Məhkəmə qərarları › İş №2(102)-3480/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3480/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3480/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(105)- 145/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 mart 2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 16 faizlə 24 il müddətinə 100000 manat kredit verilmişdir.

2. Kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi, 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120,9 kv.m yaşayış sahəsindən, 175,6 kv.m yardımçı sahədən, 296,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi 12 mart 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Yüklülük daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 99999,59 manat əsas borc, 31582 manat məbləğində faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu, ümumilikdə 131874,59 manat məbləğində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub, iddiaçının xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış 12 mart 2015-ci il tarixli, kredit müqa viləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0,05 ha torpaq sahəsinə və həmin sahənin üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.

5. Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsi ilə (hakim A.İbrahimov) iddia qismən tə min edilmiş, Cavabdeh1 və Cavabdeh2 99999,59 manat əsas borc, 31582 manat məbləğində faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 131874,59 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış 12 mart 2015-ci il tarixli “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi idarəsi tərəfindən verilmiş 03 mart 2015-ci il tarixli, RX seriyalı ******* №-li, ********** qeydiyyat №-li çıxarışına əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120.9 kv.m yaşayış sahəsindən, 175.6 kv.m yardımçı sahədən, 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 307.1, 307.2, 307.3, 309.1, 319.1, 385.1, 425.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsas landırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli rəyinə əsasən 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 30 mart 2017-ci il tarixə əsas borc 99999,59 manat, faiz borcu 31014,89 manat təşkil etdiyi müəyyən edilmişdir.

9. Apellyasiya məhkəməsinin qərardadı ilə təyin edilərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 may 2024-cü il tarixli rəyi ilə Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin mövcud bazar dəyərinin təqribən 405400 manat, likvid dəyərinin 10% azalma tətbiq edilməklə 364870 manat məbləğində olması müəyyən edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(105)-145/2024 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi faiz və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 12 mart 2015-ci il tarixli kredi t müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə faiz borcunun 30382,09 manat, ipoteka predmeti olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin likvid dəyərinin 364870 manat müəyyən edilməsi qət edilmişdir.

11. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticə də cavabdehin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə bildirişinin kötüyünə əsasən bildiriş cavabdeh, həmçinin Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 çatdırılmış (İ cild, iş vərəqə 33), lakin cavabdehlər məhkəmə iclasında iştiraklarının təmin edilməməsi barədə heç bir tutarlı sübut təqdim etməmişlər.

13. Kredit müqaviləsi üzrə yaranmış faiz borcu üzrə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan, 01 mart 2017-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC cavabdehin bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirmədiyini, kredit müqaviləsi üzrə 99999,59 manat əsas borc, 30382,09 manat məbləğində faiz borcu, ümumilikdə 130381,68 manat borcu olduğunu, bu baxımdan qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə, tələbin ipoteka predmetinə yönəldilməsi və əldə edilən pul vəsaiti hesabına pul tələblərinin təmin edilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir.

14. Nəzərə alınmalıdır ki, kreditorun 01 mart 2017-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müq avilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

15. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən və ekspert rəyi ilə müəyyən edilmiş müddətlər (30 mart 2017-ci il) üzrə deyil, məhz bildirişin verildiyi tarixə yəni 01 mart 2017-ci il tarixə hesablanmalıdır. Bu zaman müqavilə üzrə hesablanmış faiz borcu 30.382,09 manat müəyyən edilməlidir. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə faiz borcu 30.382,09 manat müəyyən edilməlidir.

16. Apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayətinin ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, ipotekanın bağlandığı vaxtdan xeyli müddət keçdiyindən və daşınmaz əmlak bazarında da mənzillərin qiymətindəki artırmalar nəzərə alınarsa, Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0,05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 364870 manat müəyyən edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni, Mülki Məcəllənin 317.1, 421.2, 421.3 və 739-cu, “İpoteka haqqında” Qanunun 33 və 39.3.3 -cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli Qərardadına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti hissəsində ləğv olunması və həmin hissədə yenidən baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Məhkəmə ekspertizası haqqında” Qanunun 13-cü, Mülki Prosessual Məcəllənin 102.2-ci maddələri pozulmuşdur.

20. Belə ki, ipoteka predmetinin bazar dəyəri artıq bir dəfə 2015-ci ildə tərəflərin razılığı ilə 246.300 manat müəyyən edilmişdir. İpoteka predmetinə müxtəlif zamanlarda qoyulmuş iki müxtəlif qiymət arasında bu cür böyük fərqin olması ekspert rəyini şübhə altına almışdır. Sözügedən fərdi yaşayış evinin girov qoyulması ilə bağlı müqavilənin bağlanmasından 9 ilə yaxın müddət keçməsinə baxmayaraq, əmlakda qiyməti bu cür əhəmiyyətli dərəcədə dəyişd irəcək yaxşılaşdırmalar aparılmamış və 2015-ci ildən bu yana əmlakın daxili konstruksiyasında heç bir dəyişiklik baş verməmişdir. Ekspert rəyində bu cür əhəmiyyətli qiymət dəyişməsi nəinki əsaslandırılmamış, hətta bu məsələyə ümumiyyətlə toxunulmamışdır. Bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi təmin edilmiş, ipoteka predmeti yenidən qiymətləndirilmiş və likvid dəyəri 161.000 manat müəyyən edilmişdir. Sözügedən daşınmaz əmlak qeyd olunan qiymətlə hərraca çıxarılmış, lakin keçirilmiş hər iki hərracda alıcı olmadığından ipoteka qoyan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Beləliklə, ipoteka predmetinin həm sonrakı ipoteka müqaviləsində, həm də Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş hər iki qiyməti ekspert rəyində müəyyən edilmiş qiymətdən kəskin fərqlənmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Kassasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilməmiş, iddiaçı isə qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğu n olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tut ma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 233.3-cü maddəsinə əsasən qə tnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasınd a mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qə ti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi zamanı işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol vermişdir.

29. Belə ki, iş materiallarından müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 33.3.3-cü maddəsinin tələblərini pozaraq tutmanın i poteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edərkən, onun ilkin satış qiymətini müəyyən etməmişdir.

30. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq bu qiymətin müəyyən edilməsi ilə bağlı araşdırma aparmışdır.

31. Lakin, müəyyən olunur ki, apellyasiya məhkəməsində iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi məsələsi müzakirə edilərkən, iddiaçının nümayəndəsi buna etiraz etmiş və mövqeyini Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli əmlakın ilkin satış qiymətinin 161000 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır (c. 1, i.v. 224-225, 05 oktyabr 2023-cü il tarixli məhkəmə iclas protokolu).

32. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(067)-150/2019 nömrəli qətnam əsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivi, 0,05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120,9 kv.m yaşayış sahəsindən, 175,6 kv.m yardımçı sahədən, 296,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatda fərdi yaşayış evinin və torpaq sahəsinin bazar dəyərinin yekun göstəricilərinin ləğv edilməsi, qiymətləndirilən daşınmaz əmlakların bazar dəyərinin 161000 manat müəyyən edilməsi qət edilmişdir.

33. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməsə də, eyni tərəflərin iştirakı ilə baxılan başqa işdə qəbul edilən qətnamə ilə bu qiymət müəyyən olunmuşdur.

34. Qeyd olunan qətnamənin maraqlı tərəflərlə apellyasiya qaydasında mübahisələndirilməsi və qüvvədə olub-olmaması barədə məlumat iş materiallarında mövcud deyildir.

35. Lakin, apellyasiya instansiyası məhkəməsi hazırkı qətnaməni mübahisələndirilən hissədə qəbul edərkən, Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin mövcudluğunu nəzərə almamış, ona istinad etməmiş, qüvvədə olub-olmamasını araşdırmamışdır.

36. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa pros esdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli, Q.Məmmədovun şikayəti üzrə 2020-ci il 11 fevral tarixli Qərarları).

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli ipoteka predmetinin ilkin satış qiyməti müəy yən edilərkən yalnız ekspert rəyinə istinad edib nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 82.3, 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.

38. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin ilkin satış qiymətinin qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq müəyyən edilməsi, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə həmin məsələnin başqa icraatda apellyasiya qaydasında yenidən mübahisələndirməsini və araşdırılmasını istisna edir.

39. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. A zərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

41. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

42. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və ob yektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(105)-145/2024 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmə si hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar