhkəmə isə lazımi qaydada araşdırma aparmış, lakin müəyyən edilmişdir ki, daşınmaz əml akın dövlət reyestrində qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Bununla da, məhz cavabdehin iddiaçılara məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi və ya tərəflərin mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin üst-üstə düşüb-düşmədiyi müəyyən edilə bilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehə məxsus torpaq sahəsi də daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin ikinci, yəni “zəbt olunmuş torpaq sahəsində inşa edilmiş şəxsi yaşayış evinin cavabdehin hesabına sökülməsi” hissəsi iddia tələbinin b irinci hissəsinə nisbətdə törəmə tələbdir, nə qədər ki, ilkin, əsas tələbin əsassız olması müəyyən edilmişdir, belə olan halda törəmə tələb də əsassız sayılmalıdır. Məhkəmə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 68, 111-ci maddələrinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 64.1, 79.1, 88, 97.1, 76.1, 76.2, 103.2, 218.3-cü madələrinə istinadla əsaslandərmışdır. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 170.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 48.5, 84.1, 84.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) K assasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə təkrar ekspertizanın keçirilməsi barədə vəsatətini təmin etməyərk iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən x ərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkə mə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdhehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərə k hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Aqrar İslahat Komissiyasının 1998-ci il 10 ma y tarixli 16 nömrəli qərarı ilə iddiaçılar İddiaçı, X14, X5 və X3 mülkiyyətinə Abşeron rayonu, qəsəbəsində 0,49 ha kənd təsərrüfatı təyinatlı sahəsi verilmiş, 05 iyun 1998-ci il tarixdə təsdiq edilmiş Torpağa mülkiyyət hüququna dair JN1874 nömrəli (kod ********) Dövlət Aktına görə onların torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışa görə yuxarıda göstərilən torpaq sahəsinin 0,343728 ha hissəsinə təkrarən 13 iyul 2016-cı il tarixdə iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşin digər halı ilə müəyyən olunmuşdur ki, cavabdehin adına 19 iyun 2014-cü il tarixdə Abşeron rayonu, qəsəbəsində 0,10 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini n Planı və ölçüsü işlənmiş, həmin sahə mülkiyyət hüququ üzrə tam payda 20 iyun 2014-cü il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçılar göstərirlər ki, cavabdeh və digər şəxslər onlara məxsus torpaq sahəsini zəbt edib və həmin sahədə fərdi yaşayış evi tikmişlər. Cavabdeh iddia tələbinə etiraz edərək onun torpaq sahəsinin iddiaçıların torpaq sahəsi ilə üst-üstə düşmədiyini, iddiaçının torpaq sahəsini zəbt etmədiyini göstərir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmələri əsası ilə iddia tələbini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin nəticə ilə razılamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini n dəlilinə qiymət verməyətək prosessual pozuntuya yol vermişdir. Belə ki, apellyasiya şikayətində iddiaçı ekspert rəyinin əsaslandırılmadığını, iş üzrə təkrar ekspertizanın keçirilməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilinə heç bir qiymət verməmiş, şikayətin dəlilləri ilə bağlı iddiaçıların məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini göstərmişdir. Apellyasiya şikayətindən göründüyü kimi, iddiaçıların dəlili hər hansı bir sübutun təqdim edilməsi ilə bağlı deyil, ekspert rəyi ilə razılaşmamaları olmuş, məhkəmədən təkrar ekspertizanın keçirilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə təkrar ekspertizanın keçirilməməsi barədə xahişin rədd olunmasını əsaslandırmamış, şikayətin dəlilinə ümumi sözlərlə qiymət vermişdir. Mülki Prosessual Mə cəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsi nin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İş üzrə keçirilmiş ekspert rəyində qeyd edilmişdir ki, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquq rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş tikililər torpaq sahələrinin naturada (yer üzərində) sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Ekspert rəyində torpaq sahələrinin plan və ölçüsündə olan koordinatlarla həmin torpaq sahələrinin faktiki istifadə edilən torpaq sahələri arasında uyğunsuzluq olması göstərilmişdir. Ekspert həmin torpaq sahələrində tikililər inşa edilməsi səbəbindən orpaq sahələrinin naturada (yer üzərində) sərhədlərinin tamamilə itməsinə səbəb olmasını göstərərək tətqiqat aparılmasının mümkünsüzlyünü göstərmişdir. MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar e kspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə tənqidi yanaşmayaraq iş üzrə təkrar ekspertizanını keçirilməsini və ekspert qarşısında suallar qoyaraq fərqli tətqiqat metodlarının tədbiq edilməsi ilə qeyd edilən uyğunsuzluğun müəyyən edilməsini müzakirə etməmiş, zərurət yaranarsa Alternativ Ekspertiza müəssisələrinə müraciət edərək qeyd edilən halın müəyyən olunmasını təmin etməmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Torpağa mülkiyyət hüququna dair Dövlət aktına və sonradan verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görə iddiaçıların 0,343728 ha torpaq sahəsinə miülkiyyət hüququ vardır, bu hüquq qanunla qorunur, dövlət tərəfindən tanınmışdır və qorunur. Keçmiş DTXK tərəfindən iddiaçılara verilmiş Döv lət Aktının köhnə koordinat sistemində olması, vətəndaşların mübahisəli ərazidə torpaq qanunvericiliyinə zidd olaraq yaşayış evləri və digər tikililərin inşa etidklərinə görə torpaq sahələrinin naturada sərhədlərinin tamamilə itməsinə səbəb olması əsasları ilə iddiaçıların torpaq sahəsinə mülkiyyət hüququnun bərpasından imtinaya səbəb ola bilməz. Həmin hüququn qorunması dövlət təminatındadır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun sübutların tədqiq edilməsini təmin etməli, iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizası keçirilməsini müzakirə etməli, ekspertiza ilə ilk növbədə iddiaçıların və cavabdehin torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda yerdə sərhədlərinin müəyyən edilməsi təmin olunmalı, bundan sonra digjər hərəkətlər yerinə yetirilməlidır. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-307/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.