Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3473/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarlı hesab olunması, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(105)302/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə X1 və 4 nəfər ailə üzvünə (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X2 21 noyabr 2000-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş 04 iyul 2004-cü il tarixli əlyazma alqı-satqı müqaviləsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 JN-444 saylı, 30301004 kodlu dövlət aktı ilə məxsus olan 1 ha torpaq sahəsinin 0,80 ha hissəsini dəyərini ödəməklə almışdır. Notarial qaydada təsdiq olunmuş 16 mart 2005-ci il tarixli Torpağın alqı-satqı müqa viləsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 özlərinə məxsus Quba şəhərində yerləşən 1 ha torpaq sahəsini Maraqlı şəxs satmış və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət hüququ 29 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 16 mart 2005-ci il tarixli müqavilənin etibarlılığını məhkəmə qaydasında mübahisələndirmiş, Quba Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaları təmin edilərək həmin müqavilə və Maraqlı şəxs adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2014-cü il tarixli RX seriyalı, ******* və ******* nömrəli çıxarışlar etibarsız sayılmışdır. Quba şəhərində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ü zərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətləri 25 aprel 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(027)-1931/2014 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab olunması” barədə iddiaları təmin edilməmişdir. Cavabdeh1 19 dekabr 2018-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh 4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdın Quba şəhəri ərazisində 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,80 ha hissəsini almış, 04 iyul 2004-cü il tarixdə alqı-satqı müqaviləsi yazıb 0,80 ha torpaq sahəsinin pulunu cavabdehlərə vermiş, cavabdehlər isə torpaq sahəsini ona təhvil vermişlər. O, torpağı aldıqdan və bir müddət keçdikdən sonra, dəfələrlə müraciət edib alqı-satqını notariat qaydasında rəsmiləşdirməyi tələb etsə də, cavabdehlər hər dəfə şəxsiyyət vəsiqəsi ilə əlaqədar sənədlərində problem olduğunu bildirib, alqı-satqını rəsmiləşdirməkdən yayınmışlar. O, cavabdehlərin bu əməliy yatdan yayınmasını araşdırıb onların 0,80 ha torpağa 25 aprel 2016-cı il tarixdə mülkiyyətlərini təsdiq edən reyestrdən çıxarış aldıqlarını müəyyən etmiş, onlara alqı-satqı müqaviləsini rəsmiləşdirməyi yenidən təklif etmişdir. Onlar isə Cavabdeh3 hara getdiyini bilmədikləri üçün vərəsəlik məsələsini həll edə bilmədiklərini göstərmiş, alqısatqı müqaviləsini notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırmışlar. Quba Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(027)-3084/2018 nömrəli qətnaməsi ilə (hakim X.Q.Tağıyev) iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 04 iyul 2004-cü il tarixdə 0,80 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, alqısatqı predmeti olan torpaq sahəsi üçün razılaşdırılmış məbləği ödədiyindən, cavabdehlər isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdıqlarından iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İşə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(027)-3084/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fe vral 2021-ci il tarixli, 2(105)-302/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(027)-3084/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırda mübahisəli torpaq sahəsinə dair Maraqlı şəxs adına olan 29 aprel 2014-cü il tarixli reyestrdən çıxarış qüvvədədir. Cavabdehlər isə bu faktı bilə-bilə 28 noyabr 2018-ci il tarixli məhkəmə iclasında İddiaçı onlara qarşı qaldırd ığı iddianı qəbul etdiklərini bildirmiş, bu barədə ərizə yazmış, məhkəmə isə həm cavabdehlərin iddianı qəbul etdiklərinə görə, həm də tərəflər arasında tərtib edilmiş 04 iyul 2004-cü il tarixli alqı-satqı barədə əqdə istinad edərək iddianı təmin etmişdir. Lakin, mübahisəli torpaq sahəsinə dair Maraqlı şəxs adına olan 29 aprel 2014-cü il tarixli reyestrdən çıxarış qüvvədə olan halda, onun mülkiyyətində olan torpaq sahəsinin bu şəkildə İddiaçı mülkiyyətinə verilməsi qüvvədə olan mülki qanunvericiliyə tamamilə ziddir. Mübahisəli torpaq sahəsi 16 mart 2005-ci ildən özgəninkiləşdirildiyindən və həmin alqısatqı müqaviləsi məhkəmə qaydasında qanuni hesab edildiyindən bu tarixdən əvvəlki tarixlə əmlaka dair əqd bağlanması və onun yenidən məhkəmə qaydasında etibarlı hesab edilməsi həm Maraqlı şəxs mülkiyyət hüquqlarının, həm də mülki dövriyyənin prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, iddianı təmin edərkən işə baxan birinci instansiya məhkəməsi əsas hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixinədək qüvvədə olan 335.2-ci maddəsində istinad etmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi məhkəmənin əqdi etibarlı sayması üçün əsas dispozitiv şərt müqavilə üzrə tərəflərdən birinin əqdi tamamilə və ya qismən icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmasıdır. İşdən görünür ki, iş üzrə cavabdehlər məhkəmə baxışı zamanı iclasda iştirak edərək yazılı ərizə təqdim edib iddianı etiraf etmiş, təmin edilməsinə etiraz etməmişlər. Başqa sözlə, iddiaçı ilə cavabdehlər arasın da əslində mübahisənin olması, onların əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması işin faktiki hallarından görünmür. Məhkəmə iclasında iştirak edib (mərhum Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq iddianı qəbul etdiyini bildirmişdir) iddianı etiraf edənədək notariat kontoruna gedib əqdi bağlamaq üçün cavabdehlərə mane olan hallar mövcud olmamışdır. Belə olan halda, işə baxan məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığı kimi, maddi hüquq normasının pozulması ilə müşayiət edildiyi üçün əsaslı hesab edilə bilməz. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(105)-302/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iş üzrə icraata Cavabdeh1 Səttar qızına dair hissədə Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə istinad edilməklə xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(105)-302/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuş, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə l azımi qaydada xəbərdar edilməmiş, iddiaçının mübahisəli torpaq sahəsinin vicdanlı əldə edən olması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansi yası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnamə sinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavil ələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydin həqiqiliyi və tamamlığı prezumpsiyasını əsas götürmüş və mübahisəli torpaq sahəsinə dair həmin qeydin etibarlı alqı-satqı müqaviləsi əsasında məhz Maraqlı şəxs adına olduğunu nəzərə alaraq, iddianı rədd etmişdir. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərnaməli poçt vasitəsi ilə məlumatlandırılmış, lakin o, məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin işə iddiaçının iştirakı olmadan baxılması Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilə rkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2(105)-302/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3473/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3473/2021
16.08.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver