Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3484/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər AAAAAAAAAAna, Cavabdeh2 Rafiq oğluna, Cavabdeh3 Rafiq qızına və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı məsələ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh AAAAAAAAAA və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı müstəqil tələb irəli srüməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdehlər AAAAAAAAAAna, Cavabdeh2 Rafiq oğluna, Cavabdeh3 Rafiq qızına və Cavabdeh4 qarşı “cavabdehlərə kirayə haqqı ödənilməklə onların gələcəkdə inşa ediləcək binada təmirli mənzil ilə təmin edilməsi şərti ilə azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və evin sökülməsinin iddiaçıya həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4034/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qərardadından cavabdeh AAAAAAAAAA tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinin və ya həmin evin üzərində hər hansı bir digər hərəkətlərin edilməsinin iddiaçı “İddiaçı" Mənzil Tikinti Kooperativinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tаrixli, 2(006)2584/2020 saylı qərardadı ilə (sədrlik edən hakim R.Xəlilov) Cavabdeh1 iddianın təmini tədbirinə dair ərizəsi təmin edilmiş, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi və ya həmin evin üzərində hər hansı bir digər hərəkətlərin edilməsi iddiaçı “İddiaçı" Mənzil Tikinti Kooperativinə qadağan edilməsi qərara alınmışdır.
3. İddiaçı “İddiaçı" Mənzil Tikinti Kooperativinin sədri X1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2584/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2584/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2584/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərardadından iddiaçı “İddiaçı" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7014/2020 saylı, 04.09.2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı ləğv edilərək cavabdeh AAAAAAAAAA tərəfindən verilmiş “iddianın təmini tədbiri barədə” ərizəyə baxılması üçün mülki iş həmin Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Nəsimi Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(006)-2584/2020 saylı qərardadı ilə cavabdeh AAAAAAAAAAnun “iddianın təmini tədbiri”nə dair ərizəsi təmin edilməmişdir.
7. Cavabdeh AAAAAAAAAAnun nümayəndəsi və vəkili Vəkil tərəfindən Nəsimi Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(006)-2584/2020 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə şikayəti təmin etməmiş və qərardada baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2021-ci il tari xli qərardadı ilə (hakimlər- F.Talışinski (sədrlik edən və məruzəçi) Z.Şirinov və R.Eyvazov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2584/2020 nömrəli mülki iş üzrə 03.12.2020-ci il tarixli qərardadından cavabdeh AAAAAAAAAAnun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh həmin qərardadla razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin şikayəti qeyrimümkün hesab etdiyi bütün dəlillər əsassızdır. Beləki, cavabdeh şikayəti vaxtında vermiş, bundan əlavə şikayət verilən zam an nümayəndənin etibarnaməsinin müddəti keçməmiş və həmçinin cavabdehin yaşayış yeri və ya olduğu yer barədə məlumatlar iş materiallarında mövcud olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh AAAAAAAAAA, onun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi:
14. Maddə. 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.
15. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
16. Maddə 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüquq una malikdirlər.
17. Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
18. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apelyasiya instansiyası məhkəməsi şikayəti qeyri mümkün hesab etmişdir ona görə ki; AAAAAAAAAA şikayətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərardadını 11.02.2021-ci il tarixində aldığını bildirmiş, lakin qeyd olunan qərardadın cavabdeh tərəfindən həmin tarixdə alındığını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, həmçinin qərardad 09.12.2020-ci il tarixində tərəflərə sifarişli məktubla göndərilmiş, şikayət məhkəmə tərəfindən 18.02.2021-ci il tarixində qeydə alınmışdır. Qeyd edilənlərdən əlavə, apellyasiya şikayətinin məzmun tələblərinə riayət edilməyərək şikayəti verən şəxslərin iş yeri, yaşayış yeri, yaxud olduğu yeri göstərilməmiş, bununla da çəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan sui istifadəyə şərait yaradılmışdır. Həmçinin iş materiallarında olan etibarnamənin müddəti bitmişdir.
22. Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməmiş, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə məhkəmənin qənaəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
23. Belə ki, iş materiallarında cavabdehin 03.12.2020-ci il tarixli qərardadı nə vaxt alması müəyyən edilmir. Bu hal isə onun şikayəti vaxtında verməməsinə dəlalət etmir. Çünki həmin halı sübut etmək məhkəmənin üzərinə düşür.
24. Bundan əl avə, şikayət verilən zaman cavabdehin nümayəndəsinin etibarnaməsinin müddəti keçməmişdir. Beləki, şikayət 18.02.2021-ci il tarixdə vəkil və nümayəndə tərəfindən imzalanmışdır (mülki iş səhifə 159). Şikayəti imzalayan vəkilin səlahiyyəti 04.03.2021-ci il tarixdə bitib (mülki iş səhifə 75.)
25. Şikayətin qeyri-mümkün hesab edilməsi barədə digər dəlillər isə (şikayəti verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yerin göstərilməməsi) açıq-aşkar əsassız olduğu üçün məhkəmə həmin dəlillərlə bağlı dəyərləndirmə aparılmasına zərurət görmür.
26. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmaqla apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəm ə kollegiyası Qərara aldı: Cavabdeh AAAAAAAAAAnun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4034/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.