Məhkəmə qərarları › İş №2(102)-3477/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3477/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3477/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sənədlərin bank tərəfindən təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1887/2023 saylı mülki iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 noyabr 2023-cü il tarixdə Ali M əhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi. İşin halları

1. İddiaçı Cavabdeh ASC ilə müqavilə bağlayaraq həmin bankda açılmış əmanət hesabına 6 ay müddətinə, illik 13 faiz ödəmək şərti ilə 900.050 manat məbləğində əmanət yerləşdirmişdir.

2. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli, 49 saylı qərarı ilə Cavabdeh ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.

3. İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-nin ləgvedicisi əmanətlərin Sığortalanması Fonduna qarşı eyni tələblə iflas proseduru çərçivəsində iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət e tmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1 (103)-799/2019 saylı qərardadı ilə bu qəbildən olan iddiaların yalnız mülki icraat qaydasında ümumi məhkəmələrin araşdırma predmetini təşkil edə biləcəyi əsası ilə iddia mümkün sayılmamışdır.

5. Bundan sonra, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-nə qarşı “900.000 manat əmanətin və 2009-2018-ci illər üzrə faizlərin, cəmi 2.703.636 manat pul iddiasına dair mülki işin icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh LPO Cavabdeh ASC-nə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla cavabdehin Nərimanov filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2009-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; onun tərəfindən xx.xx.2009-cu il tarixdə cavabdehin hesabına yatırılmış 900.050 manat məbləğində pulun onun 26417878 saylı cari hesabına köçürülməsinə dair mühasibat sənədlərinin, o cümlədən onun tərəfindən verilmiş icazə sənədinin və ya ödəniş tapşırığının və ya digər sərəncam sənədlərinin; habelə onun 26417878 saylı cari hesabına köçürülmüş 900.050 manat məbləğində pulun məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə Bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsd iq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının ona verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinə əsasən iddiaçı xx.xx.2009-cu il tarixdə 900.050 manat məbləğində pulu 6 ay müddətinə, illik 13 % olmaqla cavabdehin Nərimanov filialına bank əmanəti (depozit) olaraq qoymuşdur. Pulun (əmanətin) Bankın hesabına mədaxil edilməsinə dair iddiaçıya xx.xx.2009-cu il tarixli kassa mədaxil çeki verilmiş, həmçinin tərəflər arasında bank əmanəti müqaviləsinin bağlanmasının və iddiaçının əmanət üzrə hesabına 900.050 manat məbləğind ə pul vəsaitinin qoyulmasının təsdiq olunması üçün iddiaçıya 003459 saylı bank kitabçası təqdim olunmuşdur. İddiaçı Bank əmanəti müqaviləsinin müddətinin bitməsindən sonra əmanətin məbləğini qaytarmağı tələb etmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər arasında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin aralarında bağlanmış Bank əmanəti müqaviləsindən irəli gələn hər hansı bir mübahisə olmadığına görə, iddiaçı əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir. Cavabdeh ləğv prosesində olduğundan iddiaçı Bank əmanəti müqaviləsi üzrə verdiyi pulun, faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubund a pulun qaytarılmasından imtina olunmuşdur. Cavab məktubunda bildirilmişdir ki, Bankın əməliyyat sisteminə əsasən xx.xx.2009-cu il tarixində sözügedən əmanət vaxtından əvvəl ləğv edilmişdir və əmanət məbləği iddiaçının 26417878 saylı cari hesabına köçürülmüş və məxaric edilmişdir. 2009-cu ilə aid məxaric orderi 2015-ci ildə məhv edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehdən əmanətin vaxtından əvvəl ləğv edilməsini, əmanət məbləğinin iddiaçının digər hesabına köçürülməsini və məxaric edilməsini (məxaric orderi) təsdiq edən sənədlərin, həmin sənədlər məhv edildiyi təqdirdə sənədlərin məhv edilməsi haqqında müvafiq sənədlərin təqdim olunmasını tələb edir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3517/22 saylı mülki iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (haki m M.Əfəndizadə) iddia təmin edilmiş, iddiaçı ilə cavabdehin Nərimanov filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2009-cu il tarixində ləğv edilməsinə dair sənədlər; iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə cavabdehin hesabına yatırılmış 900.050 manat məbləğində pulun iddiaçının 26417878 saylı cari hesabına köçürülməsinə dair mühasibat sənədləri, o cümlədən iddiaçı tərəfindən verilmiş icazə sənədi və ya ödəniş tapşırığı və ya digər sərəncam sənədləri; iddiaçı tərəfindən 26417878 saylı cari hesaba köçürülmüş 900.050 manat məbləğində pulun məxaric edilməsinə dair pul çeki və ya məxaric orderi; yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə Bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imz alanmış, Bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədi və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının iddiaçıya təhvil verilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qət edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının müqavilə bağlamaqla cavabdeh Banka əmanət olaraq pul məbləği qoyması mülki iş materialları ilə öz təsdiqini tapır və işdə, bunun əksini təsdiq edən başqa sənəd yoxdur. Belə olan halda iddiaçının həmin əmanətin Banka qoyulması, Bankda saxlanılması və əmanət üzərində digər hərəkətlərlə bağlı bütün sənədləri almaq hüququ vardır.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1, 954.3, 957.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 7.1-ci və 7.3-cü bəndlərinə istinadla əsaslandırmışdır b)Apellyasiya instansiyası məhkəməsində icraat 11.Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “iddia edilən sənədlərin Bank tərəfindən təqdim edilməsinə” dair tələbi müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməli deyildir. Belə ki, iddia icraatı qaydasında məhkəməyə verilən istənil ən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Eyni zamanda iddiaçı irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. İlkin olaraq iddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş və iddiaçıya verilən cavab məktubunda göstərilmişdir ki, tələb olunan 2009-cu ilə aid məxaric orderi “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında“ Təlimatın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edilmişdir. Belə olan halda əgər verilən cavab iddiaçını qane etməmişdirsə, həmin təl əbin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərdi. Göründüyü kimi, iddiaçı bu kimi prosedur qaydalara riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafiq məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən bu xüsusatlar proses iştirakçılarının və məhkəmənin nəzərinə bir daha izahlı formada çatdırılmış və həmin faktı tam təsdiq edən xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “elmi tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sə nədlərin ləğv olunma məsələsinə baxılması”na dair Cavabdeh ASC-nin iclasının gündəliyindən çıxarış iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. 13.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1887/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandrıma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. 15.Belə ki, əvvəla, pulun sonradan məxaric olunub-olunmamas ının araşdırılması hazırkı məhkəmə baxışının predmeti deyil. 16.Digər tərəfdən, bu hal təsdiq olunmuş olsa belə, iddiaçının depozitə qoyduğu pul vəsaiti üzərində sərəncam verilməsi ilə bağlı sənədlərlə tanış olmaq, onların surətini almaq hüququ vardır. 17.Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı, Bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə ləğv prosesində olan Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 18.Apellyasiya instansi yası məhkəməsi işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, iddianın yolverilməz hesab edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir və iddia ərizəsi haqlı olaraq məhkəmənin icraatına qəbul edilmiş və ona mahiyyəti üzrə baxılmışdır. 19.Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hazırkı mübahisəni düzgün həll etmişdir və qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilmə si üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 20.Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1, 954.3, 957.1-ci maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 21.Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 22.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi B ankının “Bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 78-ci maddəsinə əsasən, kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir. Həmin Təlimata uyğun olaraq CavabdehASC-nin Mərkəzi Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt ilə digər sənədlərlə yanaşı 2009-cu il üzrə 18 ədəd emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və məxaric orderləri, məxaric kassası kassirlərinin təhtəl hesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayışlar) 5 il müddətinə saxlanıldığından məhv edilməsi üçün seçilib ayrılmışdır. xx.xx.2015-ci il tarixli “elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itir diyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair CavabdehASC-nin iclasın gündəliyindən görünür ki, Nərimanov filialı üzrə 482 işin məhvi məsələsinə baxılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən tələb olunan sənədlər Mərkəzi Bankın təlimatına tam uyğun olaraq məhv edilmişdir. İddia icraatı qaydasında məhkəməyə istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilkdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Mülki Prosessual Məcəllənin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, həmin Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia əriz əsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən irəli sürülən tələb müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməzdi. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Qeyd edilənlər nəzərə alınarsa birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra icra vərəqəsi üzrə nəzərdə tutulmuş öhdəliyin icrası Bankdan asılı olmayan səbəblərdən təmin edilməyəcəkdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi müvafiq aktlarla məhv edilməsi təsdiqini tapmış sənədl ərin borclu tərəfindən təqdim edilməsi öhdəliyi qeyri-mümkündür. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Həmçinin məhkəmənin müvafiq qətnaməsi ilə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasının qət edilməsi gələcəkdə borclu üçün maddi ziyanla nəticələnə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvaf iq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

25. Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. 26.Maddə 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 31.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 32.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 33.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 34.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 35.Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə icraata xitam verilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, hazırda iddiaçının cavabdehə qarşı tələbləri cavabdehin üzərinə onunla cavabdehin Nərimanov filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2009-cu il tarixdə ləğv edilməsinə dair sənədlərin; onun tərəfindən xx.xx.2009-cu il tarixdə cavabdehin hesabına yatırılmış 900.050 manat pulun onun 26417878 saylı cari hesabına köçürülməsinə dair mühasibat sənədlərinin, o cümlədən onun tərəfindən verilmiş icazə sənədinin və ya ödəniş tapşırığının və ya digər sərəncam sənədlərinin; habelə onun 26417878 saylı cari hesabına köçürülmüş 900.050 manat pulun məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə Bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının ona verilməsi vəzifəsinin qoyulmasından ibarətdir.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandrıma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

40. Belə ki, əvvəla, pulun sonradan məxaric olunub-olunmamasının araşdırılması hazırkı məhkəmə baxışının predmeti deyildir.

41. Digər tərəfdən, bu hal təsdiq olunmuş olsa belə, iddiaçının depozitə qoyduğu pul vəsaiti üzərində sərəncam verilməsi ilə bağlı sənədlərlə tanış olmaq, onların surətini almaq hüququ vardır.

42. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı, Bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə ləğv prose sində olan Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, iddianın yolverilməz hesab edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir və iddia ərizəsi haqlı olaraq məhkəmənin icraatına qəbul edilmiş və ona mahiyyəti üzrə baxılmışdır.

44. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hazırkı mübahisəni düzgün həll etmişdir və qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır və yuxarıda sadalanan maddələrin tələblərinə görə, bank hesabı müqaviləsinə əsasən, Bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba dax il olan pul vəsaitini qəbul etməyə, hesaba salmağa, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyə borcludur. Bu səbəbdən də kassasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin ed ilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(103)-1887/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar