Məhkəmə qərarları › İş №2(102)-3477/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3477/2025

15.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3477/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz hərəkətlərin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2025-ci il tarixli, 2(106)34/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 56-cı ildə Zeynalov Rəhman Fərman oğlu X2 ilə ailə qurmuş və onların ər-arvad münasibətindən uşaqları olmamışdır.

2. Biləsuvar Rayon Məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Zeynalov Rəhman Fərman oğluna qarşı “əmlak tələbinə dair” iddiası qismən təmin edilərək, Zeynalov Rəhman Fərman oğlundan Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən evin istifadə edilməyən bir gözünün və ya dəyəri olaraq 300 manatın və sair alınıb İddiaçı1 Bəhulul qızına verilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 mart 1968-ci il tarixli qərardadı ilə Zeynalov Rəhman Fərman oğlunun kassasiya şikayəti əsassız olduğu üçün təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bundan s onra Zeynalov X3 Güşvər Mirhəbib oğlu ilə ailə qurmuş və onların ərarvad münasibətindən 10 uşaqları doğulmuşdur. 5. 1992-ci ildə Zeynalov Rəhman Fərman oğlu ölmüşdür.

6. JN-1005F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AİK-nın 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi 3 nəfər ailə üzvləri ilə birlikdə İddiaçı2 mülkiyyətinə verilmişdir.

7. JN-1005F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AİK-nın 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi 3 nəfər ailə üzvləri ilə birlikdə İddiaçı2 mülkiyyətinə verilmişdir.

8. JN-1006F saylı “Torpağın mülkiyy ətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AİK-nın 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi 9nəfər ailə üzvləri ilə birlikdə Cavabdeh1 mülkiyyətinə verilmişdir. 9. 13 avuqust 2008-ci il tarixli vəsiyyətnaməyə əsasən, İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını bacısı qızı İddiaçı2 vəsiyyət etmişdir. 10. 28 mart 2022-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, İddiaçı1 ölmüşdür. 11. 18 iyun 2022-ci il tarixli Çıxarışlara əsasən, Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.1551 ha və 0.2125 ha torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır. 12. 15 sentyabr 2022-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsasən, İddiaçı1 miras qalmış Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.1551 ha və 0.2125 ha torpaq sahələrinə dair İddiaçı2 alına “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıların mülkiyyətində olan JN-1005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmaları, həmin torpaq sahəsi üzərində hüquqlarının elektron bazasında qeydə alınması üçün Reyestr Xidmətinin 8 saylı Cəlilabad Əra zi idarəsi tərəfindən göstəriləcək xidmətə qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

14. İddiaçı (eyni zamanda İddiaçı1 vərəsəsi) İddiaçı2 iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1005F saylı Şəhadətnamə ilə Biləsuvar rayon AİK-nın 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı2, İddiaçı1, X8 və X4 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılması və cavabdehlər tərəfindən iddiaçıya qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Biləsuvar rayon AİK-nın 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi İddiaçı2, İddiaçı1, X8 və X4 mülkiyyətinə verilmiş və onların adlarına bu barədə JN-1005F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə həmsərhəd olmaqla qonşuluqda yerləşir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinin üzərində 1955-ci ildə bünövrəsiz, çiy kərpicdən tikilmiş iki otaqlı ev inşa edilmişdir. Həmin evin bir otağı cavabdehlər tərəfindən tutulmuşdur. Belə ki, onların məskunlaşdığı otağın qapısını öz torpaq sahələri istiqamətində evə giriş-çıxış edirlər. Onlar iddia edirlər ki, bu ev onların ataları və Cavabdeh1 keçmiş əri Rəhman Zeynalov tərəfindən inşa edilib. Ona görə də buna onla rın haqqı vardır. Hansı ki, AİK-nın qərarı ilə həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və həmin torpaq sahəsi üzərində müasir qaydada mişar daşından ev inşa edərək tam şəraitli evdə yaşayırlar. Lakin iddiaçılara yeni ev tikməyə imkan vermirlər. Həmin ev mübahisəli otaqda daxil olmaqla iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərindədir. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçılar mülkiyyətlərində olan 0,14 ha həyətyanı torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmin ev həyətə giriş hissəsində inşa edilmişdir. Evin bu istiqamətdə olması imkan vermir ki, həyətə hər hansı bir nəqliyyat vasitəsi daxil olsun. Bundan başqa, həmin ev hazırda tam qəzalı vəziyyətdədir. Həmin evi söküb öz sərhədləri daxilində mülkiyyətlərində olan torpaq sahəsi üzərində yeni ev tikmək istəyirlər ki, buna da cavabdehlər maneçilik törədirlər. Ona görə də iddianın təmin edilməsini xahiş etmişlər.

16. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.14 ha ölçüdə həyətyanı torpaq sahəsinin üzərində yerləşən evə dair o anadan olmamışdan valideənləri köçmüşlər və orada yaşamışlar. Hazırda da özü yaşayır. Habelə, digər cavabdehlər də həmin torpaq sahəsində yerləşən evdə yaşayırlar.

17. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli ekspert rəylərinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndinin (Qızqayıt Həsənova təsərrüfatı) kompleks yerquruluşu layihəsinə görə iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətinə (qanuni sahi bliyinə) verilmiş torpaq sahəsinin sərhəd mərzlərinin koordinatları cavabdehlərin və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi, həmin torpaq sahələrinin qonşu torpaq sahələri olduğu müəyyən edilmişdir. Kompleks yerquruluşu layihəsinin koordinatları ilə tərəflərə verilmiş torpaq sahəsinin naturada faktiki vəziyyətdəki koordinatları arasında uyğunsuzluq mövcuddur. Həmçinin Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan fərdi yaşayış evinin (JN-1005F saylı Şəhadətnamədə tikinti altı sahəsi 72 kv.m, fərdi yaşayış evi 52,6 kv.m başqa tikililər 19.4 kv.m) həm kompleks yerquruluşu layihəsində, həm də iddiaçının tələbinə görə onun mülkiyyətində olan 0,14 ha, faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

18. Həmçinin, Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndinin (Qızqayıt Həsənova təsərrüfatı) kompleks yerquruluşu layihəsinə görə iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin sərhəd mərzlərinin koordinatları cavabdehlərin və onun ailə üzvlərinin mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin koordinatları üst-üstə düşmür, qonşu torpaq sahələridir. Kompleks yerquruluşu layihəsinin koordinatları ilə tərəflərə verilmiş torpaq sahəsinin naturada faktiki vəziyyətdəki koordinatları arasında uyğunsuzluq mövcuddur. Mübahisə predmeti olan fərdi yaşayış evi (JN 1005F də tikintialtı sahəsi 72 kv.m, fərdi yaşayış evi 52,6 kv.m başqa tikililər 19.4 kv.m) həm kompleks yerquruluşu layihəsində, həm də iddiaçının tələbinə görə onun mülkiyyətində olan 0,14 ha, faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşir.

19. Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Əhmədov) iddia təmin edilərək, cavabdehlərin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1005F saylı Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AİKnın 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və cavabdehlərin iddiaçıya həmin torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, AR Mülki Məcəllənin 1321.3cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Bununla da, iddiaçı cavabdehləri qeyd edilən torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarmaq hüququna malikdir.

21. Məhkəmə həmçinin işin hallarına əsaslanaraq müəyyən etmişdir ki, cavabdehlərin qanunsuz hərəkət və hərək ətsizliyi nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və orada mövcud olan fərdi yaşayış evindən sərbəst sərəncam vermək hüququndan məhrum olmuşdur, habelə iddiaçı həmin torpaq sahəsi və onun üzərində yerləşən müvafiq tikili üzərində öz mülkiyyət hüququnu rəsmiləşdirmək üçün ona manelər mövcuddur.

22. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 157.4, 1133.1, 1133.2, 1151.1, 1243, 1255, 1321.3-ci, habelə MPM-nin 107, 119, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsindəki icraat

23. Cavabdeh1, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

24. Apellyasiya şikayət ləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv olmaqla, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyil. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsassız və qanunsuz olmasını təsdiq edən hallardan biri ondan ibarətdir ki, məhkəmə cavabdehlərin təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, yəni Ali Məhkəmənin Mülki kollegiyasının 21 mart 1968-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmış Biləsuvar rayon məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı1 26 fevral 1968-ci ildə Alim və Cavabdeh3ların atası, Cavabdeh1 əri Rəhman Zeynalovdan məhkəmə vasitəsilə boşanarkən onların birgə nikah dövründə inşa etdikləri, hazırkı iş üzrə mübahisə predmeti olan evin bir otağının İddiaçı1, evin qalan hissəsinin isə mərhum Rəhman Zeynalova verilməsinə əhəmiyyət verməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətinə verilmiş evdən onların əsassız olaraq çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Halbuki, Rəhman Zeynalov həmin evdə hazırki iş üzrə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla yaşamaqda davam etmiş və onların birgə nikahından 10 uşaqları doğulmuşdur. 1992-ci ildə Rəhman Zeynalov vəfat etsə də, Cavabdeh1 övladları ilə birlikdə hazırkı vaxta kimi həmin evdə yaşamaqda davam etmişdir. Mübahisə predmeti olan evin göstərilən hissəsi, yəni mərhum Rəhman Zeynalovdan miras qalmış hissəsi Cavabdeh1 və onun 10 nəfər uşağının mülkiyyətinə ver ilmiş 0,14 ha torpaq sahəsində yerləşir. Göstərilənlərdən əlavə qeyd olunmalıdır ki, yuxarıda göstərildiyi kimi iş üzrə cavabdehlərin mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair şəhadətnamədə göstərilən digər ailə üzvlərinin, yəni 7 nəfərin hüquqları pozulmuş, həmin şəxslər mülki işə mahiyyəti üzrə baxılması zamanı işə cəlb edilməmiş, bununla da onların mülkiyyət hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur.

25. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndində bir tikili altında, ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin 74,6 kv.m hissəsinin iddiaçıların və cavabdehlərin istifadə etdiyi 47,5 kv.m hissəsinin faktiki istifadə kimi plana alınmış 0.1485 ha həyətyanı torpaq sahəsinin “Torpağın mü lkiyyətə verilməsinə dair” JN-1005 F saylı Şəhadətnamə ilə iddiaçının və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 11 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndində bir tikili altında, faktiki ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin cavabdehlərin və digər ailə üzvlərinin istifadə etdiyi 47,5 kv.m hissəsinin iddiaçıların faktiki istifadə kimi plana alınmış 0,1485 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1005F saylı Şəhadətnamə ilə İddiaçı2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəs inin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.

26. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2025-ci il tarixli, 2(106)-34/2025 saylı qətnaməsi ilə (hakimlər Cavid İmanov, sədrlik edən, məruzəçi, Taleh Kərimov və Tofiq Heydərov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(022)-95/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı (eyni zamanda İddiaçı1 vərəsəsi) İddiaçı2 cavabdehlərin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1005F saylı Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı2, İddiaçı1, X8 və X4 mülkiyyətinə verilmiş 0,14 ha hə yətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılması və cavabdehlər tərəfindən iddiaçıya qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlərin qadağan edilməsi barədə iddiası təmin edilməmişdir.

27. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etmişdir ki, apellyatorların əsas dəlili cavabdehlərin 1968-ci ildən sonra mübahisəli evin qalan otaqlarında yaşamaları, həmin otaqların Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə cavabdehlərin və onun ailə üzvlərinin istifadəsində saxlanılmaqla mülkiyyətlərinə verilməsindən və birinci instansiya məhkəməsinin buna əhəmiyyət verməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətinə verilmiş evdən onların əsassız olaraq çıx arılmalarından ibarətdir.

28. Məhkəmə kollegiyası, mülki iş materiallarını təhlil edərək müəyyən etmişdir ki, X1 ilə Zeynalov Rəhman Fərman oğlu ailəli olmuş və onlar Biləsuvar Rayon Məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Boşanma zamanı tərəflərin birgə nikahı dövründə inşa etdikləri, hazırkı iş üzrə mübahisə predmeti olan evin istifadə edilməyən bir otağının və ya onun dəyəri olan 300 manatın və s. əmlakların Rəhman Zeynalovdan alınaraq İddiaçı1 verilməsi qət edilmiş və həmin qətnamə Ali Məhkəmənin Mülki kollegiyasının 21 mart 1968-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Mübahisəli evin istifadə edilməyən bir otağı İddiaçı1 verilsə də digər otaq (və ya otaqlar) Rəhman Zeynalovun istifadəsində saxlanılmışdır. Sonradan Rəhman Zeynalov Cavabdeh1 ilə ailə qurmuş və mübahisəli evin digər hissəsində (otaqlarında) yaşamışlar. Onların həmin nikahından Cavabdeh2, Taleh Zeynalov, Mehriban Zeynalova, Cəmilə Zeynalova, İlqar Zeynalov, Mais Zeynalov, Cavabdeh3, Sevinc Zeynalova və Xəyal Zeynalov adlı övladları doğulmuşdur.

29. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşadığını bildirsə də Biləsuvar rayon İHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 27 iyun 2025-ci il tarixli məktubda göstərilmişdir ki, JN 1005F-saylı Şəhadətnamədə uzun illər əvvəl məhkəmə qətnaməsi ilə mərhum X5 üçün verilmiş evin bir otağında hazırda oğlu Cavabdeh3 öz ailə üzvləri ilə birlikdə yaşayır.

30. Göründüyü kimi, Biləsuvar rayon məhkəməsinin 26 fevral 1968-ci il tarixli qətnaməsi ilə m üəyyən edilmişdir ki, mübahisəli evin qalan hissəsi cavabdehlərin yaşamış olduğu ev olmuş və 2000-ci ildə Biləsuvar rayonunda Aqrar İslahatı həyata keçirilərkən həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi mövcud olmuşdur. Cavabdehlər məhz həmin dövrdən hazırkı vaxtadək mübahisəli evdə yaşamış və hazırda da həmin evdə Cavabdeh3 öz ailə üzvləri ilə birlikdə yaşayır.

31. Beləliklə, birinci instansiya məhkəməsi evin qalan hissəsinin mərhum Rəhman Zeynalovun ailəsinə verilməsinə baxmayaraq buna əhəmiyyət verməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin istifadələrinə verilmiş evdən onların əsassız olaraq çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin həmin evdən çıxarılmaları ilə bağlı iddianı n kompensasiya məsələsi müzakirə edilmədən təmin edilməsi yolverilməzdir. Ona görə də iddia tələbi təmin oluna bilməz.

32. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4, 228.1, 228.2, 228.5-ci, habelə MPM-in 372.1, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı2 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər birinci instansiya məhkəməsinin yalnız evin bir otağı ilə bağlı hissəsindən narazı qalmışlar və bu səbəbdən apelyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnamə ilə iddianın tam şəkildə rədd olunması haqda yeni qətnamə qəbul etmişdir. Hansı ki, iddia ərizəsində iddiaçı tərəf iki tələb- evdən çıxarma; JN1005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının elektron bazada qeydə alınması üçün Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən göstərilən xidmətə qarşı qanunsuz hərəkətlərin qadağan edilməsini iddia etmişdir. Məhkəmə, qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri müddəalarının həmin Məcəllənin 372.1.və 372.1.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərardan gələn tələblərə düzgün əməl etməmiş və MPM-in 372-ci maddəsini düzgün tətbiq etməmişdir. Rəhman Zeynalovla nikaha girmiş Cavabdeh1 həmin miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almamışdır. Miras əmlakı faktiki qəbul edilərək idarə olunsa belə qanunvericiliyin tələbinə əsasən bu haqda vərəsəlik şəhadətnaməsi alması vacibdir. Məhz bundan sonra həmin şəxsin miras əmlak üzərində mülkiyyət hüquqları yaranmasına baza yaranır. Digər tərəfdən Rəhman Zeynalov yenidən ailə qurduqda artıq həmin bir otaq onun mülkiyyəti idi. Arvadı Cavabdeh1 ilə nikah dövründə əldə etməmişdir. Nika ha daxil olanadək ər-arvada məxsus əmlak onların hər birinin mülkiyyətidir. Bu norma həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nikah və Ailə Məcəlləsinin 29-cu və hazırda qüvvədə olan Ailə Məcəlləsinin 34-cü maddəsində öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh1 həmin əmlak üzərində mülkiyyət hüququnu yalnız vərəsəlik açılmaqla vərəsəlik şəhadətnaməsi almaqla əldə edə bilərdi. Bu əmlak mərhum Rəhman Zeynalovla onun yenidən nikah girməklə ailə qurduğu Güşvər Qasınmova ilə nikah dövründə əldə olunmadığından, ər arvadın birgə mülkiyyəti olmadığından, sonuncunun həmin əmlakda mərhum Rəhman Zeynalovla nikahda olmasına baxmayaraq payı olmayıb. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Göründüyü kimi, tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığı şübhə altına alınmayan hissədə ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 13 (hissə 2). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

38. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.

39. Maddə 29 (hissə 4). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyy əti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

41. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui- istifadə olmasın.

43. Maddə 152.6.Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

44. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

45. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mö vqeyi

57. Kassasiya instansiyası məhkəməsi, iddianın- evdən çıxarılmanın rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, həmin hissədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. İddianın- cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə kassasiya instansiyası məhkəməsi razılaşmır və hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

59. Belə ki, işin mübahisə olunmayan halla rına görə, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının və ailə üzvlərinin adlarına qeydə alınıb və həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsi ilə həmsərhəd olmaqla, qonşuluqda yerləşir, torpaq sahəsinin üzərində 1955-ci ildə inşa edilmiş fərdi yaşayış evi vardır və evin bir otağından cavabdehlər istifadə edir.

60. Hazırda iddiaçı, cavabdehlərin istifadə etdikləri otağın qapısını öz torpaq sahələri istiqamətdə açaraq evə giriş-çıxış etdiklərini, aqrar islahat zamanı həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verildiyini, həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün müraciət etsə də, Reyestr Xidmətinin ə məkdaşlarının həyətə daxil olmasına, habelə torpaq sahəsində müasir qaydada yeni ev inşa etməsinə cavabdelərin maneçilik törətdiyini göstərib, mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən qanunsuz hərəkətlərin qadağan edilməsini iddia edir.

61. Cavabdehlər isə qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, mübahisəli evin bir otağının İddiaçı1, evin qalan hissəsinin isə Rəhman Zeynalova verildiyini, sonuncunun sonradan Cavabdeh1 ilə ailə qurduğunu, bu evlilikdən onların 10 övladının doğulduğunu, 1992-ci ildə Rəhman Zeynalov vəfat etsə də, Cavabdeh1 övladları ilə həmin evdə yaşamaqda davam etdiyini, evin onların yaşadıqları hissənin özlərinin mülkiyyətində olan 0.14 ha torpaq sahəsində yerləşdiyni göstərib, iddiaya etiraz etmişlər.

62. Əvvəla, ape llyasiya instansiyası məhkəməsi, iddia tələbini mübahisələndirilən hissədə rədd edərkən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən hallarını, işin halları barədə məhkəmənin əsaslandığı sübutları və məhkəmənin bu və ya digər sübutları və məhkəmə iclasında iştirak edən şəxslərin istinad etdiyi qanunları və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin mənasına görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

63. Digər tərəfdən, mülki qanunverciliyə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

64. O, da qeyd olunmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəb ə söykənib-söykənmədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

65. Bu baxımdan hazırkı tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsinin tələbləri nəzərdən keçirilə bilər. Məlum olduğu kimi Mülki Məcəllənin 157.1, 157.2 və 157.4-cü maddələrində mülkiyyətçinin müqavilə münasibətlərində olmayan şəxslərə qarşı tələbinin üç növü fərqləndirilir: a) mülkiyyət hüququnun tanınması; b) əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (vindikasiya iddiası); d) mülkiyyətə maneənin aradan qaldırılması (ne qator iddia).

66. Məhz mülkiyyətçi qeyd olunan maddələrdə nəzrdə tutulmuş bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir.

67. Göründüyü kimi, Mülki Məcəllənin 157.4-cü maddəsi əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsulu kimi nəzərdə tutulub. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin, belə hərəkətlərə son qoyulmazsa mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər və mülkiyyətçinin məhkəməyə verdiyi iddia isə neqator iddia adlanır.

68. Neqator iddia- (lat.actio negatoria- inkar edən iddia mənasını verir) mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırıl ması haqqında tələbdir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir.

69. Nəzərə alınmalıdır ki, mülkiyyətçini öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət hüquq pozuntusu sayılır. Mülkiyyətçinin bu hüquqları mülkiyyətçi olmasa da qanunvericiliyə və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxsə də aiddir. Bu şəxslər də sadalanan üsullardan istifadə edərək öz sahiblik hüquqlarını müdafiə edə bilərlər.

70. Hazırkı halda iddiaçı iddia edir ki, cavabdehlərin törətdikləri maneə nəticəsində mülkiyyətində olan 0.14 ha torpaq sahəsindən, azad, sərbəst şəkildə istifadə edə bilmir. Bu səbəbdən də mülkiyyətində olan həmin to rpaq sahəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını iddia edir.

71. İşə əlavə edilmiş çoxsaylı mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, Biləsuvar rayonu, Xırmandalı kəndinin (Qızqayıt Həsənova təsərrüfatı) kompleks yerquruluşu layihəsinə görə, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin sərhəd mərzlərinin koordinatları cavabdehlər və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmçinin torpaq sahələri qonşu olmaqla, mübahisə predmeti olan fərdi yaşayış evi kompleks yerquruluşu layihəsinə əsasən, iddiaçının mülkiyyətində olan 0.14 ha torpaq sahəsində yerləşir.

72. Apellyasiya instansiyası məhkəməsi, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli o lan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, o cümlədən mütəxəssis, ekspert rəyləri ilə müqayisəli şəkildə yoxlamadan, həmin mütəxəssis və ekspert rəylərinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, habelə iddiaçının mülkiyyətində olan 0.14 ha torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılıb-yaradılmadığını və bu maneənin nədən ibarət olduğunu araşdırmadan, yalnız cavabdehlərin arqumentləri ilə kifayətlənərək iddianı mübahisələndirilən hissədə də rədd edib və bununla da Azərbaycan Respublikası MPM-nin 88, 103, 106-cı maddələrinin tələblərini pozub.

73. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddia çının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

74. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.

75. Azərbaycan Respublikası MPM-nin 418.1-c i maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

76. Yuxarıda qeyd olunanları əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2025-ci il tarixli, 2(106)-34/2025 saylı qətnaməsi qismən - “cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi” hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməs inə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar