Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3481/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə maneçiliyin törədilməsinin qadağan edilməsi və torpaq sahəsindən çıxarılma” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq üzərində hüquqların müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)8/2020 nömrəli qə tnaməsindən Cavabdeh və vəkil xxx tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ərazisində ünvan 1 adlanan ərazidə mülkiyyətinə verilmiş 49,04 kvadrat metr torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən hər hansı maneçiliyin törədilməsinin qadağan edilməsi və onun mülkiyyətində olan torpaq sahəsindən həmin şəxsin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(075)-630/2018 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanov) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ərazisində ünvan 1 adlanan ərazidə yerləşən 49,04 k vadrat metr torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən hər hansı maneənin törədilməsinin qadağan edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ərazisində ünvan 1 adlanan ərazidə yerləşən 49,04 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-8/2020 nömrəli qərarı ilə (hakimlər M.A.Əsədli – sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(075)-630/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkil xxx kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-8/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, cavabdehin atası dövlət mülkiyyətində olmuş mübahisələndirilən torpaq sahəsində torpaq islahatından əvvəl tütün qurutmaq üçün azbest borularından talvar inşa etmiş, torpaq islahatları başlayanda, cavabdehin anası X2 Şəki rayonu X6 Komissiyasının 1998-ci il tarixli qərarı ilə istifadəsində olan ünvan 2 və 15,6 kv.m. olan azbest borudan talvar, habelə altında olan torpaq sahəsi pay olaraq verilmişdir. Həmin obyektlərə sənədlər verilərkən isə müəyyə n olunmuşdur ki, 15,6 kv.m. olan talvarın torpaq sahəsi iddiaçının adına işlənilmişdir. Bununla bağlı X3 məhkəməyə müraciət etmiş və iddiasına Şəki Rayon Məhkəməsində baxılır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflərməhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə kasasiya şikayətinə yazılı etiraz (izahat) verərək göstərmişdir ki, cavabdeh məhkəmələrə əsassız iddialar və şikayətlər verir. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, X1 şikayəti təmin edilməmiş, sonuncunun iddiasının icraata qəbulundan imtina olunması barədə Şəki Ray on Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, X8 Komissiyasının xx xxxx 2002-ci il tarixli 05 nömrəli qərarına əsasən İddiaçı Şəki rayonu Baş Göynük kəndi ərazisində 49,04 kvadrat metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində cavabdehin atası mərhum X5 İddiaçı icazə almaqla müvəqqəti tütün qurutmaq üçün tavan (naves) tikmişdir. İddiaçı ayrılmış torpaq sahəsi kəndin xəritəsində öz əksini tapmışdır. Lakin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçı mübahisəli torpaq sahəsində inşa edilmiş tavanın cavabdeh tərəfindən sökülərək götürülməsinə etiraz etmir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə münasibətdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş 3867 nömrə ilə uçota alınmış A № 058749 nömrəli torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şəki rayon A qrar İslahat Komissiyasının xx xxxx 2002-ci il tarixli 05 nömrəli qərarı ilə həmin plan və ölçüdə qeyd olunan cizgilər daxilində 49,04 kvadrat metr torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2 və 239.2-ci, Torpaq Məcəlləsinin 67 və 111-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2003-cü il tarixli Qərarına istinad edərək iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına ta m riayət olunmuş, kasasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh mübahisələndirilən torpaq sahəsinin onun və ya ailə üzvlərinin qanuni istifadə və sahibliyində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarından müəyyən olunur ki, hazırki iş üzrə məhkəmə mübahisəsi davam edən dövrdə X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı iştirakı ilə) qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, üçüncü şəxsin adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarix li, 2-1(84)-908/2018 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçının istifadəsində olan 42 kv.m torpaq sahəsinə aid hissədə üçüncü şəxsin adına hazırlanmış A058749 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının və torpaq sahəsinin planının ləğv edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-114/2019 nömrəli qərarı ilə üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(102)-1639/2019 nömrəli qərarı ilə üçüncü şəxsin kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-463/2019 nömrəli qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-908/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı İddia çı adına hazırlanmış A058749 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçının kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3621/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə olan hüquqlarını təsbit edən A058749 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının və torpaq sahəsinin planı cavabdehin anası tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddia təmin olunmamı şdır. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-8/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3481/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3481/2020
15.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver