Məhkəmə qərarları › İş №2(102)-3484/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3484/2020

22.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3484/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadından Ərizəçi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zaqatala 2 saylı Notariat Ofisinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, xx xxx 1971-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi büt övlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuş X1 vərəsələrinə ölkə Prezidentinin imzaladığı xx xxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə müəyyənləşdirilmiş 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə ərizə qismən təmin edilərək Ərizəçi mərhum qardaşı-1971-ci ildə anadan olmuş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş mərhum X1 qanun üzrə vərəsəsi tanınması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs Zaqatala 2 saylı Notariat Ofisinə qarşı tələbin Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuş X1 vərəsələrinə ölkə Prezidentinin imzaladığı xx xxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş, hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə müəyyənləşdirilmiş 11000 (on bir min) m anat məbləğində birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından ərizəçi və vəkili tərəfindən verilmiş şikayət rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sərlik edən və məruzəçi), E.Hüseynov və M.Hüseynov) xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi və vəkili qeyd edilən qərardaddan kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi və dəlilləri və ona etiraz: Kassator həmin qərard adın ləğv, ərizənin təmin edilməsi və ya işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsni xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəl lənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçi sözügedən birdəfəlik ödəməni ala bilməməsinə səbəb Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin “İnternet ünvanının birdəfəlik ödəmə” bölməsində mərhum X1 vərəsəsinə verilən birdəfəlik ödəməni almaq hüququ barədə məlumatın aşkar edilməməsi olmuşdur. Belə ki, Ərizəçi müraciətinə Zaqatala 2 saylı Notariat Ofisinin xüsusi notariusunun xx xxxxxx 2019-cu il tarixli 103 saylı, iş materiallarında olan məktubu ilə işin bu faktiki halı öz t əsdiqini tapmışdır. İş materiallarında olan qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ərzəçinin şəhid ailəsinin üzvü olmaması əsasında tələb hüququnun yaranmaması müəyyən edilmişdir. Yəni ərizəçi iş üzrə tələbin həmin hüquq əldə edildikdən sonra irəli sürə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün icra mexanizmi, birdəfəlik ödəməni almaq hüququnun şərtləri, ödəniş qaydaları tam və dürüst şəkildə müəyyən edilmişdir. İş materiallarında olan, sözügedən Fərmanın 5-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Müdafiə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin”. Beləliklə, Fərmanın əhatə dairəsinə düşən hərbi qulluqçuların siyahısının müəyyən olunması Fərmanın 5-ci bəndində göstərilən və adları yuxarıda qe yd olunmuş dövlət orqanlarına həvalə edilmişdir. Hansı ki, həmin siyahılar sözügedən orqanlar tərəfindən dəqiqləşdirilərək müəyyən edildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. İş materiallarında olan, məhkəmənin sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 142 saylı cavab məktubu və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətin siyahısı”qovluğunda mərhum X1 xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumat olsa da, hərbi hissənin nömrəsi, həlak olduğu yer, eləcə də həlak olma səbəbi və şər aiti göstərilməmiş, eyni zamanda Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən təqdim edilmiş, 1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda itkin düşmüş əsgər (matros) və çavuşların siyahısında xun adı yoxdur. Məhz bu səbəbli mərhumun adının həmin siyahıya əlavə edilməsi mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, sözügedən Fərman əsasında birdəfəlik ödəmənin həlak olmuş xun vərəsələrinə verilməli olub-olmaması işin mübahisələndirilən faktiki halıdır. Hüquqla bağlı mübahisə yarandığından işə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Lakin, hüququ mübahisələndirən tərəf Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati orqan olduğundan hazırki tələ bin həmin hissəsinə ümumi məhkəmədə baxıla bilməz.Yəni mübahisəyə iddia icraatı qaydasında baxılması da hazırkı mövcud vəziyyətdə məhkəmənin səlahiyyəti baxımından mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnzibati Prosessual Məcəllənin: 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icr a olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, “birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsi” tələbi xüsusi icra at qaydasında baxılmalı olan iş deyil. Başqa sözlə, MPM-nin 305-ci maddəsində sadalanan xüsusi icraat qaydasında baxılan işlər sırasında vərəsəliklə bağlı bu xarakterli tələb nəzərdə tutulmamışdır. Ərizənin məzmunundan görünür ki, Ərizəçi təmin etmək istədiyi mənafe birdəfəlik ödəməyə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlıdır. Bu xarakterli tələblərə isə xüsusi icraat qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, Kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar