Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3485/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı “mağaza binasına mülkiyyət hüquqları nın tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1269/2025 nömrəli iş üzrə 23 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Quba rayon Birinci Dövlət Notariat Kontoru tərəfindən 30 dekabr 1999-cu ildə 3m-149 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı X1 məxsus, Quba şəhəri, 29-cu məhəllədə 42 kv metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikilisini satın almışdır.
2. Quba şəhər bələdiyyə sədrinin 25 may 2000-ci il tarixli 26 saylı Sərəncamına əsasən İddiaçı "xxxx" kiçik müəssisəsinin ərazisindən kommersiya mağazası tiki ntisi üçün yer ayrılması barəsində müraciətini və müəssisəsinin 20 may 2000-ci il tarixli 20 saylı razılıq məktubunu nəzərə alaraq şəhərin 22-ci məhəlləsindən "xxxx" KM-nin tərkibindəki boş, istifadəsiz ərazidən, binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərtilə 56 kv metr sahədə mağaza tikintisinə icazə verilməsi barədə qərar verilmişdir. Eyni zamanda tikiləcək mağaza binasının layihəsi bələdiyyə tərəfindən təsdiq edilmişdir.
3. İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-06301 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
4. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçma z Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi işin faktiki hallarına uyğun onunla əsaslandırılmışdır ki, mağazaya 1999-cu ildən sahiblik edir və faktiki olaraq mülkiyyətçi kimi hüquqlarını həyata keçirir. Qeyd olunan torpaq sahəsində tikilmiş mağaza binası digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmır.
6. Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmin edilərək, Quba şəhəri 22-ci məhəllədə, 56 kv metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (mağaza binasına) faktiki ölçüləri müəyyən edilməklə bütövlükdə İddiaçı mülkiyyət hü quqlarının müəyyən olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1999-cu il tarixdən halhazıradək qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. Bu müddət ərzində ona dövlət orqanları tərəfindən heç bir irad və tələb bildirilməmişdir. Həmin qeyri-yaşayış binası tikinti normalarına uyğun tikilməklə digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. Ona görə də hesab edir ki, iddiaçının Quba şəhəri, 22-ci məhəllədə, 56 kv metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına, faktiki ölçülərlə bütövlükdə onun mülkiyyət hüququ müəyyən edilməli və adına dövlət qeydiyyatına alınmalıdır.
8. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 MMC apellyasiya şikayəti ver mişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilmişdir. Qeyd edilən qətnamə əsasında İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-06301 reyestr nömrəli çıxarış verilmişdir. O, maraqlarına toxunan şəxs kimi qeyd edilən qətnamədən 30 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş e tmişdir. Verdiyi apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)- 83/2015 saylı qərardadı ilə geri qaytarılmışdır. Geri qaytarılmanın səbəbi kimi "xxxx" Kiçik Müəssisəsi MMC-nin iş üzrə tərəf olmadığından qətnamədən apellyasiya şikayəti vermək hüququnun olmaması qeyd edilmişdir. O, qeyd edilən qərardadla razılaşmır. Hesab edir ki, məhkəmə onun apellyasiya şikayətini geri qaytarmaqla onun qanunvericilikdə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)83/2015 saylı qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəssisəsi MMC-nin hüquqları pozulmuş və qeyd edilən qətnamə "xxxx" Kiçik Müəssisəsi MMC-nin maraqlarına toxunsa da, məhkəmədə iştirakı təmin edilməmişdir. Belə ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə "xxxx" Kiçik Müəssisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik müəssisəsinə ayrılmış, "xxxx" kiçik müəssisəsi 26 iyun 1995ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Müəssisədə tikinti-quraşdırma işləri başa çatandan sonra obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə "xxxx" kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv metr olan Ticarət Yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı müəssisənin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən müəssisənin və obyektin texniki pasportu 16 mart 2006-cı il tarixdə tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X4r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv metr olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli "xxxx" Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. Həmin çıxarışa dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. "xxxx" Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri-yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya 11 iyul 2024-cü il tarixli cavabda Fərid Kiçik” Müəssisəsi MMC-nə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsində İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası) xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********51- 06301 reyestr nömrəli (çıxarış ve rilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)83/2015 nömrəli qətnaməsi) çıxarışın verilməsi qeyd edilmişdir. Göründüyü kimi "xxxx" Kiçik Müəssisəsi MMC-nə daimi istifadəyə verilmiş torpaq sahəsində başqa şəxsə, yəni iddiaçıya mülkiyyət hüququ tanınmışdır. Halbuki "xxxx" Kiçik Müəssisəsi MMC-nə torpaq sahəsinin verilməsinə əsas olan Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ləğv edilməmiş, qüvvədədir. Bundan əlavə həmin torpaq sahəsinə dair "xxxx" Kiçik Müəssisəsi MMC-yə Dövlət Aktı verilmişdir. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilm əsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq ayrılmasına dair XDS qərarının və XDS tərəfindən verilmiş Dövlət Aktlarının daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün əsas sayılır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxa rışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv metr olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi "xxxx" Kiçik Müəssisəsi MMC-yə aid çıxarışda da torpaq sahəsinin ölçüsü 1,5 ha göstərilmişdir. Bütün bunlara əsasən qeyd edilən qətnamə "xxxx" Kiçik Müəssisəsi MMC-nin hüquqlarına toxunur. Hazırkı iddia tələbi ilə işə baxılan zaman qəbul ediləcək qətnamə maraqlarına toxunduğu üçün "xxxx" Kiçik Müəssisəsi MMC işə cəlb edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz qərarlarında q eyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Göründüyü kimi Quba Rayon Məhkəməsinin hazırda mübahisələndirdiyi qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəssisəsi MMC-nin iştirakı təmin edilməmiş və həmin qətnamə onun hüququnun pozulmasına səbəb olmuşdur.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1269/2025 nömrəli iş üzrə 23 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.Rəhimli və A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı “mağaza binasına mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ərizəçi qismində deyil, iddiaçı qismində məhkəməyə müraciət etmiş, iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etsə də, birinci instansiya məhkəməsi əslində həmin orqanı cavabdeh qismində qəbul etmiş və qətnamədən də göründüyü kimi birinci instansiya məhkəməsi işə xüsusi icraat qayd asında deyil, iddia icraatı qaydasında baxmaqla iddia ərizəsini təmin etmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, inzibati orqanı maraqlı şəxs qismində cəlb etməklə, qeyd olunan tələbə xüsusi icraat qaydasında da baxılması yolverilməz hesab olunur.
12. İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasını tələb edərkən iş materiallarında olan X6 ilə onun arasında bağlanmış 30 dekabr 1999-cu il tarixli müqaviləyə istinad etmişdir. Mübahisəli daşınmaz əmlaka dair notarial qaydada təsdiq edilmiş müqavilə mövcud olduğu halda iddiaçının daşınmaz əmlakın dövlət reyestrini aparan orqana qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırması anlaşılan olmamışdır. Hərçənd ki, iddiaçı daşınmaz əmlaka dair notarial qaydada bağlanmış müqaviləni təqdim etməklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılması üçün müvafiq qeydiyyatı aparan orqana müraciət edilməli, müraciətə müsbət cavab verilmədiyi halda həmin orqana qarşı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia ilə (məcburetmə haqqında iddia) inzibati məhkəməyə müraciət etməkdə haqlı hesab oluna bilərdi. 13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il ta rixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanı kimi müəyyən olunmuşdur. 15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüq uq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 2011-ci il yanvarın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2. maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilm əsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki məhkəmə icraatı qaydasında qeyd olunan tələblə inzibati orqana qarşı iddia qaldırılması dolayısı ilə mülki məhkəmə icraatında inzibati hüquq münasibətlərindən irəli gələn mübahisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi anlamına gəlir. İşə baxan birinci instansiya məhkəməsi isə inzibati orqana qarşı mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələbi icraata qəbul edib, mahiyyəti üzrə baxm aqla, mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur.
18. Məhkəmə öz mövqeyini “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci, MPM-in 261.0.1, 384.0.5, 387.1 və 402.2.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil Nümayəndə Sədrəddin oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının (20 fevral 2020-ci il tarixli düzəlişlərlə) 17-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2007-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, MPM-in 8, 14.2, 77.1, 88, 268.1 və 385.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəmənin hüquqlarının pozulmasına yol vermişdir. Ümumiyyətlə götürdükdə isə qərardad əsassız və Mülki-Prosessual, həmçinin Torpaq qanunvericiliyinin müddəalarına ziddir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən tək prosessual qanunvericilik aktları yox, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ da pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
23. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
24. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: -395.1.1. bu Məcəllədə göstərilən hallarda; -395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.
25. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
26. Maddə 415-2.Kassasiya icraatına bu fəsl in və Məcəllənin kassasiya icraatının mahiyyətinə zidd olmayan müddəaları tətbiq olunur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmaqla iş apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
32. Belə ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi iş üzrə icraata xitam verən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizəsində DƏDRX-nin Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etsə də, rayon məhkəməsi əslində həmin orqanı cavabdeh qismində qəbul etmiş və işə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxmışdır. İnzibati orqanı maraqlı şəxs qismində cəlb etməklə qeyd olunan tələbə xüsusi icraat qaydasında baxılması yolverilməzdir, həmin işə hüquqların dövlət qeydiyyatından müvafiq orqan imtina edəndən sonra inzibati məhk əmədə baxıla bilərdi. İşə baxan rayon məhkəməsi isə inzibati orqana qarşı mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələbi icraata qəbul edib, mahiyyəti üzrə baxmaqla mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur.
33. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 MMC tərəfindən 30 sentyabr 2024-cü ildə apellyasiya şikayəti verilmiş, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində dəfələrlə işə baxılandan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs2 MMC qətnamə ilə maraqlarına toxunan şəxs kimi tanınmışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs2 MMC-nin qətnamə ilə maraqlarına toxunan şəxs olmasının müəyyən edilməsi barə də apellyasiya məhkəməsinin qüvvədə olan 21 aprel 2025-ci il tarixli qərardadının mövcudluğuna əsaslanan apellyasiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxarkən Mülki Prosessual Məcəllənin 364 və 395.2-ci maddələrinin tələblərini nəzərə almamış, göstərilən qərardadın olmasının qətnamənin Maraqlı şəxs2 MMC-nin konkret olaraq hansı maraqlarına toxunmasını, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayəti verməyə MMCnin subyektiv hüququnun olub-olmamasını yoxlanılmasını istisna etmədyini diqqətdən qaçırmış, məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından təqribən 10 il əvvəl qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsinin mümkünlüyünü müzakirə etməmişdir.
35. İşin hallarından görünür ki, notariat qaydada 30 dekabr 1999-cu ildə təsdiqlənmiş alqı-satqı mü qaviləsinə əsasən İddiaçı X3 42 kv metr sahəsi olan yarımçıq tikilini satın almışdır. Həmin yarımçıq tikilinin yerləşdiyi ərazi Quba rayonu XDS İK-nin göstərilən qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış ərazi olmuş, İddiaçı yarımçıq tikilini inşasını 56 kv metrlik mağaza binası kimi başa çatdırmış, mağazanın inşasına "xxxx" kiçik müəssisəsinin razılıq məktubu nəzərə alınmaqla Quba şəhər bələdiyyəsi icazə vermişdir. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı adına 0,0056 ha torpaq sahəsi üzərində yerləşən 49,1 kv metr qeyri-yaşayış binasına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
36. Göstərilən hərəkətlərin icrası zamanı X6 "xxxx" kiçik müəssisəsinin təsisçilərind ən biri və müdiri olmuş, kiçik müəssisənin adından çıxış etmişdir. Yarımçıq tikilinin inşasının başa çatdırılmasına və uzun müddət istifadə edilməsinə "xxxx" kiçik müəssisəsinin etiraz etməməsi də əsas verir ki, ərizəçi İddiaçı müəssisənin təsisçilərinin və icra orqanının iradəsinə zidd hərəkət etməmişdir.
37. İşdə olan "xxxx" kiçik müəssisəsinin adına olan 28 aprel 1994-cü il tarixdə 110 nömrə ilə qeydə alınmış “Torpaqdan istifadə hüququna dair” Dövlət aktından və 10 iyul 2014-cü il tarixli dövlət reyestrindən Çıxarışdan görünür ki, müəssisənin istifadəsində olan 1,5 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı aid qeyri-yaşayış binasının altındakı 0,0056 ha torpaq sahəsi də xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışa görə dövlət mülkiyyətində saxlanılmışdır. İş üzrə çıxarılmış rayon məhkəməsinin qətnaməsi torpaq sahəsinə deyil, qeyri-yaşayış binasına (mağaza binasına) mülkiyyət hüququnu müəyyən etmişdir. Belə olan halda MMC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması halı müəyyən edilmir.
38. İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli çıxarışda torpaq sahəsinin xüsusi mülkiyyət kimi göstərilməsinin əsasları müəyyən deyildir, Maraqlı şəxs2 MMC bu barədə ayrıca iddia qaldırmaq hüququna malikdir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, rayon məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş Maraqlı şəxs2 ilə ərizəçi İddiaçı yarımtikilini satın aldığı Quba rayonu XDS İK-nin 08 yanvar 1992-ci il tarixli 107 nömrəli qərarı ilə Quba şəhəri, 29-cu məhəllədə 1,5 ha torpaq sahəsi təhkim edilmiş "xxxx" kiçik müəssisəsinin hansı əlaqənin olması, bu hüquqi şəxslərin varisliyi barədə iş materiallarında hər hansı sənəd (nizamnamə) mövcud deyildir. Apellyasiya məhkəməsi həmin məsələyə də aydınlıq gətirməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar aydınlaşdırılmadan apellyasiya mümkünlüyü ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz, ona görə də apellyasiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair qərardadı ləğv edilməklə iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfin dən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1269/2025 nömrəli iş üzrə 23 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.