Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3477/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: pulun ödənilməsi Açar sözlər: öhdəliyin icrası, dəymiş zərərin ödənilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi üzrə başlanmıış cinayət işi üzrə icraata 28 fevral 2018-ci il tarixdə cinayət işinin materiallarında qeyd olunan faktlar mülki-hüquqi xarakterli olduğundan xitam verilmişdir. Həmin cinayət işində olan Səbail RPİ-nin istintaq şöbəsində Cavabdeh ilə İddiaçı arasında 16.12.2015-ci ildə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, iddiaçı cavabdehə ümumilikdə 62000 manat pul verdiyini, cavabdeh isə iddiaçıdan 60500 manat pul almasını bildirmişlər. Cavabdeh üzləşdirmə zamanı 2014-cü ilin dekabr ayından 2015ci ilin aprel ayına kimi evin tikilməsi üçün 52000 manat, evin tikilməsinə başlanmasına razılıq üçün isə 8500 manat pul almasını söyləmişdir. Həmin cinayət işində olan Azərbaycan Res publikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 14.03.2016-cı il tarixli rəyinə əsasən 2014-cü ilin dekabr və 2015-ci ilin may ayları ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən evin inşa olunması üçün (sərf olunan tikinti materiallarının və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 32626 manat, tədqiq olunan evin birinci mərtəbəsində sütünların pilləkən qəfəsinin və evin xarici hissəsində su çəninin üzərinə, eləcə də evin qarşısına quraşdırılmış pilləkən qəfəsinə sərf olunan vəsaitin məbləği 3265 manat müəyyən edilmişdir. Həmin cinayət işində olan X2 və X1 14.01.2016-cı il tarixli dindirmə protokollarından görünür ki, onlar 2015-ci ilin uyun ayında Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən evinə gələrkən 2-ci və 3-cü mərtəbə yə daxil olan zaman pilləkənlərin ensiz olduğunu, 2-ci mərtəbənin divarlarında çat əmələ gəldiyini və çöküntü olduğunu, həyətdəki hovuzun isə yalnız hörüldüyünü görmüşlər. Birinci instansiya məhkəməsində icraat 26 noyabr 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 32.374 manat məbləğində, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək əldən çıxmış fayda kimi 35611 manat məbləğində pulun da alınıb ona verilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-170/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh cəmi 24621 (iyirmi dörd min altı yüz iyirmi bir) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bi rinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tikinti işlərinin aparılması üçün cavabdehə 60500 manat pulun ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin işlər razılaşdırılmış vaxtda başa çatdırılmamış və təhvil verilməmiş, yerinə yetirilmiş işlər isə keyfiyyətsiz olmuşdur. 2014-cü ilin dekabr və 2015-ci ilin may ayları ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən evin inşa olunması üçün (sərf olunan tikinti materiallarının və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 32626 manat, evin birinci mərtəbəsində sütünların pilləkən qəfəsinin və evin xarici hissəsində su çəninin üzərinə, eləcə də evin qarşısına quraşdırılmış pilləkən qəfəsinə sərf olunan vəsaitin məbləği isə 3265 manat olmuşdur. İddiaçı ona məxs us olan evdən istifadə etmək hüququndan məhrum olunmuş və digər şəxsləri muzd ödəyib cəlb etməklə tikinti aparmaq məcburiyyətində qalmışdır. İddiaçı cavabdehə tikinti işlərinin aparılması üçün 65000 manat ödənilməsini bildirsə də, məhkəmə baxışında bu faktı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə həmin işlərə görə 60500 manat almasını etiraf etmiş, Səbail RPİ-nin istintaq şöbəsində Cavabdeh ilə İddiaçı arasında 16.12.2015-ci ildə keçirilmiş üzləşdirmə zamanı iddiaçı cavabdehə ümumilikdə 62000 manat pul verdiyini söyləmişdir. Cavabdeh məhkəmə baxışında tikinti işlərini tam gördüyünü, ona bu məqsədlə verilmiş pul vəsaitini həmin işlərə xərclədiyini bildirsə də, qeyd etdikləri Səbail RPİ-nin istintaq şöbəsində X2 və X1 verdiyi izahatları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 14.03.2016-cı il tarixli rəyi təkzib olunmuşdur. Eyni zamanda cavabdeh məhkəmə baxışında göstərdiklərini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliklərin lazımınca icra edilmədiyi və işlərin görülməsinə görə ona verilmiş pul vəsaitinin təyinatı üzrə sərf olunmadığı hallar üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı tərəfindən cavabdehə verilmiş 60500 manat puldan ekspert rəyinə əsasən cavabdeh tərəfindən evin inşası işlərinə sərf olunmuş 35891 manat çıxılmaqla 24609 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə əldən çıxmış fayda qismində 35.611 manat məbləğində pul vəsaitin cavabdehdən tutulmasını da əsassız hesab etmişdir. Belə ki, iddiaçı qeyd olunan tələbi onunla əsaslandırmışdır ki, cavabdeh onun pullarını qanunsuz olaraq 55 ay özündə saxlamaqla faydalanmış və hər ay üçün 2 faiz hesabı ilə pul ödəməlidir. Lakin iddiaçı cavabdehin onun pul vəsaitindən faydalanmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 аpellyаsiyа şikаyətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-62/2020 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov, A.M.Eyvazov, R.Ə.Əliyev) iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamən in ləğvi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları və işin halları barədə əsaslandırdığı sübutlar onu göstərir ki, iddia tələbi qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 41 8.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibət lərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxta və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 441.2-ci maddəsinə müvafiq olaraq mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşül ür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasi ya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3477/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3477/2021
02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver