Məhkəmə qərarları › İş №2(102)-3487/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3487/2024

29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3487/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3 Mirsənan oğluna, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: işgüzar nüfuz ləkələyən həqiqətə uyğun olmayan məlumatın yayılması nəticəsində vurulmuş zərərin tutulması, zərərin məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “işgüzar nüfuza vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbin ə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2024-cü il tarixli 2(105)- 786/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İş materiallarında olan @baku_news_az öz tik tok şəbəkəsində yayımlanan X4 1 avqust 2023-cü il tarixli videoçıxışından ibarəd CD disk məhkəmə iclasında tədqiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “Bakunews.az” xəbər portalı tərəfindən Baku_news_az öz tik tok şəbəkəsində “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla ver ilmiş videodakı məlumatların şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, onun kütləvi informasiya vasitəsi olan “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında olan videonun həqiqətə uyğun olmayan yazılar hesab edilməsi, həqiqətə uyğun olmayan məlumatın təkzib olunması, onun yaydığı məlumatlara görə “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində üzr istəməsi, “Bakunews.az” xəbər portalı və Baku_news_az öz tik tok şəbəkəsi, Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə üzr məktubunun göndərilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işgüzar nüfuzu ləkələyən həqiqətə uyğun olmayan video məlumatları yaydıqlarına görə cavabdehlərdən müştə rək qaydada vurduqları 30000 manat mənəvi zərərin əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən “Bakunews.az” xəbər portalı tərəfindən Baku_news_az öz tik tok şəbəkəsində yayımladığı “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqlı videoda gedən məlumatların işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, kütləvi informasiya vasitəsi olan “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” haqqında olan videonun həqiqətə uyğun olmayan yazılar hesab edilməsi, həqiqətə uyğun o lmayan məlumatın təkzib olunması, Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə üzr məktubunun göndərilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan video məlumatları yaydığına görə cavabdeh X3 30 000 manat mənəvi zərərin əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" MMC-nin keçmiş işçisi olmuşdur. Belə ki, o əmək intizamını kobud surətdə dəfələrlə pozduğu və 6 ay saxta xəstəlik vərəqəsi təqdim etdiyi üçün AR ƏM-nin 70-ci maddəinin “Ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X6 12 dekabr 2022-ci il tarixində onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ Ç” bəndi ilə xitam verilməsinin dəyişdirilməsinə kömək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində onun barəsində tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Daha sonra, X6 məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi barədə iddia tələbi təmin edi lməmişdir. X1 rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4569/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə uduzduqdan sonra böhtan və şər yolunu seçən X6 “Bakunews.az” xəbər portalı ilə əlaqəyə girməklə müəssisənin işgüzar nüfuzuna xələl gətirən yalanlarla dolu videoçıxışını xəbər portalı heç bir araşdırma aparmadan, şikayət edilən təşkilatla heç bir əlaqə saxlanılmadan @baku_news_az öz tik tok şəbəkəsində yaymışdır. Həmin videoyaya 68.8 min baxış keçirilmiş, 2040 bəyənmə o lunmuş, 466 nəfər tərəfindən şərh yazılmış, 527 paylaşım edilmişdir. X6 xx.xx.2023-cü il tarixində videoçıxışında bildirmişdir ki, “2016-ci ildən 2022-ci ilə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, eyni zamanda üç vəzifə aparmış laboratoriya müdiri, bakteroloq və baytar vəzifəsində, bundan əlavə həkimlik edirdim, çünki direktorun qardaşı orda həkim idi, lakin o, gün ərzində zavodda olmurdu, həkimliyidə edirdim texnoloqların yazılarını, resepturaları, texniki şərti, texnoloji təlimatları hamısını mən aparırdım. Mən özümün biliyimlə, təcrübəmlə, işimi lazımı səviyyədə aparırıdım, yəni iş vaxtı, heç bir səvhə yol verməmişəm, özüm kimya elmləri namizədiyəm. Qida üzrə 14-cü kateqoridayam, bu müəssisədə yəni təzə bura gələndə başa düşmürdüm ki, burda əti icazə vermirdilər analiz etməyə, bi r dəfə mən əti analiz elədim, analiz edəndə ətdə mikrob çıxdı, getdim müdiriyyətə xəbər verdim, müdiriyyət buna çox qeyri-adi bir münasibət bəslədi. Məni daha da təqsirləndirdi və bildirdi ki, əti qida təhlükəsizlik laborotoriyası yoxlayıbdı, sən niyə yoxlayırsan. Mənə qışqırdılar, mən də otaqdan çıxmaq istəyəndə orda direktor vardı mənə sual verdi ki, mal ətində ət olur, elə məni otaqdan çıxardılar və müəssisəyə gələn hər bir ətləri icazə vermədilər yoxlamaya. Mən baytar keçəndən sonra bunu daha kəskin vəziyyətdə mənə işarə elədilər ki, sən əti yoxlamayacaqsan. Heç bir qidadan gələn əti, zavoda gələn məhsulu mənə icazə vermirdilər yoxlamağa, mənim də acığım tutdu ki, mən baytar işləyirəm. Mən baytar işləyəişləyə məni ətin emalı otağına qoymurdular. Bunun səbəbi nə idi onu da bilmirdim. Da ha sonra başa düşdüm ki, onlar ordan-burdan cürbəcür ətlər alırlar, onun içində də leş Tofiqin ətləri olur. Leş Tofiqin ətləri də bu müəssisənin yeri olduğu üçün ordan əti alırdılar. Belə məni sıxışdıra-sıxışdıra bunlarla mənim aramda münasibət kəskinləşdi. Bu yaxınlarda X5 yoxlama aparmışdır, yoxlamanın da nəticələri qurumun saytında dərc edilmişdir. Bu yoxlamaların nəticəsinin qanunauyğunsuzluğu, təhlükəsizliyin qorunmaması da Ovçuların adını qeyd eləmişdi. Lakin iki gündən sonra həmən saytda bu verilən xəbərlər silindi. Mən belə başa düşürəm ki, X2 ilə müəssisənin iş birliyi varmış, yəni orda şöbə müdiri var, həmin şöbə müdiri bizim müəssisə ilə, müdiriyyətlə qardaş, yoldaş, himayədar olduğu üçün iki gündən sonra hamısı qalmışdı bütün müəssisələrin adı qalmışdı, yalnız Ovçuların adı ord an silinmişdir.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti son texnologiyalar tətbiq edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət orqanlarından qeydiyyatdan və yoxlanışdan keçməklə fəaliyyət göstərir. Cəmiyyətdə müasir dövrün tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. Lakin “Bakunews.az” xəbər portalında və @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videoda göstərilən faktlar yalan və böhtandır, müəssisənin və adları qeyd edilən əməkdaşların şərəf və ləyaqətinə işgüzar nüfuzuna xələl gətirməklə müəssisədə və şəxslərdə psixoloji gərginliklər yaratmışdır. Cavabdehlər tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində şaiyələrə əsalanan heç bir əsası olmayan, mənbəyi bilinməyən məlumatlar dərc edilməsi müəssisənin işgüzar nüfuzuma böyük əhəmiyyətdə zərər vurmuşdur. Videoda “onlar ordan-burdan cürbəcür ətlər alırlar onun içindədə leş Tofiqin ətləri olur. Leş Tofiqin ətləri də bu müəssənin yeri olduğu üçün ordan əti alırdılar kimi” əsası olmayan şaiyələr, böhtanalar bildirilməsi nəticəsində alıcılıq qabiliyyəti aşağı düşmüş, bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti on minlərlə manat ziyana uğramışdır.

5. Məhkəmə iclasında qeyd edilən portalın təsisçisi Cavabdeh3 da etiraf etmişdir ki, Cavabdeh1 tərəfindən verilən məlumatların həqiqətə uyğun olması yoxlanılmamış, bu barədə ona hər hansı sübut təqdim edilməmişdir. Ona qarşı qaldırılan iddianı qəbul edir və bu barədə portalda təkzib verməyə hazırdır.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-4120/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddi anın qismən təmin edilməsi, "Baku_news_az" "Tiktok" SOS şəbəkəsində “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla verilmiş video məlumatlar “Bakunews.az” xəbər portalı və "Baku_news_az" öz tik tok şəbəkəsində həqiqətə uyğun olmayan məlumatlar hesab edilərək təkzib olunması öhdəliyi “Bakunews.az” xəbər portalının təsisçisi Cavabdeh3 üzərinə qoyulması, Cavabdeh1 zərərin əvəzi kimi 5000 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolveri lməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan suiistifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan suiistifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. X4 verdiyi məlumatları təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir, bu baxımdan həmin müraciət söz azadlığının predmeti kimi qəbul edilə bilməz.

8. Məhkəmə mövqeyini əsaslandırarkən hüquqi əsas kimi “Media haqqında” Qanunun 18, 19-cu,“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycn Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli plenum qərarının 9-cu bəndində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 zərərin əvəzi kimi 5000 manat pulun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialında onun hərəkətiylə bağlı iddiaçıya hər hansı maddi zərər vurulmasına dair heç bir sübut yoxdur. Belə olan halda ondan iddiaçının xeyrinə 5000 manat vurulmuş zərərə görə pulun iddiaçının xeyrinə tutulması tamamilə qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini rədd etməli olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarmış, səhv qətnamə çıxarması nəticəsində onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi iddianın ona münasibətdə hissəsini qismən təmin edilməsi üçün gətirdiyi dəlillərini formal əsaslandırmış, sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmiş, istinad etdiyi maddi və prosessual hüquq normalarının tələblərin i pozmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya 5000 manat maddi zərər dəymişdir. Lakin məhkəmə bunu hansı sübut əsasında müəyyən etdiyini qeyd etməmişdir. Belə ki, təqdim edilən sübutlar mübahisəyə məhkəmədə baxıldığı müddətdə əldə olunmamış, sonradan alınmışdır.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2024-cü il tarixli 2(105)-786/2024 nömrəli qətnaməsi ilə (hakimlər Qafari Səyyad (sədrlik edən və məruzəçi) hakimlər Mahmudov Ayaz və Hüseynzadə Afiq) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh1 zərərin əvəzi olaraq 2500 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini qət etmişdir.

12. Apellyasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər məbləğinin müəyyən edilməsi üçün qanunvericilikdə konkret meyarlar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi zərərin əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır.Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərə uğramış şəxsə şişirdilmiş müəyyən bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.

13. Bu mənada məhkəmə kollegiyası he sab etmişdir ki, cavabdeh Sevinc Qazıyevadan tutulmalı olan zərərin əvəzi kimi 5000 manat məbləğində müəyyən edilməsi ağlabatan olmamışdır. Odur ki, məhkəmə kollegiyası həmin məbləğin 2500 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmişdir.

14. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 23.1, 23.2, 1097-ci və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına ist inad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2024-cü il tarixli 2(105)-786/2024 nömrəli qətnaməsini ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd etməli olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarmış, səhv qətnamə çıxarması nəticəsində onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur

18. İddiaçı tərəfindən ona cavabd ehin hərəkətləri nəticəsində hər hansı maddi ziyan vurulduğunu təsdiq edən sübut təqdim edilmədiyi halda məhkəmə cavabdeh olaraq onun üzərinə əsassız öhdəlik qoymuşdur.

19. Mənəvi zərərin əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır.Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərə uğramış şəxsə şişirdilmiş müəyyən bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.

20. Bundan əlavə, müəssisə onun adına Zaqatala kəsim yeri açıb asan imzanı və bütün sənədləri müdürə verib. Abşeron Rayon Məhkəm əsi iclaslarında iştirak etməmə səbəbi onların onun Asan İmzası ilə Məhkəmə kabineti ilə istifadə etməsidir. Ona görə də məhkəmədən xəbəri olmayıb.

21. Həmçinin, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən heç bir şahid dindirilməmiş və izahatları alınmadan qanunsuz qətnamə qəbul olunmuşdur.

22. Məhkəmə qətnamədə qeyd olunan prosessual normalara istinad etsədə onların tələblərini pozmuş, məhkəmə baxışı zamanı çəkişmə prinsipinə əməl etməmiş prosessual pozuntuya ciddi şəkildə yol vermişdir.

23. Kassator öz mövqeyini Mülki Prossesual Məcəllənin 14.2,77.1, 217,217.1,217.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin

25. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

26. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

28. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 2-ci bənd. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə ve rə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bənd 3.Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən is tifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hall ar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tutulan zərərin məbləği hissəsində mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hazırkı işdə kassasiya şikayətinin dəlilləri əsasında işgüzar nüfuza dəyən zərərin məbləği ilə bağlı dəyərlən dirmə apararaq aşağıdakıları qeyd edir.

34. Yuxarıda qeyd olunan (Ali Məhkəmənin Plenumunun) qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

35. Mənəvi zərərin məbləği təqsirli şəx sin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz.

36. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.

37. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi və ziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz.

38. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafda n və alıcılıq qabiliyyətindən asılıdır”).

39. Belə ki, iddiaçının işgüzar nüfuzuna dəyən zərəri 5000 manat qiymətləndirən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi həmin məbləği 2.500 manat həddinə endirsə də, bu zaman iş üzrə Cavabdeh1 təqaüdçü olmasını, maddi vəziyyətinin aşağı olması, 2500 manat məbləği ödəməsinin onu maddi məhrumiyyətə düçar edəcəyinə diqqət etməmişdir.

40. Bu baxımdan Cavabdeh1 yuxarıda qeyd edilən diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə kollegiyası vurulmuş zərər görə iddiaçıya ödənilməli olan məbləğin azaldılmasını və cavabdehdən iddiaçının xeyrinə 500 manat zərər tutulmasını daha ağlabatan və ədalətli hesab edir.

41. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdiril məlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2024-cü il tarixli 2(105)-786/2024 saylı qətnaməsi dəyişdirilsin. Zərərin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh1 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar