Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3482/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X9 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X9 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, X11,X 6,X14, X17, X4, X5, Babaşov Vəli Vəli oğlu, X8 və X7) qarşı şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-174/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qərardadından İddiaçı3 Şahsəid oğlunun və iddiaçılar X12, İddiaçı1 Şıxsayid oğlu, İddiaçı4 Şıxsayid oğlu və İddiaçı5 Şıxsayid oğlunun birlikdə verdikləri kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X9 və İddiaçı3 (bundan sonra iddiaçı) Cavabdeh1, Cavabdeh2 (bundan sonra cavabdeh) qarşı maraqlı tərəflər – Quba rayon Kürçal Bələdiyyəsi, DƏDRX-nin Xaçmaz Ərazi İ darəsi və Quba rayon Notariat Kontoru cəlb edilməklə “şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış alqı-satqı, bağışlama müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-2236/2017 saylı, 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Elman Əhmədov) iddia təmin edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1833/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi) İlqar Dəmirov və Telman Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, üçüncü şəxslər X11 və X1 apellyasiya şikayəti isə qismən təmin edilmiş, Quba Rayon Məhkəmə sinin 2(027)-2236/2017 saylı, 27 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd olunmuşdur.
4. Qətnamədən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4140/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1833/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimov) Cavabdeh1 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X1 apellyasiya şikayətlərinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-2236/2017 saylı, 27 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1, X9, İddiaçı5, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, X11, X6, X14, X17, X4, X5, Babaşov Vəli Vəli oğlu, X8 və X7) şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağış lama müqavilələrinin və çıxarışların ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
7. İddiaçılar 10 yanvar 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2443/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər X27 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə) kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və İlqar Dəm irov) iddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X9 və İddiaçı3 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır..
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 nömrəli 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verilmiş və kassasiya şikayəti ərizəyə əlavə edilmişdir.
11. Kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollediyası xx.xx.2023 cü il tarixli 2(105)-174/2023 saylı Qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş və kassasiya şikayətinin mülki prosessual qanunvericiliyə (MPM 407-ci maddə) uyğunluğuna baxılması xx.xx.2023 cü il tarixə təyin edilmişdir. Kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Kassasiya şikayətinin geri qaytarılmasının 1-ci səbəbi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)174/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsinin iddiaçıları təmsil edən Vəkil1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsidir. Kassasiya şikayətinin geri qaytarılmasının 2-ci səbəbi İddiaçı4 Şıxsayıd oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin surətinin poçt göndərişi (forma F. 119) ilə, imza etməklə almasıdır. İsbatov qardaşlarının adına Quba rayon poçtundan Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən (2023-cü il yanvar-may aylarında) göndərilmiş məktub və qətnamə gəlməyib. xx.xx.2023-cü ildə İddiaçı1 Sıxsayid oğlu etibarnamə ilə Xaçmaz regional Poçt filialının rəisi X20 ərizə yazmış, İddiaçı1, İsbatov İsbat, İddiaçı5, İddiaçı4, İddiaçı3 adına yanvar-may aylarında (2023-cü il) ünvanlanmış məhkəmə məktublarının olub-olmaması barədə rəsmi məlumat verməsini xahiş etmişdir. 12 iyun 2023-cü ildə cavab gəlmişdir ki, məhkəmə məktubları xx.xx.2023-cü il və xx.xx.2023 cü il tarixlərində daxil olmuş və xx.xx.2023 cü ildə şəxsən çatdırılmışdır. İsbatov qardaşları Quba rayonunun Poçtundan bu günədək xx.xx.2023-cü il tarixli, 2(105)-174/2023 saylı Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsini almayıblar. Aldıqları qərardad AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2443/2023 saylı qərardadıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı xx.xx.202 3-cü il tarixli qətnaməsini xx.xx.2023 cü il tarixdə İddiaçı3 Şahsəid oğlu Sumqayıt Apellyasiya Məhkəməsindən şəxsən imza etməklə götürmüşdür və 18 aprel 2023 cü il tarixdə vəkil vasitəsi ilə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir Qeyd olunanları nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)174/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçıların AR Ali Məhkəməsinə Kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmişlər.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) iddiaçılar tərəfindən verilmiş müddətin bərpası barədə ərizə təmin edilməyərək, əriz əyə əlavə edilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
13. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti iddiaçıların vəkili olan Vəkil1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2023cü il tarixli qətnaməsinin surəti İddiaçı4 Şıxseyid oğlu tərəfindən poçt göndərişinə (forma F.119) 24 yanvar 2023-cü il tarixdə imza edilməklə təqdim olunmuşdur. Lakin iddiaçıların vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət 1 ay keçdikdən sonra, 18 aprel 20 23-cü il tarixdə yerləşdirilmişdir.
14. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə iddiaçılar tərəfindən verilmiş ərizədə qeyd edilən halı – yəni kassasiya şikayəti vermə üçün qanunvericiliklə nəzərdə tutulmuş 2 (iki) aylıq müddəti ötürməsi ilə bağlı dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir.
15. Belə ki, iddiaçılar iş materiallarına əlavə edilmiş - İddiaçı3 Şahsəid oğlu və Vəkil1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta istinad edərək Vəkil1 ilə aralarında heç bir müqavilə bağlanmaması, Vəkil1 ilə onlar arasında heç bir hüquqi bağlılığın qalmaması ilə mövqelərini əsaslandırırlar.
16. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vəkil ilə onun hüquqi yardım göstərdiyi şəxslər arasında bağlanmış müqavilənin ləğv edil məsinə dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya məhkəməyə təqdim edilən aktı hüquqi yardım barədə müqavilənin ləğvini təsdiq edən sübut kimi qəbul etmir.
17. Beləliklə, məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdə keçirib hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 nömrəli 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, ərizəyə əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
18. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 129.1, 130.1, 133.2-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı3 Şahsəid oğlu ayrı və iddiaçılar X12, İddiaçı1 Şıxsayid oğlu, İddiaçı4 Şıxsayid oğlu və İddiaçı5 Şıxsayid oğlunun birlikdə (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və ərizələrnin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
20. Kassasiya şikayətləri MPM-nin 88, 135.1 və 405.0.1-ci maddələrinə istinad edərək belə əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən onların tələbinin əsaslandığı faktlara dair sənədlər –müvafiq aktın surəti, Poçta müraciət ərizəsinin surəti,Quba poçtundan Azərpoçt Xaçmaz RPF-nin rəisinə müraciət olunan Arayış, Poçt arayışının surəti ərizəyə və kassasiya şikayətinə əlavə edilmişdir. İddiaçılar tərəfində verilmi ş ərizəyə baxılarkən təqdim olunan yuxarıda sadalanan sübutlara qiymət verilməmişdir.
21. Apelyasiya Məhkəməsinin qətnaməsini iddiaçılardan biri – İddiaçı3 tərəfindən rəsmi surətdə alindıqdan iki ay müddətində, yəni 18 aprel 2023-cü il tarixində iddiaçılar tərəfindən kassasiya şikayəti verilmişdir.
22. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçılara poçt vasitəsilə çatdırılmalı olduğu halda, göndərilməmişdir. İddiaçılardan yalnız İddiaçı3 apelyasiya məhkəməsinə müraciət etməklə qətnamənin surətini 20 fevral 2023-cü ildə şəxsən almışdır. Hazırki qərardad qəbul edilərkən bu fakta diqqət yetirilməmişdir
23. Bir daha bildiririk ki, İsbatov qardaşlarının ünvanına və adına Quba rayon poçtundan Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən (2023 cü il yanvar-may aylarında) göndərilmiş məktub və qətnam ə gəlməyib. 01. 05. 2023 cü ildə İddiaçı1 Sıxsayid oglunun öz adından və nümayəndəsi olduğu İsbatov qardaşlarının adından, regional Poçt filialının rəisinə, İddiaçı1, İsbatov İsbat, İddiaçı5, İddiaçı4, İsbatovƏləkbərin adına yanvar-may aylarında (2023 cüil) ünvanlanmış məhkəmə məktublarının olub-olmaması barədə məlumatın verilməsi xahişi ilə yazdığı ərizəyə 12 iyun 2023-cü ildə verilmiş cavabde bildirilir ki, məhkəmə məktubları 24. 05. 2023-cü il və 20. 05. 2023 cü il tarixlərində daxil olmuş və 27. 05. 2023 cü ildə şəxsən çatdırılmışdır. İsbatov qardaşları Quba rayonunun Poçtundan bu günədək 10. 01. 2023 cü il tarixli, 2(105)-174/2023 saylı Sumqayıt Apelyasiya Məhkəməsinin Qətnaməsini almayıblar. Onlara göndərilmiş məktublarda isə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023 cü il tarixli 2(102)-2443/2023 saylı qərardadları göndərilmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-174/2023 saylı xx.xx.2023 cü il tarixli qətnaməsini yalnız xx.xx.2023 cü il tarixdə İddiaçı3 Şahsəid oğlu Sumqayıt Apellyasiya Məhkəməsindən qəbzə imza etməklə götürmüşdür və 18 aprel 2023 cü il tarixdə vəkil vasitəsi ilə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir.
25. Barəsində şikayət verdiyimiz qətnamənin surətinin 16 yanvar 2023-cü il tarixində Vəkilimiz olmuş Vəkil1 şəxsi kabinetinə yerləşdirilməsi ilə bağlı qeyd edirik ki, apellyasiya məhkəməsində işə baxıldıqdan sonra Vəkil1lə iddiaçıların müqaviləsi olmamış, bu baxımdan bağlılığı qalmamışdır. Bu barədə arayış şikayətə əlavə olunur.
26. Məhkəmədə İddiaçı4 qətnaməni qəbzlə alması barədə yazılanlarla əlaqədar bildirirk ki, həmi n qəbzdə ad və soyad göstərilsə də, imza yoxdur.
27. Bunlara baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-174/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəmiz təmin edilməmişdir. Həmin qərardadla razılaşmırıq, hesab edirik ki, bu qərardad qəbul edilərkən şikayətdə qeyd olunan hüquq normalarının tələbləri pozulmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndə rilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
31. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
32. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
33. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
34. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətl ərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
35. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
36. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
37. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
38. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştir ak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
39. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
40. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti iddiaçıların vəkili olan Vəkil1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti İddiaçı4 Şıxseyid oğlu tərəfindən poçt göndərişinə (forma F.119) 24 yanvar 2023-cü il tarixdə imza edilməklə təqdim olunmuşdur. Lakin iddiaçıların vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət 1 ay keçdikdən sonra, 18 aprel 2023-cü il tarixdə yerləşdirilmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşır və onu da qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, Vəkil1 həmçinin iddiaçıların nümayəndəsi olmuş və onun Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabinetində təsdiqlənmiş elektron ünvanı (e-mail) olmuşdur.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkə məsinin buraxılmış prosessual müddətin bərpa edilməməsi ilə əlaqədar gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. İddiaçı3 Şahsəid oğlu kassasiya kollegiyasına Vəkil1 verdiyi etibarnaməyə xitam verilməsi ilə əlaqədar ünvan ünvanlanmış 2 avqust 2023-cü il tarixli ərizəsinin surətini göndərmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, etibarnaməyə xitam verilməsinin həmin tarixdən əvvəl üçün qüvvəsi yoxdur.Bu hal apelyasiya məhkəməsini qərardadının ləğvi üçün əsas təşkil etmir.
49. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
50. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin olunmamalı, apellya siya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı3 Şahsəid oğlunun və iddiaçılar X12, İddiaçı1 Şıxsayid oğlu, İddiaçı4 Şıxsayid oğlu və İddiaçı5 Şıxsayid oğlunun birlikdə verdiyi kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyul 2023-cü il tarixli 2(105)-174/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.