Məhkəmə qərarları › İş №2(102)-3486/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3486/2022

09.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3486/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10757/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin hallar ı

1. Cavabdeh ilə X2 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2006-cı ildə qızları Günay anadan olmuşdur. Birgə nikah dövründə bir neçə əmlak əldə etmişlər, eyni zamanda 13 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Ev dövlət qeydiyyatına alınmamış, lakin bütün kommunal sayğaclar İddiaçı adına rəsmiləşdirilmişdir

2. X1 qəsəbəsi, Aşıq Ələsgər küçəsindəki evə görə 1810142K0E1S nömrə yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (Bələdiyyə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Şəhadətnamə). Həmin evin dəqiq yeri və cizgisi həmin şəhadətnaməyə əlavədə qeyd edilmişdir.

3. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsidir (Bakı şəhəri Sabunçu rayon İcra Hakmiyy əti Başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 116 №-li, xx.xx.2021-ci il tarixli arayış).

4. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci, xx.xx.2020-ci il tarixlərdə verilmiş arayışlara əsasən İddiaçı Aşıq Ələsgər küçəsində inşa edilmiş özbaşına tikilidə qeydiyyatsız yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı adına verilmiş «Yerli (bələdiyyə) büdcə nin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» Şəhadətnaməyə əlavədə göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir.

7. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə arşdırması zamanı məlum olmuşdur ki, iddia etdiyi ünvan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsi olmuşdur.

8. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin (hakim X10) 2(008)-2179/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilmiş, İddiaçı Zabrat Bələdiyyəsi tərəfindən tərəfindən İddiaçı adına verilmiş «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» Şəhadətnaməyə əlavədə göstərilən B akı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı mübahisəli evdə birgə nikah dövründə yaşamışdır, bu əsasdan həmin evə köçürülməlidir.

10. Məhkəmə, öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 27.1, 27.3, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı ilə xəyanət üstündə ayrılmışlar. O, iddiaçıya sakit, rahat yaşaması üçün şərait yaratmağına baxmayaraq onun əziyyətlərini qiymətləndirməyərək, başqa şəxslə münasibətlər qurmuş və onun işdə o lmağından istifadə edərək qazancını münasibət qurduğu şəxsə xərcləmişdir. Onun bu cür əxlaqdan uzaq hərəkətləri də övladının düzgün tərbiyəsinə mənfi təsir göstərmişdir. İddiaçı bir ailə kimi ailə dəyərlərinə əhəmiyyət verməmiş və el-oba arasında şərəf nüfuzuna xələl gətirmişdir. Ona xəyanət etmiş şəxslə bir evdə yaşaması qeyri-mümkündür.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X11) 2(103)-10757/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi il ə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş tikiliyə köçürülmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.

15. Kollegiya qeyd etmişdir ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamış və iddiaçı uzun müddət cavabdehlə birgə nikah dövründə inşa edib və orada yaşamışlar. Tikilinin özbaşına tikili statusunda olması ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nətic ələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, mənzildən məhrum edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrum edənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrum edilən mənzilə köçürülməlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur, birgə nikah dövründə inşa edilib və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirməmişdir.

16. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci, MM-in 11.1, 11.2, 27, 180.1, 180.2-cü, MPM-in 14.2, 217.3 və 217.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10757/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.

18. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, nəticə etibarı ilə obyektiv, ədalətli Qərar qəbul etməmişdir. Belə ki, məhkəmə iş üzrə xüsusi əhəmiyyətli hallara münasibət bildirməmiş, nəticə etibarı ilə ədalətli qərar qəbul etməmişdir. Belə ki, tərəflərin Nikah münasibətinə xitam verilməsinə əsas iddiaçının cavabdehə üçüncü şəxslə xəyanət etməsi olmuşdur, o cümlədən iddiaçı cavabdehin, evin maddi vəsaitini, qazancını üçüncü şəxsə xərcləmişdir. İddiaçının ona xəyanət etməsi cavabdehi yaşadıqları məhəllədə və ailə tanışları arasında rüsvay etmişdir. Nəticə etibarı ilə iddiaçı və cavabdeh arasında çox ciddi mübahisə və münaqişələr olan bir şəraitdə iddiaçının cavabdehlə birgə yaşaması üçün evə köçürülməsi yolverilməzdir və tərəf lər arasında olan münaqişəni dərinləşdirəcək və daha ağır nəticələrə səbəb olan hadisələrin yaranmasına səbəb ola bilər. Apellyasiya məhkəməsi işin bu kimi faktiki halına xüsusi qiymət verməli olduğu halda bu halı araşdırmamışdır.

19. Kassator qeyd etmişdir ki, iş üçün daha bir neçə xüsusi əhəmiyyətli hallar vardır. Belə ki, cavabdeh 18 Yanvar 2022-ci il tarixində X7 ilə rəsmi nikaha daxil olmuş və cavabdehlə həyat yoldaşı X7 mübahisə predmeti olan ünvanda yaşamaqdadır. Cavabdeh yeni ailə həyatı qurduqdan sonra iddiaçı öz anası ilə birgə mübahisə predmeti olan evə xx.xx.2022-ci il tarixində hücum etmişlər. Balta ilə mülkün qapısını qəsdən və bilərəkdən sındırmışlar. O cümlədən cavabdeh ailə həyatı qurduğu BDU-da müəllimə işləyən X5 ölümlə təhdid və təhqir etmişlər. Baş verən bu hadisələr lə bağlı cavabdeh 102 xidmətinə şikayət etmişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı X16 Kərimovun xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh və iddiaçının izahatları qeyd edilmiş və həmin izahatlarla baş verən həyat üçün təhlükəli olan münaqişə öz təsdiqini tapmışdır. Bu fakt Cavabdehlə iddiaçının eyni ünvanda yaşamasının nə qədər təhlükəli və qeyri-mümkün olduğunun təsdiqidir.

20. Daha sonra kassator bildirmişdir ki, xüsusilə qeyd etmək lazımdır ki, İddiaçı cavabdehlə birgə nikahdan olan övladları ilə birgə mübahisəli mülkün yerləşdiyi küçədə kirayə qalmaqdadırlar və artıq 8 aydan artıq müddətdir ki, iddiaçının kirayə haqqı cavabdeh tərəfindən ödənilir. İş üçün bu kimi xüsusi hallara diqqət yetirilməmiş və məhkəmə kompensasiya verilməklə cavabdehlə iddiaçı arasında barışıq sazişi bağlanması kimi bir halı tərəflərə təqdim etməmişdir. İddiaçıya kompensasiya verməklə barışıq sazişi bağlanmasına cavabdeh tərəf razıdır.

21. Kassator öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, X13 Konvensiyanın 1-ci protokolun 1-ci maddəsinə və MPM-in 76.1-ci maddələrinə istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamış və iddiaçı uzun müddət cavabdehlə birgə nikah dövründə inşa edib və orada yaşamışlar.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşama qdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, mənzildən məhrum edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrum edənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrum edilən mənzilə köçürülməlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlak ın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur, birgə nikah dövründə inşa edilib və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirməmişdir.

37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üç ün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10757/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar