Məhkəmə qərarları › İş №2(102)-3482/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3482/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3482/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh X3 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(103)- 11877/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 ilə X4 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olublar.

2. Tərəflər nikahda olduqları dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəbli küçəsi, 127 saylı fərdi yaşayış evində yaşamış, sonradan ailə münasibətləri pozulmuş və ailədaxili münaqişələr nəticəsində iddiaçı evdən çıxmağa məcbur olmuşdur.

3. Tərəflərin yaşadığı evin yerləşdiyi 0.0494 ha torpaq sahəsi X11 ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən sonuncuya satılmış və iddiaçının torpaq sahəsi üzərində hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdə cavabdehlə nikahları qeydə alındıqdan sonra cehiz və şəxsi əşyalarını mübahisəli evə aparmış, həmin evdə onunla yaşamışdır. Hazırda cavabdeh onu evdən qovmuş, qayıtdıqda isə öldürməklə hədələmişdir. Bu səbəbdən, özünə məxsus torpaq sahəsində tikdiyi evdə yaşaya bilməmiş və torpaq sahəsi üzərində sərəncam və istifadə hüququndan məhrum edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(008)-3421/2020 nömrəli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia təmin olunmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev xx.xx.2017-ci il tarixdən onun mülkiyyətində ol duğundan iddiaçı həmin evə köçürülməsini tələb etməkdə haqlıdır.

8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı mənzildən istifadə hüququna xitam verilməsini xahiş etsə və sonradan iddia ərizəsində heç bir dəqiqləşdirilmə aparılmasa da, birinci instansiya məhkəməsi iddia tələbini mənzilə köçürmə kimi qiymətləndirərək, əsa ssız qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə cavabdehin prosesdə iştirakını təmin etməməklə onun ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur. Hazırda iddiaçı ilə rəsmi nikahlarına xitam verilmişdir və onlar uzun müddətdir birlikdə yaşamırlar. Buna görə də, iddiaçının birlikdə yaşamaq istəyi absurddur və məhkəməyə təqdim etdiyi sənəd mübahisəli evə deyil, torpaq sahəsinə aiddir. Həmçinin, faktiki olaraq cavabdeh qismində göstərilməyən digər şəxslərin də torpaq sahəsindən istifadə hüquqları mövcud olduğundan məhkəmənin işə birtərəfli qaydada baxması yolverilməzdir.

11. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək torpaq sahəsini 2010-cu ildə alıb evin təmir işlərinə başladığını, 2011-ci ildə mübahisəli evin təmirini başa çatdırdığını və iddiaçının hazır evə gəldiyini bildirmişdir.

12. İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, suallara cavab olaraq cavabdehlə nikaha daxil olduqdan sonra bir müddət bacısı qızının evində yaşadıqlarını, mübahisəli ev vərəsəliklə keçdiyindən cavabdehin ona sənəd ala bilmədiyini, evi birgə təmir etdirdiklərini və təmir getdiyi müddətdə orada yaşadıqlarını bildirmişdir.

13. Cavabdeh tərəfindən təqdim olunmuş, X8 adından imzalanmış ərizədə onun 2010-cu ildə sözügedən torpaq sahəsini və onun üzərində iki mərtəbədən ibarət tikilini cavabdehə satdığı, lakin sonuncu əcnəbi olduğundan həmin vaxt alğı-satqı müqaviləsini rəsmiləşdirməyin mümkün olmadığı, cavabdehin ona 8000 ABŞ dolları və 3000 manat pul verdiyi, mübahisəli evdə yaşamaqla bütün kommunal xə rcləri ödədiyi, sonradan, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən cavabdehlə nikahda olan iddiaçının adına rəsmiləşdirdiyi, bu vaxt heç bir əlavə ödəniş almadığı göstərilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(103)-11877/2021 nömrəli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada m əlumat verilmədiyindən və çəkişmə prinsipi qaydaları pozulduğundan qətnamə ləğv edilməlidir.

16. Məhkəmə kollegiyası mübahisənin həllinə münasibətdə isə vurğulamışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla həmin torpaq sahəsinə və üzərindəki yaşayış sahəsinə köçürülməməsi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb oduğundan iddia təmin edilməlidir.

17. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 17-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü və MPM-in 14.2, 77.1, 387.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri

18. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı mənzildən istifadə hüququna xitam verilməsini xahiş etsə və sonradan iddia ərizəsində heç bir dəqiqləşdirilmə aparılmasa da, məhkəmə iddia tələbini mənzilə köçürmə kimi qiymətləndirərək, əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, əcnəbi olduğu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən ona tərcüməçi təyin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstutusiyası

21. Maddə 13, İ hissə. Azər baycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29, İİİ və İV hissələr. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. 23. bilməz. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilə n məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

28. Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, iddiaçının köçürülməsini tələb etdiyi yaşayış evi, tərəflərin nikah müddətində əldə olunmuş torpaq sahəsində yerləşir. Bu halda həmin torpaq sahəsi Ailə Məcəlləsinin 32.1 və Mülki Məcəllənin 225.1-ci maddələrinə əsasən tərəflərin ümumi mülkiyyəti sayılır.

39. Mülkiyyət hüququ isə mülkiyyətçinin əmlakdan istifadə etmək ixtiyarını ehtiva edir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlakdan sərbəst surətdə isti fadə edə bilər. Bu hüquq, istifadə etmənin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozduğu, yaxud hüquqdan sui-istifadə hallarında məhdudlaşdırıla bilər ki, baxılan işdə iddiaçıya münasibətdə bu cür məhdudlaşdırıcı hallar müəyyən olunmur.

40. Kassatorun əcnəbi olduğu halda ona tərcüməçi təyin olunmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Azərbaycan Respublikası MPM-nin 11.1-ci maddəsinin tələbinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.

41. Cavabdeh Təbriz şəhərində doğulmuşdur, apelyasiya instansiyası məhkəməsinin iclasında bütün sualları cavablandırmış, işin hallarına dair sərbəst izahat vermiş, apelyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. Cavabdeh dili bilməməsi, yaxud proses zamanı dialoqda çətinlik çəkməsi barədə məhkəməyə bildirməmiş, tərcüməçi cəlb olunması barədə vəsatət verməmişdir.

42. Kassatorun «iddiaçı mənzildən istifadə hüququna xitam verilməsini xahiş etsə və sonradan iddia ərizəsində heç bir dəqiqləşdirilmə aparılmasa da, birinci instansiya məhkəməsi iddia tələbini mənzilə köçürmə kimi qiymətləndirmişdir» dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil də əsassızdır. Çünki birinci instansiya məhkəməsini cavabdehə göndərdiyi bildirişdə iddia tələbi «mənzilə istifadə hüququna xitam verilməsi» kimi qeyd olunmasına baxmayaraq, iddia ərizəsində iddiaçı onun mübahisəli evə köçürülməsini tələb etmişdir və apelyasiya instansiyası məhkəməsin in qətnaməsi də bu tələb üzrə çıxarılmışdır.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(103)11877/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar