Məhkəmə qərarları › İş №2(102)-348/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-348/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-348/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-348/2024 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4337/2023 nö mrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 08 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, 08 iyun 2011-ci il tarixdə vəfat etmiş X3 vərəsələri oğlu-X1 və qızı-İddiaçıdır və onların hər biri miras əmlak kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mərhum Rövşən Rüstəmova məxsus 18 paydan 1/4 irs almalıdırlar. 2. ünvan 1 ünvanında yerləşən yarımçıq tikili "xxxx" MMC-nin mülkiyyəti kimi 14 iyun 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 3. "xxxx" MMC-nin rəhbəri kimi fiziki şəxs Rövşən Rüstəmovla Cavabdeh arasında bağlanmış 19 no yabr 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu 9cu mikrorayon, H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin 18 ay müddətində inşa edilib Cavabdeh istifadəsinə verilməsi nəzərdə tutulmuş, mənzilin cəmi dəyəri 102.200 manat təşkil etmişdir. Həmin müqavilənin sonunda Rövşən Rüstəmovun adının önündə imza və möhür vardır, müqavilənin sonunda “ödəniş” hissəsində: xx.xx.2007 10.000 manat, xx.xx.2007 13.700 manat, xx.xx.2007 5.000 manat, xx.xx.2008 2.000 manat, xx.xx.2008 7.000 manat, xx.xx.2008 5.000 manat, xx.xx.2008 4.500 manat, xx.xx.2008 10.000 manat, xx.xx.2009 5.000 manat, xx.xx.2010 40.000 manat qeydləri mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instans iya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin inşa edilib istifadəyə verilməsinə dair Rövşən Rüstəmovla cavabdeh arasında müqavilənin bağlanmasını təsdiq edən sənəd qismində təqdim edilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin ona məxsus əşyalarla birlikdə həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, vurulmuş mənəvi zərərin əvəzi kimi 7.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 ma natın, beləliklə cəmi 7.100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Rövşən Rüstəmov çoxmərtəbəli yaşayış binalarının tikintisi və binalarda yerləşən mənzillərin satışı ilə məşğul olmuşdur. İnşa etdiyi binalardan biri də təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1-də inşa olunmuş və sakinlərin istifadəsində olan 11 mərtəbəli yaşayış binasıdır. Rövşən Rüstəmov 2011-ci ildə vəfat etdikdən sonra ondan qalan miras əmlak vərəsəlik yolu ilə ona və qardaşı Cəfərsadiq Rüstəmzadəyə keçmişdir. O cümlədən, Rövşən Rüstəmovun "xxxx" MMC-nin nizamnamə kapitalında olan payını qanun üzrə vərəsəlik qaydasında o, və qardaşı qəbul etmişlər. Bununla bağlı qanun üzrə vərəsəlik haqqı nda şəhadətnamə verilmişdir. Sözügedən binada yaşayan sakinlərin müqavilələri yoxlanılarkən cavabdeh faktiki olaraq istifadə etdiyi 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair onun atası ilə bağladığı müqavilənin surətini anası X5 təqdim etmişdir. Müqavilədə mənzilin qiymətinin hissələrlə ödənilməsi ilə bağlı aparılmış qeydlərdə saxtakarlıq əlamətləri müəyyən olunduğundan bununla bağlı onun anası hüquq-mühafizə orqanlarına şikayət etmiş, lakin cavabdeh hüquq-mühafizə orqanlarına gəlməməklə, müqavilənin əslini təqdim etmədiyindən, müqavilə üzrə ekspertiza aparılması mümkün olmamış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onun yaxınlarda aldığı məlumata görə cavabdeh 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair hər hansı əsl müqaviləyə malik de yildir və texniki vasitələrlə saxtalaşdırılmış müqavilə əsasında həmin mənzildən qanunsuz istifadə edir.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, mənzil onun tərəfindən qanuni əsaslarla əldə edilmişdir. Həmçinin, iddiaçı hazırki iddia ilə bağlı iddia müddətini ötürmüşdür. Sonda istər iddia tələbinin əsassız olmasına görə, istərsə də, iddia müddəti buraxıldığına görə iddianın rədd edilməsi xahiş olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin qərardadı əsasında iş üzrə kompleks məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli rəyində göstərilmişdir ki, “19 noyabr 2007ci il tarixli müqav ilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2007 5.000 manat”, “xx.xx.2008 7.000 manat”, “xx.xx.2008 10.000 manat” və “21.11.10 40.000 manat” əlyazmaları qarşısındakı imzalar X6 tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza, “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10.000 manat” yazıları qarşısında əks olunmuş imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2008 5.000” və “xx.xx.2008 4.500” əlyazmaları qarşısındakı imzalar tədqiqat üçün yararsız olduğundan həmin imzaların X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Həmin müqavilənin arxa tərəfində olan möhür əksləri relyef kl işe vasitəsi ilə sənədin üzərinə birbaşa vurulmuşlar. Həmin müqavilənin arxa tərəfinin “Rüstəmov Rövşən” yazısının və “10.000 manat” yazısının qarşısında olan “Azərbaycan Respublikası X6” **********” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. Həmin müqavilənin arxa tərəfində olan 1-ci sətirdəki “Ödəmə xx.xx.2007 10.000 manat” mətni və 2-ci sətirdəki “Ödəmə xx.xx.2007 13.700 manat” mətni sonradan həmin hissəyə əlavə edilərək çap edilmişdirlər. Həmin müqavilənin arxa tərəfinin sağ hissəsində olan 6 ədəd möhür əksləri bir-birinin üzərlərindən vurulduğu üçün onlara aid olan ümumi və xüsusi əlamətlərini müəyyən etmək mümkün olmamışdır.”

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 4/1832-5/1591 nömrəli rəyində göstərilmişdir ki, “19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasında imza və “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10.000 manat” yazıları qarşısında əks olunmuş imza eyni şəxs tərəfindən icra olunmuşdur. Həmin müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007-ci il 13.700 manat” yazıları qarşısında, “xx.xx.2008 2.000 manat” və “xx.xx.2009 5.000” yazıları qarşısında imzalar yoxdur. Həmin müqavilənin arxa tərəfində olan möhür əksləri və imzaların yerləşdiyi hissələrdə montaj əlamətləri müəyyən edilmədi. Həmin müqavilənin arxa tərəfində olan möhür əkslərinn və imzaların sayının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığında ekspertlər qa rşısında qoyulmuş “Həmin müqavilədə imza və möhürlərin sayı ödəmə qeydlərinin sayına uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmamışdır”.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-117/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin inşa edilib istifadəyə verilməsinə dair Rövşən Rüstəmovla cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin (Nıdzat Akberov) əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov k üçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzildən çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan 19 noyabr 2007-ci il tarixli müqavilə "xxxx"nin rəhbəri fiziki şəxs Rövşən Rüstəmov (icraçı) və cavabdeh (payçı) arasında Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də yüksəkmərtəbəli yaşayış binasından mənzilə pay hüququnun əldə edilməsi barədə bağlanmış, müqavilənin predmetini təşkil edən Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin 18 ay müddətində inşa edilib cavadehin istifadəsinə verilməsi, mənzil üzrə ödənilməli qiymətin cəmi dəyərinin 102.200 manat olması nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilə "xxxx" MMC-nin 14 iyun 2005-ci il tarixdən mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də yerləşən tikilinin 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzillə bağlı olmuşdur ki, həmin mənzillə bağlı Rövşən Rüstəmov tərəfindən hüquqi şəxsin adından deyil öz adından hər hansı əqd bağalamaq səlahiyyətinin olması müəyyən edilmir. Məhkəmə onu da vurğulamışdır ki, 19 noyabr 2007-ci il tarixli müqavilədə fiziki şəxs Rövşən Rüstəmov "xxxx"nin rəhbəri olması qeyd olunmuşdur. Müqavilənin predmetini isə "xxxx" MMC-nin mülkiyyətində olan binadakı mənzil təşkil edir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1.-ci və 91.2-ci maddələrinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır, cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir, o halda müqvilədə Rövşən Rüstəmov fiziki şəxs kimi deyil "xxxx" MMC-nin ali orqanı və nizamnaməsi ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində cəmiyyətin adından və onun mənafeyi baxımından çıxış etməli idi. Müqavilədən də göründüyü kimi imza "xxxx" MMC-nin qanuni təmsilçisi adından deyil fiziki şəxs adından icra olunmuşdur. Halbuki, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 560.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfdən müqavilənin həm giriş, həm də predmet hissəsində “mənzilə pay hüququnun əldə edilməsi” və “mənzilin payçının istifadəsinə verilməsi” ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı halda məhdud məsuliyyətli cəmiyyətin 19 noyabr 2007-ci il tarixli müqavilədə nəzərdə tutulmuş formada “pay haqqının əldə edilməsi” də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1.-ci və 91.2-ci maddəllərində müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Eyni zamanda hüquqi şəxsin mülkiyyətində olan əmlakın onun üzvlərinin paylarına bölünməsi, pay haqlarının verilməsi qaydası və s. məsə lələr təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti deyil kooperativ olan hüquqi şəxslərə aiddir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-111-ci maddələri).

11. Həmçinin məhkəmə onu da vurğulamışdır ki, 19 noyabr 2007-ci il tarixli müqavilə üzrə cavabdehin sahiblik və istifadə hüququnun əmələ gəlməsi üçün mənzilə dair əqdin notariat qaydasında təsdiq edilməsi də qanunvericiliyin tələblərindəndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 19 noyabr 2007-ci il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlanmışdır. Bundan başqa, mübahisəli mənzil üzrə ödənişlərin də natamam və qüsurlu olması yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli və 22 dekabr 2022-ci il tarixli, 4/1832-5/1591 nömrəli rəylərlə təsdiq olunur. Məhkəmənin qənaətinə görə 19 noyabr 2007-ci il tarixli müqavilə etibarsız olduğundan cavabdehin iddia tələbində göstərilən mənzildən istifadə etməsi əsassızdır və o, mənzildə olan əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən iddia müddətinin və kəsici müddətin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə q eyd etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

12. Məhkəmə tələbin mənəvi zərər hissəsinə dair qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzi qismində 7.000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair h eç bir sübut məhkəməyə təqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Republikası Mülki Məcəlləsinin 146.1, 337, 354.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən cavabdeh (nümayəndə və Vəkil2 Vasif oğlu) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apell yasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, müqavilədən irəli gələn tələblər üçün iddia müddəti üç və altı ildir. Mübahisə predmeti olan müqavilə 19 noyabr 2007-ci il tarixində bağlanmışdır. İddia müddəti ötürülmüşdür. Eyni zamanda iddiaçı tərəfindən kəsici müddət də ötürülmüşdür. Məhkəmə tərəfindən kəsici müddətlə bağlı Konstitusiya Məhkəmsinin qərarı qeyd edilsə də, işin halları ilə əlaqəli şəkildə əsaslandırılmamışdır. Mülki iş üzrə təyin edilmiş kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli müvafiq rəyinə əsasən, müqavilələrə möhür vurulmuş, imzalanmışdır. Ödəniş qəbzləri mərhum tərəfindən qəbul olunmuşdur. İddiaçının atası Rövşən R üstəmov tərəfindən əqd faktiki olaraq bəyənilmişdir və əqd həmin dövrdə mübahisələndirilməmişdir. Onun ölümündən sonra da cavabdeh tərəfindən kommunal xərclər ödənilmiş, heç bir etiraz olmadan cavabdeh mənzildə yaşamağa davam etmişdir. Yəni, həm iddiaçının atası, həm də cavabdeh tərəfindən əqd bəyənilmişdir. Eyni zamanda cavabdeh kommunal xidmətlərə görə X2 mərhumun qızına ödnişləri etmiş və sonuncu tərəfindən müvafiq qəbzlər təqdim edilmişdir. Bu müddətdə cavabdeh etirazsız olaraq həmin əmlakdan sahiblik və istifadə etmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə hüquqi şəxsin adından bağlanmalı idi və mərhum Rövşən Rüstəmov tərəfindən bağlanıla bilməzdi. Lakin, bu halda hazırkı iddia elə hüquqi şəxs tərəfindən qaldırılmalı idi. İddiaçı isə fiziki şəxs kimi iddianı qaldırıb. Yəni, məhkəmənin qənaətincə iddiaçının subyektiv hüququ olmamışdır. Ümumiyyətlə iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4337/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair Rövşən Rüstəmovla cavabdeh arasında bağ lanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin (Nıdzat Akberov) əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçının cavabdehə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi cavabdehin şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab etmişdir ki, hazırkı işdə əqdin etibarsızlığı ilə bağlı nəticəyə gəlmək üçün əsaslar mövcud deyil. Belə ki, işdə olan ekspert rəylərindən də göründüyü kimi, mübahisələndirilən müqavilədəki imzaların bir qismi həqiqətən müqavilənin tərəfləri tərəfindən şəxsən icra olunmuş, müqavilə yə hüquqi şəxs "xxxx" MMC-nin möhürü vurulmuş, mənzilə dair ödənişlər qəbul edilmiş, mənzil faktiki olaraq cavabdehin istifadəsinə verilmiş və cavabdehin orada fasiləsiz yaşamış, kommunal ödənişlər ödəmişdir. Bütün bunlar tərəflər arasında həqiqətən müqavilə münasibətlərinin mövcud olduğu barədə qənaətə gəlməyə əsas verir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilənin "xxxx" MMC ilə bağlanmalı olduğu halda Rövşən Rüstəmovla bağlanmasına görə müqavilənin etibarlı olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, müqavilədə möhürün həqiqiliyi təsdiq edildiyi halda, həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması eyni sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qə naətə gəlməyə əsas vermir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlah iyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki, bir qayda olaraq, möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. İş üzrə mübahisələndirilən müqavilədə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapır. İddiaçı həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim et məmişdir.

20. Digər tərəfdən, müqavilədəki imza da hüquqi şəxsin rəhbəri qismində çıxış edən Rövşən Rüstəmov tərəfindən icra olunmuşdur. Rövşən Rüstəmova hüquqi şəxs tərəfindən belə bir səlahiyyət verilmədiyi halda belə, bu hal müqavilənin etibarlılığını birmənalı şübhə altına almır. Çünki, müqavilə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilməsi o mənaya gəlir ki, hüquqi şəxs həmin müqaviləni bəyənmişdir. Yaxud, əgər hüquqi şəxsin qanuni təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də o, hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini öncədən nəzərə alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.

21. Göründ üyü kimi, həm müqavilə bağlanan zaman tərəflərin hərəkətləri, həm müqavilədən sonrakı müddət ərzində cavabdehin mənzilə yiyələnməklə faktiki sahibliyi həyata keçirməsi onu deməyə əsas verir ki, müqavilə "xxxx" MMC tərəfindən bəyənilmiş, cavabdeh tərəfindən də bu müqaviləyə etimad göstərilməklə daimi olaraq mənzildən istifadə edilmişdir. Qeyd olunmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər a rasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

22. Məhkəmə kollegiyası şikayətin iddianın hüquqi şəxs tərəfindən qaldırılmalı olması, iddiaçının subyektiv hüququ olmaması ilə bağlı dəlilini isə əsaslı hesab etməyərək qeyd etmişdir ki, əqd təkcə onun tərəfləri tərəfindən yox, maraqlı olan digər şəxslər tərəfindən də mübahisələndirilə bilər. Hazırkı halda isə iddiaçı "xxxx" MMC-nin müəyyən hissədə paylarını əldə etdiyindən hazırkı mənzilə dair bağlanmış müqaviləni mübahisələndirilmək hüququ da vardır.

23. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, əqdlərin etibarsızlığına səbəb olan hallar əqd bağlanana qədər mövcud olan hallardır. Mübahisəli mənzil üzrə ödənişlərin bir qismi həqiqətən ödənilməsə belə, bu hal müqavilənin et ibarsızlığına əsas olan hal deyil. Göründüyü kimi, məhkəmə araşdırması ilə mübahisələndirilən müqavilənin etibarsızlığı öz təsdiqini tapmamışdır. Buna görə, hüquqi müqəddəratı birbaşa bu müqavilənin etibarlılığından asılı olan cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə iddia tələbləri də təmin edilə bilməz.

24. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Mülki Məcəllənin 324, 337.1, 337.2, 337.4, 337.5, 360.1, 360.2, 399.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3, 384.0.2, 385.1.1 və 386-cı maddələrinə istin ad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi haqqında yeni qərar, iş üzrə aşkar olunmuş cinayət əlamətləri ilə bağlı xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəticəyə gələrkən mübahisə predmetinə aid olan müqavilənin müqavilə tərəfləri tərəfindən imzalanmamasını nəzərə almamışdır. Halbuki işin bu halı ekspertizanın rəyi ilə təsdiq edilmişdir. Məhkəmə mübahisə predmetinə aid olan müqavilənin müvafiq qaydada imzalanmamasını və müqavilə mətnində edilmiş saxtakarlıqları nəzərə almadan müqavi ləni etibarsız saymamaqla Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbini pozmuşdur. İş üzrə verilmiş ekspert rəyi ilə açıq - aşkar cinayət əməlinin əlamətlərini əıks etdirən müqavilənin saxtalaşdırılması faktlarımüəyyən edilsə də, məhkəmə həmin faktlara prosessual qaydada reaksiya verərək xüsusi qərardad çıxarmamaqla, istinad olunan prossesual hüquq normasını pozmuşdur. Məhkəmə tərəfindən düzgün olmayaraq hər hansı sübutla təsdiqlənmədiyi halda mübahisəli mənzilin cavabdehə faktiki təhvil verilməsi, cavabdehin fasiləsiz olaraq mənzildə yaşaması qənaətinə gəlinmişdir. Bununla da məhkəmə sübutlara obyektiv baxmamışdır.

27. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, apellyasiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən hazırkı işdə əqdin etibarsızlığı ilə bağ lı nəticəyə gəlmək üçün əsasların mövcud olmadığını qeyd etmişdir. Belə ki, işdə olan ekspert rəylərindən də görünür ki, mübahisələndirilən müqavilədəki imzaların bir qismi həqiqətən müqavilənin tərəfləri tərəfindən şəxsən icra olunmuş, müqaviləyə hüquqi şəxs "xxxx" MMC-nin möhürü vurulmuş, mənzilə dair ödənişlər qəbul edilmiş, mənzil faktiki olaraq cavabdehin istifadəsinə verilmiş və cavabdeh orada fasiləsiz yaşamış, kommunal ödənişlər ödəmişdir. Bütün bunlar tərəflər arasında həqiqətən müqavilə münasibətlərinin mövcud olduğu barədə qənaətə gəlməyə əsas verir. Lakin məhkəmə nəzərə almamışdır ki, mənzil faktiki olaraq cavabdehə verilməmiş və verilməni təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir.

28. Cavabdeh həmin mənzildən qanunsuz olaraq istifadə etmişdir. “Cavabdeh orada fasiləsiz olaraq yaşamamışdır” dəlili də əsassızdır. Cavabdeh həmin mənzildən aradabir, bəzən ayda 1 dəfə, bəzən ildə bir – iki dəfə istifadə etmiş, bəzən isə uzun müddət görünməmişdir. Kommunal ödənişlərin ödənilməsi isə müqavilənin etibarsılığını aradan qaldıran sübut ola bilməz. Çünki işin mübahisəsiz hallarından göründüyü kimi, binanın tikintisi və satışını həyata keçirən iddiaçının atası 2011-ci ildə vəfat etmiş, həmin vaxt iddiaçının 8 yaşı olmuşdur. Atasının vəfatindan bir müddət sonra mənzilin yerləşdiyi bina faktiki olaraq iddiaçının anası X7 tərəfindən həyata keçirilmişdir. İddiaçı və anasının cavabdehin müqaviləsinin bağlanma şəraitindən hər hansı məlumatı olmamışdır. İddia ərizəsində qeyd edildiyi kimi, sonradan müqavilələrin yoxlanması zamanı cavabdehdən müqaviləsi tələb edilmiş, cavabdeh müqavilənin əslini deyil surətini onlara təqdim etmiş və məhz bundan sonra onlar müqavilədə saxtakarlıq əlamətləri görüb bu barədə hüquqmühafizə orqanlarına şikayət etmiş, lakin cavadeh çağırışlardan yayınaraq hüquqmühafizə orqanlarının – polisin çağırışına gəlmədiyindən və müqavilənin əslini təqdim etmədiyindən material üzrə ətraflı araşdırmanın aparılması, müqavilədə olan saxtakarlıq faktı üzrə eskpertizanın təyin edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmənin qeyd etdikləri hələ özlüyündə tərəflərin müqavilə münasibətlərində olduğunu təsdiq etmir.

29. Məhkəmə tərəflərin münasibətlərinə Azərbaycan Respublikasının mülki qanunvericiliyində (MM maddə 357) nəzərdə tutulmuş “Bəyənmə (sonradan verilən razılıq)” ilə bağlı maddi hüquq normasını tətbiq edərkən nəzərə almamı şdır ki, iş üzrə verilmiş ekspert rəyinə əsasən müqavilənin bağlanmasını, bir çox ödənişləri təsdiq edən imzalar saxta olmaqla, Rövşən Rüstəmova məxsus olmamış, eləcə də bir neçə ödəniş qeydi sonradan texniki vasitələrin köməyi ilə ardıcıl ödəniş qeydlərini əks etdirən sətirlərin arasına yerləşdirilərək saxtalaşdırılmışdır. Belə çıxır ki, Rövşən Rüstəmov müqavilənin mətnində aparılan bütün cinayət xarakterli saxtakırlıqları bəyənərək müqaviləyə hüquqi qüvvə vermişdir. Təbii ki, bu cür yanaşma ağlabatan mühakimə ilə mümkün deyildir. Azərbaycan Respublikası MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Ona görə də məhkə mə, əqdin etibarsızlığına səbəb olan istinad olunan normaları tətbiq edərək mübahisə predmetinə aid olan müqaviləni etibarsız saymaqla, saxtkarlıq faktı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi üçün prosessual qaydaya uyğun olaraq xüsusi qərardadla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

30. Maddə

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. Maddə

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

32. Maddə

71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarını n həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

35. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xi tamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilərə.

37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

39. Maddə 337.5. Ə qd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

40. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

41. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

42. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

43. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: 44. “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

45. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hü quqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadı n ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instan siyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

60. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

61. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.

62. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 17-23-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, məhkəmə araşdırması ilə mübahisələndirilən müqavilənin etibarsızlığı öz təsdiqini tapmamı şdır. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir. Bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur. Buna görə, hüquqi müqəddəratı birbaşa bu müqavilənin etibarlılığından asılı olan cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə iddia tələblərinin də təmin edilə bilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

64. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nət icələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

65. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia tələblərinin təmin edilməsi haqqında yeni qərar, iş üzrə aşkar olunmuş cinayət əlamətləri ilə bağlı xüsusi qərardad qəbul olunması barədə dəlillərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair hazırki iddiası uğurlu olmadığından kassasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Kassassiya şikayətinin xüsusi qəra rdad çıxarılması barədə dəlilinə münasibətdə o da nəzərə alınmalıdır ki, iddiaçı özü iddia ərizəsində aparılmış qeydlərdə saxtakarlıq əlamətləri ilə bağlı onun anasının hüquq-mühafizə orqanlarına şikayət etməsini, bununla bağlı araşdırma aparıldığını göstərmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası uğurlu olmasa da, onun "xxxx" MMC-nin müəyyən hissədə paylarını əldə etmiş varisi kimi cavabdehə qarşı başqa məzmunlu iddia ilə məhkəməyə, habelə cinayət hesab etdiyi hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək imkanları məhdudlaşdırılmır.

66. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetin i təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

67. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən ayd ın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətna mə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

70. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır.

71. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4337/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar