Məhkəmə qərarları › İş №2(102)-3486/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3486/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3486/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2021-ci il tarixli, xnömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə cavabdehlərin mənzildən istifadə h üquqlarına xitam verilməsi və çıxarılmaları tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) 13 noyabr 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilmiş və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), V.Ağayev və E.Həsənov) 29 iyul 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

4. Həmin qətnamədən Cavabdeh1 13.10.2020-ci il tarixdə kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

5. Şikayət kassasiya instansiyası məhkəməsinin hakiminin 06.11.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

6. İş üzrə digər Cavabdeh2 12.01.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki 29.07.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

7. Bununla əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) xnömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadı il ə işin icraata qəbul edilməsi barədə qərardad ləğv edilmiş, Cavabdeh2 kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 11 mart 2021-ci il tarixli, xnömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarıl mışdır.

9. Qərar belə əsaslandırılmışdır ki, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin xsaylı, 29 iyul 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş iki aylıq prosessual müddəti buraxmış, həmin müddətin bərpasına dair vəsatət verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.07.2020-ci il tarixli, xsaylı qətnaməsinin surəti isə Cavabdeh2 ümumiyyətlə təqdim olunmamışdır. Qərardadda isə qeyd olunmuşdur ki, güya həmin qətnamənin surəti Cavabdeh1 imza atdırmaqla t əqdim olunmuşdur. Əvvəla, qətnamədən kassasiya şikayəti verən şəxs Cavabdeh1 yox, Cavabdeh2dur. İşdə həmin qətnamənin Cavabdeh2 təqdim olunduğunu təsdiq edən heç bir sübut mövcud deyildir. Bundan başqa, həmin qətnamə Cavabdeh1 da vaxtında təqdim olunmamışdır. İş üzrə iddiaçı ilə cavabdehlərin münasibətləri ciddi şəkildə pozulduğu üçün, iddiaçı cavabdehlərin həmin mənzildə yaşamalarına imkan vermir. Buna görə də onlar müxtəlif yerlərdə gecələməyə məcbur olurlar. Digər tərəfdən, cavabdehlər əksər hallarda mübahisəli mənzildə olmadıqları üçün iddiaçı onların adına gələn məktubları qəbul edərək, onları gizlədir. Bu səbəbdən də cavabdehlər həmin məktublardan xəbərsiz olurlar. Cavabdeh2 həmin qətnamədən uzun müddət sonra xəbər tutmuş və bundan sonra dərhal həmin qətnamədən kassasiya şikayəti ver mişdir. Qeyd olunan qətnamənin surəti Cavabdeh2 rəsmi qaydada təqdim olunmadığına görə həmin qətnamədən kassasiya şikayəti vermə müddəti ötürülmüş hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən e dilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sah ibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

18. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 şikayətini geri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xsaylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi cavabdehlərə təqdim olunması üçün - ünvan 2 ünvanına göndərilmişdir. Hansı ki, cavabdehlər hər ikisi kassasiya şikayətlərində öz ünvanları kimi həmin ünvanı qeyd etmişlər. Poçt qəbzindən (xəbərnamədən) görünür ki, qətnamə 19.08.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Cavabdeh2 kassasiya şikayəti isə rabitə orqanına 11.01.2020-ci il tarixində, yəni qətnamənin rəsmi qaydada alınmasından beş aya yaxın müddət keçdikdən sonra verilmişdir. Həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir.

24. Kollegiya apellyasiy a instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya məhkəməsinin cavabdehlərə göndərdiyi qətnamə qeyd edilən ünvanda iddiaçı tərəfindən deyil, iş üzrə mənafeləri eyni olan digər Cavabdeh1 tərəfindən 19.08.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir.

25. Belə olan halda, MPM-nin 135.3-cü maddəsinə görə həmin qətnamə Cavabdeh2 tərəfindən də rəsmən qəbul edilmiş sayılır (§ 17). Buna baxmayaraq, Cavabdeh2 kassasiya şikayətini qanunla müəyyən edilmiş iki ay müddət keçdikdən sonra məhkəməyə təqdim etmiş və həmin prosessual müddətin bərpasına dair ərizə verməmişdir.

26. Odur ki, Cavabdeh2 kassasiya şikayətinin qaytarılması barədə qərardad prosessual hüquq normalarına uyğun olmu şdur (§ 14-19).

27. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2021-ci il tarixli, qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xnömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar