Məhkəmə qərarları › İş №2(102)-3479/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3479/2024

21.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3479/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3479/2024 (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma və əşya tələbi) 21.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və əşya tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-100/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2024-c ü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İsmayılova Ağca Şərif qızı xüsusi mülkiyyətində olmuşdur.

2. İddiaçı ilə Ağca İsmayılova arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Ağca İsmayılova Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsini 50.000 manata İddiaçı satmışdır.

3. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5359/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-286/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2( 060)-5359/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) və onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,07 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və evin iddiaçı tərəfindən alınmış bütün əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandır ılmışdır ki, iddiaçı həmin evi öz vəsaiti hesabına bütün zəruri məişət əşyaları ilə təmin etmişdir. Daha sonra iddiaçı nikahdan kənar münasibətdə olduğu cavabdeh ilə həmin evdə yaşamışdır. Evdə yaşayarkən cavabdehin əsl niyyəti bəlli olmuş və qəsdən iddiaçı ilə səbəbsiz, mütəmadi mübahisələr yaradaraq, onu döyərək həmin evdən qovub evə yiyələnmək fikrinə düşərək evi qanunsuz ələ keçirmişdir. Cavabdeh hətta evə dair mülkiyyətçiyə məxsus sənədləri belə ona verməkdən imtina edərək, qanunsuz olaraq özündə saxlamışdır. İddiaçı cavabdehdən xüsusi mülkiyyətində olan evdən çıxmasını dəfələrlə tələb etsə də, cavabdeh buna heç bir məhəl qoymayaraq, iddiaçının mülkiyyət hüququnu pozmaqda davam edir.

8. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, etirazı on unla əsaslandırmışlar ki, cavabdeh iddiaçı ilə 2017-ci ildə İmişli rayonunda tanış olmuşdur. Həmin rayonda yerləşən Şirinqum ərazisində cavabdehə məxsus mal-qara ferması olmuşdur. İddiaçı tibb bacısı işləmiş və cavabdeh ilə tanışlığı da cavabdehin İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra yaranmışdır. Tanışlıqları yarandıqdan sonra faktiki nikah münasibətlərində olmuşlar. Bir müddətdən sonra cavabdeh Sumqayıt şəhərinə köçmək istədikdə iddiaçı da onunla Sumqayıt şəhərinə köçmək qərarına gəlmişdir. Sumqayıt şəhərinə köçdükdən sonra yaşayacaqları bir evə sahib olmaq üçün cavabdeh maklerlər vasitəsi ilə torpaq sahəsi almaq fikrində olmuş və bu məqsəd ilə də İmişli rayonunda yerləşən mal-qara fermasını satmaq qərarına gəlmiş və həmin fermanı 90.000 manata satmışdır. Bundan so nra cavabdeh Sumqayıt şəhərində yaşayış yeri almaq üçün X3 ilə tanış olmuşdur. Belə ki, Nazimin arvadı İsmayılova Ağca Şərif qızının adına olan və Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsinin cavabdehə satılması barədə xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsi imzalayaraq, müqavilə iddiaçının adına rəsmiləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsi üçün 50.000 manat məbləğində pul notariusun bank hesabına, 13.000 manat məbləğində pul isə X1 özünə ödənilmişdir. Qeyd edilən torpaq sahəsi üçün ümumilikdə 63.000 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi üçün isə 20.000 manat məbləğində pul xərclənmişdir. İddiaçı tibb bacısı vəzifəsində işləm əklə onun qeyd edilən daşınar və daşınmaz əmlakları almağa maddi imkanı olmamış, əmlakların hamısı cavabdeh tərəfindən təmin edilmişdir. Daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdlrlməsində məqsəd isə cavabdehə təyin edilmiş müavinətlərin kəsilməməsi olmuşdur. Belə ki, cavabdeh Laçın rayonundan məcburi köçkün olmaqla, dövlət tərəfindən ona maddi yardımlar ayrılmışdır. Həmin maddi yardımlar isə məcburi köçkün statusunda olan bir şəxsin adına daşınmaz əmlak rəsmiləşdirildiyi təqdirdə təyin edilmiş maddi yardımlar dayandırılmaqdadır. Mübahisəli torpaq sahəsinə iddiaçının adına rəmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, alğı-satqı müqaviləsi uydurma əqd olmuşdur. Bundan əlavə iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma barədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, xx.xx.2017 -ci il tarixli alğı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi isə hazırda dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Dəmir Yolu yük həyəti” ünvandakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-324/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın qismən tə min edilməsi, cavabdehin iddiaçıya məxsus olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 70 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu üçün, iddiaçının həmin ev üzərində də mülkiyyət hüququ əldə edəcəyi i lə bağlı real gözləntisi mövcud olmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddia ərizəsinə etirazında mübahisəli torpaq sahəsi və orada inşa edilmiş evin əldə edilməsi üçün vəsait sərf etdiyini qeyd etsə də, həmin hal mübahisənin mahiyyətinə təsir göstərməmişdir. Belə ki, cavabdeh həmin torpaq sahəsi və evlə bağlı vəsait sərf etdiyini hesab edirsə, bununla bağlı pul tələbinə dair ayrıca iddia qaldıra bilərdi.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehin 0,07 hektar torpaq sahəsində yerləşən tikilidən çıxarılmasını və evin iddiaçı tərəfindən alınmış əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İşdən göründüyü kimi, torpaq sahəsinin ümumi sahəsi 0,0451 hektar olmuş və həmin evdə yerləşən əşyaların nədən ibarət olması, hansı əşyaların iddia çı tərəfindən alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4, 240.1 və 240.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 58.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, m əhkəmə iddia tələbini təmin edərkən, iş materiallarında olan alğı-satqı müqaviləsinə və çıxarışa istinad etmişdir. Göründüyü kimi, mübahiəsli torpaq sahəsinə iddiaçının adına rəmiləşdirilmiş xx.xx.2017-ci il tarixdə alğısatqı müqaviləsi uydurma əqd olmuşdur. Laçın Rayon İHB-nın Malıbəy kənd İƏD-nin 4 may 2023-cü il tarixli və 24 saylı arayışına görə, Cavabdeh, Laçın rayonundan məcburi köçkün kimi hər ay 33 manat sosail müavinət almışdır.

17. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olmuşdur. Belə ki, məhkəməyə cavabdeh tərəfindən heç bir əsaslandırma təqdim edilmədən sırf qanunvericiliyin maddələri qeyd olunmaqla apellyasiya şikayəti təqdim edilmişdir. Bu hala həm “maddi hüquq normalarının”, həm də “prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” bölümündə şahid oluna bilərdi. Cavabdeh tərəf Mülki Məcəllənin 337-ci maddəsini, eləcə də həmin Məcəllənin 340-cı maddəsini ön plana çəkərək “əqdin etibarsızlığını” və “uydurma və yalan əqdlərin etibarsızlığını” izah etməyə çalışmışdır. Lakin həmin maddələrin izahı təkcə maddələri ardıcıllıqla düzməklə deyil, məddələri qeyd etməklə yanaşı sübutları da məhkəməyə təqdim etməkdən ibarət olmalı idi. Görünən odur ki, cavabdeh qeyd olunan əqdin etibarsızlığını, eləcə də uydurma əqd olmasını sübut edəcək kifayət qədər sübuta malik deyildir. Bundan başqa, cavabdeh tərəf Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir. İddiaçı məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. Lakin cavabde h tərəf istər iddia ərizəsinə verdiyi etirazda, istərsə də apellyasiya şikayətində bəzi məsələləri qabartmağa çalışsa da, dediklərini sübut edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, cavabdeh tərəf istinad etdiyi halları hələ də sübut etməmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-100/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, Hü quqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır.

20. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın və evin) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq və fərdi yaşayış evi üzərində mülkiyyət, istifadə və ya digər hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)5359/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və İddiaçı adına Azərbaycan Respublikası Əmlak X2 yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 152.1, 152.5, 157.2, 240.1 və 240.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 106.1, 217.2, 217.3, 217.4 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

26. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

28. Maddə 8.2. Mül ki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

29. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

30. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə b ilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

35. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

36. Maddə 58 (1-ci hissə). Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi h aqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutl ara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. M addə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kas sasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasınd akı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-100/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar