Məhkəmə qərarları › İş №2(102)-3473/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3473/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3473/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması tələbi, əsassız varlanma, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-819/2025 nömrəli, 2025-ci il 23 iyul tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkə mələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, İddiaçı tərəfindən Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 38.100 manat və xx.xx.2022-ci il tarixdə isə 41.000 manat məbləğində pul köçürülmüşdür. Bu barədə xx.xx.2022-ci il tarixli, TT**********89638100 nömrəli və xx.xx.2022-ci il tarixli, TT**********62841000 nömrəli qəbzlər iş materiallarına əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 79100 manat pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 327 manatın ümumilikdə 79427 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 38100 manat, xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 41000 min manat, ümumilikdə 79100 manat pul vəsaiti "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsi ilə bağlı etibar edərək, cavabdehə məxsus şirkətin və daimi gəlirləri olmasını nəzərə alaraq, külli miqdarda rəsmi qəbzlər əsasında borc pul vəsaiti vermişdir. Cavabdehin borcunun olmasına dair, əlyazma ilə yazılmış möhürlü ərizəsi vardır. Cavabdehlə iddiaçı arasında ümumilikdə 79100 manat pul məbləğinin geri qaytarılacağına dair razılaşma olmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında yerinə yetirməmiş qeyd olunan pulu geri qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Hazırda cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyi ü çün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, e-2(012)-551/2025 saylı iş üzrə iddiaçı X4 2022-ci ilin 24 fevral və 27 may aylarında "xxxx" MMC-nin X2 vasitəsi ilə Kapital Bank MMC-dən götürdüyü 400.000 (dörd yüz min) manatlıq kredit borcunu ödəmək üçün 41.000 və 38100 manat olmaqla ümumilikdə 79100 manatı həmin kredit hesabından silinməsi üçün onun aralıq hesabına köçürmüşdür. Belə ki, onların aralarında borc müqaviləsi olmamış, həmin vəsait ona ödənilməmiş, şirkətin öhdəliklərinin ödənilməsi üçün bank tərəfindən hesabdan çıxılmışdır. Hazırda iddiaçının tələbi əsassız varlanma hesab olunursa, o halda, əsassız varlanma üçün 2 illik müddətin keçməsi səbəbindən o, tələb hüququnu itirmiş hesab olunmaldır. Həmin müddət kəsici müddət dir. Həmçinin iddia tələbi də əsl cavabdehə qarşı qaldırılmamışdır. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırki iddia tələbi üzrə iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanmışdır. Halbuki tərəflər arasında ümumiyyətlə borc münasibətləri olmamışdır. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdi rilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Plenum Qərarına əsasən, tərəflər əhəmiyyətsiz əqdlə əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərindən biri kimi göstərir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin ü çüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Həmin qərara əsasən, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Odur ki, hazırki iş üzrə iddia müddətinin bitməsi ilə əla qədar olaraq iddia rədd edilməlidir.

5. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, sözügedən 38000 və 41000 manat məbləğləri Kapital Banka olan ipoteka kreditinin faiz və gecikdirilmiş cərimə məbləğinə ödənilmişdir. Bundan əlavə AR MPM-nin 739.2-ci maddəsinə əsasən, borc məbləği 3000 manatdan yuxarı olduqda yazılı qaydada müqavilə bağlanılmalıdır. Lakin göründüyü kimi tərəflər arasında heç bir yazılı müqavilə yoxdur. Bu səbəbdən də, bu əhəmiyyətsiz əqd hesab edilməlidir. Əhəmiyyətsiz əqdlərdə iddia müddətinin 1 il olduğu nəzərə alınsa, iddia ərizəsi 2023-cü ilin may ayınadək verilə bilərdi. Bundan əlavə iddia əsl cavabdehə qarşı, yəni Kapital Banka qarşı yönəlməmişdir. Burada cavabdehin məqsədi əsassız varlanma deyildir, banka olan borcun ödənilməsidir. Yəni sözü gedən məbləğlər cavabdehə deyil, banka ödənilmişdir. Bundan başqa AR Mülki Məcəlləsinin öhdəliklə bağlı 385 və 442-ci maddələri bu münasibətə tətbiq edilə bilməz. Belə ki, burada cavabdehin heç bir öhdəliyi yoxdur.

