Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3478/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3478/21 (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1490/2021 nöm rəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "Cavabdeh"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təşəbbüsü ilə onunla olan əmək müqaviləsinə xitam verilməsinə dair 06.04.2020-ci il tarixli, 03x-20 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir "Cavabdeh"ni n Azərbaycan Respublikasındakı nümayəndəliyində regional menecer vəzifəsində çalışmışdır. Bir-neçə dildə sərbəst danışmağı, o cümlədən beynəlxalq ticarət fəaliyyəti sahəsində təhsil və təcrübəsi nəticəsində işlədiyi müəssisədə hər zaman müsbət xarakterizə olunmuş, işi uğura səbəb olmuşdur. Bu illər ərzində heç bir tənbeh və ya inzibati xətası olmamış, buna dair işəgötürən tərəfindən müvafiq cəzalanmaları da olmamışdır. Lakin bir müddət bundan əvvəl, virus epidemiyasının yayılması ərəfəsində çalışdığı müəssisə olan "Cavabdeh"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ölkə üzrə nümayəndəsi X2 işdən azad etmək istəyini bildirmişdir. Səbəbini soruşduqda heç bir səbəb göstərməmişdir. O, işdən azad olunması barədə ərizə yazmaqdan imtina etdikdə X5 başqa bir yola əl ataraq onun ştatını ixt isar edəcəyini bildirmişdir. Halbuki yeganə və gərəkli bir ştatın ixtisarı heç bir məntiqə sığmır. 02.03.2020-ci il tarixdə X3 ştatın ixtisarına dair xəbərdarlıq göndərdi. X1 ailə vəziyyətinə də heç bir əhəmiyyət verməyərək ştat cədvəlinin ləğvi ilə əlaqədar onunla əmək müqaviləsinə xitam vermişdir. Lakin "Cavabdeh"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin gəlirləri azalmamış, əksinə artmışdır. Onun fəaliyyətində hər hansı bir problem və ya çətinlik yoxdur. Əksinə, şirkət daha da inkişaf edərək fəaliyyətini genişləndirir. Həmin şirkətin fəaliyyətinin yaxşılaşmağında qüsursuz işçi olaraq onun da zəhmət və əməyi vardır. Həmin şirkətdən aldığı əmək haqqı yeganə qazanc mənbəyi idi. Bundan əlavə, xəstə anası da onun himayəsindədir və anasının müalicə məqsədilə daim istifadə etdiyi Qrate ziano dərmanının bir qutusunun qiyməti 400 manatdır. İşdən çıxarılmağı indiki şəraitdə həm ona, həm də xəstə anasının vəziyyətinə mənfi təsir edəcəkdir. Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında işçilərin hüquqlarının müdafiəsini əks etdirən tədbirlər, o cümlədən İşçi Qrupun işəgötürənlər tərəfindən ixtisarlara yol verilməməsinə dair göstərişləri iddiaçıya qarşı atılan əsassız addımların önlənməsinə yardım edir. Lakin "Cavabdeh"nin Azərbaycan Respublikasındakı nüm ayəndəliyi bütün bu hallara, o cümlədən möhtərəm X4 cənablarının bu sahədə olan mövqeyinə heç bir əhəmiyyət verməmiş və onun ştatını ixtisar edərək 06 aprel 2020-ci il tarixli, 03x-20 saylı əmrlə onu işdən azad etmişdir. İşəgötürən tərəfindən işdən azad olunmağı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi ilə həyata keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 sentyabr 2020-ci il tarixli, e-2(004)-2828/2020 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ işəgötürənə məx susdur. İşəgötürənin əmri ilə işçilərin sayının və ya ştatların ixtisar edilməsində qanunvericiliyin məqsədi ondan ibarətdir ki, müəssisədə istehsalın və idarəçiliyin təşkili təkmilləşdirılsin, təsərrufat fəaliyyətini yaxşılaşdırılsın və artıq xərclərin qarşısı alınsın. Cavabdeh şirkətin Türkiyə Respublikasında olan rəhbərliyi məhz göstərilənləri əsas götürərək, bir sıra vəzifələrin ixtisar edilməsi barədə 03 fevral 2020-ci il tarixli əmri qəbul etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddia ərizəsindən göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsindən 1 ay əvvəl vəzifəsinin ixtisar olunması barədə xəbərdar olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının anasının xəstə olması onun barəsində qəbul edilmiş əmrin qanunsuz olmasına dəlalət etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova- sədrlik edən və məruzəçi, Elnur Hə sənov, Fuad Babayev) 02 mart 2021-ci il tarixli, 2(103)-1490/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2828/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki,, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Cavabdeh şirkətin Türkiyə Respublikasında olan rəhbərliyi məhz göstərilənləri əsas götürərək, mübahisəli vəzifənin ixtisar edilməsi barədə 03 fevral 2020-ci il tarixli əmri qəbul etmişdir. Göründüyü kimi, İddiaçı Sabır qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat veril mişdir. Beləliklə:yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri tam yerinə yetirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79-cu maddələrində nəzərdə tutulmuş kateqoriya şəxslərə aid edilmir və həmin şəxslərə aid edilməsi iş materialları ilə sübut edilmir. Həmçinin iddiaçının əmək müqaviləsində ştat vahidlərinin ixtisarı zamanı iddiaçının işdə saxlanılmasında üstünlüyə malik olması müəyyən olunmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətnin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri onun subyektiv fikrinə əsaslanır və formal xarakter daşıyır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin fəaliyyətində hər hansı bir problem və ya çətinlik yoxdur. Şirkət daha da inkişaf edərək fəaliyyətini genişləndirir. Həmin şirkətin fəaliyyətinin yaxşılaşma ğında qüsursuz işçi olaraq onun da zəhmət və əməyi vardır. Belə bır halda ştat ixtisarını qərəz sayır. Həmin şirkətdən aldığı əmək haqqı yeganə qazanc mənbəyi idi. Bundan əlavə, xəstə anası da onun himayəsindədir və anasının müalicə məqsədilə daim istifadə eldiyi qrateziano dərmanının bir qutusunun qiyməti 400 manatdır. İşdən çıxarılması indiki şəraitdə həm ona, həm də ansasının vəziyyətinə mənfi təsir edəcəkdir. Cavabdeh bu hallara qiymət vermədən onun ştatını ixtisar edərək 06 aprel 2020-ci il tarixli, 03x-20 saylı əmrlə onu işdən azad etmişdir. Bundan əlavə, onun ştatı müəssisənin fasiləsiz fəaliyyət göstərməsi üçün zəruri olan bir ştatdır. Müəssisə isə fəaliyyət göstərir. Belə bir halda ştatın ləğvi əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən kollekti v müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslər işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər hesab edilirlər. Ştat vahidinin funksiyalarına görə o belə bir işçi hesab olunur. Lakin məhkəmə bu xüsusatlara diqqət etməmiş, pandemiya şəraitində onun işdən azad edilməsinin əsası və səbəbini araşdırmamışdır. Təəssüf ki, məhkəmələr bu fakta heç bir diqqət yetirməmiş, heç bir sübut və əsas olmadan mənzilin iddiaçının vəsaiti hesabına alınmasını qeyd etmişlər. İşə baxmış məhkəmələr işin faktiki hallarını hərtərəfli araşdırmamış və düzgün qiymətləndirməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 k asasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70.b. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi lə ğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: -şəhid ailəsinin üzvlərinə; -müharibə iştirakçılarına; -əsgər və zabitlərin arvadına (ərinə); -öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; -həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; -xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; -kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyasının qeyd etdiyi kimi, kasasiya yoxlaması nəticəsində də tərəflər arasında bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə, xəbərdarlıq müddəti gözlənilməklə ləğv edilmiş, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 79-cu maddələrində nəzərdə tutulmuş kateqoriya şəxslərə aid edilmədiyi müəyyən olunmuş və həmin şəxslərə aid edilməsi iş materialları ilə sübut edilməmişdir. Həmçinin iddiaçının əmək müqaviləsində ştat vahidlərinin ixtisarı zamanı iddiaçının işdə saxlanılmasında üstünlüyə malik olması müəyyən olunmam ışdır. Kasasiya şikayətinin formallığı ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində məhkəmələrin heç bir sübut olmadan mənzilin iddiaçının vəsaiti hesabına alınmasını qeyd etmələrini göstərmiş, şikayətinin xahiş etdi hissəsində isə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən ver ilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1490/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.