6. Abşeron Rayon Məhkəməsinin 2025-ci il 27 fevral tarixli, e-2(012)-551/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilmiş, Cavabdeh 79100 (yetmiş doqquz min yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 327 (üç yüz iyirmi yeddi) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə 38100 manat, xx.xx.2022-ci il tarixdə 41000 min manat, ümumilikdə 79100 manat pul vəsaitini "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsi ilə bağlı etibar edərək verməsi iş materiallarında olan qəbzlər lə öz təsdiqini tapmışdır. Tərəflər arasında bu vəsaitin ödənilməsi gəlir əldə edilməsi ilə bağlı işgüzar münasibətlərdən irəli gəlmişdir. Lakin cavabdeh iddiaçıya həmin vəsaiti ödəməmiş və bununla da vəsaiti özündə saxlamaqla əsassız varlanmışdır. Ümumilikdə 79100 manat vəsaitin cavabdehin xeyrinə iddiaçı tərəfindən köçürülməsi ilə bağlı qəbzlər həmin məbləğin köçürülməsini təsdiq edir. Göstərilənlərə əsasən iddia tələbi əsaslıdır, təmin edilməlidir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ona pulun qaytarılmaması və bununla da hüququnun pozulmasını pulun köçürüldüyü vaxt deyil xeyli sonra bilmişdir. Belə ki, tərəflər arasında işgüzar münasibətdən irəli gələn pulun qaytarılmaması müvafiq vaxtın xeyli müddət keçməsindən sonra iddiaçıya məlum olmuşdur. Çünkü gəlirin əldə edilməsi üçün ən azı 6 aydan 1 ilədək vaxt lazım olur. İddiaçı həmin müddəti gözlədikdən sonra pulun ona verilməməsini anlayaraq hüquqlarının pozulduğunu bilmiş və məhkəməyə müraciət etmişdir. Ona görə də, 2 illik kəsici müddət keçməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından müəyyən olunduğu kimi iddiaçıya hüquqlarının pozulması iddiaçıya ödənişləri etdikdən sonra, yəni 2024-cü ildən məlum olmuşdur. Eyni zamanda tərəflər arasında mübahisə əsassız varlanmadan irəli gəlir. Buna isə 3 illik müddət tədbiq oluna bilməz.

10. Məhkəmə hesab etmişdir ki, iddia müddəti hazırkı iddia tələbinə tədbiq edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 157.2, 1091, 1092.1, 1095-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 119.1, 119.2, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanmışdır. Halbuki tərəflər arasında ümumiyyətlə borc münasibətləri olmamışdır. Bu səbəbdən AR Mülki Məcəlləsinin öhdliklə bağlı 385 və 442-ci maddələri bu münasibətə tətbiq edilə bilməz. Hazırkı münasibət əsassız varlanma ilə əlaqədar yaranmış münasibətdir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun m əlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırki işdə də borc verildiyi iddia olunan pul vəsaitləri 2022-ci ilin fevral ayında bank hesabına köçürülmüşdür. Əsassız varlanma üçün 2 illik müddətin keçməsi səbəbindən iddiaçı tələb hüququnu itirmiş hesab olunmaldır. Qətnamənin 4-cü səhifə 9-cu abzasında qeyd edilir ki, iddiaçı ona pulun qaytarılmaması və bununla da hüququnun pozulmasını pulun köçürüldüyü vaxt deyil xeyli sonra bilmişdir. Belə ki, tərəflər arasında işgüzar münasibətdən irəli gələn pulun qaytarılmaması müvafiq vaxtın xeyli müddət keçməsindən sonra iddiaçıya məlum olmuşdur. Çünkü gəlirin əldə edilməsi üçün ən azı 6 aydan 1 ilədək vaxt lazım olur. İddiaçı həmin müddəti gözlədikdən sonra pulun ona verilməməsini anlayaraq hüquqlarının pozulduğ unu bilmiş və məhkəməyə müraciət etmişdir. Lakin bu yanaşma tamamilə əsasızdır. Tərəflər arasında heç bir işgüzar münasibət olmamışdır. Cavabdehin 2022-ci ildən bəri şirkətlə heç bir əlaqəsi olmamışdır. Həmin məbləğ işgüzar münasibətlər zəminində gəlir əldə etmək üçün yox, məhz şirkətin kredit borcunun ödənilməsi üçün hesaba köçürülmüşdür. Pul vəsaiti Cavabdeh deyil, MG Construction MMC-yə verilmişdir. Belə ki, MG Construction MMC-nin bank hesablarında sərəncam olduğundan İddiaçı pul vəsaitini Cavabdeh aralıq hesabına ona görə qoymuşdur ki, həmin pul vəsaiti kredit müqaviləsinə əsasən Kapital Bank ASC tərəfindən silinsin. Həmin dövrdən məhkəməyə müraciət olunan vaxta qədər isə 2 illik kəsici müddət keçmişdir. Məhkəmə öz mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, tərəflər ara sında işgüzar münasibətlərin olmasını sübut edən hər hansı sübutlar, həmin məbləğin borc olaraq verildiyini təsdiq edən hər hansı müqavilə sübut qismində təqdim edilməmişdir. Lakin hazırkı işdə məhkəmə iş üçün vacib olan iddiaçının qeyd etdiyi pul vəsaitinin hansı müqavilə əsasında və nə səbəblə silinməsi iş üçün vacib olan hallardan biri olsa da məhkəmə bu halı müəyyən etmək üçün təşəbbüs göstərməmiş, qətnamədə bu faktı əsaslandırda bilməmişdir. Hazırki işdə iddiaçı tərəf Cavabdeh ilə aralarında işgüzar münasibətlərin olduğunu və sözügedən məbləğləri borc olaraq verdiyini iddia edir. Lakin şəxslər arasında nə borc mübasibətlərini təsdiq edən borc müqaviləsi, nə də onların işgüzar münasibətini sübut edən heç bir sübut təqdim olunmamışdır (Belə ki, cavabdeh 2022-ci ildən müəssisəni tərk etm iş, həmin şirkət ilə heç bir bağlılığı olmamışdır). Məhkəməyə isə yalnızca məbləğlərin ödəniş qəbzləri təqdim olunmuşdur. Lakin iddiaçının qeyd etdiklərinin əksinə olaraq pul vəsaiti Cavabdeh deyil, MG Construction MMC-yə verilmişdir. Belə ki, MG Construction MMC-nin bank hesablarında sərəncam olduğundan İddiaçı pul vəsaitini Cavabdeh aralıq hesabına ona görə qoymuşdur ki, həmin pul vəsaiti kredit müqaviləsinə əsasən Kapital Bank ASC tərəfindən silinsin. İddiaçının qeyd etdiyi pul vəsaitinin hansı müqavilə əsasında və nə səbəblə bank hesabından silinməsi ilə bağlı Kapital Bank ASC-yə sorğu verilməsi ilə bağlı əsaslandırılmış qərardad qəbul olunmamışdır. İddiaçı ilə cavabeh arasında borc və işgüzar münasibətlərin mövcud olması faktı sübuta yetirilməmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 2025-ci il 23 iyul tarixli, 2(105)-819/2025 nömrəli qətnaməsi ilə (hakimlər X5 - sədrlik edən və məruzəçi, X1 və X6) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan (iş vər. 52-53) “Whats up” yazışmasından görünür ki, iddiaçı artıq xx.xx.2022-ci il tarixində cavabdehdən onun tərəfindən verilmiş pulu geri tələb edirdi. Hazırkı mülki iş üzrə iddia isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin yazışmanın iddiaçıya məxsus olması 23.07.25-ci il tarixli apellyasiya məhkəməsinin iclasında iddiaçı tərəfindən etiraf edilmişdir.

16. Qeyd olunmalıdır ki, əvəz edi lən əşya olan pulun iddiaçı tərəfindən verilməsi hazırkı iş üzrə qəbzlər ilə öz təsdiqini tapdığından, iddiaçı həmin pulun geri tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin qanuni əsasını isə əsassız varlanmaya dair qanunvericiliyinin müddəaları təşkil edir. Lakin birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməli olduğu halda əsassız varlanmaya dair 2 illik iddia müddətini tətbiq etməmişdir.

17. Beləliklə, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

18. Belə olan halda tərəflər arasındakı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

19. İşin hallarından görünür ki, iddiaçı öz hüququnun pozulduğunu xx.xx.2022-ci il tarixində bilməsinə baxmayaraq, hazırkı iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

20. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlili ilə razılaşır və hesab edir ki, iddiaçının sözügedən pul vəsaitini geri tələb etmək üçün hərəkətsiz qalmaması, pulun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində müraciət etməsi, iddiaçının cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 79100 manat pul vəsaitini geri qaytarmaq üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddətin keçməsi anlamına gəlməyə əsas verir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324.1, 337.1, 377.1, 385.1, 386.1, 1091.1, 1091.2, 1092, 1095-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 384.0.2, 385.1-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisənin hüquqi mahiyyətini və iddia müddətinin başlanma anını düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə işin mahiyyətini əsassız varlanmadan irəli gələn mübahisə kimi qiymətləndirmiş, halbuki tərəflər arasında yaranmış münasibətlər borc müqavil əsindən qaynaqlanmışdır. Tərəflər arasında şifahi borc müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə iki dəfəyə olmaqla ümumilikdə 79.100 (yetmiş doqquz min yüz) manat məbləğində borc pul verilmişdir. Cavabdeh isə həmin məbləği geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə bu məbləğin verilməsi mübahisəsiz faktdır və iş materiallarında da öz təsdiqini tapır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, borc məbləğini geri qaytarmamışdır.

24. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işin mahiyyətini əsassız varlanmadan irəli gələn mübahisə kimi qiymətləndirsə belə, iddia müddətinə dair gəldiyi qənaət də qanunauyğun və doğru deyildir. Məhkəmə öz qənaətində iş materiallarında olan “WhatsApp” yazışmasına istinad etmişdir. Həmin yazışmadan gör ünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə ona verdiyi borcu geri ödəməsini xatırlatmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu yazışmanı tələb xarakterli müraciət kimi qiymətləndirərək, iddia müddətinin başlanma anını həmin tarixdən hesablamışdır. Bu yanaşma isə tamamilə yanlışdır. İddiaçı həmin tarixdə cavabdehin pulu qaytarmayacağını bilmirdi. Həmin mesaj iddiaçı tərəfindən tələb xarakterli deyil, xatırlatma və məlumat xarakterli yazılmışdır. Tərəflər arasında əvvəlcədən razılaşma mövcud idi ki, cavabdeh borcu hissə-hissə ödəyəcəkdir. Lakin cavabdeh ödənişin müəyyən hissəsini vaxtında yerinə yetirmədiyi üçün iddiaçı ona bu barədə yazılı müraciət göndərmişdir. Sonrakı danışıqlarda isə cavabdeh iddiaçı ilə razılaşaraq, pulu 2023-cü ilin yanvar ayınadək tam şəkildə ödə yəcəyini öhdəsinə götürmüşdür. İddiaçı da buna inanaraq gözləmişdir. Lakin cavabdeh həmin vaxtı da pulu ödəməmişdir. Daha sonra hər iki tərəfdən ağsaqqalar danışığa keçmiş, məsələni həll etməyə çalışmışdır. İddiaçı da bu danışıqların nəticə verəcəyinə inanaraq müəyyən müddət gözləmişdir. Beləliklə, cavabdehin borcu qaytarmaq niyyətində olmadığı iddiaçı tərəfindən yalnız onun sonrakı davranışlarından, yəni ümumi olaraq 2023-cü ilin yanvar ayından sonra anlamaq mümkün olmuşdur. Ona görə də iddia müddəti apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi xx.xx.2022-ci ildən hesablanmalı deyildir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm hüquqi, həm də faktiki əsaslardan məhrumdur. İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb borc müqaviləsindən doğan öhdəliyin pozulması i lə bağlıdır və bu, Mülki Məcəllənin müvafiq müddəaları əsasında həll edilməlidir. Əks təqdirdə, həm iddiaçının kreditor kimi hüquqları pozulmuş olur, həm də cavabdeh əsassız olaraq öz öhdəliklərindən yayınmış olur.

25. Qeyd olunan xüsusatlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən aldatmanın hansı hərəkətlərdə ifadə olunduğunun müvafiq sübutlarla əsaslandırmamışdır.

26. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələr ə əsaslanan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırkı iş üzrə mübahisənin yarandığı zamanda qüvvədə olan redaksiya)

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr is tisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

32. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

34. Maddə 372.2. Hüququ pozulmu ş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

35. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

36. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

37. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

38. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir

39. Maddə 739.1. Borc müqaviləsinə görə, işti rakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmu r. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

44. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Baxılan işdə iddiaçı, cavabdehə borc verdiyini iddia edərək yuxarıda qeyd edilən tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaya etiraz edərək, eyni zamanda iddia müddətinin tətbiqi haqqında ərizə vermişdir.

54. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (§ 39).

55. Mülki Məcəllənin 740.2-ci maddələrinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (§ 40).

56. Həmin Məcəllənin 337-ci və 354.1-ci maddələrinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür ə qd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (§ 28-32).

57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvəz edilən əşya olan pulun iddiaçı tərəfindən verilməsi hazırkı iş üzrə qəbzlər ilə öz təsdiqini tapdığından, iddiaçı həmin pulun geri tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin qanuni əsasını i sə əsassız varlanmaya dair qanunvericiliyinin müddəaları təşkil edir.

58. Mülki Məcəlləyə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür (§ 41-44).

59. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı artıq xx.xx.2022-ci ildə pulu cavabdehdən geri tələb etsə də, hazırkı iddia ilə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmiş, bununla da sözügedən pul tələbi üzrə iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizə verdiyindən iddia rədd edilmişdir.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Belə ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə q ərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 37).

62. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət veril diyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-819/2025 nömrəli, 2025-ci il 23 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar